Azərbaycan ədəbi dil normaları və üslubları Ədəbi dilin iki forması vardır: şifahi və yazılı. Şifahi ədəbi dil



Yüklə 21,84 Kb.
səhifə4/4
tarix20.10.2023
ölçüsü21,84 Kb.
#128958
növüYazı
1   2   3   4
Azərbaycan ədəbi dil normaları və üslubları

Ədəbi dilin epistolyar üslubu. Şəxsi məktublaşma sənədləri epistolyar üslubda yazılır. Buna şəxsi yazışma üslubu da deyilir. Epistolyar üslub ədəbi dilin funksional üslubları sistemində xüsusi mövqeyə malikdir. Bu üslub müxtəlif növ məktubların meydana çıxması ilə əlaqədar formalaşmışdır. Burada məktub müəllif tərəfindən ünvançıya göndərilir və eyni zamanda ünvançının cavab məktubu da unudulmur. Epistolyar üslub digər funksional üslublardan, əsasən, aşağıdakı linqvistik əlamətləri ilə fərqlənir: 1. Hadisənin birinci şəxs tərəfindən nəql edilməsi və buna müvafiq I şəxs əvəzliyinin işlənilməsi; 2. Müəyyən ünvançıya müraciət və II şəxs əvəzliyinin (varlığı) mövcud olması; 3. Tərkiblər və söz birləşmələri kimi dil vahidlərinin, xüsusən məktubların əvvəlində və sonunda özünü göstərən (ştampların) standartların olması; 4. Müxtəlif quruluşlu xitabların işlədilməsi. Bu üslub ədəbi dilin digər üslubları ilə sıx əlaqədə olub, bununla yanaşı, fərdi xüsusiyyətlərə malik olması ilə onlardan ciddi şəkildə fərqlənir. Epistolyar üslub aşağıdakı janrlara bölünür: 1) adi məişət məktubları; 2) dostluq məktubları; 3) rəsmi məktublar; 4) açıq məktublar.
Yüklə 21,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə