Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   19   20   21   22   23   24   25   26   27

78 

 

doğrusu,  investisiyaların  effektivliyini  – yüksək  mənfəəti prinsipial olaraq,  təkmil, 



daha doğrusu, innovasiya menecment reallaşdırır. 

İnnovasiya  menecmenti  innovasiya  proseslərinin,  innovasiya  fəaliyyətinin,  bu 

fəaliyyətlə  məşğul  olan  təşkilati  strukturun  və  heyətin  idarə  edilməsinin  prinsip, 

metod və formalarının məcmusudur. 

İnnovasiya meneceri innovasiya prosesinin müxtəlif fazalarında fəaliyyət göstərir və 

bu  sahədə  özünün  idarəetmə  fəaliyyətini  qurur.  Müəssisə  və  təşkilatlar  innovasiya 

fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə aşağıdakı təşkilati strukturları yarada bilər-

lər: 


1.

 

Elmi tədqiqat institutları və ya elmi mərkəzlər. 



2.

 

Layihə - konstruktor şöbələri. 



3.

 

Strateji araşdırma mərkəzləri. 



4.

 

Marketinq şöbəsi nəzdində marketinq tədqiqatları bölməsi. 



5.

 

Laboratoriyalar. 



6.

 

Məsləhət (konsaltinq) şöbələri və s. 



Vençur  biznesi  ilə  məşğul  olan  firmalar  yeni  məhsulların  layihələşdirilməsini, 

tədqiqini və istehsalını, ixtiraçılıq və elmi axtarışla bağlı fəaliyyəti həyata keçirirlər. 

Mahiyyətinə  və  məzmununa  görə  vençur  biznesi  riskli  biznesdir.  (Vençur  sözü 

ingilis  dilindən  “venture”  sözündəndir. Mənası  “risk”,  “cəsarətli  addım”  deməkdir. 

Yəni vençur müəssisələrinin həyata keçirdikləri kapital qoyuluşları olduqca riskli bir 

işdir. Çünki istehlakçılar yeni layihələri, məhsulları  necə qəbul edəcək, yeniliklərin 

nəticəsi necə olacaq bunu qabaqcadan proqnozlaşdırmaq çox çətindir. Ona görə də, 

vençur kapitalı riskli kapital hesab olunur.         

Vençur  firmaları  böyük  firmaların  struktur  vahidi  kimi  törəmə  müəssisələri 

formasında da fəaliyyət göstərirlər. Vençur firmasının təşkil edilməsi və yaradılması 

üçün lazım olan şərtlər aşağıdakılar hesab olunur:     

1) Maliyyələşmə mənbəyi − risk kapitalı.   

2) Vençur firmasının gəlir gətirə bilmək potensialı.  



79 

 

3) İnnovasiya ideyalarının mövcudluğu.   



4) Firmanın məhsuluna bazar tələbatının yaranması. 

İnnovasiya  firmalarına  və  qurumlarına  rəhbərlik  mühəndislər  və  menecerlər 

tərəfindən həyata keçirilir. 

Funksional yanaşma üsulundan istifadə edərək ayrı-ayrı ölkələrin MİS-lərinin tədqiq 

olunması  və  onların  Azərbaycanın  sosial-mədəni  və  iqtisadi  mühitinə 

uyğunlaşdırılması  xüsusiyyətlərinin  öyrənilməsi  yolu  ilə  Respublikamızın  milli 

innovasiya  sisteminin  aşağıdakı  səkkiz  funksiyasının  formalaşdırılmasının  vacib 

olduğunu müəyyənləşdə bilərik:  

innovasiya siyasətinin formalaşdırılması;  



innovasiyalar üçün tənzimləyici mühitin yaradılması;  

perspektivli elmi istiqamətlərin müəyyənləşdirilməsi və prioritetli innovasiya 



proseslərinin seçilməsi;  

resursların formalaşdırılması və bölüşdürülməsi;  



innovasiya istiqamətli ETTKİ-lərin yaradılması və həyata keçirilməsi;  

innovasiya  fəaliyyətinin  inkişaf  etdirilməsi  tələblərinə  cavab  verən  insan 



kapitalının formalaşdırılması və zəruri olan material aktivlərinin yaradılması;  

innovasiyaların yaradılması və istifadəsi üçün stimulların yaradılması;  



yüksək  texnologiyalara  əsaslanan  yeni  istehsal  və  xidmət  sahələrinin 

inkişafının maliyyə cəhətdən dəstəklənməsi. 

İnnovasiya  menecmentinin  təhlili  bir  sıra  mühüm  məqamları  -  vençur 

maliyyələşdirmə  sxeminin  effektivliyini,  innovasiya  risklərinin  idarəedilməsini 

və.s.-i  aydınlaşdırmağa  ,  o  cümlədən    elmi-tədqiqatın  proqram-məqsədli  təşkilinin 

mikro  səviyyədə  təkmılləşdirilməsi  məsələsinin  aydınlaşmasına    imkan  yaratdı  və 



80 

 

qeyd  olunmalıdır  ki,  bütövlükdə  innovasiya  proseslərinin  effektivliyi  həm  də 



korporativ idarəetmə standartlarının keyfiyyətindən asılıdır. 

Ümumiyyətlə, müasir idarəetmə praktikası və nəzəriyyəsi bu sualı cavablandırıb və 

artıq məlumdur ki,  “korporativ idarəetmə hər bir kompaniya – böyük və kiçik, özəl 

və  ictimai  kompaniyalar  üçün  ən  mühüm  məsələdir”  (  журнал  обзор 

економичсского Европы 2003). 

Bu baxımdan müasir idarəetmədə yüksək korparativ standartların tətbiqi vacibdir və 

məhz  bu  idarəetmənin  mövcudluğu  xarici  investisiya  mənbələrinə  -  səhm,  istiqraz 

buraxılışı hesabına vəsaitlər cəlbinə imkan yaradır. Nəzərə almaq gərəkdir ki, ötən 

əsrin  50-ci  illərində  tətqiqatlarla  sübut  olunub  ki,  xarici  maliyyələşmə 

mənbələrindən üstün istifadə bütövlükdə səmərəlidir. 

Keyfiyyətli  korporativ  idarəetmə  sisteminin  formalaşması  əlbəttə  ki,  təkcə 

sahibkarlığın  idarəetmədən  ayrılması  ilə  şərtlənmir.  Bir  çox  hallarda  sahibkarlığın 

inzibati-təşkilati forması da bu cəhətə ciddi təsir göstərir. Azərbaycan mühitində bu 

baxımdan  əsas  məsələ  korporativ  formanın  zəif  inkişafında  deyil.  Əsas  məsələnin 

mahiyyəti  bir  qədər  fərqlidir.  Öncə  qeyd  etdiymiz  kimi  ölkədə  yaradılan  əlverişli 

investisiya  və  sahibkarlıq  mühiti  son  illərdə  sahibkarlıq  subyektlərinin  sayının 

sürətli artımını şərtləndirib. Belə ki, 2001-ci ildə dövlət registirində qeydə alınmış 

müəssisələrin  sayı  55799  idi.  2006-cı  ildə  bu  göstərici  70287  –  yə,  2011-ci  ilin 

əvvəlinə isə 93416-ya bərabərləşdirilmişdi (2,.698-699 cəd.25.1) . Bu dövrdə kiçik 

müəssisələrin  sayı  44738-dən  77225-ə  qədər  artmışdı.  Deməli,  bu  dövrdə  böyük 

müəssisələr  cəmi  5min,  kiçik  müəssisələrsə  32487  say  artıb.  Əlbəttə  ki,  kiçik 

müəssisələrdə  keyfiyyətli  korporativ  idarəetmə  tətbiqi  bir  sıra  amillərə  görə 

mümkün olmur. 

Ancaq  keyfiyyətli  korporativ  idarəetmə  sistemlərinin  formalaşması  baxımından  

kiçik müəssisələrin sürətli artımı ciddi bir maneə deyil. 



81 

 

Başqa  bir  cəhət  –  hüquqi  şəxs  yaratmadan  sahibkarlıqla  məşğul  olan  subyektlərin 



sayının  sürətli  artımı  şübhəsiz  ki,  keyfiyyətli  idarəetmə  sistemlərinin 

formalaşmasına  şərait  yaratmır.  Belə  bir  sürətli  artım  aşağıdakı  cədvəldən  aşkar 

görünür. 

Cədvəl 1. 

Sahibkarlıq subyektlərinin sayı və effektiv menecment sistemlərinin formalaşdırılması 

imkanları 

 

2006 

2013 

artım 

Effektiv 

menecment  

təşkil etmək 

1.Böyük müəssisələr 

11061 

16067 


5006 

Vardır 


2.Kiçik müəssisələr 

44738 


62899 

18161 


Əsasən 

mümkündür 

3.Hüquqi 

şəsx 


yaratmadan 

fəaliyyət 

 

209170 


 

432141 


 

222971 


Əsasən 

mümkün deyil 



Mənbə: Azər.stat.gös.səh 698-712Azərbaycan rəqəmlərdə 2014 səh.64 

Aydındır  ki,  432141  fərdi  sahibkarlıq  subyektinin  böyük  əksəriyyətində,  yaxud 

mütləq  əksəriyyətində  nə  maliyyə  planlaşdırılması,  nə  investisiya  layihələrinin 

qiymətləndirilməsi,  nə  SWOT,  nə  də  STEP  təhlil  və  s.  idarəetmə  metodlarından 

istifadə olunmur.  

Bu  baxımdan  biznesin  inzibati-təşkilati  strukturunun  təkmilləşdirilməsinə,  daha 

doğrusu, fərdi sahibkarlıq subyektlərinin tədricən hüquqi şəxs formasında fəaliyyətə 

çevrilən  müəssisələrə  çevrilməsinə  stimul  yaradan  tədbirlərin  reallaşdırılmasına 

ehtiyac vardır. Sadələşdirilmiş vergi sisteminin təkmilləşdirilməsi, biznesin təşkilati 

formaları  ilə  bağlı  mülki  məcəllədə  lazimi  düzəlişlərin  edilməsi  –  daha  doğrusu, 

biznesin  yalnız  hüquqi  şəxs  formasında  təşkilinin  nəzərdə  tutulması  kimi  tədbirlər 

effektiv  idarəetmə  sisteminin  hər  bir  sahibkarlıq  subyektində  təşəkkülünə  əsas 

yarada bilər. 



82 

 

Korporativ  idarəetmənin  təşəkkülü  və  bu  idarəetmənin  keyfiyyətinin  artımı-  -



baxımdan  mühüm  məsələlərdən  biri  də  menecmentdə  ən  müasir  idarəetmə 

metodlarından istifadədir. 

Bu baxımdan inkişaf etmiş ölkələrin təcrübəsinə istinad vacibdir. Bəllidir ki, bir sıra 

Qərb  ölkələrində  korporativ  menecmentin  bəzi  daxili  funksiyalarının  –  Loqistika, 

daxili  audit,  satış  sifarişlərinin  emalı,  bir  çox  mühasibat  işləri  xarici  tərəfdaşlara  – 

ixtisaslaşmış  firmalara  həvalə  olunur.  Yeni  informasiya  texnalogiyalarının 

imkanlarından  istifadə  ilə  yaranan  bu  yeniliklər  –  Ümumi  Xidmətlər  Mərkəzi, 

autsorsiq,  beçmerkinq  və  s.  əsas  əhəmiyyəti  bundadır  ki,  bu  metodlar  idarəetmə 

xərclərini  əhəmiyyətli  dərəcədə  azaltmağa  imkan  yaradır.  Belə  ki,  daxili  audit, 

Loqistika  və  s.  bəzi  işlərin  firma  daxilindən  istifadəsindən  imtina  –  yəni,  çoxsaylı 

əlavə kadr heyəti saxlamaq və digər xərclərdən imtina edib, bu işləri xarici tərəfdaşa 

– ixtisaslaşmış Ümumi Xidmətlər Mərkəzinə həvalə edəndə, müvafiq xərclərin 30% 

azaldılması  mümkün  olur  (Моргарет  мей.  Трансформации  функции  финансов. 

М.2005  ст.53).  Ümumiyyətlə,  ÜXM,  autsorsinq,  beçmarkinqdən  istifadə 

koporasiyaların müvafiq işlərə sərf etdiyi şərclər diapazonunu 0,6-6,95% -dən 0,5-

4,79% -ə qədər azaldıb (Мир.мей.ст.65).  

Bu metodlardan, yaxud dövriyyə kapitalının idarə edilməsində istifadə olunan “just 

–on – time” metodundan istifadə şübhəsiz ki, vəsaitlərin daha effektiv istifadəsində 

ardıcıl  olaraq,  mənfəətin  yüksəlməsi  və  investisiya  mühitinin  daha  da 

yaxşılaşmasına  əsas  yaradır.  1994-2000  –ci  illər  ərzində  Böyük  Britaniyada  təkcə 

autsorsinq  əməliyyatlarının  həcminin  3  dəfə  artımı  məhz  belə  metodların 

istifadəsinin  effektivliyini  təsdiqləyir.  Bu  öncül  təcrübələrin  Azərbaycan 

müəssisələri  tərəfindən  yaxın  perespektivdə  istifadəsi  prinsipcə  mümkündür  və 

ölkədə informasiya texnalogiyaları sferasının sürətli inkişafı bu baxımdan  ən ciddi 

hesab edilə bilən maneəni – texniki imkansızlığı aradan qaldırıb. 

Koporativ  idarəetmənin  keyfiyyətinin  yüksəldilməsinin  milli  innovasiya  sisteminin 

formalaşmasına  təsiri  ümumiyyətlə  aydınlaşdı  və  müvafiq  təkmilləşdirmə 



83 

 

istiqamətləri müəyyənləşdi. Aparılan təhlilləri yekunlaşdırmaq, ümumiləşdirmək və 



bir sıra nəticələri müəyyənləşdirmək olar.    

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


84 

 

NƏTİCƏ 

Aparılan təhlillər bizə aşaqıdakı nəticələri çıxarmağa imkan yaradır: 

-Dinamik iqtisadi artım innovasiya proseslərinin dinamizmi ilə  müəyyənləşir  və hər 

bir  əsrdə  iqtisadi  tsiklin  nəticələrini  yeni  məhsulların,  yeni    texnologiyaların,  yeni 

idarətmə usullarının və.s.-in şərtləndirməsi də bu cəhəti təsdiqləyir 

   -Innovasiya  fəaliyyətinin  effektivliyi  ayrı  –  ayrı  innovasiya  yönümlü  tədbirlərin, 

makro  və  mikro  səviyyədə  hazırlanan  innovasiya  siyasətinin,  müxtəlif  innovasiya 

inkişafı  proqramlarının,  o  cümlədən  ümümölkə,  regional,  sahə  və.s.  proqramların 

uzlaşdırılmasını, bir – birini tamamlanmasını tələb edir.Belə uzlaşdırılmış fəaliyyətin 

təminatı  isə    əhatəli  dövlət  innovasiya  siyasətinin    formalaşdırılması  çərçivəsində 

mümkündür; 

-  Dövlət  innovasiya  siyasəti  təkcə  elmi-texniki  tərəqqinin  iqtisadi  rolunun 

öyrənilməsi və bu əsasda tədbirlərin hazırlanması hüdudlarına sığmır, iqtisadiyyatın 

institusional  elementlərinin  yeni  texnologiyalarla  birgə  müasir  proseslər  və 

məhsulların hazırlanma və tətbiq edilməsində - inkişafın təmin edilməsində  mühüm 

rol  oynadığını  nəzərə  alır  və  konkret  sosial  -    iqtisadi  şəraitə  uyğun  olan    yeni 

innovasiya inkişafı vektorlarını formalaşdırır; 

-  Dövlət  innovasiya  siyasətinin  əsas  xəttini  hər  bir  tarixi    mərhələdə    ölkə  elmi  - 

tədqiqat sektorunun özünün inkişafını təmin etməkdən ibarət olmalıdır.Bu baximdan 

qeyd  edilməlidir  ki,  elmi  -  tədqiqat  sferasındakı  inkişaf  meyllərinə  baxmayaraq, 

hələlik ölkə elmi - tədqiqat sektoru respublikanın innovasiya inkişafını təmin etmək 

baxımından  tam  qənaətbəxş  səviyyədə  deyil  və  bu  vəziyyəti  maliyyə  çatışmazlığı, 

elm - istehsal qarşılıqlı əlaqələrinin zəifliyi, elmi-tədqiqat sferasının idarəedilməsinin 

tam  təkmil  olmaması  -  o  cümlədən  elmi-tədqiqat  sferasının  fəaliyyətinin  təşkilində 

proqram - məqsədli metoddan zəif  istifadə şərtləndirib




85 

 



İnnovasiya inkişafının strateji və uzunmüddətli  perspektivlərini nəzərə alaraq 

dövlət  innovasiya  siyasəti  ölkəmizdə  elmi-texniki  potensialı  ilə  elmi  və  texniki 

nailiyyətlərin  maliyyələşdirilməsi  və  kommersiyalaşdırılması  həcmi  arasındakı 

uyğunsuzluğun  aradan  qaldırılması  -  iqtisadi  inkişafa  müsbət  təsir  edə  bilən 

istiqamətə  yönəlməlidir.  Bu  mənada  Azərbaycan  Respublikasında  vergilər, 

amortizasiya, gömrük və s. sistemlərində güzəştlər vasitəsilə innovasiya fəaliyyətinin 

stimullaşdırılmasına zəruri ehtiyac duyulur. 

- Dövlət innovasiya siyasəti formalaşdırılarkən inkişaf etmiş  ölkələrin  təcrübəsinin  

mühüm  bir  istiqaməti  -    milli    texnoparkların,  sənaye    parklarının,  regional  

innovasiya    mərkəzlərinin    yaradılması  yolu  ilə    ölkə    iqtisadiyyatının  innovasiya 

inkişafının  dinamizminin təmin edilməsi nəzərə alinmalıdır; 

   -  Ölkə   iqtisadiyyatında   elmi-tədqiqat   sektorunun    inkişafını  təmin    etmək    üçün  

dövlət    büdcəsindən    elmə    və    elmi-tədqiqat    və  işləmələrə    ayrılan    vəsaitlərin  

həcminin  artırılması      yeni    ideyaların,  məhsulların,  texnologiyaların      işlənib  

hazırlanmasını  və  real  sektora  tətbiqini  genişləndirmiş  olar; 

-  İEÖ-in    təcrübəsindən  istifadə  etməklə,  onlarla  elmi-texniki  sahədə  əməkdaşlıq, 

yeni bilik və texnologiyaların mübadiləsi, lisenziyaların alqı-satqısı, xarici ölkələrdə 

kadr  hazırlığının  təşkili  dövlət  innovasiya  siyasətinin  əsas  istiqamətlərindən  biri 

olmalıdır  və    belə  bir  istiqamət  üzrə  fəaliyyət    ölkəmizin    elmi    və      texnoloji  

inkişafında  əhəmiyyətli  rol  oynaya  bilər; 

     -  Elmtutumlu    sahələrin  inkişaf    etdirilməsi,  nanotexnologiya,  biotexnologiya, 

mikroeloktronika,  informasiya-kommunikasiya    texnologiyaları,  gen    mühəndisliyi  

və  s.  sahələrdə  texnoloji  inkişafın  beynəlxalq  təcrübəsinin  öyrənilməsi və  tətbiqi

bu  sahələr  üzrə  kadrların  hazırlanması  ölkəmizdə  prespektivdə  həmin  sahələrin  

inkişafına  imkan  yaradar



86 

 

   -  Dövlət  innovasiya  siyasəti  həm  də  fundamental  və  tətbiqi  tədqiqatları  həyata 



keçirən  və  elmtutumlu  məhsulların  istehsalını  reallaşdıran  iri  korporasiyaların,  elmi  

mərkəzlərin,  vençur    fondların    və    innovasiya    fəaliyyətini    stimullaşdıran    xüsusi  

fondların    yaradılması,    yeni    məhsulların    mənimsənilməsi    üzrə    xüsusi    sahə  

labaratoriyalarının yaradılmasına istiqamətlənməlidir ; 

   -  İnnovasiya  proseslərinin  dinamizmi  yüksək  keyfiyyətli  korporativ  idarəetmə 

standartlarının  tətbiqini  tələb  edir  və  dövlət  innovasiya  siyasəti  belə  bir  idarəetmə 

sisteminin tətbiqinə pozitiv təsit göstərməli  -  Azərbaycan Respublikasında biznesin 

təşkilati – hüquqi təşkilinin təkmilləşdirilməsini, yəni  fiziki şəxs kimi sahibkarlıqla 

məşğul  olan  təsərrüfat  subyektlərinin  əksəriyyətinin  tədricən  hüquqi  şəxsə 

çevrilməsini  şərtləndirməlidir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 


87 

 

İstifadə olunmuş ədəbiyyat siyahısı: 

1)

 

A.B.Abbasov «Biznesin əsasları», Bakı-2005   



2)

 

A.B.Abbasov  “Biznesin təşkili və idarə edilməsi”, Bakı-2001 



3)

 

T.Ə.Quliyev «Menecmentin (idarəetmənin) əsasları», Bakı-2001   



4)

 

M.Atakişiyev, Q.Süleymanov «Innovasiya menecmenti», Bakı-2004   



5)

 

T.Г.Eвдokимoвa,Г.A.Maxoвиkoвa,N.F.Eфимова:«Иннoвaциoнни 



менеджмeнт», Sankt-Peterburq – 2005 

6)

 



Ленчук  Е.Б.  Инновационный  фактор  в  экономическом  развитии   

постсоциалистических стран. М., ОМЭПИ ИЭ РАН, 2006. 

7)

 

Инновационная политика/под ред. проф. В.И. Дуженкова. М., 2000. 



8)

 

Гончаренко Л.П.:Инновационная политика: Учебник/М.:КНОРУС,2009 



9)

 

Управление  инновационными  проектами:  учеб.  пособие/под  ред.проф. 



В.Л.Попова. М.: ИНФРА-М, 2007. 

10)


 

Balabanov İ.L:İnnovasiya  menecmenti.  2001. 

11)

 

Шумпетер Й. Капитализм, социализм и демократия. М.:Экономика, 1995. 



12)

 

Зиновкина 



М.М., 

Андреев 


С.П., 

Гареев 


Р.Т. 

Решение 


творческихуправленческих  с  применением  ТРИЗ  в  инновационном 

менеджменте.Инновационное технические системы. М.: МГИУ, 2004. 

13)

 

Янсен Ф. Эпоха инноваций. Пер. с англ.-М.: Инфра-М-М, 2002. 



14)

 

Очковская  М.С.  Формирование  инновационной  инфраструктурыв  России 



(статья). //  Финансовые проблемы  РФ и  пути  их решения:теория  и практика: 

Труды 6-й МНПК. – СПб.: Изд-во Политехн. ун-та, 2005. 

15)

 

Федосеева,  Т.А.  Сравнительный  анализ  инновационных  систем 



иинновационного  развития  различных  стран  научно-техническийжурнал 

«Известия Академии инженерных наук. Т 11. Москва-Н.Новгород, 2005. 

16)

 

"Rabitə dünyası"



 qəzeti, 26 iyun 2009-cu il 

17)


 

M.Məmmədov:  Əməliyyatlar menecmenti. Bakı 

18)

 

R.Mehdiyev:  XXI  əsrdə  Azərbaycan  ideyası    kreativ    millət    konteksində.    I  



Fəsil 


88 

 

19)



 

İ.Əliyev:  Milli  Elmlər  Akademiyasının  60  illiyinə  həsr  olunmuş  təntənəli 

yığıncaqda  çıxışı , 15 dekabr 2005-ci il 

20)


 

“Azərbaycan” qəzeti- 03.11. 2009  

21)

 

“İqtisadiyyat və həyat” jurnalı - 09.10.2011 



22)

 

“Бакинский рабочий”, 16.03 2012 г. 



23)

 

Vəliyev  D.Ə.:  Azərbaycanın  qlobal  iqtisadiyyata  inteqrasiyası.  Bakı-2008, 428 



s.  

24)


 

“Azərbaycan müəllimi” jurnalı, 18.06.2010. 

25)

 

Кузнецов  О.Л.,  Кузнецов  П.Г.,  Большаков  Е.В.  Система  общество-при-



рода-человек: устойчивое развитие. - М., 2000.- 465 c. 

26)


 

“AZƏRBAYCAN - 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI. 

2012 

 

 

 



89 

 

 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə