Azərbaycan ədəbi dil normaları və üslubları Ədəbi dilin iki forması vardır: şifahi və yazılı. Şifahi ədəbi dil



Yüklə 21,84 Kb.
səhifə3/4
tarix20.10.2023
ölçüsü21,84 Kb.
#128958
növüYazı
1   2   3   4
Azərbaycan ədəbi dil normaları və üslubları

Ədəbi dilin elmi üslubu. Fikrin elmi şəkildə ifadə olunması elmi üslub adlanır. Elmi üsluba eyni zamanda elmi dil də deyilir. Elmi üslubda obrazlılıq, emosionallıq olmur. Buraya bütün elmi yə metodik əsərlərin dili daxildir. Azərbaycan ədəbi dilində elmi üslub bədii üslubdan sonra formalaşmağa başlamışdır. Bu üslub tarix boyu geniş təkmilləşmə və inkişaf yolu keçmişdir. Hazırda elmin bütün sahələrinə dair bu üslubda mükəmməl elmi əsərlər yaradılır. Elmi üslubu digər üslublardan fərqləndirən bir sıra xüsusiyyətlər vardır. Həmin xüsusiyyətlər, əsasən, aşağıdakılarla müəyyənləşir: Fikrin elmi izahı. Elm təbiət və cəmiyyət qanunlarını aydınlaşdırır. Buna görə də elm mövcud anlayışlara dair dəqiq izahat tələb edir; müəyyən məsələ şərh olunarkən elmi təfəkkür əsas götürülür. Bu xüsusiyyət elmi üslubu digər üslublardan fərqləndirir. Terminlərin çox işlənməsi. Məlum olduğu üzrə, termin elmin əlifbasıdır. Elə buna görə də elmi üslubda elmin müxtəlif sahələrinə dair aparılan tədqiqatla əlaqədar terminlərdən geniş istifadə olunur. Sözün həqiqi mənada işlənilməsi. Elmi üslub üçün əsas əlamətlərdən biri sözü ilk mənasında işlətməkdir. Bu üslubda sözlərin məcazi, yaxud bir neçə mənada işlədilməsinə, əsasən, yol verilmir. Çünki elmi üslubda sözlərin çoxmənalılığı bəzən dolaşıqlığa, anlaşılmazlığa səbəb ola bilir.
Ədəbi dilin publisistik üslubu İctimai və siyasi məsələlərin geniş xalq kütləsinin anlayacağı şəkildə izah edilməsi publisistik üslub adlanır. Bu üsluba, eyni zamanda, kütləvi üslub, kütləvi dil də deyilir. Buraya təbliğat, təşviqat məzmunlu, adi məlumat xarakterli və tənqidi məqalələrin, yazılı məruzələrin, qəzet xülasələrinin və s. dili daxildir. İctimai-publisistik üslubun əmələ gəlməsində mətbuatın xüsusi rolu vardır. Buna görə də bu üslubu çox zaman mətbuat üslubu da adlandırırlar. Lakin qeyd etməliyik ki, qəzet və jurnallardakı məqalələrin hamısı publisistik üslubda yazılmır.
Ədəbi dilin rəsmi üslubu. Cəmiyyətdə rəsmi münasibətləri bildirmək üçün yazılan dövlət sənədlərinin üslubu rəsmi üslub adlanır. Buna, eyni zamanda, rəsmi sənədlərin üslubu, rəsmi dil də deyilir. Buraya bütün dövlət sənədlərinin – protokol, akt, nota, əmr, qərar, fərman, bəyanat, qətnamə və s. sənədlərin dili daxildir. Azərbaycan ədəbi dilinin rəsmi üslubu, əsasən, XIX əsrdə, yəni milli ədəbi dilin sabitləşməsi dövründə formalaşmağa başlamışdır. “Bu dövrdə dövlət-idarə işləri, vəsiqələr, əsasən, rus dilində idi. Lakin bununla yanaşı olaraq, dəftərxana vəsiqələrinə məxsus üslubun – rəsmi üslubun yaradılması uğrunda da mübarizə aparılırdı. Hətta belə vəsiqələrin nümunələri yaradılır, nəşr olunurdu və bu yolla da rəsmi üslubun ilk ünsürləri formalaşdırılırdı”1 . Rəsmi üslubda yazılan sənədlərdə fikrin konkret şəkildə izahı tələb olunur. Buna görə həmin üslub üçün aşağıdakı cəhətlər xarakterikdir: a) hər bir məsələ aydın və olduqca qısa izah edilir; b) artıq və lüzumsuz sözlərə, təkrarlara, bədii vasitələrə yol verilmir; c) mənalılığa, dolaşıqlığa yol verməmək üçün hər bir anlayışa dair dəqiq terminlər seçilir; ç) hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qrammatik normalarına düzgün riayət olunur; d) ştamp xarakterli xüsusi tərkiblərdən, ifadələrdən geniş istifadə edilir.

Yüklə 21,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə