Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   19   20   21   22   23   24   25   26   27

75 

 

elektron mallar və xidmətlər ixracıdır. Bu məsələnin həll edilməsi üçün yaxın 5-10 



ildə “Regional innovasiya zonası” layihəsi mərhələlər üzrə həyata keçiriləcəkdir. 

Qeyd  edilən  bütün  məsələlər “AZƏRBAYCAN - 2020: GƏLƏCƏYƏ BAXIŞ”  

inkişaf  konsepsiyasında  öz  əksini  tapmışdır 

 “AZƏRBAYCAN - 2020: GƏLƏCƏYƏ BAXIŞ”  inkişaf  konsepsiyasında elmi 

potensialın  və  innovasiya   inkişafının  əsas  istiqamətləri nəzərdə  tutulmuşdur: 

-  Uzunmüddətli  davamlı  iqtisadi  inkişafının  təmin  edilməsi,  bilikiqtisadiyyatının 

formalaşdırılması,  elmtutumlu  texnologiyanın,  məhsulun  (işin,  xidmətin) 

yaradılmasının 

sürətləndirilməsi 

məqsədilə 

innovasiya 

fəaliyyətinin 

genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcəkdir.  

-  Bununla  əlaqədar  olaraq,  elmin  inkişafı  onun  ölkəmizdəki  tarixinə  və  dünyada 

gedən  meyllərə  əsasən  prioritetləşdiriləcək  və  mütərəqqi  dünya  elminə  səmərəli 

inteqrasiya prosesi davam etdiriləcəkdir.  

-Elmi infrastruktur təkmilləşdiriləcək, elmin maddi-texniki bazası müasirləşdiriləcək 

və bu sahədə informasiya təminatı sistemlərinin elektron formaya keçirilməsi təmin 

ediləcəkdir.  Eyni  zamanda,  elmin  maliyyələşdirilməsinə  dövlət  büdcəsi  resursları 

iləyanaşı,  digər  mənbələrin  də  cəlb  olunması  stimullaşdırılacaq  ki,  bu  da  son 

nəticədəelmi  fəaliyyətlə  məşğul  olan  işçilərin  sosial  müdafiəsini  gücləndirəcək  və 

“beyin axını”nın qarşısını alacaqdır. 

-  Ölkədə  innovativ  iqtisadiyyatın  yaradılması  məqsədilə  elm  və  istehsalarasındakı 

əlaqələr  gücləndiriləcək,  tətbiqi  elmi  araşdırmaların  bazarın  tələbatınamüvafiq 

olaraq aparılması məqsədlə zəruri mexanizmlər yaradılacaqdır.  

-  İnnovasiya  fəallığının  yüksəldilməsi  yolu  ilə  rəqabətqabiliyyətli  məhsulların 

istehsalının  stimullaşdırılması,  innovasiya  fəaliyyətinin  həyata  keçirilməsi  üçün 

zəruri  mexanizmlərin  qurulması,  innovasiya  potensialının  səmərəli  istifadəsi  və 

inkişafının  təmin  edilməsi  məqsədilə  dövlət  dəstəyi  tədbirləri  reallaşdırılacaq  və 

müvafiq qanunvericilik bazası yaradılacaqdır. 

-  İnnovasiya  sahibkarlığının  inkişaf  etdirilməsi  və  yeni  fəaliyyət  növlərinin 

vəməhsullarının  inkişafına  əlverişli  mühitin  formalaşdırılması  ilə  yanaşı,  qabaqcıl 



76 

 

texnologiyaların 



transferi 

və 


mənimsənilməsi 

istiqamətində 

tədbirlərin 

gücləndirilməsi,  elmtutumlu  məhsulların  və  texnologiyaların  işlənilməsi  və  tətbiqi  

üçün  texnoparkların  və  innovasiya  zonalarının  yaradılması  nəzərdə  tutulur.  Bu  

baxımdan,  müvafiq  normativ-hüquqi  baza  hazırlanaraq  qəbul  ediləcək,  innovativ  

sahibkarlığın  və  biliklərə  əsaslanan  iqtisadiyyatın  inkişafını  təmin  etmək 

məqsədiləİnformasiya  Texnologiyalarının  İnkişafı  Dövlət  Fondunun  yaradılması 

nəzərdə  tutulur.     

-  Növbəti  illərdə  qabaqcıl  dünya  təcrübəsindən  istifadə  etməkləAzərbaycanda 

informasiya  cəmiyyətinin  tələblərinə  uyğun  olaraq  yeni  bilik  vətexnologiyaların 

istifadəsini, mənimsənilməsini və yayılmasını təmin edən milliinnovasiya sisteminin 

formalaşdırılması prosesi tamamlanacaqdır.  

“Mahiyyət  etibarilə  milli  inkişafın  yeni  strategiyası  olan  bu  konsepsiya  innovativ 

iqtisadiyyatın  yaradılması,  qabaqlayıcı  sosial  inkişaf  trendinin  təmin  edilməsi, 

informasiya-kommunikasiya 

texnologiyalarından 

geniş 


istifadə 

olunması, 

mədəniyyətin  və  ictimai  həyatın  gələcək  inkişafı  üçün  yeni  intellektual  bazanın 

formalaşması  üzrə  məsələləri  konkretləşdirməlidir.  Başqa  sözlə  desək, 

konsepsiyanın  reallaşdırılması  yaxın  gələcəkdə  postsənaye  (informasiya) 

cəmiyyətinə  keçid  üçün  modernləşdirilmiş  fundamental  iqtisadi,  sosial  və  siyasi 

zəmin  yaradacaqdır. Bu, elə  cəmiyyət  olacaqdır ki, orada  yeni  mərhələdə  inkişafın 

lokomotivi  artıq  kreativ  sinif,  düşünməyi  və  fəaliyyət  göstərməyi  bacaran  ağıllı 

insanlar  cəmiyyəti  olacaqdır.  Millətin  kreativliyi  və  ya  onun  fəal  hissəsinin 

kreativliyi dövlətin firavanlığının əsas mənbəyi olacaqdır”(18. I Fəsil). 

Azərbaycan  Respublikasında    2009-2015-ci  illəri    əhatə    edən  elmin  inkişafı  üzrə 

Milli  strategiya    və    2009-2015-ci  illərdə  elmin  inkişafı  üzrə    Milli  strategiyanın 

həyata  keçirilməsi  ilə  bağlı  Dövlət  Proqramı  qəbul    olunmuşdur.  Elmin    inkişafı  

üzrə    Milli    strategiyada    elmi-texnoloji  və  innovasiya  inkişafında    dövlət  

siyasətinin əsas istiqamətləri muəyyənləşdirilmişdir.  

-

 



Fundamental  elmlər  üzrə  araşdırmaların  muasir  tələblər  səviyyəsinə 

çatdırılması; 




77 

 

-



 

Sosial-iqtisadi  inkişafın  aparıcı  istiqamətləri  üzrə  perspektiv  tədqiqatların 

davam etdirilməsi

-

 



Müxtəlif  tədqiqat  sahələrindəçalışan  alim  və  mütəxəssislərin  elmi 

fəaliyyətinin əlaqələndirilməsi; 

-

 

Elm  və  texnologiyaların  inkişafının  yeni  istiqamətlərini  müəyyənləşdirərək 



onların  reallaşdırılması üçün zəmin yaradılması; 

-

 



Müasir 

texnologiyaların 

mənimsənilməsi, 

yaradılması, 

elmdə 

və 


iqtisadiyyatın müxtəlif  sahələrində tətbiqi və inkişaf etdirilməsi; 

-

 



İnnovasiya fəaliyyətinin müasir tələblərə və elmi-praqmatik meyarlara uyğun 

gücləndirilməsi; 

-

 

Elmi  potensialın  inkişafında  iqtisadiyyatın  dövlət  və  qeyri-dovlət 



sektorlarının qarşılıqlı  əlaqələrinin təşkili; 

-

 



Elmtutumlu 

məhsulların 

istehsalı 

və 


ixracı 

mexanizmlərinin 

formalaşdırılması; 

-

 



Tətbiqi  elmi  tədqiqatların  rəqabətədavamlı  sektorunun  yaradılması  və 

inkişafı; 

-

 

İstehsal  və  tədqiqat  sektorları  arasında  fəal  inteqrasiyanın  təşkilinə  dəstək 



verilməsi; 

-

 



İnnovasiya  fəaliyyəti  infrastrukturunun  inkişaf  etdirilməsi,  o  cumlədən 

texnoparklar, texnolojmərkəzlər, biznes inkubatorları şəbəkəsinin genişləndirilməsi; 

-

 

İnnovasiya  fəaliyyətinə  dovlət  tərəfindən  maliyyə  dəstəyinin  verilməsi.(27. 



səh. 7) 

 

3.2.Dövlət  iqtisadi  siyasəti  və  mikro  səviyyədə  innovasiya  proseslərinin 



dinamizminin stimullaşdırılması:əsas istiqamətlər 

Ümumiyyətlə bəllidir ki, yüksək gəlir “resursların kombinasiyasının” (Y.Şumpeter) 

tapılması  ilə  reallaşır  və  məlumdur  ki,  “yeni  kombinasiyanı”  əsl  sahibkar,  daha 

doğrusu,  bacarıqlı  menecer  tapır.  Çünki,  “  menecment  -  ...  iş  fəaliyyətinin  elə  bir 

kordinasiyası prosesidir ki, bu fəaliyyətin effektivliyi təmin edilsin” (31, 256).Дaha 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə