Mövzu SİyasəTDƏ İŞTİrakin qender problemləRİ



Yüklə 89,58 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü89,58 Kb.
#42641


 

 

Mövzu 4.



 SİYASƏTDƏ İŞTİRAKIN QENDER PROBLEMLƏRİ 

 

1. «Siyasətdə  iştirak» və «siyasi fəaliyyət» anlayışlarının mahiyyəti. 



Qadınların siyasətdə iştirakının inkişafında feminizm və sufrajizmin rolu 

2. Qadınların siyasətdə iştirakı üzrə elmi tədqiqatların əsas istiqamətləri 

3. Seçkidə iştirakın qender aspektləri 

4.  Azərbaycanda siyasətdə iştirak və qender 

 

1. 

«Siyasətdə  iştirak» və «siyasi fəaliyyət» anlayışlarının mahiyyəti. Qadınların 

siyasətdə iştirakının inkişafında feminizm və sufrajizmin rolu 

Tədqiq olunan problemi təhlil etməzdən  əvvəl mühazirə  çərçivəsində istifadə 

olunan  əsas terminləri – «siyasətdə  iştirak» və siyasi fəaliyyət araşdırmaq gərəkdir. 

Siyasətdə iştirak siyasət subyektlərinin mövqeyi və fəaliyyətinə təsir etmək məqsədi ilə 

siyasi hadisələrə, proseslərə  və s. cavab reaksiyası olan hərəkət yaxud hərəkətlər 

məcmusudur. Siyasətdə  iştirak fərdi yaxud kollektiv, təşkil olunmuş yaxud kor-təbii, 

müntəzəm yaxud təsadüfi, dinc yaxud zorakı, qanuni yaxud qeyri-qanuni ola bilər.  

Siyasi maraqların başqa bir reallaşma forması ictimai fəaliyyətin xüsusi, spesifik 

sahəsi olan siyasi fəaliyyətdir. Siyasi fəaliyyət ictimai qrupların hakimiyyəti əldə etmək, 

ondan istifadə etmək və  əldə saxlamaqla əlaqədar siyasi marağını  həyata keçirmək 

üçün istifadə etdiyi hərəkətlər məcmusudur. Yüzilliklər  ərzində qadınların siyasi 

marağını həyata keçirmək mexanizminin real imkanı olmaması cinsə görə siyasi, mülki 

və hüquqi ayrı-seçkiliyin əsas səbəbi olmuşdur. 

Qadınlar siyasətə nisbətən yaxın zamanlarda – XIX əsrin sonlarında, feminizm 

nəzəriyyəsi və  təcrübəsinin inkişafı  nəticəsində  cəlb edilməyə başlandı. «Feminizm» 

(fransızca «femme» - qadın) termini özü hərəkatdan demək olar ki, yüz il əvvəl 

yaranmışdı – onu bu hərəkatın ictimai əhəmiyyətli amil olduğu XIX əsrin sonunda 

Aleksandr Düma-oğul danışığa daxil etmişdi. Feminizin bir çox forma və  ənənələri 

vardır: bütövlükdə isə onu qadın bərabərliyi uğrunda hərəkatdan daha çox şəxsiyyətin 

nəslin repressiv hakimiyyətindən azad olması, fərdin nəsli başlanğıcdan ayrılması, 

avtonomlaşması naminə hərəkatın fəlsəfəsi yaxud ideologiyası adlandırmaq olar.  

İlk mütəşəkkil qadın çıxışları Fransada XVIII əsrin sonundakı fəal qadınların siyasi 

iştirakı çox tezliklə boğuldu; lakin XIX əsrin 30-cu illərindən başlayaraq qadın hərəkatı 

yenidən canlanmağa başladı. Bu dəfə onun inkişafına təkan verən Qərbi Avropada 

ənənəvi həyat tərzini kökündən dəyişdirən sənaye inqilabi oldu. Quruluşun 

modernləşməsi iri sənayenin inkişafı,  şəhərlərin artması, kiçik kənd təsərrüfatlarının 

iflasa uğraması ilə müşaiyət olunurdu. Bununla yanaşı əvvəlki ailə həyatı tərzi pozulur, 

kişi və qadın arasında münasibət böhranı baş verirdi. Ənənəvi ailə münasibətlərinə 

dağıdıcı təsir edən iki şərt – qadınların kütləvi surətdə ictimai istehsalata cəlb olunması 

və uşaq doğumunun getdikcə nəzarət altında saxlanması oldu. Sənaye inqilabının təsiri 

altında ictimai istehsalatda kütləvi qadın əməyi sosial həyatın heç də birmənalı olmayan 

faktına çevrildi. Qadınları muzdlu işçilərin hüququnu müdafiə edən həmkarlar ittifaqına, 

yaxud başqa ictimai təşkilatlara qəbul etmirdilər. Beləliklə, qadınların birgə kollektiv 

çıxışı üçün, qadın maraqlarını  və hüquqlarını qoruyan qadın təşkilatlarının yaranması 

üçün yeni zəmin meydana çıxırdı. Kollektiv gücün hesabına qadınlar kişilərlə  bərabər 

görülən iş üçün bərabər zəhmət haqqının verilməsinə nail olur, buraxılmadıqları 

ixtisaslara buraxılmaq tələbi irəli sürürdülər.  İşləyən qadın özünün də xüsusi sosial, 

mülki və siyasi maraqlarının olduğunu və bu maraqları qorumaq lazım gəldiyini dərk 

etməyə başladı. Mülki və partiya-siyasi həyatı sahələrinin mənimsənilməsi, qadınların 

əmək hüququnun, onun layiqli ödənişinin, təhsil hüququnun, ana və  uşaqların, 

xəstələrin,  əlillərin və yaşlı insanların müdafiəsi üzrə sosial zəmanət hüququ – bütün 

bunlar qadın hərəkatının vəzifəsi kimi başa düşülürdü. 



 

 

Hərəkatın təşəkkül tapması  və möhkəmlənməsi XIX əsrin ortalarına təsadüf etdi. 



İngilis feminizminin ən görkəmli nümayəndələrindən biri olan Milisent Fausett yazırdı: 

«Ümuiyyətlə mövcud olan ən gözəl hərəkatlardan biri müasir nəslin gözü önündə 

getdikçə inkişaf etməkdədir. O bir ölkə daxilində qapanıb qalmayıb və  Qərb 

sivilizasiyasına tabe olan bütün millətlərdə özünü biruzə verir. Bu – inqilabdır, amma 

zorakılıqsız bir inqilab». 

Qadınlara öz marağını həyata keçirmək üçün kişilərlə bərabər hüquq verilməsində 

həlledici rol oynayan, qadınlara da ümumi seçki hüququnun verilməsini tələb edən  ən 

fəal qüvvə – sufrajizm (ingiliscə «suffrage» – seçki hüququ) oldu. 

Sufrajizmin inkişafına, bu hərəkatın müxtəlif formalarının və siyasətdə  iştirakın 

aşkar olunmasına, həmçinin qadınların siyasi fəaliyyətə  cəlb olunmasına  ən parlaq 

nümunə – onun Böyük Britaniyadakı inkişafıdır. Məhz  İngiltərə ilk dəfə bir çox 

demokratik institutların (parlament, and iclasçıları) tətbiq edildiyi, «Böyük sərbəstliklər 

Xartiyası» və «Hüquqlar haqqında bill» kimi liberalizm ideyalarının (Tomas Qobbs, Con 

Lokk) inkişaf etdirildiyi sənədləri qəbul etmiş ölkə sayılır.  

İngiltərədə ilk suffrajist təşkilat (Qadın suffrajistlərin  Şeffild assosiasiyası)  1851-ci 

ildə yarandı. 60-cı illərdə bu cür təşkilatlar İngiltərənin digər şəhərlərində də yaranmışdı 

və bu 1868-ci ildə ümummilli suffrajist təşkilatının – Milli suffrajist cəmiyyətləri 

federasiyasının (MSCF) yaranmasına səbəb oldu. MSCF parlament seçkilərindən daha 

çox yerli seçkilərdə  cəmləşərək liberallar partiyasında yarımsuffrajist meyilləri 

gücləndirməyə çalışır; suffrajistlərə  rəğbətlə yanaşan namizədlərə sponsorluq edir; 

kütləvi nümayişlər, yürüşlər, banketlər, qəbul, dini və digər ictimai təşkilatlarla görüşlər 

keçirirdi. Onun öz ştatı vardı, «Ümumi iş» adlı  qəzet buraxırdı, fəhlə  təşkilatları ilə 

əməkdaşlıq edərək  Şotlandiyada,  İrlandiyada və Uelsdə öz təsirini genişləndirmək 

yönündə  iş aparırdı. Ancaq konstitusiya yollu ilə parlamentə  və hökumətə  təsir 

göstərərək imkanlı ev sahibləri olan qadınlar üçün seçki hüququ ilə bağlı qanun qəbul 

etmək yolunda cəhdinə və çalışmasına baxmayaraq, onlar elə də səs hüququna malik 

ola bilmədilər.  

Böyük Britaniyanın suffrajist hərəkatı tarixinin timsalında qadınların siyasətdə 

iştirakının  ən müxtəlif formalarının təşəkkül tapması  və  təkamülünü izləmək 

mümkündür. Suffrajizmin fəal  şəkildə XIX əsrin ikinci yarısından başlayaraq inkişaf 

etdiyi digər ölkələrin  əksəriyyətində  əsasən dinc mübarizə metodları (nümayişlər, 

mitinqlər, yürüşlər, təşviqat tədbirləri, dövri mətbuatda kampaniyalar və s.) üstünlük 

təşkil edirdi. Bəzi qərbi və orta qərbi  ştatlarda qadınlar hələ XVIII əsrin sonunda 

səsvermə hüququ əldə etmişdilər (Vayominq, Yutta və s.). Məhz qadın sufrajizm 

təşkilatlarının kütləvi təzyiqi altında 1920-ci ildə Konqress Konstitusiyaya 19-cu düzəlişi 

qəbul etdi ki, orada ABŞ  vətəndaşlarının səsinin hansısa cinsə aid olmasından asılı 

olmayaraq nə ümümmilli, nə də federal səviyyədə (düzəliş Süzen Entoninin hələ 1878-ci 

ildə təklif etmiş olduğu formada qəbul edilmişdi) məhdudlaşmaması elan olunurdu. 

Suffrajist hərəkatının inkişafı  qəti  şəkildə qadınlara səsvermə hüququnun 

verilməsinə  və ümumiyyətlə onların siyasi sahəyə  cəlb olunmasına qarşı  çıxan 

antisuffrajistlərin etirazı ilə müşaiyət olunurdu. Lakin antisuffrajistlərin etirazına 

baxmayaraq Qərbdə suffrajist hərəkatı XX əsrin ilk onilliklərində mühüm bir qüvvəyə 

çevrildi ki, əvvəl adlarını  çəkdiyimiz Yeni Zelandiya, Avstraliya və ABŞ-dan başqa bir 

çox ölkələrdə də qadın seçki hüququnun tədricən tətbiqi buna sübutdur: 1906-cı ildə – 

Finlandiya; 1913-cü ildə – Norveç; 1915-ci ildə – Danimarka və İslandiya; 1917-ci ildə – 

Rusiya;  1918-ci ildə – Kanada; 1919-cu ildə – Avstriya, Almaniya, Niderland, Polşa, 

İsveç, Lüksemburq, Çexoslovakiya; 1922-ci ildə – İrlandiya,  1928-ci ildə – Böyük 

Britaniya; 1934-cü ildə – Türkiyə və s. 



 

2. Qadınların siyasətdə iştirakı üzrə elmi tədqiqatların əsas istiqamətləri 


 

 

Siyasətdə qender ölçüsü və qadının siyasətdə iştirakı problemləri Qərbi Avropa və 



Amerikada  1970-ci illərdən başlayaraq mühüm tədqiqat sahəsinə çevrildi. Son 30 il 

ərzində sosial və mədəni dəyişikliklər və qadın hərəkatının təsiri ilə qadınların siyasətdə 

iştirakında mühüm dəyişikliklərin baş verməsinə baxmayaraq, demək olar ki, bütün 

dünyada qadınların siyasi təmsilçiliyi kişilərdən aşağıdır. 90-cı illərin  əvvəlində ABŞ 

senatında qadınlar 2%, Böyük Britaniya parlamentində – 7%, Alman Federativ 

Respublika parlamentinin üzvləri arasında isə – 10% təşkil edir. E.Giddensin sözlərinə 

görə, təəccüblü olan qadınların siyasətdə bu qədər aşağı  təmsilçiliyi yox, başqa 

sahələrlə, hətta bizneslə müqayisədə həmin vəziyyətin olduqca ləng dəyişməsidir. 

Qadının siyasətdə vəziyyəti dəyişdikçə, qadının siyasətdə iştirakı ilə əlaqədar elmi 

tədqiqatlardakı vurğu və şərhlər də dəyişməyə başladı. 

50 – 60-cı illərdə cinsi mənsubiyyət siyasi davranışı müəyyən edən çoxsaylı 

kəmiyyətlərdən biri idi. Qadının iştirakı xüsusi bir tədqiqat sahəsi deyildi. Kişi ilə 

müqayisədə qadının daha az siyasi fəallığına diqqət yönəldən Dyüverjenin pioner 

tədqiqatından başlayaraq, bu fakt əsasən psixoloji cəhətdən izah edilirdi. O vaxtlar 

hesab olunurdu ki, qadın ənənəvi dəyərlərə və köhnə fikirlərə daha çox tabedir. Cinsə 

və davranışa  əsaslanan, o cümlədən kişilik (təcəvüzkarlıq) və siyasi fəaliyyətlə bağlı 

bioloji əlaqə birmənalı qəbul olunurdu. 

70-ji illər cinslərin nisbəti və siyasət probleminə marağın artdığı bir dövrdür. 

Feminist hərəkatının təsiri və qadınların istehsalatda iştirakının genişlənməsi ilə daha 

çox sayda qadının siyasətdə  iştiraka marağı çoxaldı. Tədqiqatların diqqəti getdikcə 

siyasi sosiallaşma, sosial və iqtisadi problemlərə yönəlməyə başladı. Bu illər nəinki 

qadının siyasətə  gəlişinə  və qadın siyasi davranışına yenidən qiymət vermək, həm də 

əvvəllər  şəxsi, xüsusi sayılan bir çox məsələlərə münasibət də  dəyişdi. Qadın 

hərəkatının «şəxsi olanlar – ictimaidir» şüarı cəmiyyətdə şəxsi (xüsusi) və ictimai (açıq) 

sahələrin liberal bölümünün tənqidi kimi qəbul olunurdu. Qadının ictimai sahədən (əmək 

və siyasət) təcrid olunması «qadın» məsələsinin siyasətdən çıxarılması demək idi. Belə 

siyasəti feministlər patriarxal adlandırırdı. 

80-ci illərdə qadınların siyasətdə  aşağı  səviyyədə  təmsil olunması  səbəblərinin 

nisbi konvensial təsviri yarandı. Siyasətdə  iştirakın vacib amilləri arasında siyasi 

sosiallaşma, struktur və situasiya (bioqrafik) amillər də göstərilirdi. 

Müxtəlif siyasi sosiallaşma kişi və qadını cürbəcür rollara, siyasətə və ümumiyyətlə 

fəal davranışa başqa-başqa münasibətə  səmtləndirir. Siyasi sahə qadının həyat 

qüvvəsini sərf etməsi üçün əlverişsiz sahə sayılır. Sosiallaşma prosesində məqsədə nail 

olmağa istiqamətlənmiş müstəqil, inamlı  oğlan davranışı  və  ətrafdakıların qayğısına 

qalmağa istiqamətlənən asılı qız davranışı həvəsləndirilir. 

T.Parsonsun  ənənəsində siyasi sosiallaşmanın təsiri aşağıdakı kimi şərh olunur. 

Kişi siyasətə daha çox karyera qurmaq məqsədi ilə gəlir. Bu sahədə də o, ailədəki kimi 

sistemin xarici vəzifələrinə istiqamət götürərək «instrumental» funksiyalarda ixtisaslaşır. 

Qadın siyasətçilər karyeraya daha az üstünlük verərək «ekspressiv» funksiyalarda, 

sistemin daxili vəzifələrində ixtisaslaşır, onun üzvlərinin inteqrasiyasını təmin edir. 

Səbəblərin ikinci bloku iştirakın  struktur amilləridir, yəni onlar cəmiyyətin sosial 

strukturu ilə bağlıdır. Onların arasında kişi və qadının siyasətdə istifadə edə bildiyi 

ehtiyat-ların paylanmasında qeyri-bərabərlik mövjuddur. Qender sisteminin müəyyən 

etdiyi təhsildə, gəlirdə, iş təcrübəsindəki qeyri-bərabərlik ona gətirib çıxarır ki, qadınlar 

siyasətdə cəmlənmənin baş verdiyi qatlarda daha az təmsil olunur, buna görə də onların 

siyasətdə iştirak şansı daha az olur.  

Üçüncü bloku situativ (bioqrafik) amillər təşkil edir. Onlar qadının müasir 

cəmiyyətdə keçdiyi həyat yolunun xüsusiyyətləri ilə bağlıdır. İndiyə kimi qadın əksərən 

ev işləri və  uşaq tərbiyəsinə cavabdeh idi və buna görə  də siyasi fəaliyyət üçün ona 

lazımi vaxt və eneji çatışmırdı.  




 

 

Dediyimiz üç amil blokundan başqa müəlliflər qadının siyasi iştirakının səbəbi 



olaraq onların siyasi fəallığına mane olan ayrı-seçkiliyi də misal göstərirlər. Bu, həm 

qadına  əsas siyasi vəzifələri tapşırmamaq istəyindən, həm də seçicilərin qadına səs 

verməmək istəyindən irəli gəlir. Nəzərə çatdırılır ki, hazırda həm elektorat, həm də kişi 

siyasətçilər qadınlara qarşı daha loyal mövqe tuturlar. 

Qadının siyasətdə  iştirakı probleminə  nəzəri yanaşmaların dəyişməsi cəmiyyətdə 

qadının vəziyyətinə paradiqmal yanaşmanın dəyişməsi ilə bağlıdır ki, onu sxematik 

olaraq aşağıdakı kimi təsvir etmək mümkündür. 50-60-cı illərdə qender fərqləri cinsi 

mənsubiyyətə görə  fərq kimi şərh edilirdi və elmi mübahisələrdə «qender» termininə 

hələ  vərdiş olunmamışdı. Cinsi fərqlər bioloji cəhətdən  əsaslanmış  və iyerarxik olaraq 

təşkil olunmuş kimi izah olunurdu. Belə  şərhə  əsasən, qender fərqləri qender 

bərabərliyni nəzərdə tutmur. Buna qadına münasibətin müdafiəyə ehtiyacı olan «zəif 

cins»ə münasibət kimi misal gətirmək olar. 

70-ci illərdə iki yeni yanaşma meydana gəldi - neytral qender və  həssas qender. 

Neytral qender yanaşması qender bərabərliyi və qender fərqinin olmaması prinsipinə 

əsaslanır.  İdeoloji olaraq o, qadın hərəkatının liberal istiqaməti ilə  əlaqəlidir.  Həssas 



qender yanaşması qender bərabərliyinin və qender fərqinin birliyini qeyd edir. O, qadın 

hərəkatının radikal istiqaməti ilə bağlıdır. 

XX əsrin son üçdə birində qadınların sərəncamında olan siyasi ehtiyatların miqdarı 

artdı; bəzi təşkilatlarda qadın iştirakının səviyyəsi hətta kişilərdən daha yüksək oldu. 

Buna müvafiq olaraq metodoloji vurğu da həssas qender yanaşmasına sarı dəyişdi və 

tədqiqatçılar qarşıya qadının siyasətə hansı spesifiklik gətirdiyini araşdırmaq vəzifəsi 

qoydular.  

1980-cı ildə ABŞ-dakı prezident seçkilərində konservativ namizəd Ronald 

Reyqanın uğurundan sonra amerikan feminist diskursunda «qender uyğunsuzluğu» 

(qender gap) anlayışından istifadə etməyə başladılar. Bu məhfum siyasi iştirakda, 

qiymətdə, partiya meyllərində  və kişi ilə qadının səsverməsində olan və qarşısı alına 

bilməyən qender əsaslı ziddiyyətləri  əks etdirir. O, mühafizəkar siyasətə  dəstək 

verməkdə qadınların kişilərdən daha az fəallığını nəinki qeyd edir, həm də şərh edirdi. 

Kişi və qadın üçün eyni imkanlar dövlət siyasətinin aparıldığı, təhsil səviyyəsinin və 

istehsalatda iştirakın qender nisbətinin bərabərləşdirildiyi, kişi və qadın üçün siyasi 

ehtiyatların bərabər mümkünlüyü olan ölkələrdə siyasi meyillərdə qender ziddiyyəti 

problemi ya aktuallığını itirir, ya da ki, başqa bir məna kəsb edir. Bu, hər şeydən əvvəl 

skandinav diskursuna aiddir. 90-cı illərin  əvvəlində Skandinaviya ölkələri üzrə orta 

hesabla qadın deputatları 30%, Finlandiyada isə 39% idi. Qadınların vəziyyətinin 

yaxşılaşması o dərəcədə əhəmiyyətli idi ki, bütövlükdə siyasətin «üzü» dəyişdi. Qadının 

siyasətdə  iştirakının marginallaşma modeli mümkünsüz hesab olunur, marginallaşma 

özü isə Skandinaviyada mif kimi qiymətləndirir. Təkcə qadının vəziyyəti yox, cəmiyyətin, 

dövlətin ona münasibəti də dəyişdi. Məhz Skandinaviyada 90-cı illərin ortalarında qadın 

üçün əlverişli siyasi münasibətlərə həsr olunmuş tədqiqatlar və qadın marginallaşması 

nəzəriyyəsinin tənqidi meydana gəldi. Siyasəti qadın üçün əlverişli olan dövlətdə 

qadının siyasi iştiraka marağının olmadığı haqda müddəalar qeyri-relevant sayılırdı, 

çünki siyasət kişilərin marağını əks etdirməkdə davam edirdi.  

Cinsin siyasətdə  iştirakın xarakter və formasına təsiri məsələsini araşdırarkən 

konvensional və qeyri-konvensional hadisələrə diqqət yetirmək gərəkdir. Konvensional 

deyiləndə institusional təmsilçilik kanallarından istifadə edən nisbətən adi, xüsusən də 

seçki kampaniyalarında iştirak və seçkilərdə  səsvermə kimi siyasi davranış  nəzərdə 

tutulur. Belə  iştiraka misal – leqal dinc yürüşlərdə, nümayişlərdə  iştirak, petisiyalara 

imza atma, səsvermə, namizədlərlə görüşdə  iştirak və s. Qeyri-konvensional siyasi 

iştirak bir qayda olaraq qanun pozulması ilə bağlıdır, çox vaxt bunu məqsəd kimi 

qarşıya qoymasa da, zorakılıq metodlarının tətbiqi ilə sona çatır. Belə  iştiraka misal 

olaraq icazəsiz mitinqləri, tətilləri, avtonəqliyyatın yolunun bağlanması, vergidən 




 

 

yayınma,  əmlaka zərər vurulması (vitrinlərin, yol işarələrinin daşlanması, fiziki 



qarşıdurmalar, məsələn, polis ilə) göstərmək olar.  

Qadın və kişilərin siyasətdə  iştirak formalarını  təhlil edərkən qadınlar arasında 

konvensional formaların üstün olması qeyd edilir. Seçki institutuna marağın artması və 

qadınların elektoral iştirakının fəallaşması bir sıra səbəblərlə – qadınların savadının 

yüksəlməsi, onların siyasi mədəniyyət səviyyəsinin artması ilə izah edilir; qadınlar 

siyasətə daha aktiv cəlb olunur, müxtəlif səviyyəli təmsilçilik institutlarına seçilir; bəzi 

tədqiqatçılar bu faktı qadınların öz vətəndaş hüquqlarının reallaşmasında daha 

məsuliyyətli və daha mütəşəkkil olmaqları ilə  əlaqələndirir, digərləri isə hesab edir ki, 

əksər hallarda qərar qəbul etmə  səviyyəsindən mərhum olan qadın seçkidə  iştirakını 

qərarın qəbul olunması prosesində iştirak etmək üçün yeganə çıxış yolu hesab edir və 

bu səbəbdən də özünün səs hüququnun «qədrini bilir»; axı ölkələrin bir çoxunda qadın 

bu hüquqa uzunsürən və gərgin mübarizə sayəsində malik olmuşdur. 



3. Seçkidə iştirakın qender aspektləri  

Son illərin siyasi həyatının bir çox ölkələrdəki səciyyəvi xüsusiyyəti təkcə qadının 

elektoral iştirakı deyil, həm də onun seçkilərdə nümayəndə şəklində irəli sürülməsidir. İlk 

olaraq seçmək və seçilmək hüququnu Finlandiya qadınları  1906-cı ildə qazandılar. 

Sonrakı onilliklərdə belə hüquqa İkinci dünya müharibəsinin sonuna qədər bir çox 

ölkələrin qadınları malik oldu, baxmayaraq ki, hələ  də müxtəlif vəzifələrə qadın 

namizədlərin irəli sürülməsində və seçkilərdə qalib gələ bilən qadınların sayında böyük 

irəliləyiş yox idi. Qadın və kişilərin seçki kampaniyasında iştirakından danışarkən o faktı 

qeyd etmək lazımdır ki, seçki texnologiyasından istifadə ilə bağlı bilik və bacarıq 

səviyyəsi hər yerdə  bərabər deyil. Bir çox ölkələrdə (bizim ölkəmiz də daxil olmaqla) 

qadına rəqibi olan kişi ilə daha effektiv və  uğurla rəqabət aparmaqda yardımçı olan 

seçkiqabağı texnologiyanın öyrədilməsi mexanizmi yoxdur. Bir çox qadın namizədlər 

müvafiq informasiya və  məsləhət dəstəyi, reklam kampaniyasının aparılmasına dair 

biliyi olmadan mübarizəyə qoşulur. Namizəd qadınların  əksəriyyəti üçün seçkiqabağı 

kampaniyanın ayrı-ayrı maliyyələşmə kanallarına çıxış daha məhduddur – indiyə kimi 

çox az potensial sponsorlar qadının qələbəsinə inanır və onu lazımi sayır. Belə bir qeyri-

bərabərliyin aradan qaldırılması üçün bir çox ölkələrdə qadın elektoral iştirakının və 

onların seçkilərdə namizəd kimi iştirakının inkişafı mexanizmləri yaradılır.  

Daha bir misal – 1980-ci ildə Böyük Britaniyada ingilis və amerikan jurnalistlərinin 

yaratdığı Qrup-300-dür. Bu təşkilatın məqsədi Britaniya parlamentində 635 yerdən heç 

olmazsa 300-nün qadınlara aid olmasına nail olmaq idi. Bu – partiyadan kənar qrupdur 

ki, orada həm kişilər, həm də qadınlar iştirak edir; onlar seçkiqabağı kampaniyanın 

keçirilməsində, partiya siyahılarında namizədlərin irəli sürülməsində qadınlara köməklik 

göstərir; yerli orqanlara, Böyük Britaniya parlamentinə, Avropa parlamentinə  və s. irəli 

çəkilmək imkanları barədə  məlumat verir. Qrup-300 daha çox sayda layiqli qadın 

namizədlərin siyasi səhnəyə  cəlb olunması üçün məsləhət və  təlim təşkil edir, buna 

köməklik göstərir. Qrup-300 siyasi partiyalarda hakimiyyətdə olan kişi siyasətçilərin, 

həmçinin nüfuzlu kütləvi informa-siya vasitələrinin nümayəndələrinin fikrini qadın üçün 

daha sərfəli istiqamətdə  dəyişərək parlament üzvləriinə  təsir etmək məqsədi ilə 

kampaniyalar keçirir. Qrup cəmiyyəti və siyasi partiyaları inandırmağa çalışır ki, qadın – 

siyasətdə yeni qüvvədir və hər hansı br partiya az sayda qadın namizədi və deputatı ilə 

köhnədəbli və zəif görünür. Bəzi ölkələrdə Qrup-300-ün fəaliyyəti əsasında yerli şəraitə 

uyğunlaşmış qruplar yarandı: Rumıniyada – Qrup-222, Ukraynada seçici qadınlar ittifaqı 

50/50, Qanada Qrup-CENSUDI və s. İsrail qadınları  təşkilatında və Yaponiyadakı 

qruplarda təlim Qrup-300 nümunəsi  əsasında aparılır. Bilavasitə yaxud dolayısı ilə 

Qrup-300-ün fəaliyyəti nəticəsində digər hərəkatlar və qadının siyasətə daha fəal cəlb 

olunmasına kömək mexanizmləri meydana gəldi. Belə ki, 1993-cü ilin fevralında Qrupun 

fəallarından olan Barbara Folett məqsədi leyborist partiyasından olan qadın 




 

 

namizədlərə dəstək üçün vəsaitin tapılması və toplanması olan Emili Siyahısı (Emylys`s 



List UK) işlədi, çünki Britaniya qadınlarının çoxunun seçkiqabağı kampaniyanı  təşkil 

etmək imkanı yox idi. Bu qrup 1985-ci ildə yaranmış demokratik partiyadan olan qadın 

namizədlər üçün vəsaitin toplanması ilə bağlı amerikan təşəbbüsü üzərində 

qurulmuşdu. 

5.  Azərbaycanda siyasətdə iştirak və qender 

Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatına cəlb edilməsi Qərb ölkələri 

ilə müqayisədə xeyli sonra başladı  və bu, tarixi inkişaf xüsusiyyətləri ilə bağlı idi. XX 

əsrin  əvvəlində Azərbaycan qadınlarının böyük əksəriyyətinin təhsil, mədəni dəyərlər, 

ictimai və sosial həyatla  əlaqəli imkanı yox dərəcəsində idi və onlar faktiki olaraq ailə 

istismarı şəraitində yaşayırdı. Buna görə də keçən əsrin ilk onilliklərində Azərbaycanda 

qadın hərəkatının səciyyəvi xususiyyəti və  əsas məqsədi seçki və digər vətəndaş, 

yaxud siyasi hüquqlar əldə etmək yox, hər  şeydən  əvvəl qadınların maariflənməsi və 

xeyriyyəçiliyi idi. Azərbaycanda qadın hərəkatının ilk nümayəndələrinin fəal maarifçilik 

fəaliyyətinə  və  bəzi neft sənayeçiləri-mesenatların (hamıdan  əvvəl Zeynalabdin 

Tağıyevin) köməyinə baxmayaraq qadın təhsilində qlobal irəliləyişə nail olmaq mümkün 

deyildi, siyasi mədəniyyət isə daha aşağı səviyyədə qalmaqda idi. 

Vətənimizin rus çarizminin hökmranlığından azad olması  və Azərbaycan 

Demokratik Respublikasının elan olunması Azərbaycan qadınının sosial-iqtisadi və 

hüquqi statusunun yaxşılaşmasına ümid yaradırdı. Qadınlar təhsil hüququna malik oldu; 

istehsalatda məşğul olan qadınların sosial müdafiəsini təmin etmək üçün (dekret 

məzuniyyəti, zərərli istehsalatda işin qadağan olunması, müəssisələrin nəzdində 

uşaqlar üçün körpələr evi açılması) tədbirlər nəzərdə tutulmuşdu. 21 iyul 1919-cu ildə 

ADR-nın Təsis iclası  bərabər, birbaşa və gizli səsvermə  əsasında iclasa demokratik 

seçki prosedurunu müəyyən etmiş «Azərbaycan Respublikasının Təsis iclasına seçkilər 

haqqında Nizamnamə» qəbul etdi. «Nizamnamə» ilk dəfə olaraq qadına kişi ilə bərabər 

seçki hüquqları verirdi. Lakin yeni dövlətin vətəndaşı olan qadınlar ADR-nin süqütu və 

Azərbaycanda Sovet hakimiyyətinin qurulması üzündən bu hüquqdan istifadə edə 

bilmədilər.  

1920-ci ildən Azərbaycanda qender məsələsi yeni sovet ideologiyası və təcrübəsi 

çərçivəsində inkişaf etdi. Qender bərabərliyinə nail olmaq sosialist cəmiyyətinin quruluş 

proqramında  əsas yerlərdən birini tuturdu. 1917-ci ilin dekabrında bolşeviklər qadını 

qanun qarşısında kişi ilə  bərabərləşdirərək ona bütün vətəndaş hüquq və 

azadlıqlarından istifadə imkanı verən Dekret qəbul etdi. 1921-ci ilin noyabrında həmin 

hüquqlar Azərbaycan qadınlarına da təqdim olundu. Lakin ümumi savadsızlıq (1923-cü 

ildə Azərbaycan  əhalisinin 90% savadsız idi), köhnə, dini təsəvvürlərin hökmranlığı 

siyasi iştirakın fəallaşmasına heç də yardım etmirdi. Praktiki olaraq sovet qadınlarının 

mütəşəkkil ictimai fəallığının yeganə  aşkarlıq forması qadın  şuraları, «jenotdellər», 

klublar idi. 1920-ci ildə yaradılmış Əli Bayramov adına Mərkəzi qadın klubu (1932-ci ildə 

Azərbaycanın qadın klublarının miqdarı 40-a çatmışdı) qarşısına  əsasən qadın 

maarifçiliyi və  təhsilinin inkişafı, müxtəlif qadın emalatxanalarının, kursların təşkili, 

çadradan azad olmaq və bütövlükdə sovet rəhbərliyinin apardığı yeni cəmiyyətin 

mədəni inqilabına dəstək vəzifələri qoymuşdu. Məlum olduğu kimi, bu çox mənalı 

terminə savadlılıq, dünya haqda biliyin artması, gigiyenik vərdişlərə yiyələnmək kimi 

ziddiyyətli vəzifələr aid edilir; digər tərəfdən isə bu – kollektivçilik, şəxsi başlanğıcı  və 

seçim azadlığını  məhdudlaşdıran prinsiplər təlqin etmək məqsədi ilə  əhali arasında 

kütləvi ideoloji iş demək idi. Məhz mədəni inqlab prosesində qadın nəinki yeni siyasi 

bilik qazanmalı, həm də cəmiyyətin siyasi cəhətdən fəal üzvünə çevrilməli idi.  

Sovet qadınının yeni siyasi mədəniyyətlə ünsiyyəti, onun siyasi həyata cəlb 

olunması çox vaxt çətinliklərlə qarşılaşır, qadının klubda, «jenotdel»də  iştirakı ailə 

öhdəliklərini yerinə yetirməyə vaxt qalmaması üzündən ailə münaqişələrinə  səbəb 




 

 

olurdu; artıq hamının mənimsəmiş olduğu qadın davranışı stereotipinə (təvazökarlıq, 



səssiz razılıq, kişinin  əsas rol oynaması) uyğun gəlməyən  əxlaq normaları  və  tələblər 

çoxsaylı tanış olmayan söz və anlayışlarla dolu və çox zaman da qadının gündəlik 

qayğılarına aidiyyəti olmayan ideoloji sxemlərin mənimsənilməsi ilə bağlı  çətinliklər 

qadının özünə qiymətini laxladır və əsasən siyasi fəaliyyətindən imtina etməsinə səbəb 

olurdu. 

1934-cü ildə faktiki olaraq bütün «jenotdellər» fəaliyyətini dayandırdı  və 

Qorbaçovun yenidənqurma illərində yeni «jensovetlərin» açılmasına kimi qadının 

idarəetmə vərdişlərinə nail olması və öz marağını dərk etməsi ilə bağlı təşkilatlar daha 

yaradılmadı.  1936-cı ildə  qəbul olunmuş  məşhur Stalin Konstitusiyası qanunverijilik 

qaydasında qadınlara dövlət, təsərrüfat və ictimai-siyasi həyatın bütün sahələrində 

kişilərlə  bərabər hüquqa zəmanət verdi. Əslində bu Konstitusiya və sonradan qəbul 

olunmuş bir neçə qanun və  fərmanlar qadının ailənin möhkəmlənməsi ilə bağlı 

məsuliyyətini artırır, onun üzərinə əlavə vəzifələr qoyur, amma sovet qadınlarının siyasi 

fəallığını artırmaq üçün real şərait yaratmırdı. Kvota sisteminin mövcudluğu siyasətə 

gəlmiş qadınların sayının müntəzəm şəkildə artmasına (belə ki, 1936-cı ilin məlumatına 

görə SSRİ-də dövlət hakimiyyətinin ali orqanı olan Ali Sovetin deputatlarının 33%-ini; 

ÜİLKGİ üzvlərinin 50%-dən çoxunu; həmkarlar ittifaqının üzvlərinin 59%-dən çoxunu 

qadınlar təşkil edirdi) təsir etsə belə, lakin birpartiyalılıq sisteminin mövcudluğu, 

nomenklatur elitasının hökmranlığı, siyasi rəqabətin olmaması bü yüksək statistik 

məlumatları heç edirdi; sovet qadınlarının siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi 

kommunist ideologiyası  və sovet təbliğatı  çərçivəsi ilə  məhdudlaşırdı. Seçkini 

hakimiyyət təşkilində bir fasad üsuluna çeviriş totalitar dövlətdə səs vermə hüququnun 

olması (tək seçki məntəqəsində deyil, həm də müxtəlif dövlət orqanlarında) elə bir 

vəziyyət yaradırdı ki, nə seçənlər, nə də seçilənlər (istər qadın olsun, istər kişi), siyasi 

qərarların qəbul olunma prosesinə  həlledici təsir göstərə bilməzdi. Beləliklə, ictimai 

əməyin müəyyən sahələri praktiki olaraq qadın üçün əl çatmaz qalırdı. İlk növbədə bu 

dövləti idarə etmə sahəsi idi. Real siyasi qərarların qəbul olunmasında qadınların iştirak 

etməməsi qadının siyasi bərabərliyi və sosializmin qurulmasında onun fəal iştirakı ilə, 

qurultayların, rəsmi iclasların prezidiumlarında qadınların oturdulması ilə, yerli və ali 

qanunvericilik hakimiyyəti orqanlarında onların say artımı göstəriciləri ilə maskalanırdı. 

Sovet dövlətinin süqutu və 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini elan etməsi 

ilə qender və siyasi iştirak məsələlərində də yeni dövr yarandı. Faktiki olaraq 80-ci illərin 

sonundan Azərbaycan qadınlarının ictimai-siyasi həyata cəlb olunması ilə bağlı  fəal 

proses başlandı  və bu sovet cəmiyyətindəki islahat və demokratikləşmə, Dağlıq 

Qarabağ ermənilərinin Azərbaycanın ərazi bütövlüyünə iddiası ilə bağlı idi. Azərbaycan 

qadınları Azadlıq meydanındakı mitinqlərdə, mətbuatda, Azərbaycan dövlətçiliyi və 

müstəqilliyi naminə  təbliğat kampaniyasında fəal iştirak edirdi. Bir neçə qadın sovet 

qoşunlarının  1990-cı ilin yanvarındakı  təcavüzünün qurbanı oldu; hərbi  əməliyyatların 

başlanması ilə Azərbaycan qadınları da vətənin ərazi bütövlüyü uğrundakı mübarizədə 

iştirak edirdi. Azərbaycan torpağlarının 20% ermənilər tərəfindən zəbt edilməsi, qaçqın 

və  məcburi köçkünlərin sayının artması istər kişi, istərsə  də qadınların vəziyyətini 

(işsizlik, xüsusən də çadır  şəhərciyində yaşayan qaçqınların ağır həyat  şəraiti, 

infeksiyalı xəstəliklərin yayılması, ənənəvi ailə əlaqələrin pozulması və s. pisləşdirdi).  

80-cı illərin sonunda müşahidə olunan kütləvi siyasi fəallıq 90-cı illərin əvvəlindən 

zəiflədi, lakin bütövlükdə  zəif  olsa  da  tədricən qadınların müxtəlif siyasi fəallıq və 

fəaliyyətə qoşulması prosesi mövcud idi. Onun səciyyəvi xüsusiyyətlərindən biri əsasən 

Bakının və  bəzi iri şəhərlərin qadın  əhalisinin daha fəal olması idi. Azərbaycan qadını 

ayrı-ayrı siyasi partiya (ən çox Yeni Azərbaycan partiyasında) üzvlərinin qırx faizini 

təşkil edir, amma ikinci dərəcəli rol oynayır. Partiya çərçivəsində qadınlar «qadın 

şöbəsi», «qadın  şurası» yaradır ki, bu da sovet təcrübəsinin davamı olaraq adətən 

formal xarakter daşıyır və onları professional səviyyədə siyasətə  cəlb olunma, siyasi 



 

 

qərarların qəbul olunması, dövlət hakimiyyəti orqanlarına buraxıla bilmək imkanını 



məhdudlaşdırır. Bir çox digər ölkələrdən fərqli olaraq Azərbaycanda sırf qadın siyasi 

partiyası (məsələn, «Rusiya qadınları» kimi) yoxdur.  

Ölkəmizdə 40-a yaxın qadın təşkilatı  fəaliyyət göstərir və onların  əksəriyyəti 

əsasən reproduktiv hüquqlar, ailənin planlaşması, ailədə zorakılığa qarşı mübarizə və s. 

problemlərlə  məşğul olur (məsələn, «Sevil» cəmiyyəti, «Qadın və inkişaf» Mərkəzi, 

Azərbaycan qadın cəmiyyəti, Azərbaycanlı qadınların Bakı assosiasiyası); başqası 

qadınları professional əlamətə görə (Neft sənayesində  məşğul olan qadınların 

cəmiyyəti, «İşgüzar qadın» assosiasiyası, Jurnalist qadınların assosiasiyası, 

mədəniyyət və incəsənət xadimi olan qadınları birləşdirən «Dünya» qadın cəmiyyəti»); 

digəri – milli xüsusiyyətə görə («Sona» axalsixi qadın təşkilatı, Yəhudi qadın təşkilatı) 

birləşdirir. Fəaliyyətdə olan siyasi partiyaların yalnız ikisində – «Yeni Azərbaycan» və 

«Azərbaycan Xalq Cəbhəsi» partiyalarının nəzdində ölkənin siyasi həyatında fəal iştirak 

edən qadın təşkilatları mövcuddur.  

  

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 

 

1. Bənanyarlı S. Azərbaycan qadınları və siyasi fəaliyyət // Qender: qadın probleminin 



yeni mərhələsi. /Respublika elmi-prkatik Konfransının materialları. 12 fevral 1998. – 

B., 1998 

2.  Абдела  Л.  Демократия  паритета  и  Группа-300 // Права  женщин  в  России. 

Законодательство и практика. 2000, № 1  

3.  Материалы  Первой  Российской  летней  школы  по  женским  и  гендерным 

исследованиям «Валдай-96». – М., 1997 

4.  Общая  и  прикладная  политология  /Под  ред.  В.И.Жукова  и  Б.И.Краснова. -

М.,1997 


5.  Хрестоматия по курсу “Основы гендерных исследований”. - М., 2000 

6.  Dr Vadhushree Public Space for Women in Governance: The Experience of India// 

Newsletter of the Centre for research on Women & Politics. Vol. 1, No 2, 2001 

7.  Kandieti D. From Empire to National State: Transformation of the Woman Question 

in Turkey //Retrieving Women History. Changing Perceptions of the Role of Women 

in Politics and Society. Edited by Jay Kleinberg. UNESCO, 1988 

8.  K.Janda, J.Berry, J.Goldman The Challenge of Democracy. Government in America. 

- Boston, 1992 

9.  Third World Women and the Politics of Feminism. Edited by C/Vonanty, A. Russo, 

L.Torres. - Bloomington, 1991 

10. Women in the Civil Rights Movement. Edited by Vicky Crawford. - Bloomington, 

1993 


11. 

www.ipu.org

 

12. 


www.idea.int/women/prl/ch2b.htm

 

13. 



www.owl.ru/win/books/gender/index.htm

 

14. 



www.library.cornell.edu/colldev/mideast/womtur

I1.htm


 

15. http://demo.interpro.ru/content/win/books/gender/11.htm 



Document Outline

  • Movzu 4. SIYAS?TD? ISTIRAKIN QENDER PROBLEML?RI
        • ISTIFAD? OLUNMUS ?D?BIYYAT SIYAHISI

Yüklə 89,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə