AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
« MAGİSTRATURA MƏRKƏZİ »
Magistr proqramının məzunu
Cəmilə Qasımzadə Telman qızı
/A.S.A/
«MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA DÖVLƏTİN İNNOVASİYA
SİYASƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ PRİORİTETLƏRİ »
Mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İstiqamətin şifri və adı 060404 İqtisadiyyat
İxtisaslaşma İqtisadiyyatın tənzimlənməsi
Elmi rəhbər
Magistr proqramının rəhbəri
(A.S.A., elmi dərəcə və elmi ad)
(A.S.A., elmi dərəcə və elmi ad)
i.e.n. A.M.Hüseynov dos.İ.M.Mahmudova
Kafedra müdiri (A.S.A., elmi dərəcə və elmi ad) _____________________
____i.e.d,prof. Əhmədov M.A.________________________________________________________
BAKI 2016
2
M Ü N D Ə R İ C A T
GİRİŞ
.......................................................................................................................................
FƏSİLI:İNNOVASİYA FƏALİYYƏTİNİN NƏZƏRİ-METODOLOJİ
ƏSASLARI
.......................................................................................................................................
1.1.İnnovasiya anlayışının nəzəri aspektləri.............................................................
1.2. Dövlət innovasiya siyasətinin nəzəri əsasları............................................
1.3. İnnovasiya inkişafının xarici təcrübələri....................................................
FƏSİL II:RESPUBLİKAMIZDA İNNOVASİYA SİYASƏTİNİN MÜASİR
VƏZİYYƏTİ
.......................................................................................................................................
2.1. Azərbaycan Respublikasının innovasiya potensialı...........................................
2.2
Azərbaycan
Respublikasında.
innovasiyaların
inkişafının
müasir
vəziyyəti.....................................................
2.3. Azərbaycanda dövlət innovasiya siyasəti..........................................................
FƏSİL
III:
AZƏRBAYCANDA
İNNOVASİYA
SİYASƏTİNİN
TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ...................................................
3.1.Dövlət makroinnovasiya siyasətinin təkmilləşdirilməsi məsələləri....................
3.2.Dövlət iqtisadi siyasəti və mikro səviyyədə innovasiya proseslərinin
dinamizminin stimullaşdırılması:əsas istiqamətlər....................................................
NƏTİCƏ..............................................................................................................
ƏDƏBİYYAT......................................................................................................
3
GİRİŞ
Mövzunun aktuallığı.Müasir dövrdə elm tutumu və rəqabətqabiliyyətli
məhsul (xidmət) isthsalı davamlı iqtisadi inkişafın ən mühüm şərti hesab olunur.
Beləki elmtutumlu məhsul istehsalına çəkilən xərclərin əhəmiyyətli artımı və
səmərəliliyi iqtisadiyyatda davamlı artım tendesiyasının, intellektual potensialın
formalaşması və inkişafının əsasını təşkil edir. Hesablamalar göstərir ki, hər hansı
bir ölkədə elmin inkişafı, həmin ölkədə ÜDM in orta hesabla 50% artmasına təsir
göstərə bilir.
XX əsrin ortalarından başlayaraq , inkişaf etmiş ölkələrdə sosial-iqtisadi inkişafın
sürətləndirilməsi, qlobal rəqabət şəraitindən yararlanmaq üçün innovasiya amilinə
üstünlük verilir. Qlobal tərəfdaşlıq, birgə tədqiqat müəssisələrinin yaradılası da daxil
olmaqla, kooperasiya əlaqələri genişləndirilməkdədir. Dünyanın elmtutumlu aparıcı
kooperasiyalarının qloballaşma prorsesində tədqiqat strategiyası gücləndirilərək,
xarici təcrübənin daha sürətlə mənimsənilməsinə yönəldilməkdədir.
Qloballaşma prosesində ölkələr arasında texnoloji rəqabət dahada kəskinləşmişdir.
İqtisadi cəhətdən liderlik etmək üçün hamı tərəfindən qəbel edilən yeganə yol daima
innovasiyalı yeniləşmədir.
Gələcəyin innovasiyalı inkişafının mənzərəsinin formalaşması, ilk növbədə elmi-
texniki inkişafın ən yeni meyllərinin məcmusunu, maliyələşmənin miqyasını dövlət
elmi mərkəzlərində və özəl sektor şirkətlərində prinsipcə yeni texnologiyaların
işlənəsi və mənimsənilməsi əhatə edir. Bu gün dünyada ümumi daxili məhsulun
elmtutumluğu göstəricisi ölkədə elm və innovasiyanın fəaliyyətinin səviyyəsini
xarakterizə edən əsas göstəricidir. Bu göstəric-i milli innovasiya sisteminin
yetkinliyi və tarazlığını qiymətləndirmək üçün əsas meyardır.
Azərbaycan resublikasında iqtisadiyyat sahələrinin mövcud texniki-texnoloji
durumu yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan vermir. Hələ ki,
beynəlxalq standartlar emal sənayesi müəssisələrində özünə tam yer tapa bilmir.
Azərbaycanın iqtisadi inkişafının müasir mərhələsində innovasiya fəaliyyətini