AzərbAycAn 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ



Yüklə 216,78 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix06.05.2018
ölçüsü216,78 Kb.
#42812
1   2   3   4   5

Azərbaycan: 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ də tam inteqrasiyanı dəstəkləyən 

siyasətə ehtiyacı var

26 mart 20

14

8



www.internal-displacement.org

hüquqları bərpa etməyə kömək edər. (

UNHRC



23 dekabr 2010; 



UN CEDAW

, 2009; 


UN CERD

7 sentyabr 2009; 



UNCHR

, 25 yanvar 1999). Baş 

Katibin köçkünlərin insan haqları üzrə keçmiş 

nümayəndəsi Walter Kälinin 2008-ci ildə tövsiyə 

etdiyi kimi, köçkünlərin cəmiyyətin tam üzvlərinə 

çevrilməsi məqsədilə onların ehtiyacları və 

problemlərini daha yaxşı başa düşmək üçün köçkün 

məktəblərində təhsilin keyfiyyəti, onun nə dərəcədə 

əlçatan olması, şagirdlərin nailiyyətləri və məktəb 

barədə fikirləri öyrənilməlidir (

UNHRC

, 15 aprel 



2008).

Gender əsaslı zorakılıq 

Məcburi köçkün qadınlar və qızlar valideynləri, 

həyat yoldaşları və onların ailə üzvləri tərəfindən 

ümumi əhaliyə nisbətən daha tez-tez zorakılığa 

məruz qalır ki, buna səbəb onların maddi cəhətdən 

daha müdafiəsiz olmasıdır (Pathfinder International, 

2000; UNIFEM, 2006; UNFPA, 2008; WARD, 

2009; UNFPA, 2011). Ailədə maliyyə çatışmazlığı, 

yaşayış sahələrin darlığı və gələcək perspektivlərin 

azlığı nəticədə zorakılığa, həmçinin azyaşlı və 

qeydiyyatsız nikahlara gətirib çıxardır (

UN CRC


, 12 

mart 2012). Belə nikahların sayı 2012-ci ildə 4000 

idisə, 2011-ci ildə nikaha daxil olmaq üçün rəsmi 

yaş həddi 18-ə qaldırılandan sonra 2013-cü ildə 

5000 çatdı (

UN CESCR


, 5 iyun 2013). Ailə birliyi və 

“ayıb” anlayışları, damğalanmanın geniş yayılması, 

həmçinin polis və ailələrə dəstək mərkəzlərinin 

qadınlara qarşı zorakılığa şəxsi məsələ kimi 

baxması qadınları və qızları susmağa məcbur edir 

(

UN SR



, 5 dekabr 2013).

BMT-nin saysız təşkilatları tərəfindən məsləhət 

görüldüyü kimi, hökumət bu problemin aradan 

qaldırılması naminə birinci ciddi addım kimi ümumi 

əhali və ayrıca köçkünlər arasında azyaşlılarla 

nikahların yayılması dərəcəsi üzrə təfərrüatlı 

statistika yığmalıdır (

UN CESCR


, 5 iyun 2013; 

UN CEDAW


, 2009; 

UN CCPR


, 13 avqust 2009). 

BMT-nin Qadınlara Qarşı Diskriminasiyanın Aradan 

Qaldırılması üzrə Komitəsi və BMT-nin qadınlara 

qarşı zorakılıq üzrə Xüsusi Hesabatçısı tərəfindən 

də tövsiyə edilib ki, hökumət köçkün qadınlar 

və qızlar üçün təhsil, iş, səhiyyə və yaşayış yeri 

imkanlarının artırılması üçün tədbir görsün və 

ictimai binaların təmiri zamanı köçkünlərlə, və 

xüsusilə də qadınlarla məsləhətləşsin (

UN CEDAW


2009; 


UN SR

, 5 dekabr 2013). Belə tədbirlər 

onların özünə güvənliliyi, həmçinin ailə həyatlarının 

keyfiyyətini və onları əhatə edən icmalara olan 

töhfələrini artırmış olardı. 

Məcburi köçkün uşaqlara qarşı ayrıseçkilik 

Məcburi köçkün kimi qeydiyyatda olan qadınların 

uşaqları eyni qeydiyyatlı kişilərin uşaqlarından 

fərqli rəftar olunur. Atası qeydiyyatda olan, anası 

isə olmayan uşaqlar köçkün kimi qeydiyyata alına 

və bundan irəli gələn sosial müavinətləri ala bilir. 

Bu həmçinin boşanmış, dul qalmış və ya evli 

olmayan və köçkün kimi qeydiyyatda olan qadınların 

uşaqlarına da şamil edilir. Lakin anası qeydiyyatda 

olan, atası isə olmayan uşaqlar köçkün klimi 

qeydiyyata alınmır. Nəticədə köçkünlərin uşaqlarına 

atalarının qeydiyyatından asılı olaraq müxtəlif cür 

rəftar olunur.

Hökumət bu yanaşmanı belə izah edir ki, məcburi 

köçkün qadınlar evləndikdə onlar ərlərinin evinə 

köçür və uşaqları ilə bərabər orada qeydiyyata 

durur. Köçkün olmayan kişilər mülkiyyət və 

yaşayış yerlərinə sahibdir, bu da o deməkdir ki 

onların uşaqlarını köçkün kimi qeydiyyata almağa 

ehtiyac yoxdur. Köçkünlük qeydiyyatı olan kişilərin 

uşaqları atalarının qeydiyyatda olduqları yerdə 

qeydiyyatdadır. Bu cür ayrı-seçkiliyin qarşısını 

almaq üçün köçkün uşaqların qeydiyyatı ehtiyaclara 

əsasən aparılmalıdır. 



İctimai həyatda məhdud iştirak

Məcburi köçkünlər köçüb məskunlaşdığı yerlərdə 

bələdiyyə seçkilərində səs verə və ya namizədlik 

verə bilməzlər. Hökumət işğal altında olan 

rayonların seçki dairələrini qayıdış mümkün 

olan vaxt üçün qoruyub saxlayır. Bəzi köçkünlər 

özləri icmalarının bütövlüyünü qorumaq və 

parlamentdə ayrıca səs ilə təmsil olunmaq naminə 

bu cür yanaşmanın tərəfdarlarıdır (

Brookings-

LSE

, dekabr 2011; 



ICG,

 27 ferval 2012). Nəticə 




Azərbaycan: 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ də tam inteqrasiyanı dəstəkləyən 

siyasətə ehtiyacı var

26 mart 20

14

9



www.internal-displacement.org

etibarilə isə, məcburi köçkünlər yerli siyasətdə 

heç bir təsirə malik deyil və vacib saydıqları yerli 

məsələlər barədə kampaniya apara bilmir. Yerli 

siyasətdə iştirak etməməsi onların yerli hökumət 

resurslarına çıxış imkanlarını məhdudlaşdırır 

və onların köçkünlüklə bağlı ehtiyaclarının 

ödənilməsi imkanlarını da azaldır. Bu həmçinin 

onların inteqrasiyasını da çətinləşdirir, xüsusilə 

də həyatlarına təsir edən qərarlarda iştirak etmək 

üçün digər imkanların olmadığı bir şəraitdə. Onların 

əvəzinə qərarların qəbul olunması köçkünlərin 

özünə güvənliliyini artırmır, əksinə, hökumət 

yardımından asılılığı çoxaldır (

Brookings-LSE

dekabr 2011; 



ICG,

 27 fevral 2012).



Problemin davamlı şəkildə həll olunması üçün 

perspektivlər 

Məhdud yerləşdirilmə seçimləri 

Hökumətin məcburi köçkünlər üçün üstünlük 

verdiyi yerləşdirmə variantı onların Dağlıq Qarabağ 

ətrafındakı yeddi rayona və Qarabağın özünə 

qayıtmasıdır. Məlumat verilir ki, 2005-ci ildə 

hökumət beynəlxalq təşkilatlarla məsləhətləşərək 

sülh sazişi əldə olunduğu halda mümkün olan 

qayıdışın əsas prinsiplərini və koordinasiya 

mexanizmlərini müəyyən edən proqram 

hazırlamışdır, lakin onun təfərrüatları heç vaxt 

ictimaiyyətə açıqlanmamışdır (

News Azerbaijan

22 noyabr 2011;



Brookings-LSE

, dekabr 2011; 

Johansson

, 2010, səh. 70; 

Eurasianet

, 2 avqust 

2009).

Məcburi köçkünlərin çoxusunun sığınacaq 



tapdıqları yerlərdə könüllü şəkildə və ya 

məcburiyyət altında faktiki olaraq inteqrasiya 

olunmasına baxmayaraq, hökumət bu nəticəni 

davamlı həll yolu kimi tanımır, çünki belə etmək 

münaqişəli ərazidən imtina etmək kimi qəbul 

oluna bilər (Johansson, 2010, səh. 71; 

EC

, aprel 


2012). Hökumətin mövqeyinə görə, köçkünlük 

probleminin həlli yalnız münaqişə həll olunandan 

sonra mümkündür. Lakin qayıdış mümkün olana 

kimi, hökumət köçkünlərin fikirlərini nəzərə almaqla 

onların inteqrasiyası üçün şərait yaratmalıdır (

BMT-


nin Rəhbər Prinsipləri

: 28, 1998). Sülh həll yollarını 

axtarmaqla yanaşı köçkünləri gücləndirməyə 

yönəlmiş səylər, qayıdış mümkün olduğu zaman 

köçkünlərin qayıtmaq barədə seçimlərini məlumatlı 

şəkildə etməsinə imkan vermiş olar. 



Münaqişənin həlli perspektivləri

Dağlıq Qarabağ münaqişəsinin hal-hazırda heç 

bir siyasi həlli perspektivi görünmür. Danışıqlar 

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 1992-ci 

ildən aparılsa da, heç bir əhəmiyyətli irəliləyiş 

əldə olunmayıb. 2013-cü ilin sonunda iki ölkə 

prezidentinin son iki il ərzindəki ilk görüşü baş verdi, 

və nəticədə bəyan edildi ki, onlar mü- 

naqişənin həllini tapmaq üçün bir-birilə işləyə 

bilərlər (

RFE/RL

, 19 dekabr 2013; 



de Waal

, 22 


yanvar 2014). Lakin tam miqyaslı danışıqlar 

yenidən başlanılmadı, və barış xarakterli nitqlərə 

rəğmən, onlar hələ də ərazinin və münaqişənin 

mənşəyi barədə öz mövqelərinin üstündə qətiyyətlə 

durmaqdadırlar. 

Hər iki prezident danışıqların konfedensiallığını 

qorumaqla, Dağlıq Qarabağın de-fakto hökumətini, 

məcburi köçkün Azərbaycanlıları və hər iki 

tərəfdə geniş ictimaiyyəti prosesdən xaric edir 

və beləliklə cəmiyyət qarşısında hesabatlılıq 

daşımır. Azərbaycanda münaqişə barədə məlumat 

və ictimai müzakirələr ciddi nəzarət altındadır, 

və rəsmi mövqe və sülhə çağırışlardan fərqli 

fikirlər nadir hallarda səslənir (

Freedom House

iyun 2013; 



Conciliation Resources

, 20 oktyabr 

2013; 

International Alert



, avqust 2013). 4600-dən 

çox adam hələ də itkin kimi qeydiyyata alınıb, 

onlardan 3770-i Azərbaycanda itkin düşüb, və 

ailələrı hələ də onların taleyi və harada olduqları 

barədə xəbər gözləyir (

ICRC


, 30 avqust 2012; 

UN SR


, 5 dekabr 2013). Həm Azərbaycan, həm 

Ermənistanda sülh quruculuğu üçün olan resursları 

artırmaqla danışıqlar yolu ilə münaqişəni həll etmək 

perspektivlərini artırmaq olardı.

Bu arada isə, hər iki tərəfin təxribat xarakterli 

əməlləri onları öz mövqelərində daha da gücləndirir 

(

ICG


, 1 iyul 2013; 

AFP


, 3 sentyabr 2012; 


Yüklə 216,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə