AzərbAycAn 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ



Yüklə 216,78 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix06.05.2018
ölçüsü216,78 Kb.
#42812
1   2   3   4   5

Azərbaycan: 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ də tam inteqrasiyanı dəstəkləyən 

siyasətə ehtiyacı var

26 mart 20

14

4



www.internal-displacement.org

düşmüş əhaliyə əhəmiyyətli təsir göstərməmişdir.



Köçkünlük üzrə rəqəmlər və faktlar

Nazirlər Kabinetinə daxil olan Qaçqınların və 

Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 

Azərbaycanda daxili köçkünlük üzrə statistikanın 

yeganə mənbəyidir. Onun verdiyi məlumata 

əsasən, 2014-cü ildə 597429 nəfər məcburi köçkün 

qeydiyyatda durmuşdur (Azərbaycan Hökuməti 

ilə elektron yazışma, 31 yanvar 2014). Onların 

əksəriyyəti milliyyətçə Azərbaycanlı, lakin aralarında 

həmçinin Kürd, Rus və Türklər də vardır (

CoAvropa 

Şurası


, 24 May 2007; 

UNCHR


, 25 yanvar 1999). 

Onların çox hissəsi Dağlıq Qarabağın özündən 

deyil, ətrafında işğal olunmuş ərazilərdən köçkün 

düşüblər (

de Waal

, 26 iyun 2013; 



UNCHR

, 25 


yanvar 1999).

Dövlət statistikasına 230000-ə yaxın məcburi 

köçkün uşaq (Azərbaycan Hökuməti ilə elektron 

yazışma, 5 sentyabr 2014), və qayıda bilmiş 54000 

nəfər köçkün də daxil edilir. (NRC, 29 fevral 2008, 

IDMC-nin arxivində). Bu rəqəmə həmçinin təmas 

xətti boyunca məskunlaşmış və köçkün düşməmiş

lakin məruz qaldıqları təhlükənin miqyasına 

görə məcburi köçkün kimi qeydiyyata alınmış 

əhali də daxildir (

Brookings-LSE

, dekabr 2011). 

Eyni zamanda, baxmayaraq ki qanunvericilikdə 

köçkünlüyün səbəbləri kimi “hərbi aqressiya, təbii 

və ya texnoloji fəlakət” müəyyən edilir, təbii fəlakət 

nəticəsində köçkün düşmüş əhali bu statistikaya 

daxil olunmayıb (

Azərbaycan Hökuməti

, 1999). 

Məcburi köçkünlərin övladlarının, qayıtmış 

köçkünlərin və təhlükəli ərazilərdə yaşayan əhalinin 

daxil edilməsi, fəlakətlər nəticəsində köçkün 

düşənlərin isə daxil edilməməsi həm Məcburi 

Köçkünlük üzrə Rəhbər Prinsiplərdə müəyyən 

olunun kriteriyalara, həm də ki məcburi köçkün 

statusu üzrə Azərbaycan Respublikasının 1999-

cu ildə qəbul olunmuş qanununa ziddir və ümumi 

rəqəmin süni şəkildə şişirdilməsinə gətirir.

Məcburi köçkünlər ölkənin 69 rayonunda 

məskunlaşsa da, təxminən yarısı paytaxt Bakıda 

yaşayır (

Eurasianet

, 20 noyabr 2013). 32%-ə yaxın 

köçkün hələ də kollektiv mərkəzlər kimi də tanınan 

ictimai binalarda yaşayır ki, bu binalar köçkünlük 

başlayanda onlara müvəqqəti yaşayış kimi təklif 

olunmuşdur. 25%-ə qədər köçkün hökumətin təmin 

etdiyi yeni yaşayış yerlərində, 20% qohumların 

evlərində, 12% isə əl altında olan materiallardan 

düzəldilmiş yaşayış yerlərində yaşayır. Təxminən 

8% digər insanların mülkiyyətini zəbt etmişdir 

(Azərbaycan Hökuməti ilə elektron yazışma, 5 

sentyabr 2013). 

Müdafiə məsələləri

Köçkünlərin hüquqlarının bərpa olunması 

məqsədilə hökumət misli görülməmiş vəsait ayırmış 

və bir çox müsbət diskriminasiya tədbirləri həyata 

keçirmişdir. Buna baxmayaraq, müdafiə problemləri 

hələ də mövcuddur, bunlar da rəsmi mövqeyin 

mərkəzində qayıdışın durması və bununla bağlı 

köçkünlərin məskunlaşdıqları yerlərdə inteqrasiya 

olunmasına yardımın göstərilməməsidir. Bu 

problemlərə qeyri-adekvat yaşayış şəraiti, çətin 

dolanışıq, ailə/cinsi zorakılıq, ayrı təhsil, uşaqlara 

qarşı diskriminasiya və məcburi köçkünlərin onlara 



aid olan qərarların qəbul edilməsində az iştirak 

etməsi aiddir. Hökumət bu məsələlərin həlli üçün 

köçkünlərlə məsləhətləşərək, onların ehtiyacları 

barədə geniş məlumat yığıb, bu məlumatı köçkünlər 

üzrə növbəti dövlət proqramının hazırlanması üçün 

və beynəlxalq və yerlı təşkilatların işinin qurulması 

üçün istifadə edə bilərdi. 



Qeyri-adekvat yaşayış şəraiti 

Son on il ərzində hökumət ictimai binalarda 

məskunlaşmış məcburi köçkünlərin yeni yaşayış 

yerləri üçün əhəmiyyətli vəsait ayırmışdır. Hökumət, 

Qaçqınlar və Məcburi Köçkünlərin Yaşayış Şəraitinin 

Yaxşılaşdırılması və İş Yerlərinin Yaradılması üzrə 

Dövlət Proqramı çərçivəsində, 2007-ci ilə qədər 

köçkünlərin 10 ildən artıq yaşadıqları düşərgələri 

bağladı. 2014-cü ilə qədər 180 000 yaxın məcburi 

köçkün və qaçqın onlar üçün tikilmiş və yeni 

məktəblər və tibbi mərkəzlərlə təmin olunmuş 

80-dan artıq yeni qəsəbəyə köçürülmüşdür. 




Azərbaycan: 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ də tam inteqrasiyanı dəstəkləyən 

siyasətə ehtiyacı var

26 mart 20

14

5



www.internal-displacement.org

(

Azərbaycan Hökuməti



, 27 noyabr 2013; 

Azərbaycan 

Hökuməti

, 1 iyul 2004). Bu günə kimi tikilmiş ən 

böyük qəsəbə olan Müşviqabadda 60000 əhali 

yaşayır (

Zerkalo

, 28 fevral 2013). Ölkənin şimal-



qərbində olan bəzi regionlarda yerli rəsmilər başqa 

rayonlardan, köçkünlərin qohumlarını köçürtməklə 

ailələrin birləşməsinə şərait yaratmışdır və 

yaxınlıqda yerləşən torpaq sahələrinin əkin, otlaq və 

digər təsərrüfat məqsədləri üçün istifadə olunmasına 

imkan vermişdir. 

Hökumət həmçinin bəyan etmişdir ki, Abşeron 

rayonunda ən azı 90000 məcburi köçkünü yeni 

yaşayış yerləri ilə təmin edəcək ki, bu köçkünlərdən 

5400-ü köçkün düşdükləri vaxtdan başqalarının 

evlərini zəbt etmişdir (

Contact.az

, 15 yanvar 2013). 

Bu qrupun köçürülməsi İnsan Haqları üzrə Avropa 

Məhkəməsinin evlərin mülkiyyətçilərin xeyrinə 

çıxartdığı bir sıra qərarların yerinə yetirilməsinə 

gətirib çıxardacaq ki, Azərbaycan 2002-ci ildə İnsan 

Haqları üzrə Avropa Konvensiyasına qoşulduğuna 

görə bu qərarları yerinə yetirməyə borcludur (

Radio 


Azadlyg

, 12 fevral 2013). 2015-ci ilin sonuna kimi 

hökumət hərbi bazalarda, məktəblərdə, uşaq 

bağçalarında, sanatoriyalarda və yay düşərgələrində 

məskunlaşmış digər 110 000 məcburi köçkünü 

evlə təmin etməyi planlaşdırır (

Eurasianet

, 19 


noyabr 2013). Əgər iş plan üzrə gedərsə, ölkədəki 

köçkünlərin 70%-i yeni yaşayış yeri ilə təmin 

olunmuş olacaq. 

Bu səylər, şübhəsiz ki on minlərlə insanın həyat 

şəraitini yaxşılaşdırmışdır, lakin ev tikintisi 

proqramının çatışmazlıqları da qeyd olunur. Bəzi 

yeni evlərin keyfiyyəti aşağıdır və hazır olduğu 

vaxtdan bir neçə ay sonra təmirə ehtiyacı olmuşdur. 

Bəzi qəsəbələrdə su, nəqliyyat, torpaq və iş 

yerləri məhduddur. Rəsmilər bunun əksini bəyan 

etsələr də, məcburi köçkünlərin sözlərinə əsasən, 

planlaşdırma prosesində onlar iştirak etməmişdir. 

Bir çox köçkünlər, xüsusilə də qadınlar, hökumətin 

yerləşdirmə planları barədə az məlumata malikdir 

və özlərinin köçürülüb-köçürülməyəcəyi barədə 

məlumatsızdır (

Brookings-LSE

, dekabr 2011). 

Bəziləri yaşadıqları yerləri təmir etməyə yardım 

göstərilməklə hazırki yerlərdə qalmağı üstün 

tutardı, lakin bu seçim onlara verilməmişdir. 

Vəsaitin sərf olunmasına monitorinq aparılmayıb, 

və bəzi köçkünlər qeyd edir ki, nəticədə onlar 

planlaşdırılandan aşağı keyfiyyətli ev alıb (

Obyektiv 

TV

, 31 avqust 2012; 



ICG

, 27 fevral 2012; 

Kavkaz 

Uzel


, 5 may 2011; 

CoE


, 31 may 2011). 

Yeni evlər müvəqqəti olaraq, köçkünlərin 

qayıdışı mümkün olana qədər istifadəyə 

verilir, və onları kirayə vermək, satmaq və ya 

girov qoymaq olmaz. İcma birliyini qorumaq 

məqsədilə yeni qəsəbələr əsasən mövcud yerli 

icmalardan təcrid olunub. Beləliklə, proqram 

məcburi köçkünlərin kollektiv şəkildə və ümumi 

əhalidən ayrı məskunlaşdırılmasını davam 

etdirib. Bu siyasət köçkünlərin yeni qəsəbələrdə 

inteqrasiya olunmasına manə olur və onlarda bu 

yaşayış yerlərinin müvəqqəti olması, və sonda 

qayıdışın yeganə mümkün olan həll yolu fikrini 

möhkəmləndirir. Bu həmçinin məcburi köçkünləri 

kasıb və aciz kimi damğalayır ki, nəticədə onların 

özünə güvənliliyini artırmaq səyləri zəifləyir 

(

Wistrand


, fevral 2013). Yaşayış yerləri üzrə 

hökumət proqramı köçkünlərin seqreqasiyasını 

artırmağa yox, ona son qoymağa yardım etməlidir.

Yeni evlərlə təmin olunmamış köçkünlər yararsız 

şəraitində yaşamağa davam edirlər. Tək otaqlarda 

məskunlaşmış ailələr böyüdükcə yataqxana və digər 

ictimai binalarda olan yaşayış sahələri daralır. Çoxlu 

ailələr eyni mətbəx və sanitar qovşağından istifadə 

edir və santexnika problemləri, rütubət və digər 

nasazlıqlar adi hal alıb. Elektrik xəttləri açıqda qalır 

və əldəqayırma birləşmələrlə bağlanaraq həddindən 

artıq yüklənir. Bəzi hallarda, belə problemlər bütöv 

mərtəbələrin və hətta binaların dağılmasına səbəb 

olub və yanğınlar da baş verib (

Gapp

, 8 may 2013; 



Kavkaz Uzel

, 3 sentyabr 2011; 

Radio Azadlyg

30 iyun 2011; 



Obyektiv TV

, 25 mart 2013; 

Kavkaz 

Uzel


, 13 iyun 2012; 

Contact.az

, 2012; 

Radio 


Azadlyg

, 4 fevral 2011; 

Eurasianet

, 19 noyabr 2013). 

İctimai binalarda yaşayan bəzi məcburi köçkünlər 

şəhərsalma məqsədilə evlərdən çıxarılmış, lakin bəzi 

hallarda alternativ yaşayış ilə təmin olunmamışdır. 



Yüklə 216,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə