Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   19   20   21   22   23   24   25   26   27

69 

 

FƏSİL 



III.AZƏRBAYCANDA 

İNNOVASİYA 

SİYASƏTİNİN 

TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ 

3.1. Dövlət makroinnovasiya siyasətinin təkmilləşdirilməsi  məsələləri 

İnnovasiya  infrastrukturunun  formalaşması  və  inkişafının  nəzəri  vəpraktiki 

əsaslarını  öyrənmək  və  Azərbaycanın  milli  innovasiya  sisteminintəhlili  əsasında 

respublikanın  innovasiya  infrastrukturunun  təşkilati-iqtisadimodelini  hazırlamaq 

mümkündür.İnnovasiya 

infrastrukturunda 

formalaşan 

ən  vacib  element 

istehsaltexnoloji  istiqamət  sayılmalıdır  ki,  bunun  da  əsasında  çox  da  böyük 

olmayaninnovasiya 

mərkəzləri 

dayanır. 

Milli 

iqtisadiyyatımıza 



rəğmənrespublikamızda 

innovasiya 

mərkəzlərinin 

üç  modelinin  istifadə 

olunmasıməqsədəuyğun sayılmışdır: 

-

 



milli texnoparklar; 

-

 



regional innovasiya mərkəzləri

-

 



yüksək texnologiyaya malik ərazilər. 

Milli  texnoparkların  yaradılmasında  əsas  məqsəd  müasir  elmin  prioritet  

sahələriüzrə  milli  elmi-texniki  potensialın  iqtisadi  proseslərə  cəlb  olunması  vəelmi 

tədqiqatların  kommersiya  reallaşdırılması  yolu  ilə  bu  sahələrin  gələcək  inkişafına 

əlavə  vəsaitlərin  cəlb  olunması  sayılır.  Xarici  ölkə  parklarının  yaradılması 

təcrübəsinin təhlili və bu sahədə aparılan ümumiləşdirmələr (I Fəsil. 3-cü sual) əsas 

verir  ki,  ictimai-siyasi  reallıqları  və  təbii-iqtisadi  resursları  nəzərə  alan  texnopark 

modelinin  düzgün  seçilməsi,  eləcədə  konkret  regionun  elmi-texniki  və 

innovasiya potensialının 

inkişaf  səviyyəsininnəzərə  alınması  sosial-iqtisadi 

məsələlərin daha uğurlu həllinə təsir göstərir. Deyilənləri nəzərə alaraq qeyd etmək 

olar ki, ABŞ-da, Böyük Britaniyada, Avropada (Fransada, Almaniyada, İspaniyada, 

Finlandiyada),  Rusiyada,  Yaponiyada,  Türkiyədə  və  s.  ölkələrdə  texnoparkların 

yaradılması  və  fəaliyyət  göstərməsi  təcrübələrinin  kompleks  təhlili  texnoparkların 

yaradılması  sahəsində  Azərbaycan  üçün  də  nümunə  ola  bilər.  Belə  ki,  bu  sahədə 

artıq  ilk  addımlar  atılmışdır.22  Dekabr    2009-cu  ildə    Prezident  İlham  Əliyevin 

Sərəncamı    ilə    Sumqayıt  Texnologiyalar  Parkının  (STP)  birinci  mərhələsi  işə 



70 

 

salınmışdır. Parkın ərazisi 45 hektardır.Parkdakı zavod korpuslarının ərazisi isə 140 



min  kvadrat  metrdir.Texnoparkın  birinci  mərhələsi  çərçivəsində  müəssisələrin 

tikinti-quraşdırma  işlərində  2300  nəfərdən  çox  işçi  çalışmışdır.Müəssisə  tam  işə 

düşdükdən sonra burada 3000 nəfər, o cümlədən yüksək ixtisaslı mühəndislər daimi 

işlə  təmin  ediləcəkdir.Sumqayıt  texnoparkında  elektroenergetika  sənayesi  üçün 

məhsullar  hazırlanır,  zavodlar,  sexlər  və  istehsal  xətləri  yaradılır.  Sumqayıt 

Texnologiyalar  Parkı:  1)  Alternativ  enerji  mənbələrindən  istifadə  etməyə  imkan 

yaradan  avadanlıqlar;  2)  Külək  və  alçaq  gücə  malik  su  elektrik  stansiyalarının 

avadanlıqları; 3) İri çaplı plastik, yüksək təzyiqə davamlı metal-plastik borular; 4) 

Arqon,  oksigen,  azot  və  digər  texniki  qazlar;  5)  İrihəcmli  metal  konstruksiyaları 

qaynar  üsulla  sinkləmə;  6)  Günəş  enerjisindən  istifadə  məqsədi  ilə  istifadə  edilən 

qurğular; 7) Müxtəlif çeşidli plastik kütlə, izolyasiyalı, müasir, alçaq, orta, yüksək 

və ifrat yüksək elektrik güc kabelləri (MDB və Yaxın Şərqdə analoqu olmayan 500 

kV-luq  mis  və  alüminium  damarlı,  korroziyaya  davamlı  sualtı  qurğuşun  qabıqlı, 

yeraltı polad alüminium zirehli və s.); 8) Çılpaq və plastik kütlə izolyasiyalı elektrik 

hava xətləri naqilləri və  müasir güc transformatorları istehsal etməyə imkan verən 

zavodlara  malikdir.  Zavod  ölkədə  analoqu  olmayan,  regionda  ən  iri  və  yüksək 

texnologiyalı  müəssisələrdən  biridir.  Hal-hazırda  STP  (Sumqayıt  Texnologiyalar 

Parkı)  ərazisində  fəaliyyət  göstərən  zavodlar  aşağıdakılardır:  1)  Kabel  zavodu;  2) 

Kabel  zavodunun  mis  və  alüminium  elektrotexniki  çubuqlar  istehsalı  sexi;  3) 

Alüminium və mis profillərinin istehsalı zavodu; 4) Ağır maşınqayırma zavodu; 5) 

Ağır maşınqayırma zavodunun mexaniki təmir sexi; 6) Qaynar sinkləmə zavodu; 7) 

Dəqiq emal mərkəzləri zavodu; 8) Texniki qazlar istehsalı zavodu; 9) Metal əritmə 

zavodu;  10)  Elektron  cihazlar  zavodu;  11)  Günəş  kollektoru  sexi;  12)  Yüksək 

gərginlikli elektrik avadanlıqları zavodu; 13) Toz boya sexi. Gələcəkdə zavodların 

sayının 30-a çatdırılması nəzərdə tutulur. 

Regional  innovasiya  mərkəzlərinin  yaradılmasının  əsas  məqsədi  Azərbaycanın 

regionlarında  texnoloji  istiqamətin  geniş  spektri  üzrə  innovasiya  proseslərinin  

aktivləşdirilməsi  sayılır.  Yüksək  texnologiyalara  malik  ərazilər  innovasiya  




71 

 

infrastrukturunun  subyektləri  sayılırlar  və  istehlak  təyinatlı  yüksək  texnoloji  



məhsulların  buraxılışı  üzrə  xarici  şirkətlərlə  birgə  müəssisələr  yaratmaq    əsasında 

fəaliyyət  göstərirlər.  Bu  cür  təşkilatların  yaradılmasında  məqsədAzərbaycan 

iqtisadiyyatına  istehlak  mallarının  istehsalı  üzrə  müasirtexnologiyaların  cəlb 

olunması  sayılır.  Yüksək  texnologiyaya  malik  ərazilərinyaradılması  üçün  ilkin 

şərtlər  əlverişli  coğrafi  mövqe,  istehsal    infrastrukturunun  kifayət  qədər  inkişaf 

səviyyəsi  zəngin  mineral  resursların  mövcudluğu,  iqtisadi  və  siyasi  sabitlik  hesab 

olunur.  Yüksək  texnologiyaya  malik  ərazilərin  effektiv  inkişafı  üçün  ən  mühüm 

şərtlər  müvafiq  qanunvericilik  bazasının  işlənib  hazırlanması  və  potensial 

partnyorlar  üçün  güzəştlər  sisteminin  tətbiqi  sayılır.  Yüksək  texnologiyalı  ərazilər 

assosiasiya  formasında    yaradıla  bilərlər.  Yüksək  texnologiyaya  malik  ərazilərin 

inkişafı  nisbətən  az  müddətdəÜDM-də  elmtutumlu  məhsulların  payının  artmasına 

yerli elmi-texniki və  istehsal heyətin yüksək texnologiyalı sferaya cəlb olunmasına, 

rəqabətqabiliyyətli  məhsullarla  dünya  bazarına  çıxmaq  üçün  əlverişli  şəraitin 

yaradılmasına  və  beynəlxlaq  keyfiyyət  standartına  keçidin  surətlənməsinə  kömək 

edir. 

Azərbaycanda  elmi-texniki və  innovasiya  sferalarının gələcək  inkişafı  üçün  vençur 



sahibkarlığı  sisteminin  formalaşması  zəruridir.  Qeyd  etməklazımdır  ki,  vençur 

sahibkarlığının  inkişafı  sahəsində  daha  böyük  nəticələriyalnız  bu  sferada  xeyli 

təcrübəsi  olan  beynəlxalq  və  xarici  maliyyə  institutları  ilə  sıx  əməkdaşlığın  təmin 

edilməsi  şərtilə  əldə  etmək  olar  Azərbaycanda  elmi-texniki  və  innovasiya 

sferalarının  gələcək  inkişafı  üçün  vençur  sahibkarlığı  sisteminin  formalaşması 

zəruridir.  Vençursahibkarlığının  inkişafı  prosesində  aparıcı  rolu  texnoparklar 

oynamalıdır.  Müasir  mərhələdə  vençur  maliyyələşdirilməsinin  inkişafını  ləngidən 

əsasamillərdən 

biri 

kifayət 


miqdarda 

cəlbedici 

şirkətlərin 

və 


ya 

innovasiyatəşəbbüskarlarının  olmaması  sayılır.  Odur  ki,  cari  iqtisadi  vəziyyət 

şəraitində  investisiyalaşma  üçün  cəlbedici  olan  şirkət  deyil,  ayrıca  innovasiya 

layihəsimüəyyən 

edilməlidir 

ki, 


bu 

da 


innovasiya 

infrastrukturunun 

bütünsubyektlərinin sıx qarşılıqlı təsirinin zəruriliyini şərtləndirir.  



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə