Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Dördüncü fəsil Ailə hüququna riayət edilməsi



Yüklə 1,6 Mb.
səhifə11/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

Dördüncü fəsil

Ailə hüququna riayət edilməsi


1\4

Ailə hüququnu riayət etməyə həvəsləndirmək



419. Allahın rəsulu (s): Allah-təala hər hamidən, himayət etdiyi şey haqqında sorğu-sual edəcək. Ona yaxşı qayğı görtəlilib, yoxsa hədər edilib? Hətta kişidən ailəsi haqqında da, sorğu-sual olunacaq.1

420. Allahın rəsulu (s): Sizlərdən hər kim nəyinsə hamiliyini, məsuliyyətini öz öhdəsinə aldığı təqdirdə, onun haqqında sorğu-sual olunacaqsınız... Kişi öz ailəsinin hamisidir. Onların haqqında sorğu-sual olunacaqdır. Qadın da, ərinin evinin və övladlarının hamisidir. Onların barəsində hesab-kitab verəcəkdir.1

421. "Səhihi-Buxari": Abdullah ibn Ömər rəvayət edir: Peyğəmbər (s) mənə dedi: "Elə bilirsən sənin gecələr ibadətlə məşğul olmağın və gündüzlər oruc tutmağından xəbərim yoxdur?"

Dedim: Bəli, elə bilirdim.

Buyurdu: " Əgər beləcə davam etsən, gözlərin çuxura düşəcək, bədənin zəyifləyəcək və (xəstəliklərdən) əziyyət çəkəcəksən. Bir halda ki, həm ailən və həm bədəninin sənin boynunda haqqı var. Bəzi gecələr oyaq qal, bəzi gecələr isə yat."2

422. İmam Əli (ə): Hər kişi öz himasində olan şəxslər və ailəsi haqqında sorğu-sual olunacaq.3

423. "Əl-Kafi": Asim ibn Ziyad yumuşaq və zərif geyimləri bir kənara qoymuş və kobud, yun libaslar geyinirdi. Qardaşı Rəbii ibn Ziyad, Əmirəl-mömininə (ə) ondan şikayət etdi. Onun bu hərəkətinin ailəsini və övladlarını narahat etdiyini söylədi. Əmirəl-möminin (ə) buyurdu: "Asim ibn Ziyadı mənim yanıma gətirin." Onu İmamın (ə) yanına gətirdilər. İmam (ə) onu gördükdə üzündə acıqlı bir ifadə yarandı və ona buyurdu: "Həyat yoldaşından utanmırsanmı? Övladlarına rəhm etmirsənmi? Elə bilirsən ki, Allah-təala nemətlərini sənə halal buyurmuş, amma sənin onlardan istifadə etməyini istəmir? Sən bundan daha kiçiksən. Məgər Allah-təala buyurmur ki: "Yeri də (bütün) məxluqat üçün O döşədi. Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları..."1 Məgər Allah-təala buyurmur ki: "(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar). Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz? Onlardan (o iki dənizdən) inci və mərcan çıxar. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?!"2 Məgər Allah-təala buyurmur ki: "Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!"3

Asim cavab verdi: Ey Əmirəl-möminin! Əgər belədirsə, nə üçün siz özünüz (rahat geyimlər və dadlı, asan həzm olunan yeməklər əvəzinə) möhkəm yeməklər və kobud geyimlərdən istifadə edirsiniz?

Buyurdu: "Vay sənin halına! Allah-təala ədalətli rəhbərlərə, (rəhbərlik etdiyi cəmiyyətdə mövcud olan) ən kasıb insanlarla bərabər olmağı vacib edib. Bununla da, kasıblar öz yoxsul olduqları üçün (Tanrı dərgahına) şikayət, ahu-zar etməsinlər."

Bu sözləri eşidən Asim, yun paltarlarını çıxarıb, zərif geyimlərdən istifadə etməyə başladı. 1


2\4

Ailənizin hüququnu pozmayın



424. Allahın rəsulu (s): Ailəsinə əhəmmiyyət verməyən (məsuliyyətsiz davranan) şəxs, məlundur, məlundur!2

425. "Əl-Müstədrəkü-ələs-Səhiheyn": Cabir Xəyvani rəvayət edir: Ramazan ayının tamam olmasına iki gün qalmışdı. Mən Abdullah ibn Ömərin yanında idim. Şam şəhərindəki darğası (kahyası) onun yanına gəldi. Abdullah ona dedi: Ailəm üçün kifayət qədər məişət xərclərini ödəməyə azuqə (ya pul) qoymusanmı?

Dedi: Bir miqdar xərcləmək üçün pul qoymuşam.

Abdullah dedi: Səni and verirəm (Allaha), geri döndüyün zaman onlara kifayət qədər xərclik ver. Allahın rəsulunun (s) belə söylədiyini eşitdim: " Kişinin ailəsinə laqeydlik göstərməsi, məsuliyyətsiz yanaşması günahı (onun cəhənnəmə getməsinə) kifayətdir." 3

426. "Əl-Kafi": Cabir ibn Abdullah rəvayət edir: Peyğəmbər (s) buyurdu: "Sizin aranızda ən pis kişinin kim olduğunu deyimmi?"

Dedik: Bəli, ey Allahın rəsulu!

Buyurdu: " Sizin aranızda ən pis kişi, daim töhmət atan, dikbaş, acıdil, yeməyini (ailəsi və dostları ilə deyil) tək yeyən, simic, öz xidmətçisini (qulunu) döyən və ailəsini (təmin etmədiyi üçün) başqalarına möhtac buraxan şəxsdir."1

3\4

Ər-arvadın qarşılıqlı hüququ


427. Allahın rəsulu (s): Agah olun! Sizin qadınlarınızın boynunda haqqınız var və qadınlarınızın da sizin boynunuzda. Sizin onların boynunda olan haqqınız budur ki, xoşlamadığınız şəxsləri, xalçanızın üzərinə buraxmasınlar. Xoşlamadığınız insanları evinizə daxil etməsinlər. Qadınların sizin boynunuzda olan haqqı isə budur ki, onları yaxşı geyim və yeməklə təmin edəsiniz.2

428. Allahın rəsulu (s): Ey insanlar! Qadınlar sizin yanınızda əsir (kimi)dirlər. (Sanki) Öz mənfəətlərini və zərərlərini təyin etmək ixtiyarına (gücünə) malik deyillər. Onları Allahın əmanəti olaraq öhdənizə almısınız. Onları Allahın buyuruğu, kəlimələri ilə özünüzə halal etmisiniz. Onların sizin boynunuzda və sizin də onların boynunda haqqınız var. Sizin onların boynunda olan haqqınız budur ki, xoşlamadığınız şəxsləri, xalçanızın üzərinə buraxmasınlar və yaxşı işlərdə sizə itaətsizlik etməsinlər. Bunlara riayət etsələr, siz onların geyim və yeməklərini yaxşı şəkildə təmin etməyə borclusunuz. Onları döyməyin.1

429. "Məkarimül-əxlaq": Xəvlə, Allahın elçisinə (s) dedi: Mən özümü bəy evinə köçən gəlinlər kimi bəzəyib, ərimin yatağına gedirəm. Amma o, arxasını mənə çevirib, yatır. Mən (yenə də) onun qarşısına gedirəm. Amma yenidən arxasını mənə çevirir. Sanki mənə nifrət edir. Ey Allahın elçisi! Söylə, mən nə edim?

Peyğəmbər (s) buyurdu: "İlahi təqvaya üz gətir və ərinə itaət et."

- Mənim onun boynunda hansı haqlarım var?

- "Sənin haqqın budur ki, ö, özü necə yeyirsə, necə geyinirsə2 səni də beləcə yedirib, geyindirsin. Sənə şillə vurmasın, üzərinə bağırmasın."

- Onun mənim boynumdakı haqları hansılardır?

- "Onun sənin boynundakı haqqı burud ki, ərinin icazəsi olmadan evdən çölə getməyəsən. Onun icazəsi olmadan müstəhəbb oruc tutmayasan. Onun izni olmadan evindən (yəni; ərinin malından) sədəqə verməyəsən. Hətta dördayaqlıya (at, dəvə...) mindiyin halda belə olsa, ərin səni yanına çağırırsa, onun istəyini verinə yetirməlisən."1



430. Allahın rəsulu (s): Qiyamət günü ilk düşmənçilik edən şəxslər, ər-arvadlar olacaq. Allaha and olsun ki, qadının dili deyil, əlləri-ayaqları onun ərindən xəbərsiz etdiyi əməllər haqqında əleyhinə danışacaq, şahidlik edəcəklər. Kişinin də, əlləri və ayaqları onun qadını haqda etdiyi (pis) əməlləri barəsində xəbər verəcəkdir.2

4\4

Qadının ailədə hüququ


431. "Müstədrəkül-vəsail": Həvla soruşdu: Qadının kişinin boynundakı haqqı hansılardır?

Allahın elçisi (s) buyurdu: " Qardaşım Cəbrail (ə) qadın hüququnun qorunması haqda o qədər mənə tapşırdı ki, kişinin ona sanki “uf” deməsinə belə haqqı olmadığını düşündüm. Ey Məhəmməd! Qadınlarla mehriban rəftar edin. Qadınlar sizin yanınızda əsir (kimi)dirlər. Onları Allahın əmanəti olaraq öhdənizə almısınız. Onları Allahın buyuruğu, kitabı (kəlimələri) ilə Məhəmməd ibn Abdullahın şəriətinə, sünnəsinə uyğun olaraq, bir vəzifə kimi özünüzə halal etmisiniz. Onalrın cismini özünüzə halal etmisiniz və bədənləriniz təmasda olur. Elə buna görə də, sizin övladlarınızı bətnlərində daşıyırlar. Onları döğuş sancısı tutduqda (sizin boynunuzda haqları var). Onlarla mehriban olun və qəlblərinə sevinc bəxş edin. Qoy sizin yanınızda qalsınlar. Qadınlarla pis davranmayın, onları narahat etməyin. Qadınlara bağışladığınız (hədiyyə etdiyiniz) şeylərdən, onların razılığı və icazəsi olmadan istifadə etməyin."1



432. İmam Zeynülabidin (ə): "Risalətül-hüquq" kitabında buyurur: "Həyat yoldaşının sənin bounundakı haqqı budur ki; biləsən, Allah onu sənə rahatlıq və ünsiyyət mənbəyi qərar verib. Bil ki, bu, Tanrı tərəfində sənə əta olunmuş bir lütf və nemətdir. Ona hörmət göstərib, onunla mehriban davranmalısan. Hər nə qədər, sənin haqqın onun boynunda daha vacib olsa belə. Onun sənin boynunda olan haqqı budur ki, onunla mehriban davranmalısan, çünki o, sanki sənin əsirindir. Onu yemək və geyimlə təmin etməlisən. Cahillik etdiyi zaman onu bağışlamalısan."2

433. İmam Zeynülabidin (ə): "Risalətül-hüquq" kitabında buyurur: "Evlənmək yolu ilə sənin ixtiyarında olanın, (həyat yoldaşının) haqqı budur ki, biləsən, Allah onu rahatlıq qaynağı, ünsiyyət və sənin qoruyanın qərar verib. Həmçinin, siz ər və arvaddan hər biriniz digərinizin vücuduna görə Allaha şükür etməlisiniz. Bil ki, bu, Allahın ona verdiyi ne`mətdir. Bu ne`mətlə xoş rəftar etməyiniz vacibdir. Bu nemətin qədrini bil və onunla xoş rəftar et.

Doğrudur ki, istədiyin və istəmədiyin işlərdə zövcənin sənə itaəti çətin və səndən ona itaət lazımdır. O, yerə qədər ki, günah olmasın. Lakin, o qadının sənin boynunda da mehribançılıq və ünsiyyət haqqı vardır. Sənin məqamının hifz olunması onun ətəyindədir. Kam almaq və ləzzət almaq özü böyük bir haqqdır."1



434. İmam Sadiq (ə): Kişiyə evini və ailəsini idarə etməkdə üç xislət lazımdır, hətta bu xüsusiyyətlər onda olmasa belə (onları özündə yaratmalıdır): Xoş rəftar, ifrat etmədən əliaçıq olmaq və namusunu qorumaq üçün qeyrət sahibi olmaq.2

435. Allahın rəsulu (s): Qadının ərinin boynundakı haqqı bundan ibarətdir ki; onu ac buraxmasın, geyim ilə təmin etsin və üzünə qaş-qabaqlı baxmasın (ona üzünü turşutmasın). Əgər bunlara riayət etsə, Allaha and olsun ki, onun haqqını əda etmişdir.3

436. "Əl-Kafi": Şəhab ibn Əbdür-rəbiə rəvayət edir: İmam Sadiqə (ə) dedim: Qadının kişinin boynunda hansı haqları var?

Buyurdu: "Onu ac buraxmasın, geyim ilə təmin etsin və üzünə qaş-qabaqlı baxmasın (ona üzünü turşutmasın). Əgər bunlara riayət etsə, Allaha and olsun ki, onun haqqını əda etmişdir."



  • Yağ necə?

  • "Günaşırı yağla təmin etsin."

  • Ət?

  • "Üç gündən bir. Ayda on dəfə. Bundan çox lazım deyil."

  • Rəng necə?

  • "Hər aytı ayda bir dəfə. İl boyu dörd dəfə ona yeni paltar almalıdır. İkisi yay, ikisi qış üçün. Evini daim üç şeylə təmin etsin: Baş yağı (jele və bunun kimi saç bəzəmək üçün məmulatlar), sirkə və yemək bişirmək üçüç yağ. Onların yeməyini "müdd"lə1 təyin etsin. Çünki mən də həm özümün və həm ailəmin yeməyini bununla ölçürəm. Ailəsinin hər üzvünün yeməyini təyin etsin. Onlar istəsə yeyər, istəsələr də, kiməsə bağışlayarlar. İstəsələr də, sədəqə verərlər. (Bu onların ixtiyarında olsun.) Ailəsini mövsüm meyvələri ilə təmin etsin. Bayram günlərində, adi günlərdə onlar üçün almadığı yemək məmulatları ilə daha çox hazırlasın.2

437. "Sünəni Əbi Davud": Müaviyə Qəşiri rəvayət edir: Peyğəmbərə (s) dedim: Ey Allahın elçisi! Biz ər-arvadların bir-birimizin boununda olan haqlarımız hansılardır?

Buyurdu: "Özün yedikdə, onu da yedir; özün geydikdə, onu da geydir. Ona şillə vurma və üzünü turşutma."3



438. İmam Sadiq (ə): Ər öz həyat yoldaşı ilə bağlı üç məsələyə diqqət yetirməlidir: Onunla yola getməlidir ki, bu vasitə ilə məhəbbət və sevgisini qazansın. Onunla xoşrəftar olmaqla, onun qəlbini oğurlamaqla, özünü onun gözündə ucaltsın. Bir də ki, məişət qayğılarını təmin etsin.1

439. "Əl-Kafi": İshaq ibn Əmmar rəvayət edir: İmam Sadiqdən (s) soruşdum: Qadının kişinin boynundakı haqqı nədir? Belə ki, onu riayət etməklə yaxşı əməl sahiblərindən sayılsın?

Buyurdu: "Onun yeməyini və geyimini təmin etsin. Nadanlıq etdikdə onu bağışlasın."

Sonra buyurdu: "Atamın həyat yoldaşlarından biri onu incidirdi. Amma atam onu bağışlayardı."2

440. "Müsnədi-şamiyyin": Ənəs ibn Malik rəvayət edir: Peyğəmbər (s) gecələr (namaz qılmaq və ibadət etmək üçün) ayağa qalxarkən, Quranı dodaqları arasında zümzümə edərdi. Bir formada ki, biz onun bir ayəni qurtarıb, o birisini başladığını anlayardıq.

Soruşdum: Ey Allahın elçisi! Nə üçün Quranı uca səslə oxumursan?

Buyurdu: "İstəmirəm ki, ailəm və dostlarımı yuxudan ayıldım."3

5\4

Kişinin ailədə hüququ


441. Allahın rəsulu (s): Ey Həvla! Kişinin qadının boynunda olan haqqı budur ki, əri olmadığı zaman evini qorusun. Həyat yoldaşına məhəbət, eşq və şəfqət bəsləsin. Onu qəzəbləndirməsin. Ərinin razılığını ələ gətirmək üçün çalışsın. Onunla bağladığı əhdi-peymana sadiq qalsın. Onunla əsəbi davranmasın. Övladlarında kimisə ona şərik qərar verməsin. Ona xəyanət etməsin və incitməsin...

Əgər bunlara riayət etsə, qiyamət günü ay üzlü bir bakirə qıza çevriləcək. Əgər əri mömin və doğru əməl sahiblərindən olsa, ona həyat yoldaşı seçiləcək. Amma mömin olmasa, qadın, (Allah yolunda) şəhid olmuş şəxslərdən biri ilə evləndiriləcək.

Ərin hüquqlarından biri də budur ki, o olmadığı yerdə, qadın özünü ətirləməsin.1

442. Allahın rəsulu (s): Ərin həyat yoldaşının boynunda olan haqqı budur ki; yatağını tərk etməsin, andını qəbul, onun əmirlərinə tabe olsun və onun icazəsi olmadan evdən bayıra çıxmasın. Ərinin xoşlamadığı şəxsləri evə buraxmasın.2

443. Allahın rəsulu (s): Allaha və qiyamət gününə inanan hər bir qadın, əri narazı olduğu halda, başqa insanları evinə daxil etməz. Ərinin razılığı olmadan evdən bayıra getməz. Onun necə rəftar etməsi barəsində başqalarının sözünə qulaq asmaz. Ərinin yatağından uzaq düşməz. Onunla rabitəni, əlaqəni kəsməz. Ərinə haqsızlıq etdiyi zaman, onun yanına gedib, ürəyini ələ alar. Həyat toldaşı onun üzrünü qəbul etsə, Allah da, onun üzrünü qəbul etmişdir. Artıq ona günah yqzılmaz. Amm əri onun üzrünü qəbul etməsə, qadın, Allah yanında üzürlü sayılar.1

444. Allahın rəsulu (s): Ey Həvla! Ərini qəzəbləndirdiyi zaman, onu xoşhal etmək, qadının vəzifəsidir. Onun üzünə qəzəblə baxmağa haqqı yoxdur... Həmçinin, əri ondan narazı qaldığı müddətdə Allah-təala da ondan narazıdır.2

445. İmam Baqir (ə): Allahın elçisi qurban bayramı günü bir erkək dəvəyə minərək, Mədinə şəhərinin arxa hissəsinə doğru yola düşdü. Yolda bir dəstə qadınla rastlaşdı. Dayanıb, onlara belə buyurdu: "Ey qadınlar, sədəqə verin və həyat yoldaşlarınıza itaət edin."3
6\4

Ərin hüququna riayət edilməsinin əhəmiyyəti



446. Allahın rəsulu (s): Qadın, əri ondan razı olduğu halda dünyadan gedərsə, behişt əhli olar.1

447. "Məsaili-Əli ibn Cəfər": Ondan (İmam Kazimdən (ə)) ərini incitmiş qadın barəsində soruşdum: Belə qadının namazı qəbuldurmu? Ümumiyyətlə belə qadını necə dəyərləndirmək olar?

Buyurdu: "Ərinin razılığını cəlb etməyincə, ona itaətsizlik etmiş sayılır."2

7\4

Həyat yoldaşına itaət edən qadının mükafatı



448. Allahın rəsulu (s): Allahını tanıyan, Onun peyğəmbərinə (s) iman gətirən və peyğəmbərin Əhli-beytinə etiqad bəsləyən qadın, gündəlik beş namazını qılar, Ramazan ayında oruc tutar, ətəyini (iffətini) qoruyar, ərinə itaət edər. Belə qadın, behiştə istədiyi qapıdan daxil olar.3

449. Allahın rəsulu (s): Qadın, gündəlik beş namazını qılsa, Ramazan ayında oruc tutsa, ətəyini (iffətini) qorusa, ərinə itaət etsə, behiştə istədiyi qapıdan daxil olar.4

450. Allahın rəsulu (s): Elm öyrənən, ərinə itaət edən qadın və valideynləri ilə xoşrəftar olan övlad peyğəmbərlərlə birlikdə, sorğu-sualsız behiştdə gedəcək.1

451. Allahın rəsulu (s): Üç şəxs cəhənnəm odu görməz: Ərinə iatət edən qadın...2

452. Allahın rəsulu (s): Ərinin göstərişlərinə tabe olan, onun hüququnu yerinə yetirən, onun yaxşılıqlarını dilə gətirən və onun namusuna, malına xəyanət etməyən qadın, behişt əhlidir. Onunla şəhidlərin arasında yalnız bir dərəcə məqam fərqi olacaq. Əgər əri mömin və xoşrəftar olsa, ona həyat yoldaşı seçiləcək. Amma mömin olmasa, qadın, (Allah yolunda) şəhid olmuş şəxslərdən biri ilə evləndiriləcək.3

453. "Kənzül-ümmal": İbn Abbas rəvayət edir: Ey Allahın rəsulu! Mən qadınların nümayəndəsi kimi sınin yanına gəlmişəm. Qiyamət gününə qədər mənim bu sözlərimi eşidən hər qadın seinər: Allah-təala həm kişilərin və həm də, qadınların Tanrısıdır. Adəm həm kişilərin və həm də, qadınların atasıdır. Həvva həm kişilərin və həm də, qadınların anasıdır. Allah-təala cihadı kişilərə vacib buyurub. Əgər onlar döyüşdə şəhid olsalar, Allahın yanında diridirlər və ruzi yeyəcəklər. Əgər cihada gedərkən yolda vəfat etsələr, yenə Allah yanında mükafat qazanırlar. Cihaddan sağ qayıtsalar da, Tanrı dərgahında böyük əcr və mükafatlar onları gözləyir. Biz isə yaralılara yardım edir və xəstələrə xidmət göstəririk. Bizim Allah yanında mükafatımız nədir?

Allahın Rəsulu (s) buyurdu: "Ey qadınların nümayəndəsi! Səni nümayəndə kimi göndərən bütün qadınlara de ki; ərə itaət etmək, onun haqq və hüququnu yerinə yetirmək, kişinin qazqndığı bütün fəzilətlərə bərabərdir."1



454. Allahın rəsulu (s): Rəvasın qızı Qəsrə Kindiyə müraciətlə: Ey Qəsrə! Allahı daim yad et ki, O da, səni qiyamət günü bağışlasın. Ərinə itaət et ki, Allah-təala səni dünya və axirət şərrindən qurtarsın. Ata-anana yaxşılıq et ki, evinin xeyir-bərəkəti artsın.2

455. Allahın rəsulu (s): Qadını ərinə itaət etməsinə aid olan nümunələrdən biri də, onun icazəsi olmadan müstəhəbb oruc tutmamasıdır... əks təqdirdə... Bu qadın itaətsizlik etmiş sayılır.3


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə