Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Altıncı fəsil Qarşılıqlı şıkildə cinsi istəkləri təmin etmək



Yüklə 1,6 Mb.
səhifə13/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

Altıncı fəsil

Qarşılıqlı şıkildə cinsi istəkləri təmin etmək


1\6

Qadının əri üçün bəzənməsi



508. Allahın rəsulu (s): Qadın əri üçün özünü bəzəməsəydi, şübhəsiz, onun qəlbində özünə yer ayıra bilməyəcəkdi.1

509. Allahın rəsulu (s): Səlta və məlta qadınlar, məndə ikrah hissi yaradır. Səlta, bəzənməyən2, Mərha isə gözünə sürmə şəkməyən qadındır.3

510. İmam Əli (ə): Müsəlman qadın, özünü əri üçün xoş ətirlə bəzəməlidir.1

511. "Əl-Mərasil": Məqatil ibn Həyyan rəvayət edir: Peyğəmbər (s) qızlarını ərə verdikdə, onlara tapşırırdı ki, qüsül almamışdan öncə, ərlərinə yaxınlaşmasınlar. Onların ərlərinə də, bu göstərişi verərdi.2

2\6

Kişinin həyat yoldaşı üçün bəzənməsi



512. Allahın rəsulu (s): Qadın əri qarşısında (yerinə yetirilməsi lazım olan) vəzifəsi olduğu kimi, kişinin də, həyat yoldaşının qarşısında belə vəzifələri var. Yəni; özünü həyat yoldaşı üçün bəzəməlidir. Necə ki, qadın da, özünü onun üçün bəzəyir. Amma günah işlətməklə deyil.3

513. Allahın rəsulu (s): Öz paltarlarınızı yuyun, saçlarınızı səliqəyə salın, dişlərinizi fırçalayın, özünüzü bəzəyin, təmiz olun, (agah olun!) bəzi qövmlə buna riayət etmədiyi üçün qadınları əxlaqsızlığa düçar oldular.4

514. İmam Kazim (ə): Ata-babalarının vasitəsilə rəvayət edir: Allahın rəsulu (s) buyurdu: "Sizin hər biriniz, özünüzü həyat yoldaşlarınız üçün bəzəməlisiniz. Necə ki, həyat yoldaşınız da, sizin üçün bəzənir."

Cəfər ibn Məhəmməd (ə) buyurrur: "Məqsəd, təmizliyə riayət etməklə özünüzü bəzəməkdir."1



515. İmam Kazim (ə): Kişinin öz həyat yoldaşı üçün bəzənməsi, qadının iffətinı artırar.2

516. "Əl-Kafi": Həsən ibn Cəhm rəvayət edir: Əbülhəsənin (ə) həna (xına) qoyduğunu gördüm. Soruşdum: Sənə qurban olum, xına qoymusan?

Buyurdu: "Bəli. Kişinin öz həyat yoldaşı üçün bəzənməsi, qadının iffətinı artırar. Qadınlar, ərlərinin bəzənməyi tərk etdikləri üçün, əxlaqsızlığa düşürlər."

Ardınca buyurdu: "Sən həyat yoldaşının özün kimi bəzənməmiş halını xoşlayırsanmı?"

- Xeyir.


- "O da, sənin kimi."

Sonra buyurdu: "Təmizlik, xoş ətirli olmaq, saçları səliqəyə salmaq və çox cinsi əlaqədə olmaq, peyğəmbərlərin xüsusiyyətlərindəndir."3



517. "Biharül-ənvar": Zərvan Mədaini rəvayət edir: İmam Rzanın (ə) hüzuruna getdim. Onun xına ilə bəzəndiyini gördüm. Soruşdum: Sənə qurban olum, xına qoymusan?

Buyurdu: "Bəli. Xına qoymağın savabı var. Bilmirsənmi ki, üst-başını səliqəyə salmaq, qadının iffətini artırar. Sən istəyərsənmi ki, həyat yoldaşının yanına səliqəsiz, üst-başı dağılmış halda getdiyində, onu da özün kimi görəsən?

Dedim: Xeyir.

Buyurdu: " O da sənin kimidir."1


3\6

Cinsi istəkləri təmin etməyə həvəsləndirmək



518. Allahın rəsulu (s): "İnsan zəif yaradılmışdır."2 Yəni; cinsi əlaqəni (birdəfəlik) tərk etmək qüdrətinə malik deyil3.4

519. Allahın rəsulu (s): Sizlərin hər biriniz, öz həyat yoldaşınızla, gümə günləri yaxınlıq edə bilmitsinizmi? Əgər buna riayət etsəniz, iki savab qazanacaqsınız: Özünüzün və həyat yoldaşınızın qüsl almasının savablarını.5

520. "Əl-Kafi": İshaq ibn İbrahim Cufi rəvayət edir: İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: Allahın elçisi (s) Ümm Sələmənin otağına daxil oldu. Burnuna gözəl qoxular, iylər gəldi. Buyurdu:"Həvla sənin yanına gəlmişdi?"

Ümm Sələmə dedi: Bəli. O, ərindən şikayət edir.

Elə bu zaman Həvla bayıra çıxıb, dedi: Atam-anam sənə qurban olsun! Ərim mənə qarşı etinasızdır.

Buyurdu: "Ey Həvla! Özünə daha çox fikir ver (qulluq göstər, əzin üçün bəzən)."

- Elə bir ətir qalmayıb ki, ondan istifadə etməyəm. Amma o, yenəd də, mənə qarşı etinasızdır.

- "Ey kaş, biləydi ki, sənə sarı üz gətirsə, (Allah dərgahında) necə mükafatlar (böyük savablar) ona nəsib olacaqdır?"

- Mənə sarı üz gətirməklə, o, hansı savabları qavanacaq?

-" Sənə üz gətirdiyi zaman, iki mələk onu ağuşuna alar. Ona Allah yolunda cihad edən şəxsin savabı əta olunar. Günahları, ağacın yarpaqları kimi yerə tğkülər. Qüsl etdiyi zaman, günahları yuyulub, təmizlənər."1



521. "Əl-Kafi": İshaq ibn Əmmar rəvayət edir: İmam Sadiqdən (ə) soruşdum ki; bir kişi həyat yoldaşı ilə səfərə çıxıb, amma orada su yoxdur. Onlar cinsi əlaqədə ola bilərlərmi?

Buyurdu: "Belə hərəkət emələrini bəyənmirəm, amma günaha düşmələrindən qorxsalar, eybi yoxdur."

- Ləzzət almaq niyyətilə olsa, şəhvətlərini kontrol edə bilməsələr necə?

- "Şəhvətini cilovlaya bilməyən şəxs, deməli, elə günaha düşməyindən qorxur."

- Ləzzət almaq məqsədilə olsa necə?

- "Halaldır."

- Peyğəmbərdən (s) rəvayət olunur ki; Əbuzər bu barədə soruşduqda, buyurdu: "Hər vaxt harama düçar olsan, günahkarsan. Halal yolla cinsi əlaqədə olsan isə savab qazanıasan."

- "Anlamadınmı ki, mən onun günaha düşməyindən qorxduğu zaman və ya halal yolla cinsi əlaqədə olmaq istədiyi vaxt mükafatlandırılacağını (savab qazanacağını) söylədim?"1



522. Allahın rəsulu (s): Allah-təalanın bu buyuruğu barəsində; "Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin!"2 belə söylədi: Qadının (üşağa) süd verən dövründə, kişi onunla yaxınlıq etmək istəyirdi. Qdın dedi: İcazə vermirəm, çünki yenidən hamilə olmaqdan qorxuram. Yenidən hamilə olsam, südüm kəsilər və bu körpəni acından öldürərəm. Qadın (meyilli olduğu zaman) ərini yanına çağırdığı zaman isə o, deyərdi: Qorxuram ki, səninlə yaxınlıq etdiyimə görə (südün kəsilə,) övladımı öldürəm.

Ona yaxınlaşmırdı. Sonra Allah-təala qadının kişiyə və kişinin qadına zərər verməsini qadağan etdi.3


4\6

Qadının həyat yoldaşın cinsi ehtiyaclarını təmin etməsi


523. Allahın rəsulu (s): Qadının özünü ərinə təslim etmədən yatması rəva deyil. Libaslarını çıxarmalı, onun yatağına gəlməli və bədənini ona toxundurmalıdır. Belə etsə, deməli özünü ərinə təslim etmişdir.1

524. Allahın rəsulu (s): Hər xatv kişi qadınını (cinsi) ehtiyacılarını ödəmək üçün yanına çağırsa, mütləq getməlidir. Hətta təndir başında da (çörək bişirən halda) olsa belə.2

525. Allahın rəsulu (s): Kişi həyat toldaşını yatağına çağırdığı zaman, o, ərinə rədd cavabı versə və əri də, bundan narahat olub yatsa. Sübhədək mələklər o qadına lənət oxuyar.3

526. Allahın rəsulu (s): Ərinin yatağını tərk edən hər bir qadını, mələklər lənətləyər.4
5\6

Həyat yoldaşın cinsi ehtiyaclarını təmin etməyən qadın tənqid olunması



527. "Əl-Möcəmül-əvsəd": Allah-təala hey bəhanə gətirən qadınları lənətləmişdir.

Dedilər: Ey Allahın elçisi! Hey bəhanə gətirən qadınlar hansılardır?

Buyurdu: "Əri onu yatağına çağıra, amma o deyə: Sonraya qalsın. Əri də naümid olub yata."1

528. İmam Sadiq (ə): Bir qadın Peyğəmbərin (s) yanına bir iş üçün gəldi. Peyğəmbər (s) ona buyurdu: "Sən də hey bəhanə gətirən qadınlardansanmı?"

Dedi: Ey Allahın elçisi! Hey bəhanə gətirən qadınlar hansılardır?

Buyurdu: "Əri onu (cinsi) ehtiyacı üçün yanına çağıra, amma qadın o qədər bu işi təxirə sala ki, əri mürgüləyib, yatsın. Belə qadını mələklər, əri yuxudan ayılana qədər lənətləyər."2

529. Allahın rəsulu (s): Qadınlara müraciətlə: Ərinizi özünüzdən uzaqlaşdırmaq üçün namazlarınızı uzatmayın.3
6\6

Həyat yoldaşın cinsi ehtiyaclarını təmin etməyən kişinin tənqid olunması



530. Müsnədi- ibn Hənbəl: Abdullah ibn Əmir As rəvayət edir: Atam məni Qüreşydən olan bir qadınla evləndirdi. Amma mənim başım ibadətə və oruc-namaza elə qarışmışdı ki, ona heç əhəmiyyət belə vermirdim. Bir gün, Əmir As gəlinini görməyə gəldi. Onun yanına gedib, soruşdu: Ərini bəyəndinmi?

Həyat yoldaşım cavab verdi: Çox yaxşı ərdir. O, qucağını mənə açmamış və hətta yatağımı belə tanımır.

Atam üzünü mənə çevirib, danlamağa başladı: Mən, səni Qüreyşin adlı-sanlı ailəsindən olan bir qızla evləndirdim. Amma sən onun (cinsi) istəklərinə qarşı laqeydsən və belə işlər görürsən?!

Sonra o, Peyğəmbərin (s) yanına getdi və məndən Həzrətə (s) şikayət etdi. Peyğəmbər (s) adam göndərib, məni yanına çağırdı. Mənə belə buyurdu: "Gündüzlər oruc tutursanmı?"

Dedim: Bəli.


  • "Gecələr namaz qılırsanmı?"

  • Bəli.

  • Amma mən, bəzən oruc tuturam, bəzən isə oruc deyiləm. Həm namaz qılıram, həm də, (kifayət qədər) yatıram. Qadınlarla (həyat yoldaşlarımla) cinsi əlaqədə oluram. Kim mənim sünnəmdən (qoyduğum adətlərdən, davranış tərzimdən) üz çevirsə, məndəm deyil."1

531. "Səhihi-Müslim": Ənəs rəvayət edir: Peyğəmbərin bəzi səhabələri, Həzrətin həyat yoldaşlarından onun şəxsi həyatındakı gizli rəftarları barəsində soruşdular. (Qadınlar aşağıdakı rəvayəti nəql etdilər: )

Səhabələrdən biri dedi: Mən evlənməyəcəyəm. O biri dedi: Mən də, ət yemirəm. Başqası dedi: Mən də, qadınımla yaxınlıq etməyəcəyəm.

Bu xəbər Peyğəmbərin qulağına gedib, çatdı. (Bir xütbəsində) Allah həmd-sən aoxuyub, buyurdu: Bəzi şəxslərə nə olub, nə üçün belə-belə sözlər danışırlar? Bir halda ki, mən gecələr həm yatıram, həm də namaz qılıram. Gündüzlər bəzən oruc tuturam, bəzən isə tutmuram. Qadınlarla evlənirəm. Kim mənim sünnəmdən (qoyduğum adətlərdən, davranış tərzimdən) üz çevirsə, məndəm deyil."1

532. "Əd-Divanül-mənsub iləl-imamil-Əli (ə)": Həztər Əlinin (ə) həyat yoldaşının (ona qarşı laqeydliyindən) şikayət edən bir qadınla, onun ərinin arasında mühakimə yürüdərdən buyurduğu kəlamlar (şerlər):

Qadın dedi:

Ərin alicənab və haramlardan uzaqdır.

Gecələr oyaq və ibadətdədir.

Daim oruc tutar,

Amma qorxuram ki, günaha bata.

Çünki mənim (cinsi) istəklərimə qarşı etinasızdır.

Əri cavab verdi:

Mən qadınlara vurğun deyiləm,

Heç bir zaman onlardan kam almaq istəmirəm.

Yoz! Mən daim oyağam və namaz qılıram.

Çünki günahkaram.

Ey kaş, onlardan canımı qurtara biləydim!

Həzrət Əli (ə) onların arasında belə mühakimə yürütdü:

(Kişiyə müraciətlə: ) Sakit ol! Sən bu əməlinlə günah içlədirsən.

Nmaz qılmaq və ibadət etmək, sənin borcundur.

Amma üç gün oruc tut,

Dörd gün ye.

Dörd gecə isə qadınlardan ləzzət al.

Sənin onları kişisiz qoymağa haqın yoxdur.1

533. "Səhihi-ibn Həbban": Əbu Musa Əşəri rəvayət edir: Osman ibn Məzunun arvadı, Peyğəmbərin qadınlarının yanına gəldi. Onlar Osmanın arvadının üst-başının səliqəsiz olduğunu gordükdə dedilər: Sənə nə olub? Qüreyş tayfasında sənin ərindən daha var-dövlətli kişi yoxdu! (Amma sən bu haldasan?)

Dedi: Biz ondan ləzzət almırıq. Gündüzlər oruc tutur və gecələr ibadətlə məşğuldur.

Peyğəmbər (s) evə gəldikdə qadınları əhvalatı ona danışdılar. Allahın elçisi (s) Osmanın görüşünə getdi. Ona buyurdu: "Ey Osman! Mən sənin üçün bir nümunə deyilləmmi7"

Dedi: Nə olub, ey Allahın elçisi? Atam-anam sənə qurban olsun!

Buyurdu: "Sən gecələr ibadətlə məşğul olur, gündüzlər də, oruc tutursan. Bir halda ki, həyat yoldaşının da sənin boynunda haqqı var. Öz bədəninin də, sənin boynunda haqqı var. Gecələr həm namaz qıl, həm yat. Bəzi günlər oruc tut, bəzi günlər isə ye."

Bu hadisədən sonra Osmanın qadını (təzə gəlinlər kimi) xoş ətirlər vuraraq. Peyğəmbərin qadınlarının yanına gəldi. Onlra soruşdular: Nə olub? (Necə oldu ki, belə dəyişdin?)

Dedi: Bizə də, başqalarına nəsib olandan, nəsib oldu."1

534. İmam Əli (ə): Osman ibn Məzun, Allahın elçisinin (s) yanına gəlib, dedi: "Ey Allahın rəsulu! Mənə (şeytan) vəsvəsə edir. Amma heç bir iş görmürəm, sizin göstərişinizi və əmrinizi gözləyirəm.

Peyğəmbər (s) buyurdu: "Sənə nəyi vəsvəsə edir, ey Osman?"



  • Mən yer üzünü (rahiblər, zahidlər kimi səfil halda) gəzib, dolanmaq istəyirəm.

  • "Səyahətə çıxma (rahiblər, zahidlər kimi səfil halda gəzmə). Çünki bu iş ünün mənim ümmətimə məscidlər təyin olunub."

  • Ət yeməyi özümə haram etmək istəyirəm.

  • "Belə etmə. Mən ət yeməyi sevirəm və yeyirəm. Əgər istəydim ki, Allahdan hər gün mənə ət yeməyi nəsib etsin, bunu da edərdi."

  • Mən özümü axtalamaq istəyirəm.

  • "Ey Osman! Özünü və ya başqasını axtalayan, bizdən deyil! Mənim ümmətimin axtalanması oruc tutmaqladır."

  • Xuləni (həyat yoldaşımı) özümə haram etmək istəyirəm.

  • "Belə etmə, ey Osman! Mömin öz həyat yoldaşının əlindən tutduqda, Allah-təala ona on savab yazar və on günahını (əməl dəftərindən) silər. Onu öpsə, Allah-təala ona yüz savab yazar və yüz günahını (əməl dəftərindən) silər. Onunla cinsi əlaqədə olsa, Allah-təala ona min savab yazar və min günahını (əməl dəftərindən) silər.Mələklər onların hüzuruna gələr. Qüsl etsələr, suyun islatdığı saçının hər bir telinə bir mükafat verilər və bir günah silinər. Əgər bu soyuq gecədə olsa, Allah-təala mələklərinə buyurar: Bu iki bədəmə baxin ki, soyuq gecədə qüsl alırlar, çünki Mənim onların Tanrısı olduğuma inanırlar. Siz də şahid olun ki, mən bu iki bəndəmi bağışladım. Əgər onlar bu cinsi əlaqənin nəticəsində övlad sahibi olsalar, o, behiştdə valideynlərinin xidmətçisi olacaqdır."

Sonra Peyğəmbər (s) əlini Osmanın sinəsinə qoyub, buyurdu: Ey Osman! Mənim sünnəmdən (rəftarlarımdan,) üz çevirmə. Kim mənim davranışlarımdan üz çevirsə (mənim kimi davranmasa,) qiyamət günü, mələklər onun qarşısını alaraq, (Kövsər) hovuzuma yaxın buraxmayacaqlar."1

535. İmam Sadiq (ə): Osman ibn Məzunun arvadı, Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu1 Osman gündüzlər oruc tutur və gecələr isə ibadət edir!

Peyğəmbər (s) əsəbləşərək ayaqqanılarını götürüb, çölə çıxdı. Allahın elçisi (s) Osmanın yanına getdi. Onun namaz qıldığını müşahidə etdi. Osman Peyğəmbəri (s) gördükdə, namazını qurtarıb, onun yanına gəldi. Peyğəmbər (s) ona buyurdu: "Ey Osman! Allah-təala məni rahib olaraq göndərmədi. Əsl həqiqədə, məni sadə və asan təkallahlıq dini ilə (sizə peyğəmbər) göndərdi. Mən həm oruc tuturam, həm namaz qılıram, həm də ki, həyat yoldaşımla cinsi əlaqədə oluram. Mənim gətirdiyim dini sevən şəxs, mənim sünnəmi (söylədiklərimi, davranış və rəftarlarımı) özünə nümunə götürməlidir. Məni sünnəmdən biri də, evlənməkdir!"2



536. İmam Sadiq (ə): Üç qadın Peyğəmbərin (s) yanına gəldilər. Onlardan biri dedi: Mənim ərim ət yemir. O biri dedi: Mənim ərim də, xoş ətirlərdən uaq durur. Üçüncüsü dedi: Mənin ərim isə qadınlarla yaxınlıq etmir.

Peyğəmbər (s) əbasını çəkə-çəkə evdən bayıra çıxdı. Minbərə qalxaraq Allah həmd-sən oxuyub, buyurdu: Nə üçün bəzi səhabələrim ət yemir, xoş ətirlərdən üz çevirir və qadınlarla cinsi əlaqədə olmurlar? Bir halda ki, mən ət yeyirəm, xoş ətirlərdən istifadə edirəm və qadınlarla cinsi əlaqədə oluram. Kim mənim sünnəmdən (qoyduğum adətlərdən, davranış tərzimdən) üz çevirsə, məndəm deyil."1



537. "Səhihi-Buxari": Əbu Cəhiyfə rəvayət edir: Peyğəmbər (s) Salmanla Əbu Dərdanı qardaşlıq əhdi oxutdu. Onları qardaş etdi. Bir gün Salman Əbu Dərdaya baş çəkməyə getdi. O, Ümm Dərdanın üst-başının pərakəndə və səliqəsiz olduğunu gördü. Soruşdu: Nə üçün bu vəziyyətdəsən?

Ümm Dərda dedi: Qardaşın Əbu Dərda tərki-dünya olub!

Əbu Dərda gəldi və Salmana yemək hazırlayaraq, dedi: Sən ye, mən orucam.

Salman dedi: Sən yeməsən, mən də yeməyəcəyəm.

Əbu Dərda yedi. Gecə olduqda, Əbu Dərda səhərədək oyaq qalıb, ibadətlə məşğulolmaq istədi. Salman ondan yatmasını xahiş etdi. Əbu Dərda yatdı.

Yenidə gecənin bir vaxtı ayağa qalxıb, ibadətlə məşğul olmaq istədikdə, Salman yenə də, ondan yatmasını xahiş etdi. O da, yatdı.

Səhərə yaxın Salman ayağa qalxıb, onu yuxudan ayıltdı. Hər ikisi namaz qılmağa başladılar.

Sonra Salman dedi: Allahın sənin boynunda haqqı olduğu kimi, bədəninin də, sənin boynunda haqqı var. Hər kəsin haqqını özünə ver.

Ardınca Əbu Dərda Peyğəmbərin (s) yanına gəlib, əhvalatı ona danışdı. Allahın rəsulu (s) buyurdu: "Salman doğru deyib."1

538. "Sünəni-Əbi Davud": Aişə rəvayət edir: Peyğəmbər (s), Osman ibn Məunun ardınca adam yoladı və onu yanına çağırdı. Osman gəldi. Peyğəmbər (s) ona buyurdu: "Ey Osman, mənim sünnəmdən (adət-ənənəmdən, davranışlarımdan) üz çevirirsənmi?"

Cavab verdi: Xeyir, ey Allahın rəsulu! Mən sənin yolunu getmək istəyirəm.

Buyurdu: " Mən gecələr həm yatıram, həm də namaz qılıram. Gündüzlər bəzən oruc tuturam, bəzən isə tutmuram. Qadınlarla (həyat yoldaşlarımla) cinsi əlaqədə oluram. Allahdan qorx, ey Osman! Həyat yoldaşının da sənin boynunda haqqı var. Qonağının da sənin boynunda haqqı var. Öz bədəninin də, sənin boynunda haqqı var. Bəzi günlər oruc tut, bəzi günlər isə ye.Gecələr həm namaz qıl, həm yat."2
7\6

Dörd aydan artıq həyat yoldaşı ilə intim əlaqədə olmamağın pislənməsi



539. "Təhzibül-əhkam": Səfvan ibn Yəhya, İmam Rzadan (ə) soruşdu: Bir kişinin cavan xanımı var. Amma bir neçə ay, hətta bir il keçir onunla yaxınlıq etmir. Onu incitmək məqsədilə deyil, bəlkə müsibət gördükləri üçün belə edir. O, bu barədə günahkardırmı?

İmam Rza (ə) buyurdu: "Dörd ay onunla cinsi əlaqədə olmasa günahkardır."1


8\6

Cinsi əlaqə zamanı riayət olunması yaxşı olan məsələlər

1- Güclü şəhvət


540. İmam Rza (ə): Yalnız sənə güclü şəhvət üz gətirdikdə, cinsi əlaqədə ol.2

2- Məxfi məkan


541. Allahın rəsulu (s): Qarğadan üç xasiyyəti ibrət alın: Məxfi şəkildə cinsi əlaqədə olar, sübh tedən ruzi axtarmağa gedər və ehtiyatlı davranar.3

542. İmam Əli (ə): Allahın elçisi (s), beşikdə uşağın ata-anasına baxdığı halda, kişinin öz qadını ilə cinsi əlaqədə olmasından çəkindirdi.1

543. İmam Sadiq (ə): Uşaq olan otaqda, kişi həyat yoldaşı və ya kənizi ilə cinsi əlaqədə olmamalıdır. Çünki bu iş (gələcəkdə, uşağın zehnində) zina (xatirəsi, meyli) yaradar.2

3- Mülaibə3

544. "Tarixi-Bağdad": Cabir rəvayət edir: Allahın elçisi (s) (bizi), öncə isinişmə (hazırlıq) olmadan, yaxınlıq etməkdən çəkindirdi.

545. Allahın rəsulu (s): Üç şey (həyat yoldaşına) zülm etməkdir: ... Kişinin qadını ilə, qabaqcadan hazırlıq olmadan, "xəbər göndərmədən": zarafat və öpüş olmadan; cinsi əlaqəyə girməsi. Sizilərdən heç kim öz qadını ilə heyvanlar kimi4 cinsi əlaqədə olmasın!5


546. Allahın rəsulu (s): Üç şey kişinin acizliyinin nişanəsidir: … Üçüncü budur ki, kişi qadını ilə (bir miqdar) söhbət etmədən, isinişmədən və qucaqlaşmadan, birbaşa cinsi əlaqəyə girsin. Bir halda ki, o, özünü razı salsın, amma qadını ondan razı qalmasın.1

547. İmam Sadiq (ə): ... Sizlərdən hər biriniz, öz qadınınızla yaxınlıq etməmişdən öncə, aranızda bir miqdar zarafatlaşma və isinişmə olsun. Çünki bu, sonra görəcəyiniz işi daha həzz verici edir.2

4- Gecikdirmək


548. Allahın rəsulu (s): Sizlərdən hər biriniz, qadınınızla cinsi əlaqədə olmamışdan öncə onu da həyəcanlandlrsın. Əgər qadınınızdan əvvəl şəhvətiniz doyarsa, onun da şəhvətini söndürməmiş, ondan öncə ayağa qalxmayın.3

549. Allahın rəsulu (s): Sizlərdən hər biriniz, həyat yoldaşınızla cinsi əlaqədə olarkən, ondan öncə ayağa qalxmasın.4

550. Allahın rəsulu (s): Kişi qadını ilə yaxınlıq etdiyi zaman, xoruz kimi olmamalıdır (bir anda uçub-enməməlidir). Bəlkə bir az gecikdirməlidir ki, qadın da, onun aldığı həzzi ala bilsin (onun çatdığı həzzə çata bilsin).5

551. Allahın rəsulu (s): İbn Qəddah, İmam Sadiqdən (s) rəvayət edir: Allahın elçisi (s) buyurdu: Quşlar kimi cinsi əlaqədə olmayın. Cinsi əlaqənin müddətini uzadaraq, (qadınlarınızın da, son həzzə çatması üçün) gecikdirin.1

552. İmam Əli (ə): Sizlərdən hər biriniz, həyat yoldaşınızla cinsi əlaqədə olarkən, ondan öncə ayağa qalxmasın. Çünki qadınların da (özlərinə məxsus cinsi) istəkləri var.2

5- Zikr və dua oxumaq


553. Allahın rəsulu (s): Ahay! Szilərdən hər kim həyat yoldaşı ilə yaxınlıq etmək istəsə, əvvəlcə belə dua etsin: "Allahın adı ilə. İlahi! Bizi şeytanın şərindən və bizə verdiyin hər ruzidən uzaqlaşdır." Bununla da, əgər bu yaxınlığın nəticəsində övlad sahibi olsalar, şeytan heç bir zaman ona zərər yetirə bilməz.3

554. İmam Baqir (ə): Övlad sahib olmaq istədikdə, cinsi əlaqədən öncə belə dua et: İlahi! Mənə övlad qismət et və övladımı isə əyri-əskiyi olmadan sağlam bədənli, pərhizkar insanlardan qərar ver. Onun aqibətini xeyirli et.4

555. İmam Baqir (ə): Əbdür-rəhman ibn Kəsir: İmam Sadiqin (ə) yanında əyləşmişdim. Həzrət (ə) şeytanın (insan, övlad sahibi olmaq istədikdə) vəsvəsəsindən elə danışdı ki, qorxdum. Dedim: Sənə qurban olum! Onun şərindən neçə yaxa qurtarmaq olar?

Buyurdu: "Həyat yoldaşınla yaxınlıq etməmişdən öncə belə dua et: Bağışlayan və mehriban Allahın adı ilə. Ondan başqa tanrı yoxdur. Yerlərin və göylərin yaradanıdır. İlahi! Əgər bu gecə mənə canişin (övlad) qismət etmək məqsədin vardırsa, şeytanın ondan bəhrələnməsinin qarşısını al. Onu şeytandan və onun şərrindən uzaq və pak saxla. Sən ən ali həmd-sənaya layiqsən."1



554. İmam Sadiq (ə): Szilərdən hər kim həyat yoldaşı ilə yaxınlıq etmək istəsə, əvvəlcə Allahı yad etsin (və "Bismillah"-"Allahın adı ilə" desin). Çünki bu zaman Allahı yad etsməsə, şeytan onun dünyaya gətirdiyi övladda öz payını (şərrini, fitnəsini) qoyar...2

6- Dəstəmaz almaq

557. Allahın rəsulu (s): Szilərdən hər kim həyat yoldaşı ilə cinsi əlaqəyə girdikdən sonra, yenidən bu işi təkrarlamaq istəsə, dəstəmaz alsın. Çünki dəstəmaz almaq onun yenidən yaxınlıq etməyinə həvəs (nəşat) qatar.3

558. Allahın rəsulu (s): Szilərdən hər kim həyat yoldaşı ilə yaxınlıq etdikdən sonra, bu işi təkrarlamaq istəsə, aradakı fasilədə dəstəmaz alsın.1

559. Allahın rəsulu (s): Möhtəlim2 olmuş kişinin, qüsl almadan, həyat yoldaşı ilə cinsi əlaqəyə girməsi məkruhdur. Çünki möhtəlim olduqdan sonra yaxınlıq etsə, bunun nəticəsində sahib olduğu övlad dəli olsa, özündən başqa heç kimi danlamasın (özünü günahkar bilsin).3
9\6

Cinsi əlaqə zamanı üzaq qalınması məsləhət olan məsələlər

1- Cinsi əlaqədə ifrat etmək


560. "Mən la yəhzərühül-fəqih": Allahın rəsulu (s) buyurdu: Kim əbədi yaşamaq istəyirsə, doğrusu, əbədi yaşamaq mümkün deyil. Amma (belə istəyi olan, uzunömürlü olmaq istəyən,) sübh yeməyi yesin, gözəl (rahat) ayaqqabı geyinsin, geyimi yüngül olsun və qadınlarla çox cinsi əlaqədə olmasın.

Soruşsular: Ey Allahın elçisi! Geyimin yüngül olmağından mədqsəd nədir?

Buyurdu: "Borcun az olması."4

554. İmam Əli (ə): "Cima1 nədir?"-deyə soruşulduqda, buyurdu: Utanmaq pərdəsinin kənara gedir, övrətlər qovuşur, bu (sanki) dəliliyə ən çox oxşayan haldır. Intim əlaqədə olmaqda ifrat etmək, insanı qocaldar. (Haram yolla bu işi) görüb qurtardıqdan sonra özünə gəldikdə, peşman olur. Bu işin halal meyvəsi, övladdır. Diri qalsa, valideynini məşəqətə salır. Ölsə, valideynləri (yenə də), onun üçün qəm-qüssəyə batır.2

2- Tox olan halda əlaqəyə girməmək


562. Allahın rəsulu (s): Sizlərdən heç kim, qarnı tox olduğu halda və (bağırsaqlarınız dolu olduğu,) ayaqyoluna getməyə ehtiyac duyduğu zaman, cinsi əlaqəyə girməsin. Çünki bu iş, babasil xəstəliyi yaradır. Sidik kisəniz dolu olan zaman da, intim əlaqəsinə girməyin. Çünki bu iş, fistul xəstəliyi yaradır.3

3- Üzü qibləyə intim əlaqəsində olmaq


563. İmam Əli (ə): Peyğəmbərin (s) çəkindirdiyi əməllərdən bəhs etdiyi zaman, buyurdu: O həzrət (s), kişinin öz qadını ilə üzü qibləyə olduqları halda, cinsi əlaqəyə girməsindən çəkindirdi.4

4- Cinsi əlaqə zamanı baqşqa qadını təsəvvür etmək


564. Allahın rəsulu (s): Əmirəl-mömininə (ə) tövsiyələrinin birində buyurur: "Ey Əli! Həyat yoldaşınla, başqa qadını təsəvvür edərək, cinsi əlaqəyə girmə. Çünki belə olduqda, dünyaya gələcək övladının xain, iki üzlü və dəli olacağından qorxuram.1

565. Allahın rəsulu (s): Əmirəl-mömininə (ə) tövsiyələrinin birində buyurur: "Ey Əli! Həyat yoldaşınla, başqa qadını təsəvvür edərək, cinsi əlaqəyə girmə. Çünki belə olduqda, dünyaya gələcək övladın, ya quldur, ya da ki, zalımlara köməkçi olar. Bir dəstə (günahsız) insan onun əli ilə həlak olar.2

5- Cinsi qürdrəti ilə lovğalanmaq


566. Allahın rəsulu (s): Çox cinsi əlaqədə olmağı ilə lovğalanmaq, haramdır.3

6- İntim macəralarını başqasına dannışmaq


567. "Müsnədi-ibn Hənbəl": Əsma binti Yəzid mənə rəvayət etdi ki; O, Peyğəmbərin (s) yanında, bir qrup qadın və kişi ilə birlikdə əyləşmdiyi zaman, Allahın rəsulu (s) buyurub: "Kişi qadını ilə birlikdə olan əhvalatını (cinsi əlaqəsini) başqalarına danışır və ya qadın əri ilə birlikdə olan əhvalatından (cinsi əlaqəsindən) başqalarının yanında söhbət açır."

Cəmiyyət sükut etdi. Mən dedim: Bəli (bəzən belə olur). Ey Allahın rəsulu! Həm qadınlar və həm də, kişilər bu haqda bir-birilərinə öhbət açırlar.

Buyurdu: "Heç bir zaman belə etməyin! Bilirsinizmi bu əməliniz nəyə oxşayır?! Sanki erkək şeytan dişi şeytanla küçədə (insanların arasında) cinsi əlaqədə olur və camaat onlara tamaşa edirlər."1

568. Allahın rəsulu (s): Qiyamət günü, Allah-təalanın yanında ən pis məqam (əməl), qadını ilə cinsi münasibətlərini insanların arasında faş edən kişiyə aid olacaq.2

569. "Əməlül-yəvm vəl-leylə": Allahın rəsulu (s) buyurdu: "Otağının qapısını bağlayan, pərdəsini çəkən kişinin, Allahın da, onların sirlərini örtdüyü bir halda, evdən çölə çıxıb -"Mən qadınımla belə etdim, elə etdim"- deməsi, mümkündürmü?! (Yəni; bu qədər məntiqsiz və ədəbsiz bir davranış ola bilərmi?!)

Bir cavan qız ayağa qalxıb, dedi: Allaha and olsun ki, bəzi kişilər və qadınlar belə hərəkət edirlər!

Allahın rəsulu (s) buyurdu: " Bilirsinizmi bu əməliniz nəyə oxşayır?!"

Dedilər: Nəyə oxşayır?

Buyurdu: Sanki erkək şeytan dişi şeytanla küçədə rastlaşdığı zaman, (insanların arasında) cinsi əlaqədə olur və camaat onlara tamaşa edirlər."1

570. "Əl-Möcəmül-kəbir": Əbu Ümamə rəvayət edir: Bir gün Peyğəmbərin (s) yanında bir qadın əyləşmişdi və o, üzünü qadına tutub, buyurdu: "Mən güman edirən ki, siz (qadınlar) xəlvətdə ərlərinizlə etdiyiniz əməllər haqında başqalarına danışırsınız, doğrudurmu?"

Qadın cavab verdi: Bəli, Allaha and olsun. Atam-anam sənə qurban olsun, ey Allahın rəsulu! Biz bununla fəxr edirik.

Allahın elçisi (s) buyurdu: "Belə etməyin. Çünki Allah-təala belə hərəkət edənləri özünə düşmən sayar."2

10\6

Cinsi əlaqənin haram olduğu yerlər




1- Heyizli3 olan qadınla cinsi əlaqədə olmaq


- وَ يَسْئَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذىً فَاعْتَزِلُوا النِّساءَ فِي الْمَحِيضِ وَ لا تَقْرَبُوهُنَّ حَتَّى يَطْهُرْنَ فَإِذا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَ يُحِبُّ الْمُتَطَهِّرِينَ

Qurani-kərim:

- "(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!"1

Hədislər:

571. Allahın rəsulu (s): Həyat yoldaşı heyizli olduğu halda onunla cinsi əlaqədə olan şəxsin övladı, anadangəlmə cüzam, alaca xəstəliyinə tutulsa; özündən başqa heç kimi qınamasın.2

572. "Təhzibül-əhkam": Eys ibn Qasim rəvayət edir: İmam Sadiqdən (ə) kişinin öz qadını ilə heyz halında cinsi əlaqəyə girməsi haqda soruşdum. Buyurdu: "Belə iş etməsin! Çünki Allah-təala, qadınla heyizli olan vaxt cinsi əlaqədə olmağı qadağan edib."3

573. İmam Sadiq (ə): Bzimlə yalnız napak doğulanlar və ya heyz halında bünövrəsi qoyulanlar, düşmənçilik edər.4

574. "Əl-Kafi": Əzafir Seyrəfi rəvayət edir: İmam Sadiq (ə) buyurdu: "Bu naqis yaranmış (əlil və ya səmə) məxluqları görürsənmi?"

Dedim: Bəli.

Buyurdu: "Bunlar, valıdeynləri heyizli vaxtı yaxınlıq edənlərin övladlarıdır."1

575. İmam Sadiq (ə): Heyizli qadın, bu müddət ərzində səbir etməlidir. Namaz qılmamalı və həyat yoldaşı ilə yaxınlıq etməməlidir.2

576. "Dəaimül-islam": Əhli-beytdən rəvayət olunan hədislərə əsasən, qadın heyizli və nifaslı olduğu zaman, paklaşmayana qədər, ərinin onunla cinsi əlaqədə olması haramdır3.4

2- Məsciddə etikaf1 saxlayarkən cinsi əlaqədə olmaq


وَ لا تُبَاشِرُوهُنَّ وَ أَنْتُمْ عاكِفُونَ فِي الْمَساجِدِ تِلْكَ حُدُودُ اللَّهِ فَلا تَقْرَبُوها كَذلِكَ يُبَيِّنُ اللَّهُ آياتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ

Qurani-kərim:

"Məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, müttəqi olsunlar!"2

Hədislər:

577. "Mən la yəhzərühül-fəqih": Zürarə rəvayət edir: İmam Baqirdən (s) soruşdum: Etikaf saxlayan şəxs cinsi əlaqədə ola bilərmi?

Buyurdu: "Etitikaf saxladığı zaman cinsi əlaqədə olan şəxs, zihar3 edib, gecə həyat yoldaşı ilə intim əlaqəsində olan şəxsin kəffarəsi miqdarında kəffarə ödəməlidir. Gündüz vaxtı bu işi görsə, iki qat kəffarə ödəməlidir."4



578. "Əl-Kafi": Səmaə ibn Mehran rəvayət edir: Etikaf saxlayan şəxsin həyat yoldaşı ilə cinsi əlaqəyə girməsi haqda soruşdum. Buyurdu: "O, Ramazan ayında bir gün orucunu yeyən şəxs kimidir."1

579. "Əl-Kafi": Həsən ibn Cəhm rəvayət edir: Əbül-həsəndən (ə) etikaf saxlayan şəxsin həyat yoldaşı ilə cinsi əlaqəyə girməsi haqda soruşdum. Buyurdu: "Etikaf saxladığı müddətdə, istər gecə olsun, istərsə də, gündüz, həyat yoldaşı ilə cinsi əlaqəyə girə bilməz."2


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə