İbrahimova Şəhla Mais qızı



Yüklə 125,47 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü125,47 Kb.
#38393


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 94 (479.24) 

 

LƏNKƏRAN QƏZASI BİRİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ 

 

B.B.

KƏRİMOV 

Bakı Dövlət Universiteti 

behmen_76@mail.ru 

 

Dünyanı  yenidən  bölüşdürmək, nüfuz dairəsi, xammal mənbələri və  satış  bazarları 

uğrunda böyük dövlətlərin, iki koalisiyası arasında 1914-cü il iyunun 28-də başlanan Birinci 

Dünya müharib

əsi Azərbaycandan, o cümlədən Lənkəran qəzasından kənarda olsa da, məcbu-

r

ən müharibəyə  sürüklənmiş  və  iqtisadiyyatı  müharibə  dövrünün  qaydalarına  uyğun  idarə 

edilm

əyə  başlandı.  Çar  Rusiyasının  cənub  ucqarı  olan  Azərbaycanın  digər qəzaları  kimi, 

L

ənkəran qəzası  da  müharibənin təsirindən kənarda  qalmamışdı.  Müharibə  nəticəsində 

q

əzanın əsas aparıcı sahəsi olan kənd təsərrüfatı böyük dağıntıya və durğunluğa səbəb oldu. İş 

heyvanlarının, təkərli daşıma vasitələrinin hərəkətdə olan orduya səfərbər edilməsi, kəndlilərin 

sağlam hissəsinin 30 faizinin təsərrüfatdan götürülərək arxada müharibə ilə əlaqədar işlərdə 

işlədilməsi ölkə təsərrüfatının dağılmasını daha da sürətləndirirdi.  

 

Açar sözl

ər: Azərbaycan, Lənkəran qəzası, Birinci Dünya müharibəsi 

 

Müharib


ə zamanı ərzaq böhranının qeyri-adi dərəcədə dərinləşməsi nəti-

c

əsində, Lənkəran qəzasında ərzaq məhsullarının çatışmazlığı artmış və onların 



qiym

əti xeyli bahalaşmışdı.  Qəzada taxıl, ət, qənd və digər ərzaq məhsulları 

k

əskin surətdə  bahalaşırdı.  Məsələn, 1916-cı  ildə  taxılın  qiyməti müharibə 



ərəfəsindəki dövrlə müqayisədə 7-8 dəfə artmışdı.  

T

ədqiq olunan dövrdə  kənd təsərrüfatı  dağılması,  arxa  işlərinə  səfər-



b

ərliklər, mütəmadi müsadirələr (rekvizisiyalar), bahalıq və möhtəkirlik qəzada 

k

əndlilərin  onsuz  da  ağır  olan  vəziyyətini daha da çətinləşdirirdi.  Artırılmış 



vergi v

ə  mükəlləfiyyətlər kəndlilərin üzərində  ağır  yük  idi.  1914-cü il 24 

dekabr qanununa gör

ə, torpaq vergisinin məbləği  50  faiz  artırıldı.  Dövlət 

k

əndlilərindən yığılan zemstvo vergisi bu illərdə 20 faiz, hərbi vergi isə 50 faiz 



artdı. Müharibənin birinci altı ayı ərzində qəzada buğda, arpa və  çəltik  əkini 

sah


əsi xeyli azalmışdı. 

Bütün bunlara baxmayaraq, müharib

ənin qələbəsi naminə, yardım məq-

s

ədilə  Lənkəran qəzasında  müəyyən təşkilati  işlər görülmüşdü.  Lənkəranda 



Qafqaz c

əbhəsinə  kömək  məqsədilə  1915-ci  ilin  yanvar  ayında  50  nəfərdən 

ibar

ət bir “könüllü” dəstə təşkil edilmişdi. Onun təşkili ilə bağlı “Baky” qəzeti-



66 


nin 1915-ci il 29 yanvar tarixli nömr

əsində yazılır: “Məlum olduğu kimi, Lən-

k

əranda 50 nəfərdən ibarət könüllü süvari dəstəsi formalaşdırılıb. Onun  təşkili 



üçün 7.

500  rubl  pul  lazımdır.  Olduqca  fəlakətli  vəziyyətdə  olan qəza bunun 

öht

əsindən gələ  bilmir. Hacı  Zeynalabdin  Tağıyev  bu  şəhərin sakinlərindən 



t

əşkil  olunmuş  dəstənin bütün xərclərini öz üzərinə  götürüb. O, göstərilən 

m

əbləği  artıq  Lənkərana göndərdi. Lənkəran  əhalisinin nümayəndələri böyük 



qiym

ətli ianəçiyə “İqbal” qəzeti vasitəsilə öz dərin təşəkkürlərini bildirmişlər” 

(3, 1915, 29 yanvar, № 23).  

T

ədqiq olunan dövrdə 180-200 min nəfərdən əhalisi olan Lənkəran qə-



zasında  cəmi 50 nəfər  “könüllünün”  toplanması  və  hətta onun təşkili  üçün 

əyyən işlərin aparılmaması qəzanın iri torpaq sahiblərinin müharibəyə mü-



nasib

ətinin birmənalı olmadığını  göstərir.  

Bu m

əsələ  ilə  bağlı  “Kaspi”  qəzetinin 1915-ci il 1 aprel tarixli nöm-



r

əsində “Lənkəran qəzası müharibə ilə əlaqədar olan tədbirlərin həyata keçiril-

m

əsindən kənarda  qaldığı”  haqqında  yazılırdı:  “Baxmayaraq  ki,  Bakı  quber-



niyası qəzalarının əksəriyyəti müharibədən zərər çəkmiş müsəlmanlara yardım 

göst


ərmək məqsədilə, qəza komitələri ianə  toplamaq  üçün  Bakı  müsəlman 

xeyriyy


ə cəmiyyətinin çağırışına cavab verdikləri halda, Lənkəran müsəlman-

ları əllərini sallayıb oturublar. Bu istiqamətdə hələlik heç bir iş görməyiblər və 

sanki görm

ək də  istəmirlər. Lakin Lənkəran müsəlmanları  mümkün  dəstəyi 

göst

ərə  bilərdilər. Buna baxmayaraq, cəbhəyə  yardım  məqsədilə,  Prişibdən 



olan bir qrup müs

əlman öz aralarında pul toplayaraq Bakı müsəlman xeyriyyə 

c

əmiyyətinə  göndərib.  Doğrudanmı,  Lənkəran müsəlmanları  aclıqdan  əzab 



ç

əkən Karsda olan qardaşlara yardım etmək istəmirlər? Ümid edirik ki, orada 

r

əhbərlik edənlər səsimizə  səs verəcək. Onlar,  heç olmasa,  qəzada  aclıqdan 



əzab çəkən müsəlmanların taleyi barədə fikirləşsinlər. Nə vaxta qədər belə bir 

ağır vəziyyətdə Lənkəran müsəlmanları susacaqlar. Nə edək ki, onlarda bu işə 

r

əğbət oyadaq? Yenə  də  biz ümid edirik ki, onlar  bu  işdə  bizə  yardımçı 



olacaqdır.  Artıq  məqam  yetişib.  Əgər  indi  yardım  etməsələr nə  vaxt  yardım 

ed

əcəklər?” (6, 1915, 1 aprel, № 70).  



Bu çağırışa səs verən Lənkəran qəzasının hakim sinfinin nümayəndələrinin 

t

əşkilatçılığı ilə, xalqın bu ağır durumuna baxmayaraq, 1916-cı il fevralın 4-5-də 



rus  ordusunun  Ərzrum  qalasının  türklərdən  alınması  münasibəti ilə  Lənkəran 

şəhərində xüsusi dua məclisi və məktəblilərin qələbə nümayişi keçirilmişdi. 1916-

ci  il  martın  8-də  və  11-də  Lənkəran  şəhərində  Novruz bayramı  münasibətilə 

düz


əlmiş yığıncaqlarda Lənkəran qəzasının qazisi Mahmudzadə çar II Nikolayın 

v

ə  düşmən üzərində  qələbə  çalan rus əsgərlərinin  sağlıq  və  şərəfinə  dua oxu-



muşdur. 1916-ci ilin aprelində Lənkəran qəzasının rəisi A.N.Şevçenko və Lənkə-

ran 


şəhərinin  koxası  A.P.Tsaturovun təşəbbüsü ilə  imkanlı  şəxslərdən pul 

toplanaraq Qafqaz c

əbhəsindəki çar ordusuna hədiyyələr göndərmişlər. 

Çar ordusunun q

ələbəsini bayram edən hakim sinfin nümayəndələri, bu 

ağır vəziyyətdən istifadə edərək yer quruculuğu və mərzləmə işləri adı ilə bir 

çox dövl

ət kəndlisini pay torpaqlarından məhrum etməklə, kəndli torpaqlarını 

67 



zorla 

əlindən  alırdılar.  1916-cı  ilin  martında  məşhur  Rusiya  sənayeçisi 

A.İ.Putilov 42 milyon rubla Lənkəran qəzasında 12 kənd torpaq sahələri satın 

almışdır. Bununla yanaşı, çar məmurları müharibə illərində hökm sürən qayda-

qanunsuzluq şəraitində istifadə edərək, müxtəlif bəhanə ilə kəndlilərin taxılını, 

mal-


qarasını və s. zorla əllərindən alınması nəticədə, qəzada tamamilə torpaq-

sız kəndlilərin sayı çoxalmış və yoxsul təbəqənin çəkisi artırdı.  

Göründüyü kimi,  müharib

ə  Lənkəran qəzasının  iqtisadiyyatını  ağır 

t

ənəzzülə  uğratmış,  kənd təsərrüfatına  digər sahələrlə  yanaşı  heyvandarlıq  da 



ağır  zərbə  vurmuşdu.  Bu  dövrdə, mal-qaranın  sayı  kəskin surətdə  azalmış, 

k

əndlilərin iş heyvanlarının 70 faizi səfərbərliyə alınmışdır.  



Q

əzadan  çoxlu  iş  heyvanlarının,  təkərli  daşıma  vasitələrinin və  kənd 

əhalisinin müəyyən hissəsinin, xüsusilə rusların orduya çağırılması və azərbay-

canlıların  arxada  işləməyə  səfərbər  edilməsi qəzada kənd təsərrüfatı  işlərinin 

t

ənəzzülünə səbəb olmuşdu. 



Aşağıdakı  cədvəldən müharibənin 17 ay ərzində  qəzada  maldarlığa  nə 

q

ədər böyük ziyan vurduğunu aydın görmək olar: 



İllər 

İribuynuzlu 

heyvanların sayı 

Qoyunların sayı 

Keçil

ərin sayı 

D

əvələrin sayı 

1913 


92.992 

108.270 


9.639 

1.559 


1915 

77.805 


63.660 

6.398 


676 

(5, 1915, s. 322; 1917, s. 266).     

 

Müharib


ənin birinci ilinin beş ayı ərzində Lənkəran qəzasında buğda və 

arpanın əkin sahəsi 77.859 desyatindən 68.927 desyatinə enmişdi (5, 1915, s. 

276-277; 1916, s. 56-57). Az

ərbaycanın  düyü  əkən  başlıca  qəzası  olan  Lən-

k

əran qəzasında müharibə illərində bu bitkinin də əkin sahəsi xeyli azalmışdı. 



Bel

əliklə, müharibənin ağır nəticələri Lənkəran qəzası əhalisinin vəziy-

y

ətini  daha  da  ağırlaşdırdı. Qəzada  qıtlıq,  bahalıq,  çar  məmurlarının  rüşvət-



xorluğu, böyük ölüm hadisələrinə səbəb olan müxtəlif xəstəliklər, İran quldur-

larının  qəzaya  soyğunçu  basqınları  və  kəndlilərin  istismarı  daha  da  güclən-

mişdi.  Müharibə  kəndliləri  ən zəruri sənaye  mallarından və  hətta  ən  vacib 

k

ənd təsərrüfatı  mallarından  belə  məhrum  etmiş  oldu.  Qənd, un və  digər bu 



kimi malları qəzada tapmaq olmurdu. Çay, ət, parça, ayaqqabı, duz, kibrit, neft 

kimi mallar da q

əzada tapılmırdı. Qəza dərin ərzaq böhranı keçirirdi.  

“Ətsiz  günlər”, yəni  əhalinin həftədə  müəyyən günlər  ət yeməsini 

qadağan edən 1916-ci il 30 iyun tarixli çar qanunu həmin ilin avqust  ayında 

L

ənkəran qəzasında da həyata keçirilməyə başlamışdı.  



Q

əza əhalisi imkansızlıq üzündən onsuz da çox nadir hallarda ət yeyirdi. 

Lakin çarın qanunu əhalini ətə tamarzı etmişdi. “Baku” qəzetinin 1916-ci il 17 

sentyabr  tarixli  sayında  yazılırdı:  “Lənkəran qəzasının  əhalisi  başqa  mallar 

bar

ədə olduğu kimi ət barədə də çox böyük korluq çəkir”. 



Q

əzetdə  daha  sonra  yazırdı:  “Bir  ay  bundan  əvvəl bizdə  (Lənkəranda-

B.K.) 1916-c

ı  il iyunun 30-da  təsdiq  edilmiş  ət yeməyi  qadağan  edən qanun 

qüvv

əyə minib. Bunun nəticəsində həftədə dörd gün ət yeməyən əhali, sözün 



68 


əsl mənasında, aclıq çəkir. Ümumilikdə ət məhsulları o qədər bahadır ki, bazar-

da 


tapmaq olmur. Ətlə yanaşı bazarda heç şəkər də tapmaq olmur və şəkər artıq 

bir aydır ki, gündəlik həyatda yoxdur. 

Burada olan bütün mallar baha qiym

ətə alınaraq Bakıya daşınır. Bakıdan 

g

ələnlər qəzanın  kəndlərindən  baha qiymətə  məhsulu alaraq qəzada dəhşətli 



bahalıq yaradır. 

Ət məhsulları yeməyini qadağan edən 30 iyun 1916-ci il qanunu nəticə-

sind

ə  ət məhsullarının  istehsalı  da  azalmışdı.  Hətta mal-qaranın  saxlanması 



bar

ədə söhbət gedə bilməz. Yerli əhali yuxarıda  göstərilən qanunun tətbiqinə 

q

ədər ayda 1200  baş  davar  və  200  baş  iribuynuzlu  mal-qara  satırdı  ki,  hətta 



qonşu İrandan da mal-qara gətirirdi. Hazırda, təbii ki, qanunla bağlı tələbatın 

azalması  ilə  mal-qaranın  İrandan  gətirilməsinin  dayandirilması,  yalnız  yerli 

mal-

qaranın satışı onun məhvinə səbəb olacaqdır.   



Q

əzada odun da bahalaşıb. Əgər əvvəllər hər m

2  

35 rubla satılırdısa, indi 



Bakıdan gələn şəxslər onu baha qiymətə - 55-56-60 arası alaraq daşıyırlar. Bu da 

odunun bahalaşmasına gətirib çıxardır. Hazırda Bakıdan gələn şəxslər odunun hər  

m



-ni



 

90 rubla  alaraq onu 120 rublla 

160 rubl arası satırlar. Bir ay bundan əvvəl 

odun 60-70 rubl idi. Odunun bel

ə baha satılması nəticəsində, meşədə yaşamasına 

baxmayaraq 

əhalinin öz tələbatının ödənilməsinə imkan verilmir. Bunun nəticə-

sind


ə əhali soyuqdan əziyyət çəkir” (3, 1916, 17 sentyabr,  № 204).      

Daha sonra q

əzet yazırdı: “Sentyabrın  9-da, artıq iki dəfədir ki, Bakıdakı 

Маилов  teatrın bir qrup artisti Lənkərana qastrol səfərinə gəlib, teatr  ictimai 

m

əclisinin yay otaqlar zalında böyük müvəffəqiyyətlə rus dilində Üzeyir Hacı-



b

əyovun  “Arşın  mal  alan”  operasını  tamaşaya  qoymuşlar.  Bununla  yanaşı, 

truppa h

əm də bir neçə tamaşanı səhnələşdirmək niyyətindədir. İkinci dəfədir 

ki, keçiril

ən bu tədbirin  əsas məqsədi, müəyyən iynələrin  toplanması  üçün 

fondun yaradılması barədə çağırışlar etməkdir” (3, 1916, 17 sentyabr, № 204).  

İynələr toplamaqla məşğul olan hakim dairələr əhalinin yaşayışı üçün heç 

bir t

ədbirlər görmürdülər. Əhalinin yaşayışı üçün zəruri olan ən çox gündəlik 



t

ələbat mallarının qıtlığı qəzada görünməmiş bahalığa səbəb olmuşdu. Malların 

qiym

əti müharibədən əvvəlki dövrə nisbətən 300-400 faiz bahalaşmışdı. Mü-



harib

ənin iki ilində qəzanın özündə hasil edilən kənd təsərrüfatı məhsullarının 

qiym

ətlərinin necə bahalandığını aşağıdakı cədvəldən müəyyən etmək olar (6): 



İllər 

Ərzaq məhsullarının adları 

Bir tağar

1

 

unun qiym

əti 

Bir tağar 

buğdanın  

qiym

əti 

Bir tağar 

arpanın qiyməti 

Bir tağar 

noxudun 

qiym

əti 

Bir tağar 

ç

əltiyin 

qiym

əti 

1915 


30 rubl 

27 rubul 

16 rubul 

35 rubul 

40 rubl 

1916 


75 rubl 

65 rubul 

26 rubul 

65 rubl 


70 rubl 

C

ədvəl, “Kaspi” qəzetinin, 30 yanvar 1916-ci il, № 24, əsasında tərtib edilib. 



 

1

 



Bir tağar 25 puddur 

69 


                                                           


Bu baxımdan qəza, xüsusən Lənkəran şəhəri ən zəruri sənaye və kənd tə-

s

ərrüfatı məhsullarından çox böyük qıtlıq çəkirdi. Bazarlarda sabun, duz, kibrit, 



un, buğda, ət, yağ, düyü, kartof, quş, hətta meyvə və tərəvəz belə tapılmırdı. 

Ərzaq  böhranının  Lənkəran qəzasında  qeyri-adi dərəcədə  dərinləşməsi 

n

əticəsində ərzaq məhsulları çatışmazlığı yaranmış və xeyli bahalaşmaya səbəb 



olmuşdu.  Taxıl,  ət, qənd və  digər  ərzaq məhsulları  kəskin surətdə  bahalaşdı. 

1916-


cı ildə taxılın qiyməti müharibə ərəfəsindəki dövrlə müqayisədə 7-8 dəfə 

artmışdı. Ərzağın qıtlığı və qiymətlərin fasiləsiz artması üzündən kənd əhalisi 

aclığa və müflis olmağa məhkum olmuşdu.  

Müharib


ə ilə əlaqədar olaraq tətbiq edilmiş kartoçka sisteminin və əhali-

nin t


əzyiqi  altında  mallara  qoyulmuş  məzənnənin  pozulması  qəzada getdikcə 

bahalığın  artmasına  gətirib  çıxartdı.  Bununla  yanaşı,  qəzaya gələn tacir və 

möht

əkirlər ac quldurlar kimi qəzanın kəndlərinin canına daraşmaları və ağına-



bozuna baxmadan müxt

əlif kənd təsərrüfatı  mallarını  baha  qiymətə  alaraq,  

Bakıda və  digər  şəhərlərdə  daha yüksək qiymətə  satırdılar.  Bütün  bunlar, 

q

əzada bahalığın əsl səbəblərindən biri idi. 



Q

əzada bahalığın səbəblərindən biri də bahalıqla mübarizə aparan əhali-

nin  h

ər cür tərəqqipərvər təşəbbüsünün yerli hökumət orqanları və iri tacirlər 



t

ərəfindən  tez  boğulması  olmuşdu.  1916-ci  ilin  payızında  Astara  qəsəbəsinin 

t

ərəqqipərvər  şəxsləri  əhalini  ən zəruri sənaye  malları  ilə  təmin etmək üçün 



“Q

ənaət” adlı bir istehlak cəmiyyəti təşkil edilmişdi. Yerli pristav, Əhmədov 

v

ə  Bayramov kimi iri tacirlər bu cəmiyyətə  qarşı  müxtəlif təxribatlar düzəlt-



m

əklə, nəhayət, onun dağılmasına səbəb olmuşlar. 

Müharib

ə illərində qəzada ərzaq qıtlığının getdikcə artması ölüm halları-



nın  çoxalmasına  səbəb olurdu. 1911-ci ildə  qəzada  859  adam  ölmüşdürsə, 

1915-ci ild

ə  4.143  adam  ölmüşdü.  Müharibə  illərində  ölənlərin  sayının  belə 

çoxalmasının  səbəblərindən biri də  qəzada müxtəlif  yoluxucu xəstəliklərin 

meydana g

əlməsi və yayılması idi. 1915-ci ilin sentyabr və oktyabr aylarında 

q

əzada çoxlu insan tələfatına səbəb olan vəba xəstəliyi baş vermişdi.  



Aclıq  və  xəstəliyin getdikcə  artması  ilə  əlaqədar olaraq qəzada evlə-

n

ənlərin  sayı  azalmış,  ölənlərin  sayı  isə  artmışdı.  Aşağıdakı  cədvəldə  bunu 



aydın görmək olar (5, 1915, s. 215; 1916, s. 35; 1917, s. 241): 

İllər 

Evl

ənənlər 

Öl

ənlər 

1913 


1807 n

əfər 


3588 n

əfər 


1914 

1593 n


əfər 

3666 n


əfər 

1915 


81 n

əfər 


4143 n

əfər 


 

Bel


əliklə, Birinci dünya imperialist müharibəsi bütün ölkədə olduğu ki-

mi, L


ənkəran qəzasında da böyük təsərrüfat dağınıqlarına, ərzaq qıtlığına, ba-

ha

lığa  və  müxtəlif xəstəliklərin  artmasına  və  ölüm  hallarının  çoxalmasına 



s

əbəb olmuşdu. 

70 



L

ənkəran qəzasında da əhalini var-yoxdan çıxaran vasitələrdən biri də çar 

m

əmurlarının  müxtəlif hiylə  və  bəhanələrlə  əhalidən  aldıqları  rüşvət idi. 



Müharib

ə illərində isə rüşvətxorluq həddini aşmışdı. 

Q

əzada çar məmurlarının  həyasızcasına  rüşvətxorluğu  o  dərəcəyə  gəlib 



çatmışdır  ki,  quberniya  və  qəza dövlət  orqanları  yerlərdə  hədsiz  rüşvət  alır 

b

əzən cinayətkarları  hətta məhkəməyə  vermək məcburiyyətində  olmuşdular. 



Burada m

əqsəd məmurların rüşvətxorluğundan arası kəsilmədən şikayət edən 

k

əndliləri sakitləşdirmək idi. 1916-ci ilin yanvar ayında rüşvətxorluqda təqsir-



l

əndirilən  Şahağac  koxasının,  həmin  il  oktyabr  ayında  təqsirləndirilən  Prişib 

m

əmurlarının işi dediklərimizi təsdiq etmək üçün kifayətdir (1, 169, siy., 4, iş 



1354, v. 1; f. 185, siy., 1, iş 691, v. 6). 

Müharib


ədən  əvvəl olduğu kimi, müharibə zamanında da  Lənkəran qə-

zası  kəndlilərini soyub və  qarət edən  düşmənlərdən biri də  İran  ərazisindən 

soy

ğunçuluğa  gələn  şahsevənlərin  basqınları  idi.  Müharibənin  başlanması  ilə 



bu  soyğunçu  basqınların  sayı  bir  neçə  dəfə  artmışdı.  Qəzaya hücum edən 

Şahsevən quldur dəstələrinin  sıralarındakı  atlı  silahlı  nəfərlərin  sayı  məhz 

1914-

ci  ilin  noyabr  ayından  başlayaraq  artmışdı.  1915-ci  ilin  noyabr  ayının 



əvvəllərində olan hücumlarda iştirak edən quldurların sayı 400 nəfərə çatmışdı. 

1917-ci ild

ə isə 500-700 nəfərdən artıq olmuşdu. Müharibədən əvvəl bu bas-

qınlar ancaq qəzanın İranla sərhəd olan kəndlərinə qarşı olmaqla, qəza torpaq-

larının içərilərinə doğru hələ gəlib çatmamışdılar. Müharibə zamanı isə, əksinə 

bu hücumlar h

ətta Lənkəran şəhərinin lap yaxınlığına gəlib çatırdı. 

Dövrün görk

əmli maarif xadimi Teymur bəy Bayraməlibəyovun “Kaspi” 

q

əzetinin 1915-ci il fevral və mart aylarında dərc etdirdiyi məlumat xarakterli 



müxbir m

əqalələri əsasən Lənkəran qəzasında özbaşınalığın hökm sürməsinə, 

quldurların,  oğruların  kənd  əhalisinə  divan  tutmasına,  onların  mal-qarasının 

oğurlanmasına həsr olunmuşdur. Məsələn, «Bizə Lənkərandan yazırlar» başlığı 

altında (6, 1915, 12 fevral, № 33) çap olunmuş yazıda Teymur bəy oxuculara 

bildirir ki, L

ənkəranın  Təzəkənd qəsəbəsinə  basqın  edilmiş  və  yerli  əhalidən 

xeyli mal-

qara oğurlanmışdır. Onlara 150 manat ziyan vurulmuşdur. Quldurlar 

yaxşı silahlandıqları üçün onlardan oğurlanan mal-qaranı hətta kənd starşinası 

geri qaytara bilm

əmişdir.  

H

əmin rubrika altında dərc etdirdiyi başqa bir yazısında Bayraməlibəyov 



quldurların Keroni kəndinə basqınını pisləmişdir. Yazıda deyilir ki, silahlı oğru-

lar k


əndin varlı sakini Məlik Almaz xanın mal-qara saxladığı tövləsinin bir his-

s

əsini uçuraraq, 3 öküz, 2 inək, 1 dana aparmışdır (6, 1915, 19 fevral, №39).  Nə-



tic

ədə, zərərçəkənə 140 manatlıq ziyan vurulmuşdur. Müəllif məlumatında daha 

sonra bildirir ki, s

əhəri gün mal-qarasını axtarmaq üçün xan İranın Vana kəndinə 

yollanır.  Bu  işə  kömək üçün kənd sakini Süleymana müraciət edir. Süleyman 

öküzl


əri tapmaq üçün əvəzində  60 manat pul istəyir.  O,  doğrudan  da  öküzləri 

axtarıb tapır və pulu xandan alır. İnək və dananı tapmaqdan isə imtina edir. 

Bu q

əbildən olan daha bir məlumat (6, 1915, 6 mart, № 52) yenə «Bizə 



L

ənkərandan yazırlar» başlığı altında çap olunmuşdu. Məlumatda xəbər verilir 

71 



ki, Xan

ədə  kəndində  İran  quldurları  Mərdəli  Süleyman  oğlunun  tövləsindən 

130 manat d

əyəri olan inək və  öküz  oğurlamışlar.  Elə  həmin gün quldurlar 

ikinci bir k

əndə – Edişa basqın edərək, Muxtar Allahverən oğlunun tövləsindən 

2 in

ək və 2 öküz oğurlamışlar. Zərərçəkən öküzlərini 25 manata geri alsa da, 



85 manat qiym

əti olan inəyini quldurlardan geri ala bilməmişdi (4, s. 85). 

Teymur b

əy  bu  özbaşınalığın  qarşısını  almaq  üçün  öz  iradlarını  yerli 

hakimiyy

ət orqanlarına ünvanlanmış və onları işlərini ləyaqətlə yerinə yetirməyə 

çağırmışdı. Müəllif ürək ağrısı ilə yazırdı ki, quldurların kəndlərə basqın etmələri 

n

əticəsində  sakinlərin iri buynuzlu mal-qarası,  müxtəlif ev əşyaları,  qiymətli 



xalçaları demək olar ki, hər gün oğurlanır. Odur ki, müxbir  yerli əhalini ayıq-

sayıq  olmağa,  pristavları  və  zemstvo rəisini (kənd yerlərində  inzibati və  məh-

k

əmə işlərinə baxan məmur) isə quldurlara qarşı ciddi tədbir görməyə çağırırdı.  



Bütün  bunlarla  yanaşı,  bu  dövrdə  -  1914-1917-ci illərdə  qəzanın  əksər 

hiss


əsində  kəndli  çıxışları  bürümüşdü.  Aqrar  xarakter  alan  bu  çıxışların  əsas 

s

əbəbi kəndlilərin  torpaqsızlığı  və  az  torpağa  malik  olması  idi.  Bu  məqsədlə 



k

əndlilər kəskin ehtiyac duyduqları torpaq uğrunda mübarizə aparırdılar. Döv-

l

ət və mülkədar torpaqlarının tutulması mübarizənin on geniş yayılmış forma-



larından biri idi. Bu həyəcanlar kəndlilər və hökumət nümayəndələri, mülkə-

dar-qolçomaq d

əstələri arasında silahlı toqquşmalara gətirib çıxarmışdı.  

Müharib


ə  illərində  meşələrin  özbaşına  qırılması  halları  artıb  ərazisində 

meşə olan bütün qəzaları əhatə etdi. Özbaşına qırılan meşələrin sahəsi və buna 

gör

ə kəndlilərdən alınan cərimələr 1916-cı ildə 1913-cü ilə nisbətən təxminən 



iki d

əfə artmış, mülkiyyətin yandırılması halları da çoxalmışdı.  

Müharib

ə illərində kəndlilərdə narazılığı gücləndirən səbəblərdən biri də 



vergi v

ə  mükəlləfiyyətlərin həddən ziyadə  artırılması  idi.  Kəndlilər kütləvi 

sur

ətdə  vergiləri ödəməkdən və  mükəlləviyyətləri yerinə  yetirməkdən boyun 



qaçırır, çar məmurlarına və polisə silahlı müqavimət göstərirdilər. Ordu və arxa 

işlərinə səfərbərliklər, mal-qara və arabaların, taxıl və s. məhsulların fasiləsiz 

müsadir

ə edilməsi kəndli həyəcanlarını daha da artırdı.   



Müharib

ə  illərində  qaçaqların  -  silahlı  kəndli  çıxışları  xüsusilə  kəskin 

xarakter alaraq, bütün q

əzanı əhatə etmişdi. Onlar amansız istismara, hər cür 

sosial 

ədalətsizliyə qarşı mübarizə aparır, mütləqiyyətin vergi siyasətinə qarşı 



çıxırdılar. Başqa sözlə, qaçaq hərəkatı torpaqdan istifadədə hökm sürən qarma-

qarışıqlığa,  torpaq,  suvarma  suyu  və  meşə  materialı  çatışmazlığına,  vergi  və 

mük

əlləfiyyətlərin ağırlığına, onların toplanması zamanı yol verilən özbaşına-



lıqlara, polis məmurlarının zorakı əməllərinə və s. qarşı yönəlmişdi.  

1914-


cü ilin oktyabr ayında Boradigah kənd icmasının kəndliləri qəzanın 

iri torpaq sahibl

əri,  Talışinskilərə  qarşı  inadlı  mübarizəyə  başlayaraq,  onlara 

icar


ə haqqı verməkdən imtina edir, torpaqlarına zəbt edirdilər. 1915-ci ilin mar-

tın əvvəllərində qəzanın Digə kəndi sakinləri ilə Hacı Mir Sadıq bəy Talışinski 

arasında  torpaq  üstündə  ciddi  bir  münaqişə  başlandı.  Kəndlilər  münaqişəli 

torpağı  öz  əllərinə  keçirmək üçün böyük səy göstərdilər. Həmin ilin yaz və 

yayında Astara və Ərçivan mahalı kəndliləri ilə Mir Əhməd xan arasında sinfi 

72 



ziddiyy

ətlər yenidən kəskin şəkil aldı. Mir Əhməd xanın 1915-ci ilin iyulun 15-

d

ə Qafqaz canişininə yazdığı məktubda “quldur dəstələrinin” onun meşələrini 



qırdıqlarını,  əkin və  otlaq yerlərini zəbt etdiklərini, ona 50 min rubl ziyan 

vurdu


qlarını” bildirərək canişindən “Köhnə dvoryan nəslindən olan Talışinski-

l

əri məhv olmaqdan xilas etməyi” xahiş edirdi (1, f, 1, siy. 1, iş 1128, v. 1-4.). 



1915-

ci ilin mayında Putəsər kəndin sakinləri Talışinskilərə icarə haqqı 

verm

əkdən qəti imtina etdilər. Bu zaman xanla kəndlilər  arasında  münaqişə 



başlandı.  Kəndlilər xana köməyə  gələn polis nəfərlərinə  silahlı  müqavimət 

göst


ərirdilər. 

1916-ci ild

ə Lənkəran qəzasında mülkədar torpaqlarının kəndlilər tərəfin-

d

ən zəbt edilməsi, özbaşına əkilməsi, icarə haqqının və müxtəlif vergilərin ve-



rilm

əkdən imtina etməsi  halları  daha  da  çoxalmışdı.  Bu  zaman  qəza kəndli-

l

ərinin  Qafqaz  canişininə  yazdıqları  çoxlu  şikayət məktubları  dediklərimizi 



t

əsdiq edir. Mir Əhməd xandan yazılan şikayət məktublarından birində kənd-

lil

ər  yazmışdılar  ki,  mülkədar yüz ildən bəri  ixtiyarımızda  olan  torpaqlardan 



bizi qovub çıxarır, polis Talışxanovu müdafiə edir, bizi isə öz doğma  yurdu-

muzdan  qovub  çıxarır,  bəzilərimizi isə  dustaq edirlər.  Əhməd xan milyoner 

Mayılov  və  onların  adamları  kəndlilərə  əziyyət verir və  zülm edirlər. Biz 

yoxsul k


əndliləri mülkədarların  pəncəsindən, təqibdən,  sıxma-boğmasından 

qurtarmağı xahiş edirik (1, f. 1, siy., 1, iş 342, v. 10). 

1916-ci ilin aprelind

ə  başlayaraq  Boradigah  kənd cəmiyyətinin 700 

hey

ətdən ibarət olan kəndlilərin etirazları  yenidən  geniş  vüsət  almışdı.  Bu 



mübariz

ə “Əsgərabad” adlanan və hər il 10 min rubl gəlir verən 129 desyatin 

ç

əltik əkini sahəsi ilə əlaqədar idi. Həmin mübarizədə 78 nəfər kəndli iştirak 



edirdi. K

əndlilər həmin torpağı zəbt edərək xana icara həqqı vermədilər. 1917-

ci  ilin  fevralınadək davam edən bu mübarizəyə  Bakı  quberniyası  və  Qafqaz 

canişini  idarəsi müdaxilə  etdi. Bunun nəticəsində  məsələ  mülkədarın  xeyrinə 

h

əll edildi. Lakin kəndlilər mübarizələrini dayandırmamışdılar. Bu barədə Mir 



Əsgər xan 1916-ci  il  oktyabrın  19-da  Qafqaz  canişini  Nikolay  Nikolayeviçə 

yazırdı:  “boradigahlılar  da  astaralılar  kimi  bizim  torpaq  ərazilərimizi zəbt 

etmişlər və bizə icarə haqqı vermirlər” (1, f, 1, siy. 1, iş 1145, v. 19-20.). 

Göründüyü kimi, 

əlində olan geniş torpaq sahələrini kəndlilərə güzəştdə 

getm


əyi istəməyən yerli mülkədarlar  bu  torpaqları  əldən verməmək üçün 

Qafqaz canişininə ardı-arası kəsilməyən müraciətlər etmişdilər. Bu məqsədlə, 

Mir  Əsgər  xanın  yazmış  olduğu  məktubda göstərmişdi  ki,  “Əsgərabad” 

torpağından ildə bizim 10 min rubl gəlirimiz olur, bizə kömək etməyi və zorla 

bizim torpaqlarımızın zəbt edilməsinin qarşısını alınmasını rica edirəm (1, f. 1, 

siy., 1, iş 1145, v. 19-20). 

1916-

ci  il  sentyabrın  15-də  Boradigah kənd cəmiyyəti kəndlilərinin 78 



n

əfərdən  ibarət  nümayəndəsinin  bu  torpaq  haqqında  olan  şikayətlərinə  Bakı 

quberniya idar

əsinin  birinci  şöbəsində  yenidən  baxılmışdı.  Nəticədə  məsələ 

mülk

ədarın xeyrinə həll edilmişdi (1, f. 1, siy., 1, iş 1145, v. 12-14). Boradigah 



camaatı  Bakı  quberniya  idarəsinin düzgün olmayan bu qərarından  Qafqaz 

73 



canişininə  şikayət  etmişlər. Kəndlilərin  inadlı  mübarizəsini görən  Mir  Əsgər 

xan da özünün v

ə  qohumları  adından  1916-ci  il  yanvar  ayının  13-də  Qafqaz 

canişininə  məktubla üç dəfə  müraciət edərək onu və  qohumlarını  Boradigah 

k

əndlilərinin hücumundan müdafiə etməyi canişindən çox xahiş etmişdi (1, f. 



1, siy., 1, iş 1145, v. 19-20, 22, 33). Uzun süründürmədən sonra məsələ mülkə-

darın xeyrinə həll edilmişdi. Lakin kəndlilər mübarizəni davam etməkdə idi. 

Bu çıxışların geniş vüsət aldığı bir dövrdə 1917-ci ildə baş vermiş fevral 

inqilabi L

ənkəran qəzasına  böyük  təsir göstərmişdi.  Qısa  vaxt  ərzində  çar II 

Nikolayın taxtdan salınması xəbəri Rusiyanın hər yerinə yayılmağa başlamışdı. 

Çarizmin devrilm

əsi xəbəri mart ayının 5-də Lənkəran şəhərinə gəlib çatmışdı. 

Şəhər əhalisi bu xəbəri misilsiz sevinclə qarşılamışdı. Yerli polis orqanları xalq 

kütl


ələrindən həqiqəti gizlətmək məqsədilə  şayə  yaymağa  başlamışdılar  ki, 

“q

əzetlər  yalan  yazırlar,  Nikolay  taxtdan  salınmamışdı”  (3,  1917,  7  mart,  № 



53). Lakin polis xalqı inandıra bilməmişdi. Qısa müddətdə çarizmin devrilməsi 

x

əbəri bütün qəzaya yayılmağa başlamışdı.  



Çarizmin devrilm

əsini bilən şəhərin yoxsul əhalisi və şəhər qarnizonunun 

əsgərləri həmin gün bu münasibətlə əllərində qırmızı bayraqlar dəniz kənarında 

nümayiş təşkil etmişdilər. Zəhmətkeşlər isə şəhər həbsxanasının qabağına top-

lanaraq dustaqların azad edilməsini tələb etmişdilər (2, 1917, 24, 27 mart, № 

432, 436). Çarizmin devrilm

əsi xəbəri mart ayının 10-15-i arasında, demək olar 

ki, q


əzanın  bütün  kəndlərinə  gəlib  çatmışdı.  Kəndlilər də  bu xəbəri böyük 

sevincl


ə qarşılamışlar.  

Fevral  inqilabından  sonra  Azərbaycanın  digər qəzalarında  olduğu  kimi 

L

ənkəran şəhərində iki hakimiyyətlik yaranmışdı. Bunlardan biri hakim sinif-



l

ərin hakimiyyəti olan Lənkəran qəza icraiyyə komitəsi, digəri isə sovetlər idi. 

1917-

ci il martın 21-də  Bakıdan  Lənkəran qəzasına  gələn “İctimai təşkilatlar 



icraiyy

ə komitəsi”nin nümayəndələri şəhər və qəzanın daimi icraiyyə komitə-

l

ərini seçmişlər. Lənkəran qəzasında keçirilən seçkilərə Məmməd Əmin Rəsul-



zad

ə başçılıq etmişdi. Seçkilərin nəticəsi olaraq qəza icraiyyə komitəsinin sədri 

Soltan b

əy Qulubəyov, onun müavini isə Mir Əsgər xan Talışinski seçilmişdi 

(1, f. 185, siy., 1, iş 789, v. 168).  

Bununla  yanaşı  1917-ci  ilin  ortalarında  Lənkəran  şəhərində  və  Astara 

q

əsəbəsində sovetlər də təşkil edilmişdi. Lənkəran şəhərində hərbi-fəhlə-kəndli 



deputatları soveti olmaqla iki sovet yaradılmışdı.    

Bel


əliklə, müharibə qəzada acınacaqlı vəziyyətdə olan zəhmətkeş kəndli-

l

ərin  daha  da  yoxsullaşmasına  və  müflisləşməsinə  gətirib  çıxardı.  Müharibə 



zamanı  ərzaq  böhranının  dərinləşməsi nəticəsində  Lənkəran qəzasında  ərzaq 

m

əhsulları çatışmazlığı və onların qiyməti xeyli bahalaşmışdı.  Qəzada taxıl, ət, 



q

ənd və  digər  ərzaq məhsulları  kəskin surətdə  bahalaşdı.  Ərzağın  qıtlığı  və 

qiym

ətlərin fasiləsiz  artması  üzündən kənd  əhalisi  aclığa  və  müflisliyə  məh-



kum olmuşdur. 

 

74 




ƏDƏBİYYAT 

1.

 



 Az

ərbaycan Respublikası Dövlət Tarix Arxivi.  

2.

 

“Açıq söz” qəzeti, № 432, 436, 24, 27 mart 1917-ci il. 



3.

 

«Баку» qəzeti, 1915-1917-ci illər. 



4.

 

Cavadova Esmira. …O, h



əm də görkəmli etnoqraf idi  (Teymurbəy Bayraməlibəyovun 

h

əyat və yaradıcılığından səhifələr). Bakı: 2008, 138 s. 



5.

 

Кавказский календарь. 1915-1917-ci illər. 



6.

 

«Каспи» qəzeti, 1915-1916-ci illər.  



 

ЛEНКOРАНСКИЙ УЕЗД В ГОДЫ ПЕРВОЙ МИРОВОЙ ВОЙНЫ 

 

Б.Б.КЕРИМОВ 

 

РЕЗЮМЕ 

 

Несмотря на то, что Азербайджан и, в том числе, Лeнкоранский уезд были в сто-

роне  от    Первой  мировой  войны,  страна  была  втянута  в  нее  и  экономика  стала  управ-

ляться по законам военного времени. В результате этого, ведущая отрасль уезда – сель-

ское хозяйство оказалось в большом упадке и застое. 

В связи с войной Лeнкoранский уезд испытывал недостаток продовольствия, цены 

на  которое  сильно  возросли.  В  уезде  значительно  подорожали  хлеб,  мясо,  сахар  и  др. 

продукты.  Дефицит  продовольствия  и  непрерывный  рост  цен  обрекал  сельское  насе-

ление  на  голод  и  обнищание.  В  уезде  усилилось  самоуправство  царских  чиновников, 

увеличились смертельные случаи от болезней, грабительские нападения банд из Ирана и 

эксплуатация крестьян. Особо уродливые формы приняло ростовщичество. 

Крестьянское  движение  против  самоуправства  властей  в  короткий  срок  распрос-

транилось  на  большие  территории.  Экономический  и  политический  кризис,  порожденный 

войной, день ото дня растущее крестьянское движение свидетельствовало о возникновении в 

Лeнкoранском уезде, как и во всем Азербайджане, новой революционной ситуации. 

 

Ключевые слова: Азербайджан, Лeнкoранский уезд, Первая мировая война 



 

LANKARAN DISTRICT DURING THE FIRST WORLD WAR 

 

B.B.KARIMOV 

 

SUMMARY 

 

Despite the fact that Azerbaijan, including Lankaran district,  refrained from  the First 



World War, the country was dragged into it, and the economy began to be governed by the 

laws of war. As a result, the county’s leading industry - agriculture turned out in great decline 

and stagnation. 

In connection with the war, Lankaran district lacked food, the prices of which had rised 

sharply.  There was a  significant  rise in the prices of  bread, meat, sugar and other products. 

Food shortages and the continuous rise in prices condemned the rural population to hunger and 

poverty. The arbitrariness of royal officials, deaths from diseases, predatory gang attacks from 

Iran and the exploitation of the peasants considerably increased. 

The peasant movements against the arbitrariness of the authorities in a short time spread 

over a large area. Economic and political crisis caused by the war, growing peasant movements 

in Lankaran district, as well as throughout Azerbaijan formed a new revolutionary situation. 

 

Key words: Azerbaijan, Lankaran district, The First World War 



 

 

75 



Yüklə 125,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə