Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

60 

 

yönəldilmişdir.  Əsas  kapitala  qoyulmuş  vəsaitin  78.8%-ni  daxili  investisiyalar, 



21.2%-ni  isə  xarici  investisiyalar  təşkil  etmişdir.  2012-ci  ildə  əsas  kapitala 

yönəldilmiş  ümumi  investisiyaların  11690.5  milyon  manatı  (76.2%-i)  qeyri-neft 

bölməsinin, 3648  milyon  manatı  (23.8%-i)  isə  neft bölməsinin  inkişafında  istifadə 

edilmişdir.2012-ci  ilin  1  dekabr  tarixinə  iqtisadiyyata  banklar  tərəfindən  kredit 

qoyuluşlarının  həcmi  keçən  ilin  1  dekabr  tarixinə  nisbətən  22.1%  artaraq  11721.3 

mln.  manat  təşkil  etmişdir  (2011-ci  ilin  dekabr  ayının  1-nə  kredit  qoyuluşlarının 

artımı 7.9% olmuşdur )(mənbə:www.stat.gov.az)

2.3. Azərbaycanda dövlət innovasiya siyasəti

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası kontekstində ölkə  iqtisadiyyatının  

innovasiyalı  və  rəqabətqabiliyyətli  olması  problemi  dünya  bazarı  və  qloballaşma 

prosesi  meyarlarını  anlamaq  və  uyğunlaşdırmaq  zərurətini  vurğulayır.Belə  ki, 

müasir dünya üçün beynəlxalq innovasiya şəbəkələrinin formalaşması, müxtəlif ölkə 

və  korporasiyaların  birgə  elmi-texniki  tədqiqat  və  təkmilləşdirmələri  xarakterikdir. 

“Qlobal dünyada  ən yeni texnologiyaları mənimsəyən, insanın hərtərəfli inkişafına 

sərmayə  qoyan  millətlər  rəqabətə  daha  davamlı  olacaqlar.  Millətin  modernləşməsi, 

onun  rəqabət  potensialının  artırılması  zamanın  qarşısıalınmaz  tələbidir.  Əgər  biz 

müasir  tarixin  artan  tələblərinə  cavab  vermək,  Azərbaycanın  daha  da 

çiçəklənməsinə nail olmaq istəyiriksə, bu tələblə hesablaşmalıyıq” . 

Məlumdur  ki,  ölkəmiz  bir  çox  sahələrdə  rəqabətqabiliyyətli  məhsul  istehsalı 

potensialına  malikdir.  Ancaq  ayrı-ayrı  texnoloji  nailiyyətlər  əsas  olanı  əvəz  etmir: 

Azərbaycanda  yeni  iqtisadiyyat  yaranır,  onun  əsasında  yüksək  rəqabətqabiliyyətli 

iqtisadiyyata,  innovasiyalara,  müdrik  dövlət  idarəçiliyinə,  biznes,  elm,  hakimiyyət 

və  cəmiyyət  arasında  sıx  əlaqələrin  formalaşdırılmasına  arxalanan  innovasiya 

inkişaf modeli durur. Əlbəttə ki,  innovasiya  yönümlü  iqtisadi  inkişaf  modelində  

sahələrin  inkişafı    və    sahələrarası    əlaqələrin    formalaşması    mühüm    əhəmiyyətə  

malikdir.  Bu    baxımdan    ölkəmizdə    texnoloji    mərkəzlərin    yaradılması    müsbət  

nəticə  verə  bilər. Bu  tip  elm və təhsil strukturlarının yaradılması (məs.: Sumqayıt 

texnoparkı)  və    elmi-texniki  fəaliyyətinin  inkişafı  kiçik  innovasiya  müəssisələrinin 



61 

 

təsisi 



və 

inkişafını, 

elmi-tədqiqat 

və 


təcrübi-konstruktor 

işlərinin 

kommersiyalaşdırılması və sənayeyə tətbiqini təmin edir.  

Azərbaycanın  milli  maraqları  bütövlükdə  elmi-texniki  strategiyanın  mühüm  tərkib 

hissəsi  olan,  yeni  iqtisadi  və  sosial-iqtisadi  reallıqlara  cavab  verən,  istehsalın 

modernləşdirilməsi  üçün  irimiqyaslı  kapital  axınını  təmin  edən  innovasiya 

siyasətinin formalaşması və həyata keçirilməsi üzrə qəti tədbirlər tələb edir.“Bizim 

fəaliyyət xəttimiz təkcə bir siyasi-iqtisadi strukturdan digərinə keçid istəyinin rəmzi 

olmayıb,  həm  də  moderndən  postmodernə,  sənaye  dünyasından  postsənaye 

dünyasına  transformasiya  arzusunun  təcəssümü  idi.  Şübhəsiz,  zəruri  inkişaf 

nöqtəsinə  çatmaq  üçün  biz  hələ  çox  iş  görməliyik:  inkişaf  vektorunu 

təkmilləşdirmək,  iqtisadiyyatı  neft  ixracından  asılılıqdan  azad  etmək  və  biliklər 

iqtisadiyyatının,  elm  tutumlu  istehsalatların,  yüksək  texnologiya  və  innovasiyalar 

sahəsinin  yaradılmasına  keçmək  lazımdır”.  Bundan  çıxış  edərək,  öndə  olmaq  və 

qarşıda qoyulan məqsədlərə nail olmaq üçün yeganə üsul innovativ mexanizmlərdən 

istifadə  etməyi  öyrənmək,  energetika,  biotexnologiyalar,  nanotexnologiyalar  və 

istehsalın elmi əsaslarla fəaliyyət göstərən digər sektorlarına aid biliklərə əsaslanan 

tamamilə 

yeni 

sahələri 



işə  salmaqdır.  İnnovativ  texnologiyalar  əmək 

məhsuldarlığının  və  iqtisadiyyatın  ayrı-ayrı    sahələrinin  inkişafının      ən  mühüm 

mənbəyidir. 

Azərbaycanın  inkişaf  etmiş  ölkələrdən  elmi-texniki  geriliyini  aradan  qaldırmaq  və 

onun  tam  tərəfdaş  kimi  qlobal  innovasiya  mühitinə  daxil  olması  milli  innovasiya 

sisteminin tezliklə formalaşmasından çox asılıdır. Bununla əlaqədar müvafiq inkişaf 

proqramının  işlənilməsi  bir  çox  problemlərin  konstruktiv  həllini,  idarəetmə 

qərarlarının  qəbul  edilməsi  üçün  zəruri  olan  təsirli,  səmərəli  innovasiya  sistemi 

nəzəriyyəsinin işlənilməsinin vacibliyini ön plana çəkir. 

 Son  illər  əsaslı  iqtisadi  və  sənaye  islahatları,  ardıcıl  olaraq  həyata  kecirilən 

məqsədli  dövlət  proqramları,  akkumulyasiya  edilən  maliyyə  imkanları  və  geniş 

xarici  iqtisadi  əlaqələr  Azərbaycanı  xoş  gələcək  qurmaq  ücün  möhkəm  baza  ilə 




62 

 

təmin  etmişdir.  Bununla  belə,  bu  gələcək  uğurun  əsas  elementləri  -  yeni  ideyalar 



yaratmaq və bu ideyaları ölkənin innovativ və uğurlu məhsulları, xidmətləri və yeni 

tipli şirkətləri timsalında həyata kecirmək bacarığından asılıdır. Bu, öz gücünə əmin, 

yeni  imkanları  tədqiq  etmək  və  uğurla  həyata  kecirmək  istəyən  yeni  azərbaycanlı 

nəslini  yetişdirmək  ucun  Azərbaycan  dovlətinin  qarşıya  qoyduğu  məqsədin 

bilavasitə təsdiqidir. 

Milli innonasiya sisteminin formalaşması öz-özlüyündə müxtəlif istiqamətlər üzrə - 

zəruri qanunverici bazanın yaradılması, elmi -texniki prioritetlərin müəyyənləşməsi, 

elmi-  tədqiqat  sektorunun  idarəedilməsi,  elmi  -  tədqiqat  sektorunun  maddi-texniki 

bazasının yeniləşməsi və.s. üzrə  tədbirlərin reallaşmasını tələb edir.Şübhəsiz ki, bu 

baxımdan  vacib  tədbirlərdən  biri  də  elmi  -  tədqiqatın  təşkilinin  inzibati-təşkilati 

metodundan proqram - məqsədli metoduna keçididir.Belə  bir  keçid  heç  də  inzibati- 

təşkilati  metodun  bütövlükdə  ləğvini  tələb  etmir  və  ümumiyyətlə,  bu  mümkün  də 

deyil.Yəni məsələ inzibat - təşkilati metogun ləğvində deyil. Məsələ bu iki metodun 

düzgün  uzlaşdirilmasındadır.Bu  məqamin  qeydindən  sonra  elmi  -  tədqiqatın 

proqram - məqsədlı təşkili vəziyyətinin  təhlilini həyata keçirək. 

Qeyd  edək  ki,  elmi  -  tədqiqatın  proqram  -  məqsədlı  təşkili  həm  müxtəli  elmi 

layihələrə  donor  təşkilatlar  tərəfindən  qrantlar  verilməsi  yolu  ilə,  həm  konkret 

layihələrin  birbaşa  maliyyələşməsi  vasitəsi  ilə  və.s.  üsullarla  gerçəkləşə  bılər. 

Ümumiyyətlə, bu yanaşma hər hansı elmi təşkilatın deyil, elmi - tədqiqat layihəsinin 

maliyyələşdirilməsini  nəzərdə  tutur.Buna  görə  də  özəl  sektorda  aparılan  elmi  - 

tədqiqat işlərinin  bütövlükdə proqram  -  məqsədlı  təşkil  əsasında  reallaşdığını iddia 

etmək olar və xarici təcrübələrin təhlilində də məsələyə belə yanaşılmışdı. 

Bələliklə,  elmi  -  tədqiqat  sektorunu  maliyyələşdirilməsi  strukturu  əsasında  elmi  - 

tədqiqatın  proqram  -  məqsədlı  təşkili  vəziyyətini  qiymətləndirmək  olar.Öncə 

bütövlükdəelmi - tədqiqat sferasının maliyyələşdirilməsi vəziiyətini dəyərləndirək. 

Cədvəl 1.  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə