Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   19   20   21   22   23   24   25   26   27

63 

 

Azərbaycada elmi - tədqiqat sferasının maliyyələşdirilməsi 



Illər 

2009 


2010 

2011 


2012 

2013 


2014 

Cəmi 


xərclər.mln.manat 

15,9 


27,5 

88,9 


92,1 

109,8 


122,0 

UDM-də payı %-lə 

0,2 

0.2 


0,2 

0,2 


0,2 

0,2 


Büdcə xərclərində 

payı %-lə 

1,2 

1,3 


0,8 

0,8 


0,7 

0,6 


Mənbə:Azərbaycanın statistik göstəriciləri 2014 cədvəl. 

Cədvəl 


göstəriciləri  təsdiq  edir  ki,  ölkə  elmi  -  tədqiqat  sferasının 

maliyyələşdirilməsində  problem  mövcuddur,  ancaq  məsələ  büdcə  ayırmalarının 

artırılması hesabına həll edilə bilməz.Xarici təcrübəlrin araşdırılmasından bəlli oldu 

ki,  elmi  -  tədqiqat  sferasının  maliyyələşdirilməsində  həlledici  rolu  özəl  sektor 

oynayır    və  maliyyələşdirmədə  bu  sektorun  payı    70%-dən  yüksək  ölur.Bu 

baxımdan olkə elmi  - tədqiqat sferasının maliyyələşdirilməsinin strukturuna diqqət 

yetirmək  gərəklidir  və  aşağıdakı  cədvəlin  göstəriciləri  qeyd  edilən  məsələ  barədə 

lazımi təsəvvürlər yaradır.   

Cədvəl. 2. 

Elmi - tədqiqat sferasının maliyyələşdirilməsi mənbələri 

Illər 

2000 


2005 

2009 


2010 

2011 


2013 

Budcə 


vəsaiti.mln.manat 

10,8 


21,3 

66,1 


81,8 

98,5 


82,9 

Budcədən kənar 

fondlar 

0,7 


0,4 

0,7 


1,8 

0,8 


0,7 

Təşkilatların öz 

vəsaiti 

2,9 


1,4 

8,7 


6,1 

6,9 


5,6 

Sifarişçinin vəsaiti 

1,5 

3,7 


13,3 

2,1 


3,5 

31,5 


mənbə:Azərbaycanın statistik göstəriciləri 2014 cədvəl.8.55 

Cədvəl  göstəriciləri  vəziyyəti  aşkarlamaq  baxımından  lazımi  əsaslar  yaradır  və 

aydın  olur  ki,maliyyələşdirmənin  bu  strukturunda  elmi  -  tədqiqat  işlərinin 



64 

 

bütövlükdə proqram - məqsədlı təşkili çox məhdud əhatə dairəsinə malikdir, ancaq 



eyni  zamanda  qeyd  olunmalıdır    ki,  maliyyələşdirmədə  dövlət  büdcəsinin  payının 

yüksəkliyi  birbaşa  elmi  -  tədqiqat  işlərinin  proqram  -  məqsədlı  təşkilinin  aşağı 

həddini  bildirmir.Çunki  budcə  ayırmalarının  mühüm  qismini  prinsipcə  elmi  - 

tədqiqat işlərinin  proqram - məqsədlı təşkili metodu əsasında xərcləmək olar.Ancaq 

bəllidir    ki,  ölkə  büdcəsindən  elmə  ayırmaların  mütləq  əksəriyyəti  məhz  inzibati- 

təşkilati matod əsasında xərclənir və hələlik yeni yaranan Elmin İnkişafı Fondunun 

payı xırda bir məbləğlə - ildə 7mln.manata qədər məbləğlə məhdudlaşır. 

Beləliklə,  əslindəelmi  -  tədqiqat  işlərinin  bütövlükdə  proqram  -  məqsədlı  təşkil 

hələlik  çox  geniş  tətbiq  edilmədiyi  aşkar  sezilir,  ancaq  bu  cəhət  elmi-tədqiqat 

işlərinin  maliyyələşdirilməsinin    sektorlar  üzrə  bölgüsündə  daha  dəqiq  nəzərə 

çarpır.Buna  görə  də  elmi  -  tədqiqat  işlərinin  maliyyələşdirilməsinin  sektorlar  üzrə 

bölgüsünü  nəzərdən keçirək.  

Qeyd edək ki,hətta bu göstəricilər belə elmi - tədqiqat işlərinin bütövlükdə proqram 

-  məqsədlı  təşkili  barədə  tam  müfəssəl  məlumat  vermir  və  son  illərdə  

maliyyələşdirmədə  ali  təhsil  sektorunun  payının  yüksəlməsi  heç  dəelmi  -  tədqiqat 

işlərinin  bütövlükdə  proqram  -  məqsədlı  təşkilinin  genişlənməsinin  təsdiqi  deyil. 

Çunki, elmi - tədqiqat işlərinin bütövlükdə proqram - məqsədlı təşkilini təkcə ayrı-

ayrı  layihələrin  maliyyələşdirilməsi  kimi  qavramaq  yanlışlıqdır.Elmi  -  tədqiqat 

işlərinin  bütövlükdə  proqram  -  məqsədlı  təşkili  daha  çox  birbaşa  innovasiya 

proseslərinə  yönələn,  yaxud  ölkənin  ictimai-siyasi,  mənəvi-mədəni  maraqları 

baxımından  çöx  zəruri  olan  problemlərin  araşdırılmasını  nəzərdə  tutan  layihələrin 

reallaşdırılmasını  nəzərdə  tutur.Lakin  nəinki  dölət  sektoru  və  ya  ali  təhsil 

sektorunda, hətta özəl  sektoda  reallaşan  elmi-  tədqiqat işlərinin  səmərəliliyi  barədə 

ümumiləşdirilmiş  məlumatları  əvvəlki  paraqrafda  əks  etdirmişik  və  bu 

məlumatlardan sezildi ki, elmi - tədqiqat işlərinin konkret nəticələrə - ardıcıl olaraq, 

konkret  məqsədlərə  ünvanlanması  səviyyəsi  kifayət  qədər  aşağıdır.Bütün  bunlarla 

birgə  elmi  -  tədqiqat  işlərinin  maliyyələşdirilməsinin  sektorlar  üzrə  bölgüsü  də  bu 



65 

 

cəhəti  -  elmi  -  tədqiqat  işlərinin  bütövlükdə  proqram  -  məqsədlı  təşkilinin  geniş 



yayılmadığını bir daha təsdiqləyir. 

Cədvəl.3.       

Elmi - tədqiqat işlərinin sektorlar üzrə maliyyələşdirilmədi. 

Illər 


2010 

2011 


2012 

2013 


2014 

Dövlət 


sektoru.mln.manat 

20,0 


63,8 

67,6 


79,5 

104,3 


Sahibkarlıq sektoru 

5,7 


19,5 

18,0 


19,5 

12,8 


Ali təhsil 

müəssisələri 

1,8 

5,6 


6,5 

10,8 


4,9 

 

 



 

 

 



 

Mənbə:Azərbaycanın statistik göstəriciləri 2014 cədvəl.8.56 

Azərbaycanda  elmi  -  tədqiqat  işlərinin  bütövlükdə  proqram  -  məqsədlı  təşkilinin 

gücləndirilməsi  baxımından  çox  mühüm  bir  addım  atılıb  və.  Azərbaycan 

Respublikası  Prezidentinin“Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin 

İnkişafı Fondunun yaradılması haqqında”  2009-cu il 21 oktyabr tarixli 526 nömrəli 

Sərəncamına  uyğun  olaraq  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin 

İnkişafı Fondu (bundan sonra - Fond) yaradılıb.  

 Fond  dövlət  sifarişi  əsasında  fundamental,  tətbiqi  və  axtarış-innovasiya  xarakterli 

sahələr  üzrə  elmi  tədqiqatları  və  digər  elmi  tədbirləri  qrant  şəklində  məqsədli 

maliyyələşdirməklə,  elmin  inkişafına  xidmət  edən  qeyri-kommersiya  qurumu  olan 

hüquqi şəxskimi təsis edilib.Beləliklə, ən müsbət xarici təcrübələrdən istufadə edilib 

və ən vacib məsələnin həlli - elmi - tədqiqat işlərinin məqsədli qrantlar formasında 

maliyyələşdirilməsi nəzərdə tutulub. 

Fondun yaradılmasından cəmi 5 ilə yaxın müddət keçməsinə baxmayaraq artıq elmi 

-  tədqiqat  işlərinin  proqram  -  məqsədli  təşkili  baxımından  real  fəaliyyət  həyata 

keçirilib.Ölkənin iqtisadiyyatının  innovasiya inkişafının sürətlənməsinə  yönələn bu 

fəaliyyəti aşağıdakı cədvəlin göstəriciləri də təsdiq edir. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə