Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

həm işdə uşaq otaqlarının,
100
həm də iş vaxtının azaldılması məsələlərinin
də bu diapozonda baxılmasına gətirib çıxardı.
101
AƏM həm də işdən çıxarılma və ödənişlər məsələsinə də kifayət qədər
inkluziv yanaşıb və işdən çıxarılma sahəsində əmək münasibətlərinin sona
yetdiyi demək olar ki, bütün sahələri əhatə edib. Bu, özündə məsələn,
könüllü olaraq əlavə iş fəaliyyəti sxemindən imtinanı
102
və ya məcburi işdən
çıxarılma məsələlərini də ehtiva edib.
103
Aİ-nın Fəaliyyətinə dair Müqavilənin 157-ci maddəsində ödənişin anlayışı
müəyyən  olundu  və  bu  anlayışa  əsasən,  ödəniş,  “işçinin  gördüyü  iş
müqabilində işəgötürəndən, birbaşa və ya dolayı yolla, nəğd və ya natura
formasında aldığı adi başlanğıc və ya minimum əmək haqqı və ya digər
əmək  haqqı”  kimi  müəyyən  edildi..  Bu,  əmək  münasibətinə  daxil  olan
işçinin əldə etdiyi müxtəlif növ gəlirləri əhatə edir. Bu müddəanın əhatə
dairəsi vəzifədən irəli gələn gəlirləri, ezamiyyə haqlarını,
104
ölkə xaricinə
səfərlər  zamanı  əldə  edilən  müavinətləri,
105
Milad  günü  ilə  əlaqədar
bonusları
106
və vəzifə ilə əlaqəli pensiyaları
107
əhatə etdi. Hər hansı bir şəxs
“ödənişin” gəlir forması olub-olmadığını müəyyən etmək istərkən, bu halları
məhz iş (əmək) münasibətlərinin mövcudluğundan irəli gələn məsələlər
kimi dəyərləndirməlidir.  
3.4.1.3.  
Peşə İstiqamətləndirilməsi və Təlimlərə Çatımlılıq
“Peşə istiqamətləndirilməsi və təlimlər” anlayışı AƏM tərəfindən şəxslərin
sərbəst hərəkət etməsi kontekstində nəzərə alınır.
108
Bu məsələ ilə bağlı
AƏM geniş töfsif müəyyən edib. 
78
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
100. AƏM, Lommers van Landbou Nazirə qarşı (Lommers v. Minister van Landbouw), İş C-476/99 [2002] ECR I-
2891, 19 Mart 2002.
101. AƏM, Jamstalldhetsombudsmannen Orebro Lans Landstingə qarşı (Jamstalldhetsombudsmannen v. Ore-
bro Lans Landsting), İş C-236/98 [2000] ECR I-2189
102. AƏM, Burton Brianiya Dımiryolları İdarəsinə qarşı (Burton v. British Railways Board),  İş 19/81 [1982] ECR
555, 16 Fevral 1982.
103. AƏM, Palacios de la Villa  Cortefiel Servicios SA-ə qarşı (Palacios de la Villa v. Cortefiel Servicios  SA), İş
C-411/05 [2007] ECR I-8531, 16 Oktyabr 2007.
104. AƏM, Garland Britaniya Dəmiryolu Mühəndisliyinə qarşı (Garland v. British Rail Engineering Limited), İş
12/81 [1982] ECR 455, 9 Fevral 1982
105. AƏM, Sabbatini Avropa Parlamentinə qarşı (Sabbatini v. European Parliament), İş 20/71 [1972] ECR 345, 7
iyun 1972
106. AƏM, Lewen Dendaya qarşı (Lewen v. Denda), İş C-333/97 [1999] ECR I-7243, 21 Oktyabr 1999.
107. AƏM, Barber Guardian  Royal Mübadilə Qrupuna qarşı (Barber v. Guardian  Royal Exchange Assurance
Group), İş C-262/88 [1990] ECR I-1889, 17 may 1990.
108. İşçilərin İctimaiyyətdə sərbəst hərəkəti üzrə Qaydaların 1612/68 7(3) Maddəsinə əsasən, İşçiyə “peşə
məktəbləri və təlim mərkəzlərinə çıxışın” təmini üzrə vətəndaş olan işçilərlə müqayisədə az əlverişli rejim təqdim
edilməməlidir (OJ L 257, 19.10.1968, s. 2)


Misal: Gravierin işində tələbə Liegede yerləşən  Académie Royale
des Beaux-Arts-da zolaqlı cizgi filmi ixtisası üzrə təhsil almaq istəyən
Fransa vətəndaşı idi.
109
Ölkədaxilində olan tələbələrdən qeydiyyat
ödənişi alınmadığı halda, ondan bu ödəniş alınır. Bu məsələ ilə bağlı
AƏM müəyyən etdi ki: 
‘… müəyyən bir peşə, ticarət və ya məşğulluq üçün hazırlıq təmin
edən, və ya belə peşə, ticarət və ya məşğulluq  üçün tələb olunan
təlim və bacarıqları təmin edən istənilən təhsil forması, ümumi təhsil
elementini ehtiva etsə belə peşə təhsili hesab edilir.’
Misal:  Bu  anlayış  ərizəçinin  baytarlıq  üzrə  kursa  müraciət  etdiyi
Blaziot  işində    tətbiq  edildi.
110
AƏM  müəyyən  etdi  ki,  hətta  sonda
verilən diplom və ya sertifikat xüsusi peşə, ticarət və ya məşğulluq
üçün  nəzərdə  tutulan  ixtisas  keyfiyyətlərini  təmin  etməsə  belə,
ümumilikdə universitet dərəcəsi də “peşə təlimi” kimi dəyərləndirilmə-
lidir.  Sözügedən proqramın xüsusi bir peşə, ticarət və ya məşğulluq
üçün tələb olunan bilik, səriştə və bacarığı təmin etməsi yetərli idi.
Beləliklə, hər hansı işə girmək üçün rəsmi təhsilin tələb edilməməsi və
ya hər hansı bir işə daxil olmaq üçün irəli sürülən tələblər siyahısına
universitet məzunu tələbinin daxil edilməməsi, proqramın peşə təhsili
kimi dəyərləndirilməsinə mane olmayacaq. Burada yeganə istisnanı,
şəxslərin hansısa peşəyə hazırlığını deyil, ümumi təhsil səviyyəsini
nəzərdə tutan xüsusi xarakterli kurslar təşkil edir . 
3.4.1.4.  İşçi və işəgötürənlərin təşkilatları 
Bu təkcə işçi və işə götürənlər təşkilatına üzvlük və daxil olma məsələlərini
deyil, eyni zamanda bu təşkilatlar daxilində şəxslərin fəaliyyətlərə cəlb
olunmasını da əhatə edir. Avropa Komissiyası tərəfindən verilmiş rəhbər
normalara əsasən bu qurumlar tərəfindən verilən üzvlük və ya imtiyazlar
kontekstində hər hansı ayrı-seçkilik nümayiş etdirilməməlidir.
111
79
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
109. ECJ, Gravier v. Ville de Liège and Others, Case 293/83 [1985] ECR 593, 13 February 1985.
110. [1988] ECR 379, 2 fevral 1988.(ECJ, Blaizot v. Université de Liège and Others, İş 24/86 [1988]
ECR 379, 2 fevral 1988.
111. Bərabər rəftar prinspinin irqi və ya etnik mənşəyindən asılı olmadan insanlar araslnda bərabər
tətbiqi üzrə Şura Direktivi qəbul edilməsi üzrə təklif COM(1999) 566 final, 25.11.1999. 112. ECtHR,
Sidabras and Džiautas v. Lithuania (Nos. 55480/00 and 59330/00), 27 July 2004.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə