AzərbAycAn 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ



Yüklə 216,78 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix06.05.2018
ölçüsü216,78 Kb.
#42812
1   2   3   4   5

Azərbaycan: 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ də tam inteqrasiyanı dəstəkləyən 

siyasətə ehtiyacı var

26 mart 20

14

10



www.internal-displacement.org

Conciliation Resources

, sentyabr 2012; 

ICG


, 26 

sentyabr 2013). Danışıqlarda irəlilə-yişin olmaması, 

həmçinin Azərbaycanın hərbi xərclərinin 2013-cü 

ildə 3,7 milyard dollar olduğunu nəzərə alsaq ki, 

bu da Ermənistanın bütöv dövlət büdcəsindən 

artıqdır, şiddətin yenidən başlanması riski həmişə 

mövcuddur (

ICG


, 26 sentyabr 2013).

Problemin həll olunmasına yönəlmiş milli səylər

Bu günə qədər göstərilmiş əhəmiyyətli səylər

Hökumət məcburi köçkünlərin həyatlarının 

yaxşılaşdırılması üçün ciddi addımlar atmışdır. 

1993-cü ildə o, Qaçqınların və Məcburi Köçkünlərin 

İşləri üzrə Dövlət Komitəsini yaratmışdır və 

yaradılandan bəri ona Baş Nazirin Müavinlərindən 

biri, Əli Həsənov başçılıq edir. Problem milli 

siyasətin öndə duran məsələlərindən biridir və onun 

həlli üçün geniş qanunvericilik mövcuddur. Buna 

1999-cü ildə qəbul edilmiş Qaçqınlar və Məcburi 

Köçkünlərin Statusu üzrə Qanun (

Azərbaycan 

Hökuməti

, 1999), 1999-cu ildə qəbul olunmuş 

Məcburi Köçkünlərin Sosial Müdafiəsi üzrə Qanun 

(

Azərbaycan Hökuməti



, 1999) və 2004-cü ildə 

qəbul edilmiş Qaçqınlar və Məcburi Köçkünlərin 

Yaşayış Şəraitinin Yaxşılaşdırılması və İş Yerlərinin 

Yaradılması üzrə Dövlət Proqramı (

Azərbaycan 

Hökuməti


, 2004) aiddir. Sonuncuya 2007 və 2010-

cu illərdə məcburi köçkünlərə əlavə yardımı nəzərdə 

tutan əlavələr edilmişdir, və 2015-2020-ci illər üçün 

yeni proqram hal-hazırda hazırlanır. 

Hökumət həmçinin dövlət qulluqçuları üçün məcburi 

köçkünlərin hüquqları barədə təlim keçirmiş, köçkün 

əhalinin sayı və məskunlaşması barədə məlumat 

yığmış, məcburi köçkünlük barədə məlumatlılılığı 

artırmış və bu məsələ ilə bağlı beynəlxalq 

və regional təşkilatlarla əməkdaşlıq etmişdir. 

Fövqəladə Hallar Nazirliyi fəlakətlər nəticəsində 

köçkün düşmüş əhali üzrə cavabdehdir. 

Neft sənayəsindən əhəmiyyətli gəlir daxil olduqca 

onun bir hissəsi köçkünlərin ehtiyaclarını ödəmək 

üçün istifadə olunmuşdur. Azərbaycan Dövlət Neft 

Fondu 2013-cü ildə məcburi köçkünlərin həyat və 

yaşayış şəraitini yaxşılaşdırmaq üçün 600 milyon 

dollara yaxın vəsait ayırmışdır, və ilin sonuna 

hökumət 20 il ərzində $5.4 milyard sərf etmişdir 

(

Dünya Bankı 



, oktyabr 2011, 

Dünya Bankı

, aprel 

2013, 


Trend.Az

, 20 iyun 2013; 

Oxu.az

, 30 avqust 



2013; Azərbaycan Hökuməti, 27 noyabr 2013). 

O 180000-ə yaxın köçkünü yeni qəsəbələrə 

yerləşdirmiş, onların kommunal xidmətlərini 

yaxşılaşdırmış, təmas xətti boyunca yeni su 

quyuları və yollar salmışdır. Fövqəladə Hallar 

Nazirliyi fəlakətlərlə bağlı risklərin azaldılması 

və idarə olunmasını qəbul etmiş, və əhəmiyyətli 

maliyyə və siyasi dəstək almışdır (

UNICEF 

və UNISDR



, dekabr 2011, səh. 48). Hökumət 

həmçinin 2012-ci ildəki zəlzələdən sonra bərpa 

və yenidənqurma işləri üçün 382 milyon dollar, 

2010-cu ildəki daşqından sonra 586 milyon dollar 

ayırmışdır (

Azərbaycan Prezidenti

, 9 sentyabr 

2012; 


IWPR

, 5 noyabr 2012).

Hökumət həmçinin köçkün ailələrin iqtisadi 

vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər 

görmüşdür. Köçkün statusunu alanların əksəriyyəti 

23 dollardan bir qədər çox olan aylıq müavinət, 

müvəqqəti yaşayış yeri, torpaq sahəsi, vergi 

güzəştləri, və pulsuz məktəb dərslikləri, isitmə 

üçün yanacaq, kommunal xidmətlər, yerli telefon 

danışıqları, tibbi xidmətlər və ali təhsil alırlar. Köçkün 

düşdükləri zaman dövlət işində çalışanların çoxusu 

öz işlərini qoruyub saxlaya biliblər, və özlərindən 

asılı olmayan səbəbdən işdən çıxarıldıqdan sonra 

öz orta aylıq maaşlarını almağa davam ediblər. 

Hökumət həmçinin köçkünlərin işə götürülməsi üçün 

kvotalar müəyyən edib, minlərlə köçkünə aşağı 

faizli kredit verib, onlara 50000 ha torpağ ayırıb və 

45000 məcburi köçkünü işlə təmin edən 760 fermer 

təsərrüfatı yaradıb (

ICG


, 27 fevral 2012; 

Trend


13 fevral 2013; Azərbaycan hökuməti ilə elektron 

yazışma, 5 sentyabr 2013; 

News.az


, 17 may 2013). 

Mövcud olan çətinliklər 

Bu mühüm səylərə baxmayaraq, əhəmiyyətli 

çətinliklər də mövcuddur. Hökumət köçkünlərin 

evləri üçün çox böyük məbləğlər sərf etsə də, 

onların çoxusu, həmçinin 2012-ci il zəlzələsi və 



Azərbaycan: 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ də tam inteqrasiyanı dəstəkləyən 

siyasətə ehtiyacı var

26 mart 20

14

11



www.internal-displacement.org

2010-cu il daşqınları nəticəsində köçkün düşənlərin 

bəziləri, hələ də standartlara cavab verməyən 

şəraitdə yaşayır. Nəzərə alsaq ki, münaqişə 

nəticəsində köçkün düşənlər belə vəziyyətdə artıq 

20 ildir ki yaşayır və qayıtmaq perspektivləri azdır, 

hökumət təklif etdiyi yerləşdirmə variantlarına 

həmçinin köçkünlərin özlərinin ev tapıb almağa 

imkan verən alış sertifikatlarının verilməsi, hökumət 

tərəfin-dən alınan mənzil və evlərin paylanması 

və özlərinə ev tikmək üçün maliyyə yardımının 

verilməsini daxil etməlidir. O, həmçinin ən çox 

ehtiyacı olanlar üçün mənzillərin tikintisi və 

paylanmasını sürətləndirməli, və bütün köçkünlərin 

belə planların hazırlanması və həyata keçirilməsi 

barədə daha çox məlumatlanmasını və iştirak 

etməsini təmin etməlidir. Bir çox insanların evi 

bərpa olunub və ya yenidən tikilib, lakin digərlər 

məlumat verir ki, vəsait bütün ehtiyacı olanlara 

çatmamışdır və tikintinin keyfiyyəti aşağıdır (

Kura



27 may 2011; 



IWPR

, 5 noyabr 2012).

Hökumətin köçkünlərin məşğuliyyətini artırmaq 

üçün gördüyü səylərə baxmayaraq, onların 

çoxusu kifayət edəcək qədər gəlir əldə etməkdə 

çətinlik çəkir. Nəzərə alsaq ki, köçkünlərin işsizliyi 

bir çox mənfi nəticələrə gətirir, milli səviyyədə 

iqtisadi miqrasiya, uşaq əməyi və erkən nikahların 

səbəbini, xarakterik cəhətlərini və miqyasını 

öyrənən hərtərəfli tədqiqat aparmağa ehtiyac vardır. 

Köçkünlər üzrə spesifik məlumat yığılmalıdır ki, 

onların qeyri-proporsional olaraq mənfi təsirə daha 

çox məruz qalıb-qalmadıqları müəyyən olunsun 

və belə olan halda onların iqtisadi vəziyyətlərinin 

yaxşılaşdırılması barədə köçkünlərin öz fikirləri 

öyrənilsin. Belə bir tədqiqat xüsusilə cavanlara 

və uzun müddət işsiz qalanlara diqqət yetirməklə 

məcburi köçkünlərin iqtisadi inteqrasiyasını, iş 

imkanlarını və özünə güvənliliyi artırmağa xidmət 

edən proqramları gücləndirməyi məsləhət görmüş 

Kalin və BMT-nin İqtisadi, Sosial və Mədəni 

Hüquqlar üzrə Komitəsinin tövsiyələrininin yerinə 

yetirilməsi istiqamətində bir addım olardı (

UNHRC


23 dekabr 2010; 

UN CESCR

, 5 iyun 2013).

Məcburi köçkünlərlə onlara aid olan pro-seslərdə 

məsləhətləşmək və onların iştirakını artırmaq 

olar. Hökumət məcburi köçkünlərin qərarların 

qəbul edilməsində iştirakını təmin etmək üçün bir 

mexanizm yaratmamışdır və onların danışıqlarda 

mənalı iştirakına icazə verilməmişdir. Əlilliyi olan 

köçkünlər, yaşlılar və xüsusi ehtiyacları olan 

digərləri milli proqramlara daxil edilmişdir, lakin 

onların xüsusi vəziyyətlərini müəyyən etməyə və 

yüngülləşdirməyə yönəlmiş az tədbir görülmüşdür. 

BMT qurumları tövsiyə etmişdir ki, hökümət 

məcburi köçkünlərlə onlara dair olan planlar üzrə 

məsləhətləşsin və qadınların iştirakına xüsusi 

diqqət ayırmaqla onların səslərinin duyulmasını 

təmin etsin (

UN CEDAW


, 7 avqust 2009; 

UN 


CERD

, 7 sentyabr 2009). Bəzi bələdiyyələr 

müəyyən günlərdə məcburi köçkünləri qəbul 

edərək onların problemlərini dinləyir və bu təcrübə 

köçkünlərin yerləşdiyi bütün ərazilərdə tətbiq 

olunmalıdır. 

Qanunvericilik və siyasət baxımından, məcburi 

köçkünlər üzrə 1999-cu ildə qəbul olunmuş 

qanun Rəhbər Prinsiplərə uyğunlaşdırılmalıdır. 

Qanunverciliklə müəyyən olunmuş daxili köçkünlük 

anlayışı genişləndirilməli və köçkünlüyün 

səbəblərinə insan haqqlarının pozulması və ümumi 

zorakılıq da daxil edilməlidir. Fəlakətlər nəticəsində 

köçkün düşmüş insanlar da məcburi köçkün kimi 

qeydiyyata alınmalıdır ki, 1999-cu ildə qəbul 

olunmuş qanunda müəyyən edilmiş imtiyazlar 

onlara da şamil olunsun. Hərtərəfli yanaşmanı 

təmin etmək üçün məcburi köçkünlər və qaçqınlar 

üzrə ayrıca qanunlar, və təbii fəlakətlər nəticəsində 

baş verən köçkünlük üzrə siyasət qəbul edilməlidir.

Köçkünlərin hüquqları, ehtiyacları və maraqları 

məcburi köçkünlər və davamlı həll yolları üzrə 

bütün gələcək siyasət və qərarları qəbul edərkən 

rəhbər tutulmalıdır. Bunu təmin etmək üçün, hələ 

də 20 il əvvəl köçkün düşməkləri nəticəsində 

yaranan ehtiyacları olan məcburi köçkünlərin həm 

sayını, həm də bu ehtiyac-ların miqyasını müəyyən 

edəcək hərtərəfli qiymətləndirmə aparılmalıdır. Bu 

cür tədqidat məcburi köçkünlər üzrə 2015-2020-

ci il Dövlət Proqramının hazırlanması üçün lazımı 




Azərbaycan: 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ də tam inteqrasiyanı dəstəkləyən 

siyasətə ehtiyacı var

26 mart 20

14

12



www.internal-displacement.org

məlumatı təmin edərdi, və bu proqramın onların 

özünə güvənliliyini və qayıdışı gözləyərkən tam 

sosial inteqrasiyasını təmin etməsinə imkan verərdi. 

Kalinin qeyd etdiyi kimi, yardımın yeni və hərtərərfli 

məlumata əsaslanaraq göstərilməsi köçkünlərin 

qayıdış, yerli inteqrasiya və ya ölkədəki digər 

yerlərdə məskunlaşma kimi davamlı həll yollarına 

çatmaq perspektivlərini artırardı (

UNHRC


, 23 dekabr 

2010). 


Problemin həll olunmasına yönəlmiş beynəlxalq 

səylər

Azərbaycanın neftlə bağlı olan əhəmiyyətli artımı 

onun özünə yardım donoru qismində çıxış etməyə 

imkan vermişdir, bu səbəbdən də ölkədə beynəlxalq 

humanitar səylər azalmaqda davam etmişdir 

(

EU



, 12 noyabr 2007). Beynəlxalq təşkilatlar 

maliyyə tapmaqda çətinlik çəksə belə, onlardan bir 

neçəsi köçkünlərlə işləməyi davam edir. Bunlara 

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Dünyaya 

Baxış, Oksfam, Norveç Humanitar Müəssisəsi 

və Beynəlxalq Miqrasiya Təşkilatı aiddir. 2011-

ci ildə Dünya Bankı 60-dan çox ictimai binada 

yaşayan məcburi köçkünlər arasında iqtisadi özünə 

güvənliliyi və yaşayış şəraitini yaxşılaşdırmaq 

məqsədini daşıyan 78.5 milyon dollarlıq layihəyə 

başlamışdır (

Dünya Bankı

, 7 aprel 2013). Nəzərə 

alsaq ki, BQXK istisna olmaqla digər beynəlxalq 

təşkilatlar icraçı tərəfdaş kimi yerli QHT-lər vasitəsilə 

işləyir, onların işi üçün daha əlverişli olan mühitin 

yaradılması çox vacibdir. İfadə, yığışma və birləşmə 

azadlığına qoyulan məhdudiyyətlər onların işini 

çətinləşdirməyi davam edir (

CoE


, 12 noyabr 2013; 

EurasiaNet

, 11 dekabr 2013).

Büdcə məhdudiyyətlərinə baxmayaraq, 2013-

cü ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 

(BMT QAK) özünün ölkədəki ən böyük iştirakçı 

qiymətləndirməsini keçirmiş, onun çərçivəsində 

1500 qədər məcburi köçkün və onların 150 

yerli qonşusu ilə müsahibə aparmışdır. 

Qiymətləndirməyə müdafiə riskləri üzrə standart 

suallara əlavə olaraq, köçkünlərin inkişaf prioritetləri 

və çətinlikləri üzrə əlavə suallar da daxil edilmişdir. 

Qiymətləndirmənin nəticələri BTM-nin vasitəçiliyilə 

Azərbaycan vətəndaşları ilə ölkənin 2015-ci ildən 

sonrakı davamlı inkişaf planı barədə keçirilən 

məsləhətləşmələrdə istifadə olunmuşdur ki, bu 

da hökumətin Azərbaycan 2020: Gələcəyə Baxış 

konsepsiyasına uyğun keçirilmişdir. Qiymətləndirmə 

aşkar etmişdir ki, köçkünlər üçün prioritet 

məsələlər daha yaxşı yaşayış şəraiti, iqtisadi və 

sosial özünə güvənlilik, təhsilin və səhiyyənin 

keyfiyyəti, qərarların qəbul edilməsində iştirak, və 

münaqişənin sülh yolu ilə həll olunmasıdır (

BMT 


Azərbaycan

, 26 sentyabr 2013). 

Dövlətlərarası təşkilatlar münaqişənin həll 

olunmasında diqqətini cəmləşdirməyə davam edir. 

ATƏT və Minsk qrupunun həmsədrləri – Rusiya, 

Fransa və ABŞ – 20 ildən artıqdır ki, diplomatik 

səylər göstərir, lakin münaqişənin həlli və köçkünlük 

probleminin uzunmüddətli çözümü hələ də əldə 

olunmayıb. ATƏT məcburi köçkünlərin həm baş 

ofis, həm də yerli səviyyədə gedən proseslərdə 

məsləhətləşmələrə qatılması üçün daha çox səy 

göstərməlidir. Avropa Birliyinin Cənubi Qafqaz üzrə 

Xüsusi Təmsilcisi Filip Lefort 2013-cü ilin ortasında 

Azərbaycana səfər etmiş və özünə-əminliyi artıran 

tədbirlərin görülməsində israr etmişdir. 2014-cü ildə 

təyin edilməli olan yeni xüsusi təmsilci həmçinin 

köçkünlərlə görüşməli və onların özünə-əminliyin 

artırılmasına yönəlmiş tədbirlərlə bərabər, onların 

sülh və münaqişənin həlli səylərində də fəal iştirak 

etməsində israr etməlidir.

Azərbaycanda uzunmüddətli həll yollarının əldə 

olunması inkişaf, humanitar, insan haqqları, sülh 

quruculuğu ilə məşğul olan təşkilatlar, donorlar, özəl 

sektor və hökumət daxil olmaqla bir sıra milli və 

beynəlxalq təşkilatların koordinasiya edilmiş şəkildə 

iştirak etməsini tələb edəcək. 

Köçkünlüyün uzunsürən xarakterini və köçkünlər 

üzrə məlumatın azlığını nəzərə alsaq, BMT QAK-

ın sonuncu iştirakçı tədqiqatı zamanı toplanmış 

məlumatlar məcburi köçkünlərin qayıdışı 

gözləyərkən, onların tam inteqrasiyası siyasətinin 

işlənib hazırlanması üçün bir əsas ola bilər. Bu 




Azərbaycan: 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ də tam inteqrasiyanı dəstəkləyən 

siyasətə ehtiyacı var

26 mart 20

14

13



www.internal-displacement.org

məlumatlara əsaslanaraq, Məcburi Köçkünlər üçün 

Uzunmüddətli Həll Yolları üzrə Təşkilatlararası 

Komitənin Konsepsiyasında irəli sürülən meyarlara 

uyğun köçkünlərin tam inteqrasiya olunması 

üçün hələ də görüləsi olan tədbirləri müəyyən 

etməyə yönəlmiş daha geniş tədqiqatı hazırlayıb 

aparmaq olar. Məcburi köçkünlərin, habelə onların 

qonşularının bu cür tədqiqatda iştirakını təmin 

etmək və toplanmış məlumatdan köçkünlərin 

hazırda yaşadıqları yerlərdə hüquqlarının 

ayrıseçkilik olmadan müdafiə olunması üçün 

istifadə etmək onların qayıdışı mümkün olana qədər 

inteqrasiya olunmasına xidmət edər. 




Daxili Köçkünlük üzrə Monitorinq Mərkəzi barədə

Daxili Köçkünlük üzrə Monitorinq Mərkəzi (IDMC) ölkədaxili məcburi köçkünlüyün monitorinqi və 

onun səbəblərinin, nəticələrinin və həll olunma səylərinin təhlili üzrə dünyada liderdir. IDMC dünya 

ölkələri daxilində münaqişə, ümumi zorakılıq, insan haqqlarını pozulması və texnogen və təbii 

fəlakətlər nəticəsində köçkün düşmüş  milyonlarla insanın ehtiyaclarının daha yaxşı ödənilməsi 

üçün müvəkillik edir. O həmçinin məcburi köçkün insanların əsas hüquqlarına daha çox hörmət 

edilməsini təmin etmək naminə səy göstərənlərin önündə gedir. IDMC Norveç Qaçqınlar Şurasının 

(NRC) bir hissəsidir. 



Biz neynəyirik: 

•  Hədəfli müvəkillik vasitəsilə daxili köçkünlüyə müvafiq cavab tədbirlərin görülməsini təşviq edirik

•  Dünya üzrə daxili köçkünlük barədə yeni, əlçatan və lazımı məlumat təqdim edirik

•  Məcburi köçkünlər üçün müsbət nəticələr gətirən siyasət və təcrübələri formalaşdırmağa kömək 

edən tədqiqat və təhlil aparırıq 

•  Məcburi köçkünlərin müdafiəsi vəzifəsini daşıyan ölkə məmurları üçün təlim keçirir və köməklik 

göstəririk  

Hədəf qrupumuz kimdir?

IDMC məcburi köçkünlər üçün müsbət dəyişikliklər əldə etmək naminə vəzifə sahibləri, habelə 

məcburi köçkünlərin hüquqlarını qorumaq vəzifəsi və ya imkanı olan hamının qərarları və 

təcrübəsinə müvəkillik vasitəsilə təsir etmək imkanlarına malikdir. 



Biz necə işləyirik?

Daxili köçkünlük üzrə məlumat çox vaxt ziddiyyətli və siyasi baxımdan həssas olduğundan, IDMC 

bu geniş yayılmış problemin müstəqil və təsirli qlobal izləyicisi kimi fəaliyyətini davam etdirməli və 

bu fəaliyyət göz önündə olmalıdır.  

IDMC daxili köçkünlük üzrə obyektiv, siyasi və ya iş fəaliyyəti ilə bağlı olan ehtiyatlardan azad olan 

məlumat və təhlil axtaran hər kəs üçün əvəzolunmaz mənbəyə çevrilmişdir.  

www.internal-displacement.org

.

əlaqə üçün: 



caroline Howard  

Orta Şərq, Avropa, Qafqaz və Asiya  

şöbəsinin rəhbəri  

Теl.: +41 (0) 22 795 07 40  

Elektron poçt: 

caroline.howard@nrc.ch



nadine Walicki  

Ölkə üzrə təhlilçi 

Elektron poçt: 

nadine.walicki@nrc.ch

 

Daxili Köçkünlük üzrə Monitorinq Mərkəzi 

Norveç Qaçqınlar Şurası 

chemin de Balexert 7-9 

1219 Châtelaine, Genève 

www.internal-displacement.org

 

Теl.: +41 (0) 22 799 07 00 



Faks: +41 (0) 22 799 07 01

Document Outline

  • _GoBack

Yüklə 216,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə