Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   19   20   21   22   23   24   25   26   27

72 

 

İnnovativ  inkişafa  nail  olmaq  üçün  son  illərdə  ölkədə  qazanılmış  bütün 



nailiyyətlərin  qorunub  saxlanmasına  və  inkişaf  etdirilməsinə  yönəlmiş  siyasət 

aparılır.  Müasir  texnologiyalarla  təchiz  olunmuş  iri  sənaye  müəssisələrinin 

yaradılmasına xüsusi diqqət yetirilir. Böyük texnoparkların  və  sənaye  parklarının  

işə  salınması    və  fəaliyyət  göstərməsini    buna    misal    göstərmək    olar.  Yeni 

texnologiyalara  əsaslanan  kiçik  və  orta  müəssisələrin  fəaliyyəti  daha    da    güclənir  

və  onların sayı artır. Bu məsələdə dövlət tərəfindən özəl sektora güzəştli kreditlərin 

verilməsi mühüm rol oynayır.  

Ölkə iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sektorunda genişmiqyaslı layihələr 

həyata  keçirilir. 2012-ci ildə ən  müasir texnologiyalar bazasında  fəaliyyət  göstərən 

yeni  neft-kimya  kompleksinin  yaradılması  layihəsinin  həyata  keçirilməsinə 

başlanmışdır. “Azərbaycan rəhbərliyi ölkəni artıq 2021-ci ilə -  müstəqilliyin bərpa 

edilməsinin  30-cu  ildönümünə  qədər  vətəndaşların  yaşayışı  üçün  daha  firavan 

məkana  çevirməyi  qarşısına  məqsəd  qoymuşdur....Millətin  yaradıcılıq  fəaliyyətinə, 

innovasiyalara  qabil  olan  daha  çox  nümayəndələrini  yetişdirmək  lazımdır.  Neft 

resurslarının məhdud olduğu zamanda yaşayıb inkişaf etməyin yolları, gələcək nəslə 

necə  ölkə  təhvil  vermək  problemini  indiki  nəsil  sabaha  saxlamadan  həll 

etməlidir”(18.  I  Fəsil).  Bundan  çıxış  edərək,  öndə  olmaq  və  qarşıda  qoyulan 

məqsədlərə nail olmaq üçün yeganə üsul innovativ mexanizmlərdən istifadə etməyi 

öyrənmək,  energetika,  biotexnologiyalar  və  istehsalın  elmi  əsaslarla  fəaliyyət 

göstərən  digər  sektorlarına  aid  biliklərə  əsaslanan  tamamilə  yeni  sahələri  işə 

salmaqdır.  İnnovativ  texnologiyalar  əmək  məhsuldarlığının  və  iqtisadiyyatın 

artımının  ən  mühüm  mənbəyidir.  Ölkə  iqtisadiyyatının    inkişafında  əsas    prioritet  

kimi    qeyri-neft    sektorunun    inkişafı    respublikamızın    qarşısında    duran    mühüm  

problemlərdəndir. Bu  sahədə mühüm  işlər  həyata  keçirilməlidir. Artıq bu  sahədə  

mühüm işlərə  start verilmişdir. 2013-cü ilin sonuna qədər Bakı şəhərinin Qaradağ 

rayonunda  İCİ  ingilis  texnologiyası  bazasında  metanol  istehsalı  üzrə  iri  kimya 

zavodu  istifadəyə  veriləcəkdir.  Metanol  neftin  və  qazın  ən  səmərəli  alternativi 

olacaqdır.  Gəncə  şəhərində  yeni  alüminium  zavodu  fəaliyyətə  başlamışdır.  Bu, 




73 

 

ölkənin  sənaye  potensialını  xeyli  gücləndirəcəkdir.  2014-cü  ildə  iri  metallurgiya 



kompleksinin  istifadəyə  verilməsi  sayəsində  metallurgiya  sənayesinin  mövcud 

imkanları  artacaqdır.  Gübrə  istehsalı  üzrə  yeni  zavodun  tikilməsi  nəzərdə 

tutulmuşdur.  Bu  zavod  ölkənin  tələbatını  tam  təmin  etməklə  bərabər,  ixrac 

potensialını  da  artıracaqdır.  Qeyd      edilən    müəssisələrin    tikintisi    müasir  

texnologiyalar    əsasında    həyata    keçiriləcəkdir    ki,  bu    da    ölkəmizdə    yüksək  

rəqabətqabiliyyətli  məhsullar  istehsal  etməyə  imkan  verəcəkdir.  

Hesablamalara  görə, on ildən sonra Azərbaycanın iqtisadi və sənaye potensialı iki 

dəfə  artacaqdır.  Ölkəmiz  ən  yeni  texnologiyalardan  və  xarici  təcrübədən  istifadə 

etməklə alternativ və bərpa edilən enerji mənbələri yaratmağa başlamışdır. Məsələn, 

Qobustan  rayonunda  günəş  və  külək  enerjisi  ilə  işləyən  Alternativ  Enerji  üzrə 

Təcrübə-Sınaq Mərkəzi istifadəyə verilmişdir. Respublikanın digər regionlarında da 

bu  istiqamətdə  iş  aparılır.2012-ci  il  aprelin  24-də  Sumqayıt  şəhərində  günəş 

modulları və LED lampaları istehsal edən “Azgüntex” zavodu istifadəyə verilmişdir. 

Alternativ  və  bərpa  edilən  enerji  sahəsində  dünya  şöhrətli  şirkətlərin  ən  müasir 

texnologiyalarından  istifadə  edilməklə  yaradılmış  bu  zavod  tamamilə 

kompyuterləşdirilmişdir. Burada hər birinin gücü 42-250 vatt olan 60 fotoelementlə 

təchiz edilmiş günəş panelləri beynəlxalq standartlara uyğun hazırlanacaq və stabil 

elektrik  enerjisi  istehsal  edəcəkdir.  Panellər  istehsal  edən  texnoloji  xətdə  proses 

tamamilə avtomatlaşdırılmışdır. 

Qənaətli  və  uzunömürlü  olması  ilə  fərqlənən  yeni  nəsil  yüksək  texnoloji  LED 

lampalarının  istehsalı  üçün  xüsusi  zavod  tikilməsi  nəzərdə  tutulmuşdur.  

Azərbaycanda  geniş  çeşiddə  neft  və  elektrik  avadanlığı,  metaldan  və  kompozit 

materiallardan  müxtəlif  diametrli  borular,  kimya  sənayesi  məhsulları,  inşaat 

materialları və başqa  mallar istehsal  edilir.  Minik  və  yük  avtomobilləri istehsalına 

start  verilmişdir.  Bizim  ixrac  etdiyimiz  yüksək  keyfiyyətli,  bütün  beynəlxalq 

standartlara  cavab  verən  sənaye  və  yeyinti  məhsullarına  xarici  alıcıların  böyük 

tələbatı  vardır.  Kənd  təsərrüfatında  innovasiyaların  tətbiqi    tədbirlərinin  həyata 



74 

 

keçirilməsi  bu  gün  aqrar  siyasətin  əsasını  təşkil  edir.  Kənd  təsərrüfatının  maddi-



texniki bazası yeniləşdirilir, yeni metodlar və texnologiyalar tətbiq edilir.  

İKT sektorunun sabit və ardıcıl inkişafının təmin edilməsi üçün hökumət aşağıdakı 

istiqamətləri  daha  vacib  hesab  edir:  kosmik  sənayenin  inkişafı,  yüksək  sürətli 

internetdən  istifadə  imkanı,  İKT  sektorunun  rəqabət  qabiliyyəti  və  ixrac  tutumu; 

ölkənin  bütün  yaşayış  məntəqələrini,  habelə  evləri  və  mənzilləri  optik-lifli  rabitə 

vasitələri  ilə  əhatə  edən  genişzolaqlı  xidmətlərin  inkişaf  etmiş  müasir  şəbəkə 

infrastrukturu  (yüksək  sürətli  internetdən  istifadə)  dövlət  idarəçilik  sistemində 

informasiyadan  yararlanmağa,  biznes  fəaliyyəti  və  xidmətlər  göstərilməsi  üçün 

müasir  texnologiyaların  üstünlüklərindən  tam  istifadə  etməyə  imkan  yaradacaqdır. 

Bu,  infrastruktur  məsələləri  arasında  birinci  dərəcəli  vəzifədir.  Ekspertlərin 

hesablamalarına  görə,  genişzolaqlı  xidmətlərin  istifadəçilərinin  sayının  10  faiz 

artması, bütövlükdə ÜDM-in 1-1,5 faiz artmasına imkan verir. 

Ölkədə kosmik sənayenin yaradılması, habelə milli telekommunikasiya peyklərinin 

buraxılması  yaxın  və  uzaq  perspektivə  istiqamətlənmiş  daha  bir  vacib  məsələdir. 

2012-ci  ilin  sonu  -  2013-cü  ilin  əvvəlində  ilk  telekommunikasiya  peykinin 

buraxılması  ölkənin  İKT  sektorunun  möhkəmlənməsi,  onun  xidmətlər  ixracı  üçün 

sərhədlərinin  genişlənməsi  baxımından  yeni  imkanlar  yaratmışdır.  Artıq  ikinci 

telekommunikasiya  peykinin,  habelə  Yerin  səthinin  tədqiqi  və  monitorinqi  üçün 

aşağı  orbitli  digər  peyklərin  buraxılması  məsələləri  üzərində  iş  aparılır.Xarici 

ekspertlər  hesab  edirlər  ki,  2020-2025-ci  illərdə  Azərbaycanda  İKT  sektorunun 

gəlirləri neft gəlirləri səviyyəsinə çata bilər.  

İKT sahəsinin inkişafı vektorunun innovasiyalı tərkib hissəsi ilbəil genişlənəcəkdir. 

Rəqabətə  davamlı  və  ixrac  tutumlu  İKT  sektoru  yaradılmasına  yönəlmiş  tədbirlər 

ölkənin  daha  bir  mühüm  vəzifəsidir.  Hökumət  bu  sektorun  inkişaf  etdirilməsi 

məqsədilə  ixrac  imkanlarının  artırılması,  bu  sahəyə  daxili  və  xarici  investisiyalar 

cəlb  edilməsi  üçün  müxtəlif  stimullaşdırıcı  mexanizmlər  tətbiq  edir.  Bizim 

fikrimizcə,  qlobal  və  regional  İKT  bazarlarına  çıxmağın  mümkün  yollarından  biri 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə