Azərbaycan ədəbi dil normaları və üslubları Ədəbi dilin iki forması vardır: şifahi və yazılı. Şifahi ədəbi dil



Yüklə 21,84 Kb.
səhifə2/4
tarix20.10.2023
ölçüsü21,84 Kb.
#128958
növüYazı
1   2   3   4
Azərbaycan ədəbi dil normaları və üslubları

Ədəbi danışıq üslubu. Dilçilik elmində ədəbi danışıq üslubu haqqında fikir müxtəlifliyi vardır. Bəzi alimlər bu dil hadisəsini üslub hesab etmirlər. Bəzi dilçilər isə bunu üslub kimi qəbul edir, lakin bu üslubun istifadə olunmasına dair müxtəlif fikirlər irəli sürürlər. Belə ki, bəziləri bu üslubun ancaq məişətdə, digəri isə yalnız elmi məclisdə işləndiyini göstərir. Bu fikirlər ədəbi danışıq üslubunun istifadəsini doğru olmayaraq son dərəcə məhdudlaşdırır.
İstifadə dairəsi. Ədəbi danışıq üslubunun istifadə olunma dairəsi çox geniş əhatəlidir. İxtisasından, bilik və bacarığından asılı olmayaraq hamı bu üslubdan gündəlik istifadə edir. Dilçilikdə ədəbi danışıq üslubu üçün müəyyənləşdirici başlıca əlamət haqqında müxtəlif mülahizələr vardır. Bir qrup dilçi bu üslub üçün qeyri-rəsmi danışığı, digəri isə şifahi xarakterdə olması əlamətini əsas götürür. Lakin deməliyik ki, bu üslub funksional üslub meyarına tam uyğun gəlir və ədəbi dil sistemində müstəqil yerə malikdir. Janrları. Ədəbi danışıq üslubunun tərkibində müxtəlif növ janrlar mövcuddur. 1) məruzə; 2) mühazirə; 3) çıxış; 4) müsahibə; 5) söhbət və s. Bu janrlar məzmun və formaca fərqləndiyi kimi, üslubi çalarlığa görə də bir-birindən ayrılır və seçilir.
Ədəbi dilin bədii üslubu. Fikrin bədii ifadə və təsvir vasitələri ilə ifadə olunmasına bədii üslub deyilir. Bədii üslub eyni zamanda bədii dil də adlanır. Azərbaycan ədəbi dilində bədii üslub xüsusi yer tutur. Bu üslub tarixən qədim, mahiyyətinə görə isə çox kütləvidir. Bədii üslub ədəbi dilimizin ilk formalaşdığı dövrdən onun əsasını təşkil etmişdir. Bədii üslubun iki forması vardır: nəzm üslubu və nəsr üslubu.
Bədii üslubun bu formaları bir sıra cəhətləri və əlamətlərinə görə bir-birindən fərqlənir. Məsələn, şeirlə yazılan əsərlərdə müəyyən ölçü olur; belə ki, şeirdə hecalara fikir verilir, qafiyə nəzərə alınır və s. Lakin nəsr əsərlərində bu ölçülər hazırkı dövrdə nəzərə alınmır (ədəbiyyatımızda qafiyəli nəsr də olmuşdur). Bədii üslubun hər iki formasında janrlarla əlaqədar bir sıra üslublar da olur, məsələn: 1) qəzəl üslubu; 2) qoşma üslubu; 3) dram üslubu; 4) hekayə üslubu; 5) satira üslubu və s. Ədəbi dilin bədii üslubunun bir sıra özünəməxsus xüsusiyyətləri vardır ki, bunlar onu başqalarından fərqləndirir.
Həmin fərqlər, əsasən, aşağıdakı sahələrdə özünü göstərir.
Söz seçməkdə. Bədii üslubda yazılan əsərlərdə müxtəlif söz qruplarına müraciət olunur və oradan rəngarəng sözlər seçilib işlədilir. Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üslub oradan istifadə etməsin. Dildə hər nə varsa, bədii üslubun ixtiyarındadır. Bədii üslubda bu və ya başqa üslubi məqam, yaxud surətin nitqini fərdiləşdirmək üçün, sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən istifadə edilir. Bununla bərabər, həmin üslubda sözlərin məna qruplarından – eyni səslənməyə malik müxtəlif sözlərdən (omonim); müxtəlif formalı, lakin yaxın məna ifadə edən sözlərdən (sinonim); mənaca bir-birinin ziddi olan sözlərdən (antonim); formaca yaxın, lakin müxtəlifmənalı sözlərdən (paronim) bədii ifadə vasitəsi kimi çox geniş istifadə olunur. Bütün bunlar isə oxucu və ya dinləyicinin bədii zövqünü oxşamağa qüvvətli təsir göstərir.
Sözlərin işlədilməsində. Bədii ədəbiyyat dil sahəsində geniş novatorluq meydanıdır. Burada mövcud sözlərə yeni məna vermək, sözə emosional çalarlıq gətirmək və bunları çox müxtəlif formalarda, müxtəlif məqam və vəziyyətdə işlətmək olur. Bədii ədəbiyyatda ayrı-ayrı sözlərdən yeni mənalarda istifadə olunması onların məcazi məna kəsb etməsi imkanları ilə bağlıdır. Hər bir sözün məcazi mənası dildə müəyyən obrazlılıq əmələ gətirir. Bədii ədəbiyyatda məcazların müxtəlif formalarından olduqca geniş şəkildə istifadə edilir. Buna görə də bədii üslub obrazlı olur və bu cəhətinə əsasən digər üslublardan fərqlənir.
Qrammatik vasitələrin istifadəsində. Bədii üslubda bəzi dil vasitələrinə bədii meyarla yanaşılır. Bu və ya başqa bir vasitə bədii qanunlara müvafiq olaraq bədii zərurət əsasında işlənilir. Bədii üslubda sintaktik fiqurlar – ritorik suallar, bədii nidalar və xitablar çox işlənir. Bu da, öz növbəsində, onu başqa üslublardan fərqləndirir.
Fonetik materialın istifadəsində. Bədii üslubda dilin səs sistemi, bir növ, estetik təsir vasitəsinə çevrilir. Xüsusən poeziyada gözəl ahəng, musiqilik səslərlə yaradılır. Eyni zamanda, səslərin fonetik sıralanması ilə bəzən ifadənin təsiri də qüvvətləndirilir. Belə bir vəziyyət, əsasən, bədii üslub üçün xarakterikdir.
Sitatlardan istifadə. Bədii üslubda sitatlardan geniş istifadə olunur. Burada işlənilən hər bir poetik sitat öz vəzifəsinə görə elmi sitatdan fərqlənir. Poetik sitatlar bədii surətlərin nitqini fərdiləşdirmək və sair kimi üslubi cəhətlər üçün işlənilir.

Yüklə 21,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə