Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Möhkəm ailənin səbəbləri haqqında şərh



Yüklə 1,6 Mb.
səhifə15/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

Möhkəm ailənin səbəbləri haqqında şərh


Cəmiyyətdə əxlaqi və mənəvi dəyərlərin istiqrarı və möhkəmlənməsinin əsas amillərindən biri də, ailə təməlinin düzgün və möhkəm şəkildə qoyulmasıdır. Bu dəyərli quruluşun sağlam təməllərlə möhkəmlənməsi üçün, ailə bağlarının iki əsas ünsür; "məhəbbət" və "paklıq" üzərində köklənməsi zəruridir.

İslami hədislərə əsasən dostluq, özü-üzlüyündə bir növ ailə bağı kimidir. Necə ki, İmam Əli (ə) buyurur: "Dostluq (bir növ) qohumluqdur."3

Başqa bir hədisdə isə buyurur: "Dostluq, qohumluğun ən yaxın növüdür."4

Həzrət Əli (ə) qohumluq əlaqəsinin özünün də, dostluğa ehtiyacı olması haqda belə buyurur: "Hər qohumluğun dostluğa ehtiyacı var."5

Əsl həqiqətdə ailə bağları, məhəbbət və dostluq olmadan həqiqi mənasını itirmişdir. Necə ki, Həzrət Əli (ə) buyurur: "Dostun sənin qardaşındır. Bir halda ki, qardaşın sənin dostun deyildir."1

Həmçinin, dini inaclar və ailə həyatının müqəddəsliyinə olan inam, ailə qurmaqda əsas və yaradıcı rola malikdir. Çünki, mənəvi dəyərlərə sayğısız və ailə müqəddəsliyinə inanmayan, yalnız maddiyyat fikrində olan şəxslərlə, birlikdə yaşayış və dostluq etmək, heç də, güvən və etibar vəd etmir. Həzrət Əli (ə) buyurur: "Dünya qullarının dostluğu süst olur. Çünki təməlləri (səbəbləri) özü də süstdür. (Amma) axirət qullarının dostluğu, möhkəm olur. Çünki onun təməlləri özü də möhkəmdir."2

Başqa bir hədisdə buyurur: "(Həqiqi) dindarların dostluğu çox gec pozular, o, əbədidir."3

Sonsuz hikmət sahibi olan aləmlərin Rəbbi, təbii olaraq iki insanın məhəbbətini bir-birilərinin qəlbində yerləşdirərək, ailə təməllərinin atılmasına şərait yaratmışdır: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!"4

Bununla da, Allah-təala, evlilik həyatına mənəvi dəyər bağışlayaraq, ailə həyatının müqəddəs olmasına təkid etmişdir.

Deməli, ailədə məhəbbət və paklığa səbəb olan hər bir şey, bu müqəddəs quruluşu möhkəmləndirir. Ailədə məhəbbət və paklığın azalmasına səbəb olan hər bir şey, bu müqəddəs quruluşun süstlüyünə və dağılmasına bais olur.

Möhkəm ailə quruluşuna sahib olmaq üçün ilk addım, islam dinində ailə qurmaq üçün nəzərdə tutulmuş qayda-qanunlara riayət etməklə atılır.

Peyğəmbərimizin (s) və Əhli-beytin (ə) hədislərində, ailədə məhəbbət və paklığı möhkəmləndirmək üçün olduqca dəyərli göstərişlər mövcuddur. Bu göstərişlərin ən mühüm hissələri üç qismə ayrılır:

1- Qadın və kişinin müştərək vəzifələri

2- Kişiyə xas olan vəzifələr

3- Qadına xas olan vəzifələr

a) Kişi və qadının ən zəruri vəzifələri

1- Birbirinizə sevginizi aşkar edin


Dinimizin davranış qaydaları haqda olan ən dəyərli tövsiyələrindən biri də, insanların bir-birilərinə qarşı öz məhəbbətlərini izhar etmələri və dilə gətirmələridir. Allahın elçisi (s) buyurur: "Məhəbbətini, sənə qarşı məhəbbət bəsləyən şəxsə, izhar et ki, aranızdakı sevgi daha da möhkəmlənsin."1

Başqa bir rəvayətdə buyurulur: "Öz müsəlman qardaşının xətrini çox istəyirsənsə, onu bundan xəbərdar et. Çünki bu iş, insanları bir-birinə daha yaxın edir."2

Sözsüz ki, hər kəs öz həyat yoldaşını sevdikdə, bu hissi ona aşıladıqda, onların sevgisi daha da möhkəm olcaq və ailə təməlləri süstləşməyəcək. Bu, ər və arvadın hər ikisinə aiddir. Amma qadın, həyat yoldaşının ona qarşı öz məhəbbətini izhar etməsinə daha çox ehtiyac duyduğu üçün, islami rəvayətlərdə kişinin qadına öz sevgisini bəyan etməsinə dəfələrlə təkid olunur. Allahın rəsulu (s) buyurur: "Kişi qadınına "Mən səni sevirəm"- desə, bu söz heç vaxt onun qəlbindən silinməz."1

Başqa bir hədisdə buyurur: "Kişi qadının və qadın kişinin üzünə mehribanlıqla nəzər salsa, Allah-təala onların hər ikisinə mehribanlıq nəzəri salar. Onlar bir-birilərinin əllərini (məhəbbətlə) tutduqları zaman, günahları barmaqlarının arasından süzülüb-tökülər."2

Həmçinin, övlada qarşı öz məhəbbətini izhar etmək də, ailə bağlarının möhkəmlənməsiniə xidmət edir: "Mömin Allahın dostudur və övlad ona ilahi hədiyyəsidir. Hər kimə Allah-təala övlad nəsib etsə, onu çox öpsün."3

Diqqət yetirmək lazımdır ki, ailəyə olan sevginin, qayğının həddini aşması və nəticədə Allah-təalaya, dini dəyərlərə və insani duyğulara qarşı etinasızlıq, sayğısızlıq yaratması, olduca tənqid edilmişdir. Allahın elçisinin (s), Abdullah ibn Məsuda belə buyurduğu rəvayət olunur: İbn Məsuda tövsiyəsində: Ey Məsudun oğlu! Ailənə üyək yandırmağın, (ailənin qayğılarını çəkməyin), sənin Allaha itaətsizliyinə səbəb olmasın. Çünki Allah-təala buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. 1"2


2- Birbirinizə qarşı xoşrəftar və xoşəxlaq olun


Möhkəm ailə quruluşuna sahib olmağın yollarından və əsas amillərindən biri də, xoşrəftarlı olmaqdır. Allahın elçisi (s) buyurur: "Xoşrəftarlı olmaq, sevgini möhkəmləndirir."3

Bu da, həm kişinin və həm də, qadının üzərinə düşən bir vəzifədir. Anacaq kişi ailənin rəhbərliyini öhdəsinə aldığı üçün, dinimizdə, xoşrəftarlı olmaq daha çox ona tövsiyə edilmişdir. Ənəs ibn Malik rəvayət edir ki; Allahın elçisindən soruşdular: Hansı möminin imanı daha kamildir?



Buyurdu: "Ailəsi ilə yaxşı davranan şəxsin."4

Başqa bir hədisdə buyurur: "Ən imanlı insanlar, xoş xasiyyətli olanlar və ailələrinə qarşı ən mehriban olanlardır. Mən sizlərin arasında, ailəsi ilə ən mehriban davranan şəxsəm."5

Bununla belə ki, qadın və kişinin qarşılıqlı olaraq bir-birilərinə gözəl davranması, sağlam ailə quruluşunun yaranmasında zəruridir, Qurani-kərim kişilərə belə buyurur: "Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun."1

İmam Sadiq (ə) buyurur: "Kişiyə evini və ailəsini idarə etməkdə üç xislət lazımdır, hətta bu xüsusiyyətlər onda olmasa belə (onları özündə yaratmalıdır): Xoş rəftar, ifrat etmədən əliaçıq olmaq və namusunu qorumaq üçün qeyrət sahibi olmaq."2



3- Birbirinizin hüquqlarına ehtiram qoyun

Möhkəm ailə quruluşunun yaranmasına xidmət edən ən əsas amillərdən və ər-arvadın qarşılıqlı vəzifələrindən biri də, bir-birilərinin hüquqlarına riayət etmələridir. Allahın elçisi (s) bu haqda belə buyurur: "Agah olun! Sizin qadınlarınızın boynunda haqqınız var və qadınlarınızın da sizin boynunuzda."3

İmam Zeynül-abidin (ə) "Hüquq risaləsi"ndə buyurur: "Həyat yoldaşının haqqı budur ki; sən onun Allah-təala tərəfindən sənə təskinlik bəxş edən və ünsiyyət , bağlılıq yaratmaq üçün əta olunduğunu biləsən. Bil ki, o, Tanrı tərəfindən sənə bəxş olunmuş bir nemətdir. Deməli, ona hörmət etməli və onunla mehriban olmalısan."4

Kişinin öz həyat yoldaşının, ailəsinin hüququnu qorumasına o qədər təkid olunub ki, Allahın rəsulu (s) bu barədə belə buyurur: "Ailəsinə əhəmmiyyət verməyən (məsuliyyətsiz davranan) şəxs, məlundur, məlundur!"5

Başqa bir rəvayətdə buyurulur: "Kişinin ailəsinə laqeydlik göstərməsi, məsuliyyətsiz yanaşması günahı (onun cəhənnəmə getməsinə) kifayətdir." 1

Həmçinin, qadının öz ərinin hüququnu riayət etməsi o qədər mühümdür ki, hətta ona cihad savabı belə vəd edilir. Allahın elçisi (s) buyurur: "Qadının cihadı ərə layiqli xidmət göstərməkdir."2

İbn Abbas rəvayət edir: Ey Allahın rəsulu! Mən qadınların nümayəndəsi kimi sınin yanına gəlmişəm. Qiyamət gününə qədər mənim bu sözlərimi eşidən hər qadın seinər: Allah-təala həm kişilərin və həm də, qadınların Tanrısıdır. Adəm həm kişilərin və həm də, qadınların atasıdır. Həvva həm kişilərin və həm də, qadınların anasıdır. Allah-təala cihadı kişilərə vacib buyurub. Əgər onlar döyüşdə şəhid olsalar, Allahın yanında diridirlər və ruzi yeyəcəklər. Əgər cihada gedərkən yolda vəfat etsələr, yenə Allah yanında mükafat qazanırlar. Cihaddan sağ qayıtsalar da, Tanrı dərgahında böyük əcr və mükafatlar onları gözləyir. Biz isə yaralılara yardım edir və xəstələrə xidmət göstəririk. Bizim Allah yanında mükafatımız nədir?

Allahın Rəsulu (s) buyurdu: "Ey qadınların nümayəndəsi! Səni nümayəndə kimi göndərən bütün qadınlara de ki; ərə itaət etmək, onun haqq və hüququnu yerinə yetirmək, kişinin qazqndığı bütün fəzilətlərə bərabərdir."1

Ər-arvadın hüquqları haqda bəhs edən rəvayətləri dəyərləndirdikdə, bu nöqtəyə diqqət çəkmək lazımdır ki; islam dini, haqq-ədalət dinidir. Elə buna görə də, ailənin bütün üzvlərinin, istər qadın, istər kişi və istərsə də, övladın hüququ, sağlam ailənin ehtiyaclarını nəzərə alaraq, tənzimlənmişdir. Bununla da, diqqət yetirmək lazımdır ki, ailə üzvlərinin hər birinin hüququ; istər qadına, istər kişiyə və istərsə də, övlada xas olan hüquq nəzəriyyəsi, onların yaşadığı cəmiyyətdə mövcud olan şəraitə uyğun olaraq ortaya qoyulması mümkündür.

4- Birbirinizin cinsi istəklərinə cavab verin

Möhkəm ailə quruluşuna sahib olmağın yollarından və əsas amillərindən biri də, ər-arvadın qarşılıqlı olaraq bir-birilərinin cinsi istəklərini təmin etməsidir. Statistiklərin verdiyi məlumatlara görə, bəzi ölkələrdə, evli cütlərin müxtəlif bəhanələr gətirməsinə baxmayaraq, ər-arvadın boşanmaların əlli faizinin əsas və ən ümdə amili, məhz cinsi əlaqələrin qarşılıq görməməsindən qaynaqlanır.



İslam dininin ər-arvadın cinsi istəklərini təmin etməsi haqqında göstərişləri


İslam dininin ər-arvadın cinsi münasibətlərinin tənzimlənməsi haqda buyurduğu dəyərli göstərişlərə əməl olunsaydı, ailə quruluşu, bəzi cəmiyyətlərdə bu qədər tənəzzülə uğramazdı. Bu göstərişlər müfəssəl olaraq altıncı fəsildə, dəyərli oxucularımıza təqdim edilmişdir. Amma burada qısa bir işarə etmək istərdik:

1- Qadına əri üçün bəzənməsi tövsiyə olunur


Ər-arvadın cinsi istəkləri tənzimləyən gəstərişlərdən ilk olaraq, qadının əri üçün bəzənməsi tövsiyə olunur. İslami rəvayətlərdə qadının ərindən başqası üçün bəzənməsi, şiddətli şəkildə tənqid olunur. Başqa cəhətdən isə qadının əri üçün bəzənməsinə dəfələrlə təkid olunur. Deməli, qadının bəzənməsi, ailəni dağıda və ya möhkəmləndirə də bilər. Bu rəvayətlərə diqqət edin:

- "Qadın əri üçün özünü bəzəməsəydi, şübhəsiz, onun qəlbində özünə yer ayıra bilməyəcəkdi."1



- "Müsəlman qadın, özünü əri üçün xoş ətirlə bəzəməlidir."2

Məqatil ibn Həyyan rəvayət edir: Peyğəmbər (s) qızlarını ərə verdikdə, onlara tapşırırdı ki, qüsül almamışdan öncə, ərlərinə yaxınlaşmasınlar. Onların ərlərinə də, bu göstərişi verərdi.3



2- Kişiyə həyat yoldaşı üçün bəzənməsi məsləhət görülür

İslami rəvayətlərimizdə qadının kişi üçün bəzənməsinə nə qədər tövsiyə olunursa, kişinin də, qadını üçün bəzənməsinə bir o qədər tövsiyə olunub. Bu hədisə diqqət edin: "Qadın əri qarşısında (yerinə yetirilməsi lazım olan) vəzifəsi olduğu kimi, kişinin də, həyat yoldaşının qarşısında belə vəzifələri var. Yəni; özünü həyat yoldaşı üçün bəzəməlidir. Necə ki, qadın da, özünü onun üçün bəzəyir. Amma günah işlətməklə deyil."1

Başqa bir hədisdə buyurulur: "Kişinin öz həyat yoldaşı üçün bəzənməsi, qadının iffətinı artırar."2

Diqqət yetirmək lazımdır ki, İmam Kazimdən (ə) rəvayət olunan bir hədisdə, kişilərin özlərinə fikir verməməsi və həyat yoldaşları üçün bəzənməməsi, ərli qadınların pis yola düşməsinin səbəblərindən biri kimi qeyd olunur. Rəvayətin mətni belədir: "Bəli. Kişinin öz həyat yoldaşı üçün bəzənməsi, qadının iffətinı artırar. Qadınlar, ərlərinin bəzənməyi tərk etdikləri üçün, əxlaqsızlığa düşürlər." 3



3- Qarşılıqlı olaraq cinsi istəkləri təmin etməyin mükafatlandırılacağına təkid olunur

Mühüm və diqqət olunması zəruri olan məsələlərdən biri də, islami rəvayətlərdə evli cütlərin bir-birilərinin cinsi istəklərini təmin etmələrini təşviq etmək məqsədilə, tam şəkildə maddi bir məsələ olan halan yolla cinsi istəkləri təmin etməyə mənəvi mükafatlar vəd olunmasıdır. Məhşur hədis alimi, Şeyx Koleyni (kitablarında) Peyğəmbərin (s) Əbuzərə bu haqda belə buyurduğunu zikr etmişdir: "Həyat yoldaşınla cinsi əlaqədə olduqda savab qazanırsan."

Əbuzər təəccüblə soruşdu: Qadınlarla yaxınlıq etdikdə mükafatlandırılırqmı?

Buyurdu: "Hər vaxt harama düçar olsan, günahkarsan. Halal yolla cinsi əlaqədə olsan isə savab qazanarsan."1

Başqa bir rəvayətdə buyurur: "(Kişi) qadını ilə cinsi əlaqədə olduğu zaman günahları, ağacın yarpaqları kimi yerə tökülər. Qüsl etdiyi zaman isə günahları yuyulub, təmizlənər."2

4- Qarşılıqlı olaraq cinsi istəkləri təmin etməmək tənqid olunur


Bir sıra rəvayətlərimizdə kişinin öz həyat yoldaşının cinsi istəklərini təmin etməməsi və həmçinin qadının öz ərinin cinsi istəklərinə cavab verməməsi, şiddətli formada tənqid olunur. Mərhum Koleyninin yazdıqlarına əsasən İslam peyğəmbəri (s) qadınlara müraciətlə belə buyurur: "Ərinizi özünüzdən uzaqlaşdırmaq üçün namazlarınızı uzatmayın."3

Peyğəmbər (s), ifrat şəklində ibadətə məşğul olan və həyat yoldaşının cinsi istəklərini təmin etməyən Osman ibn Məzun adlı səhabəsinə buyurur: " Həyat yoldaşının da sənin boynunda haqqı var. 4

Başqa bir hədisdə isə ona buyurur: "Ey Osman! Allah-təala məni rahib olaraq göndərmədi. Əsl həqiqədə, məni sadə və asan təkallahlıq dini ilə (sizə peyğəmbər) göndərdi. Mən həm oruc tuturam, həm namaz qılıram, həm də ki, həyat yoldaşımla cinsi əlaqədə oluram. Mənim gətirdiyim dini sevən şəxs, mənim sünnəmi (söylədiklərimi, davranış və rəftarlarımı) özünə nümunə götürməlidir. Məni sünnəmdən biri də, evlənməkdir!"1

5- Qarşılıqlı olaraq cinsi ehtiyacları təmin etməyin vacib olması


Ər-arvadın qarşılıqlı olaraq bir-birilərinin cinsi istəklərini təmin etmələrinə təşviq etmək və bundan imtina etməyi pisləməkdən əlavə, dinimizin buyuruğuna əsasən, kişinin ən azı dörd ayda bir dəfə qadını ilə cinsi əlaqədə olmalıdır. Bu vacib edilmişdir.

Səfvan ibn Yəhya, İmam Rzadan (ə) soruşdu: Bir kişinin cavan xanımı var. Amma bir neçə ay, hətta bir il keçir ki, onunla yaxınlıq etmir. Onu incitmək məqsədilə deyil, bəlkə müsibət gördükləri üçün belə edir. O, bu barədə günahkardırmı?

İmam Rza (ə) buyurdu: "Dörd ay onunla cinsi əlaqədə olmasa günahkardır."2

6- İntim əlaqəsi zamanı bəzi döstərişlərə riayət etmək lazımdır

İslami rəvayətlərdə cinsi əlaqənin ədəb-ərkanı ünvanında söylənmiş bir sıra göstərişlər: Şəhvətin coşduğu zaman cinsi əlaqədə olmaq, yaxınlıqdan öncə zarafat və isnişmək, gecikdirmək kimi tövsiyələr, qarşılıqlı olaraq intim ehtiyacları təmin etməkdə boyük rola malikdir.

Dinimizin rəhbərlərinin bu tösiyələri açıq-aşkar ortaya qoyması bunu göstərir ki; cinsi məsələləri öyrənmək mənəvi dəyərlərə zidd deyil. Əsl həqiqətdə, bu təbii ehtiyacı ödəmək üçün zəruri və lazımlı bir addımdır. Çünki sağlam ailə həyatının amillərində biridir.

Cinsi əlaqənin ədəb-ərkanı ünvanında söylənmiş; yaxınlıqdan öncə dua etmək, zikr oxumaq kimi digər göstərişlərə gəldikdə isə, doğrusu, belə tövsiyələr cinsi əlaqənin mənəvi müqəddəsliyinə yardım edir. Bununla da, asağlam ailə mühitinin formalaşmasında əsaslı rol oynayır.


5- Məişət işlərində bir-birinə yardım etmək


Ər-arvadın ailə həyatının möhkəm bünövrə üzərində qurulmasına xidmət edən və bu yöndə əsaslı təsirə malik olan əxlaqi vəzifələrindən biri də, məişət işlərində bir-birilərinə kömək etmələridir.

İslamı rəvayətlərdə bu haqda özünəməxsus möhtəşəm və yüksək məna çalarlarına malik ibarətlər işlədilməsi, sağlam ailə mühitinə səbəb olan bu amilə xüsusi müqəddəslik bağışlayır. Allahın elçisi (s) Həzrət Əliyə (ə) müraciətlə belə buyurur: "Ey Əli! Yalnız doğru danışan insan, şəhid və Allah-təalanın dünya və axirətdə xeyrini istədiyi şəxs, ailəsinə xidmət edər."1

Başqa bir hədisdə oxuyururq: !Sənin (kişinin) qadına xidmət etməsi, sədəqədir!2

Digər bir hədisdə isə buyurulur: "Kişi arvadına su içirdikdə savab qazanar."3

Yenə oxuyuruq: "Möminə hər bir əməli üçün savab verilər, hətta həyat yoldaşının ağzına qoyduğun hər loğma üçün belə."4

Qadının ərinə məişət işlərində yardım etməsi haqda belə buyurulur: "Allah-təala, ərinə yeddi gün kömək edən hər qadının üzünə, cəhənnəmin yeddi qapısını bağlayar və behiştin yeddi qapısını açar ki, istədiyi qapıdan oraya daxil olsun."5

İmam Əlinin (ə) yaxın köməkçisi və dünya qadınlarının sərvəri Fatimə (ə) bu barədə islam cəmiyəti üçün ən dəyərli və gözəl nümunədir. İmam Baqir (ə) buyurur: "Əli (ə) və Fatimə (ə) işləri bölmək üçün Peyğəmbərin (s) yanına getdilər. Allahın elçisi (s) ev işlərinin Fatiməyə, evdən kənardakı işlərin isə Əliyə aid olduğunu bildirdi.

Fatimə dedi: Allahın rəsulunun (s) məni kişilərin əncam verdiyi işlərdən uzaq tutmasına görə, bir olan Tanrı şahiddir ki, mən necə də sevinirəm."6

Həzrət Bqirin (ə) söylədiyi digər rəvayətdə oxuyururq: "Fatimə, ev işlərini, yemək-çörək hazırlamaq, otaqları süpürüb, təmizləmək kimi işləri öz öhdəsinə götürüb, Əliyə bu haqda zəmanət verdi. Əli də, evdən kənardakı işləri; odun daşımaq və evə azuqə (qazanıb) gətirmək kimi işləri öz öhdəsinə aldı."1

Sözsüz ki, işlərin bu şəkildə bölünməsi, o dövrün ictimai şəraiti ilə sıx bağlıdır. Bu hədislərdən belə nəticə alırıq ki, hər dövrdə və hər bir şəraitdə qadın və kişi çəişət işlərində bir-birilərinə yardım etməlidirlər.

6- Qarşılıqlı hörmət


Sağlam ailə mühitinin yaranmasında mühüm rol oynayan altıncı amil isə ailə üzvlərinin bir-birilərinə qarşı hörmətlə davranmasıdır. Hörmətlə davranmaq, təkcə ailə üzvlərinə aid deyil, əsl həqiqətdə bütün müsəlmanlarla və hətta bütün insanlara aid olunur. Amma şübhəsiz, ər-arvadın, valideyn və övladların qarşılıqlı ehtiram və hörmətlə davranması, sağlam və möhkəm ailə təməllərinin atılmasında müstəsna rol oynadığı üçün, buna daha çox təkid edilmişdir. Diqqət etmək lazımdır ki, kişi ailənin böyüyü olduğu üçün bu barədə daha çox məsuliyyət daşıyır. Elə buna görə də, çoxsaylı rəvayətlərimizdə kişiyə öz qadınına hörmət etməsi tövsiyə olunur. Allahın elçisi (s) buyurur: "Kim ailə qursa, (həyat yoldaşına) hörmət etməlidir."2

Başqa bir hədisdə buyurulur: "Sizin aranızda ən dəyərli şəxs, ailəsi ilə ən yaxşı rəftar edəndir."1

Həmçinin kişiyə tövsiyə olunur ki, evə daxil olduqda öz ailəsinə salam versin: "Ey Ənəs!... Evə daxil olduğun zaman, ailənə salam ver ki, evinin xeyir-bərəkəti çoxalsın."2

Şübhəsiz, kişinin ailəsinə hörmət qoyması, evdə xeyir-bərəkətin və məhəbbətin artmasına xidmət edəcəkdir.


7- Səbir və mulayimlik


Möhkəm ailə təməllərinin və orada sağlam mühiti yaradan səbəblərdən biri də, səbir və mülayim davranışdır. Allahın elçisi (s) buyurur: "Mülayimlik bərəkətdir, qəzəb və köbud rəftar isə bədbəxtlikdir. Allah-təala bir ailəni sevsə, onlara mötədillik və mülayimliyi nəsib edər. Çünki mülayimlik, olduğu hər bir yeri zinətləndirər. Kobudluq və qəzəbli rəftar, olduğu hər bir yeri kirləndirər."3

Həyatın eniş-yoxuşları, insanın müxtəlif əhval-ruhiyyələrə düşməsi, baxış aspektlərinin rəngarəngliyi təbii formada bədəxlaqlığa və təzadlar gətirib çıxarır. Elə buna görə də, ailədə səbir, mülayimlik, keçinmək və görməməzliyə vurmaq kimi xüsusiyyətlər olmasa, uzunömürlü olmayacaqdır. Kişi qadının azacıq tərsliyi ucbatından boşanmağa qərar verəcək və qadın da, kişinin bədəxlaqına görə ondan ayrılmaq istəyəcək. Elə islam dininin əsas tövsiyəsi bu zaman ortaya çıxır ki; hər iki tərəfi səbirli və mülayim olmağa çağırıb, onlara bunun müqabilində çoxlu mükafatlar vəd edir. Qadına buyurur: "Ərinin bəd rəftarları qarşısında səbr edən qadına Allah-təala Fironun xanımı Asiyanın savabı qədər savab verər."1

Kişiyə buyurur: "Allah-Təala, Tanrıya xatir arvadının pis xasiyyətinə dözən kişiyə, səbir etdiyi hər gecə-gündüzə görə Əyyub(ə) peyğəmbərin bəla qarşısında qazandığı savabı əta edər. Qadının hər gecə-gündüz günahı, səhradakı qumlar qədər sayılar."2

Bu yolla da, ailənin dağılmasına mane olur.


8- Güzəşt


Başqalarının səhvlərinə göz yummaq və onların xətalarını bağışlamaq, sakit və asudə həyat sürməyin əsas amillərindən biridir. İmam Əli (ə) bu haqda buyurur: "Kim bəzi işlərdə güzəştə getməsə və göz yummasa, həyatı qaralar (zəhrimar olar)."3

Ailə həyatında çox zaman elə məsələlər ortaya çıxır ki, ailə üzvləri bu barədə bir-birilərinə güzəştə getmir, adi məsələlər üçün problemlər yaradırlar. Belə olduğu halda, həyat acı və dözülməz olur. Diqqət yetirmək lazımdır ki, bəzi çox da əhəmmiyətli olmayan məsələlərə göz yummaq və güzəştə getmək, sağlam ailə mühitinin qarantıdır.



9- Qənaətcil olmaq və sadə həyat


Uzun-uzadı arzularla, acgözlüklə və israfla yaşamaq, insan həyatını məşəqqətli edir. Amma (imkan olmadığı halda) aza kifayətlənmək (bunu böyük bir müsibətə çevirməmək) və qənaətcil olmaq, həyatın yükünü azaldaraq, onu daha da şirinləşdirir. Hədisdə buyurulur: "Ən xoş həyat tərzi, Allah-təalanın qənaət etməyi əta etdiyi və ləyaqətli qadın bəxş etdiyi şəxsə adiddir."1

Xüsisilə də, ər-arvad ailə həyatına qədəm yeni qoyduqları zaman, qənaət və sadə həyat tərzini qarşıya məqsəd qoysalar, ən ehtiyaclı vaxtda belə öz birgə yaşayışlarını daha da möhkən və davamlı edə bilərlər.


10- Razılıq (İlahi qəzavü-qədərə razı olmaq)


Kişinin ailəsinin rifahı üçün çalışması, ona xas olan vəzifələrdən biridir. Amma onun bu yolda sərf etdiyi zəhmətlər, bəzən gözlənilən nəticəni vermir. Bununla da, ailə həyatı maddi və qeyri-maddi problemlərlə üzləşir. Bax, elə bu zaman insan özünü ilahi müqəddərata təslim etməli və hətta ilahi qəzavü-qədərlə razılaşmağı öyrənməlidir. Bununla da, həyat ona ağır gəlməz və rahat-asudə yaşayışın ləzzətini dada bilər: "Ən səfalı həyat, Allahın qismət etdiyinə razı olub, sevinən şəxsə nəsib olar."2

Deməli, ailə üzvlərinin müştərək vəzifələrindən biri də, Allahın onlara nəsib etdiyi ruziyə və müqəddərata razı olmaqdır. Çünki insan Tanrının ona qismət etdiyi ruziyə razı olsa və bunu dözülməz bir hal kimi ortaya qoymasa, bütün problemlər, həyatın eniş-yoxuşları ona çətin gəlməyəcəkdir.




Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə