AzərbAycAn 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ



Yüklə 216,78 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix06.05.2018
ölçüsü216,78 Kb.
#42812
1   2   3   4   5

Azərbaycan: 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ də tam inteqrasiyanı dəstəkləyən 

siyasətə ehtiyacı var

26 mart 20

14

6



www.internal-displacement.org

(

HRW



, 6 may 2013; 

Radio Azadlyg

, 15 yanvar 2011; 

RFE/RL


, 31 iyul 2013; 

BBC


, 21 may 2012; 

RFE/RL


5 iyul 2013; 

HETQ

, 18 iyun 2013). 



Digər məcburi köçkünlər isə hələ də köhnə 

materiallardan düzəldilmiş və heç bir kommunal 

xidməti və sanitar qovşağı olmayan sığınacaqlarda 

yaşayırlar. Belə sığınacaqlar dəmir yol 

vaqonlarından tutmuş zirzəmilər, futbol stadionların 

altındakı sahələrə kimi yerlərdə qurulmuşdur, və 

xüsusilə qəzalı yerlərdə oynayan uşaqlar üçün 

təhlükəlidir (

Radio Azadlyg

, 3 aprel 2013; 

IWPR,

 

5 noyabr 2012; 



Wistrand

, fevral 2013; 

Contact.az

2 sentyabr 2013). Kənd yerlərində də köçkünlərin 



yaşayış şəraiti qeyri-uyğundur və insanların 

yüksək sıxlığı, bəzi yerlərdə yolların pis vəziyyəti 

və suyun məhdud olması ilə səciyyələnir (

World 


Bank

, aprel 2013). Belə qeyri-uyğun yaşayış 

şəraitində köçkünlər ürək xəstəlikləri, qan təzyiqi, 

diabet, revmatizm, ruhi xəstəliklər və başqa 

səhhət problemləri ilə üzləşirlər. (

Brookings-LSE

dekabr 2011;



CIE

, 2013; 


UNHCR

, 2009; 


European 

University Institute

, 2013). İctimai binalarda, 

düzəldilmiş sığınacaq və kənd yerlərində yaşayan 

köçkünlərin əksəriyyəti əsaslı təmir işlərinə vəsait 

qoymurlar, çünki elə fikirdədirlər ki, vəziyyətləri 

müvəqqətidir və yerləşdiyi mülkiyyət onlara məxsus 

deyil. Nəticədə onların yaşayış şəraiti köçkün 

düşəndən bəri daha da pisləşmişdir. 

Çətin dolanışıq

Məcburi köçkünlər hələ də ümumi əhaliyə nisbətən 

daha aşağı məşğulluq və yüksək yoxsulluq 

səviyyələri ilə səciyyələnir. Rəsmi rəqəmlərə 

əsasən, köçkünlər arasında yoxsulluq səviyyəsi 

2003-cü və 2013-cü illər arasında 75%-dən 18%-

ə düşdüyü halda, ümumi əhali arasında isə bu 

rəqəm 50%-dən 6%-ə düşmüşdür. (

Trend.Az

, 20 


iyun 2013; 

Azərbaycan Hökuməti

, 3 may 2013). 

Çox güman ki, hökumətin müsbət diskriminasiya 

tədbirləri nəticəsində bu göstərici köçkünlər 

arasında daha çox aşağı düşmüşdür. 2011-ci ildə 

Dünya Bankı məlumat vermişdir ki, köçkünlər 

arasında yoxsulluq səviyyəsi 25% olduğu halda, 

ümumi əhali arasında bu 20% olmuşdur. İşsizlik isə 

köçkünlər arasında 60% olduğu halda, ümumi əhali 

arasında 43% olmuşdur. Kənd yerlərində və cavan 

köçkünlər arasında vəziyyət daha da pisdir (

Dünya 

Bankı


, oktyabr 2011). Köçkünlərə ayrılan torpaq 

nisbətən az münbitdir ki, bu da onların gəlir əldə 

etmək imkanlarını məhdudlaşdırır. 

Dövlət müavinəti köçkünlərin 70% üçün əsas gəlir 

mənbəyi olaraq qalmaqdadır. Buna 23 dollardan 

bir az yuxarı olan aylıq müavinət, və az-təminatlı 

qruplar üçün digər sosial yardım aiddir (

UNHCR


oktyabr 2012, səh. 3, 

Dünya Bankı

, oktyabr 2011). 

Köçkünlərin 40%-nin işlədiyini nəzərə alsaq 

demək olar ki, onların bəzisi üçün qazandıqları 

əsas ehtiyaclarını ödəmir. 2011-ci ilin yanvarından 

aylıq müəvinət alanların 70 000 nəfərinə bu 

yardım artıq verilmir (

Caucasian Knot

, 20 may 

2011). Bunlara dövlət işində, hüquq-mühafizə 

orqanlarında və orduda çalışan köçkünlər; sahib 

olduğu mülkiyyətdə daimi qeydiyyatda olanlar, və 

hər iki valideyni köçkün olmayan uşaqlar aiddir 

(

News Azerbaijan



, 10 yanvar 2011; 

Radio Azadlyg

6 mart 2012). Köçkünlərin sözlərinə əsasən, onlar 



köçkün müavinətindən başqa növ dövlət yardımına 

müraciət etdikdə onlardan rüşvət tələb edirlir 

(

Brookings-LSE



, dekabr 2011).

Məcburi köçkünlər arasında yüksək işsizlik 

səviyyəsi iqtisadi çətinlikdən əlavə başqa təsirlərə 

də malikdir. 2013-cü ildə Azərbaycanda 5000 

erkən nikah bağlanmışdır və ailə üçün qazanc 

əldə etmək səbəbilə məktəbdən yayınan uşaqlar 

da var. Erkən nikahlar və uşaq əməyi problemi 

köçkünlərə də təsir edir, lakin bu təsirin miqyasını 

göstərən dəqiq statistika mövcud deyil (

European 

University Institute

, 2013; 


Wistrand

, 2013; 


UN SR

6 dekabr 2013). Erkən nikahlar gəlin ailəsinin maddi 



vəziyyətini yüngülləşdirə bilsə də, qızların fiziki, 

mənəvi və reproduktiv səhhəti üçün zərərlidir. Bir 

çox ailələr iş qabiliyyətli kişilərin Azərbaycanın digər 

bölgələrinə və ya Rusiyaya qazanc dalınca getməsi 

üzündən dağılmalı olub, lakin neçə köçkünün əmək 

miqrantı olmasına dair də rəqəmlər yoxdur (IDMC, 

may 2013; 

UNCHR


, 25 yanvar 1999; 

European 

University Institute

, 2013).



Azərbaycan: 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ də tam inteqrasiyanı dəstəkləyən 

siyasətə ehtiyacı var

26 mart 20

14

7



www.internal-displacement.org

Digər köçkün ailələri isə iş dalınca başqa yerlərə 

köçməyə meylli deyil. Onlar qeyd edir ki, aylıq 

müavinət və yeni evlər daxil olmaqla köçkünlərə 

edilən digər yardımlar onların davamlı olaraq 

dövlət qeydiyyatında durduqları yerlərdə qalmasına 

bağlıdır (

UNHCR


, 2009; 

European University 

Institute

, 2013). Yardımı köçkünlərin qeydiyyatda 

olduğu ünvanlara bağlamaqla hökumət köçkün 

düşmüş icmaları qoruyub saxlamağa çalışır ki, 

qayıdış mümkün olanda onlar daha asanlıqla 

re-inteqrasiya olunsunlar. Lakin eyni zamanda 

onların hərəkət azadlığı və yaşayış yeri seçmək 

hüquqları məhdudlaşdırılır. BMT-nin İnsan Haqqları 

Komitəsinin tövsiyəsinə əsasən, Azərbaycan 

ünvanların qeydiyyat qaydalarını asanlaşdırmaqla 

köçkünlərin öz hüquqlarının tam şəkildə həyata 

keçirilməsini təmin etməlidir (

UN CCPR

, 13 avqust 



2009).

Təmas xətti boyunca təhlükəli şərait orada 

yaşayan insanların torpaqlarından gəlir əldə 

etmək üçün istifadəsini çətinləşdirir. Həm yerli, 

həm köçkünlərdən ibarət olan 128 000 nəfərə 

yaxın əhali təmas xəttindən 5 km və ya daha az 

məsafədə yaşayır (

ICG,


 27 fevral 2012). Demək 

olar ki heç bir iş yeri və ya gəlir qazanmaq fürsəti 

olmayan şəraitdə yaşayan əhalinin əksəriyyəti 

fermer təsərrüfatlardan asılıdır, lakin onların 

dolanışığına ciddi ziyan vurulub, çünki torpaqları 

erməni qoşunları tərəfindən zəbt olunub və 

ya təmas xəttinə çox yaxın yerləşir. (

Britaniya 

Qırmızı Xaç Komitəsi

, 27 iyun 2012; 

Brookings-

LSE


, dekabr 2011; 

Saferworld and Conciliation 

Resources

, may 2012). Azərbaycanın Ərazilərin 

Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyi 

minaları təmizləmək və əhalini məlumatlandırmaq 

üzrə işini davam etdirir (

ANAMA


, yanvar 2014), 

və Azərbaycan Bərpa və Yenidənqurma Agentliyi 

(ARRA) və Beynəlxalq Qızıl Xaç Komitəsi 

(ICRC) sakinləri təsadüfi güllələrdən qorumaq 

üçün qoruyucu divarlar tikmiş və evləri təzədən 

qurmuşdu (

ICRC

, 27 iyun 2013; 



ICRC

, 12 sentyabr 

2013; 

Brookings-LSE



, dekabr 2011). Bu səylərə 

baxmayaraq, sakinlər torpaqlarından istifadə 

edərək gəlir qazanmaqda çətinlik çəkirlər. 

Ayrılmış təhsil

Böyük icmalarda məcburi köçkünlərə qalan 

əhalidən ayrı təhsil almaq təklif olunur. Valideynlər 

uşaqlarını ümumi əhali üçün olan məktəblərə 

və ya xüsusilə köçkünlər üçün olan məktəblərə 

göndərmək seçiminə malikdir. Tədris proqramı 

eynidir, və çox vaxt hər iki məktəb eyni binada 

yerləşir. Köçkün uşaqların təxminən 60% 

ayrıca təhsil alır, və hökumət bütün köçkünləri 

məktəb dərslikləri və ali məktəb təhsil haqqlarını 

ödəməkdən azad edib (

CIE


, 2013). Ayrılmış təhsili 

davam etdirməkdə hökumətin məqsədi bu uşaqların 

köçkünlüyə daha asan uyğunlaşması və köçkün 

icmaların qorunub saxlanmasıdır ki, bu da öz 

növbəsində onların torpaqlarına qayıtdıqları zaman 

inteqrasiyanı asanlaşdıracaq. Bir çox köçkün 

uşaqları öz irsini başa düşsünlər deyə və həmçinin 

köçkün məktəblərində müəllimləri daha diqqətli 

və əməkdaşlığa gedən hesab etdikləri üçün öz 

statuslarını və ayrı təhsili yüksək qiymətləndirir və 

onu qoruyub saxlamaq istəyirlər (

Brookings-LSE

dekabr 2011).



Lakin uzunmüddətli seqreqasiya uşaqlar üçün 

faydalı deyildir. Siyasi xadimlər razılaşır ki, köçkün 

uşaqlar sığınacaq aldıqları yerə çatan kimi yerli 

məktəblərə getməlidir (

Brookings-Bern

, 2008, 


səh.226; 

UNHCR


, fevral 2003, səh.48; 

UNHCR


1994, səh.112). Köçkünlükdən dəhral sonra praktiki 

məsələlərə görə uşaqların ayrı təhsil alması üçün 

tədbirlər zəruri ola bilər, lakin köçkünlük davam 

etdikcə hətta valideynlər tərəfdarı olsa belə, buna 

bəraət qazandırmaq çətinləşir (

IDMC

, 2011). 



Seqreqasiya köçkünlərin damğalanmasını və 

geniş icmalardan təcridini gücləndirir, keçmiş üçün 

nostalgiyanı artırır, beləliklə də inteqrasiyanın 

qarşısını alır və onların çətin sosial vəziyyətini daha 

da ağırlaşdırır (

CIE


, 2013; 

Wistrand


, fevral 2013; 

NRC


, mart 2010).

BMT-nin bir neçə təşkilatı tərəfindən tövsiyə 

olunduğu kimi, yerli uşaqlarla birgə təhsil almaq 

köçkün uşaqların və onların valideynlərinin 

inteqrasiyasını sürətləndirər və qayıtmaq imkanı 

olmayan şəraitdə hökumətin təmin etməli olduğu 




Yüklə 216,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə