Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 1,6 Mb.
səhifə10/28
tarix18.02.2018
ölçüsü1,6 Mb.
#27143
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

Üçüncü fəsil

Dini tərbiyə


1\3

Dinin həyatımızdakı rolu



380. İmam Əli (ə): (Peyğəmbərin (s) merac hədisini söylədiyi zaman) "... Ey Əhməd! Bilirsənmi, hansı həyat daha asudə və rahatdır? Hansı ömür daha davamlıdır?"

Buyurdu (s): " Ey mənim Allahım, bilmirəm."



  • "Ən asudə və rahat həyatın sahibi, məni yad etməkdən yorulmayan, mənim haqqıma nadan olmayan və gecə-gündüz mənim razılığımı qazanmaq istəyən ... şəxs."1

381. İmam Əli (ə): Alimlər və müdrik insanlar bir-birilərinə məktub yazdıqda üç nöqtəyə riayət edirdilər ki, dördüncüsünə malik deyildi: Kim daha çox axirət haqqında düşünsə, Allah-təala onun dünya qayğılarını həll edər. Kim batinini islah etsə, Allah-təala onun zahirini islah edər. Allah-təala onunla camaatın münasibətlərini tənzimləyər.2

382. İmam Əli (ə): Hər kimə dindarlıq ruzisi nəsib olsa, dünya və axirət ruzisini əldə edibdir.3

383. İmam Əli (ə): Mən kimdə bir bəyənilmiş xislət tapsam, onun bəzi əməllərinə, bu xasiyyətinə görə dözərəm. Özümü onda çatışmayan başqa yaxşı xasiyyətlərə qarşı görməməzliyə vuraram. Amma ağılsızlıq və dinsizliyinə qarşı biganə qala bilmərəm. Çünki dindən ayrılmaq, amin-amanlıqdan, asayişdən ayrılmaq deməkdir. Qorxu içində yaşamaq, xoşagəlməzdir. Ağılsızlıq isə sanki ğlməkdir. Kimsə ğlülərlə oturub-durmaz.4

384. İmam Əli (ə): (Əsl) həyat dindarlıqdadır, ölüm isə yəqini (həqiqəti) əldən buraxmaqla birgədir.5

385. İmam Sadiq (ə): Dindar insan fikirləşər və aldığı nəticə onu sakitliyə və asayişə qərq edər. (Allahı böyük,) özünü kiçik sayar və təvazökarlığa sövq olar. Qənaətcil olar, bununla da, kimə və nəyəsə ehtiyac hiss etməz. Ona əta olunan nemətə sevinər. Tənhalığa üz gətirər və dostlarına ehtiyac duymaz.1 İstək və xahişlərinindən qurtular, azad (insan) olar. Dünyanı bir kənara qoyar. Pisliklərdən amanda qalar. Həsəd və paxıllıqdan uzaq olar. Dostluğu aşkar olar. İnsanları qorxutmaz. Onlara lovğalanmaz. Beləliklə camaatın danlağından da qurtular. Heç bir şeyə ürək bağlamaz, doğru yola və kamilliyə çatar. Əmin-amanlığa çıxar. Əməllərinin nəticəsi onu peşman etməz. 2

386. İmam Əli (ə): Dinin meyvəsi (səmərəsi), əmanətdarlıqdır.3

387. İmam Əli (ə): Dini həyatının sipəri, pərhizkarlığı (təqvanı) isə ölümünün bəzəyi et.4

2\3

Ailəni batil əqidə, əxlaq və rəftarlardan qoruyur


يا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنْفُسَكُمْ وَ أَهْلِيكُمْ ناراً وَقُودُهَا النَّاسُ وَ الْحِجارَةُ عَلَيْها مَلائِكَةٌ غِلاظٌ شِدادٌ لا يَعْصُونَ اللَّهَ ما أَمَرَهُمْ وَ يَفْعَلُونَ ما يُؤْمَرُونَ

Qurani-kərim: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)."1

Hədislər:

388. İmam Sadiq (ə): Bu ayə nazil olduğu zaman; "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." Bir müsəlman oturub, ağlamağa başladı. O, deyirdi: Mən özümü qoruya bilmirəm. İndi isə ailəmin məsuliyyəti də. Mənim üzərimə düşdü.

Allahın elçisi (s) buyurdu: "Sən özünə ərm etdiyini (əməl etdiyini), onlara da əmr etsən, özün çəkindiyin əməldən onları da çəkindirsən, kifayətdir."2



389. " Əd-Dürrül-mənsur": Zeyd ibn Səlim rəvayət edir: Allahın elçisi (s) bu ayəni oxudu: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." Səhabələr dedilər: Ey Allahın elçisi! Biz ailəmizi necə oddan qoruyaq?

Buyurdu: "Onları Allahın razı olduğu əməllərə doğru səsləyin və Allahın razı olmadığı işlərdən çəkindirin."3



390. İmam Əli (ə): Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", yəni; onlara elm və ədəb öyrədin.4

391. İmam Əli (ə): Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", yəni; özünüzə və ailənizə yaxşı əməlləri öyrədin.2

392. "Münyətil-mürid": Allah-təala buyurur: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", Əli (ə) və bir qrup şərhçi deyir: Yəni; Onlara qddan (cəhənnəm əzabından) qurtaran əməlləri öyrədin.3

393. "Səhihi-Buxari": "Bu ayə nazil olduğu zaman; "Ən yaxın qohumlarını qorxut!"4 Allahın elçisi (s) Qüreyşı yanına çağırdı. Onlar bir yerə toplandı. Peyğəmbər (s) əvvəlcə ümumi şəkildə, sonra isə bəzilərinə birbaşa olaraq müraciət etdi. Buyurdu: "Ey Kəəb ibn Luəyy övladları! Özünüzü oddan qoruyun. Ey Mərrə ibn Kəəb övladları! Özünüzü oddan qoruyun. Ey Əbdüş-şəms övladları! Özünüzü oddan qoruyun. Ey Əbdül-manaf övladları! Özünüzü oddan qoruyun. Ey Əbdül-mütəllib övladları! Özünüzü oddan qoruyun. Ey Fatimə! Özünü oddan qoru. Çünki mən (əgər ləyaqətiniz olmasa) Allah-təalanın yanında sizə bir yardım edə bilməyəcəm. Yalnız (sizə mənim köməyim bu ola bilər ki,) mənim qohumlarımsınız və mən qohumluq vəzifəmi bu dünyada sizə qarşı yerinə yetirə bilərəm.1

394. "Əl-Kafi": Əbu Bəsir, İmam Sadiqin (ə) Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", soruşulduqda, belə buyurduğunu rəvayət edir: "Onlari yaxşı işlərə sövq edib, pis işlərdən uzaqlaşdırmaqla (cəhənnəm odundan qoruyun)."2

395. "Mən la yəhzərühül-fəqih": İmam Sadiqdən (ə) Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." soruşuldu: Onlari necə oddan qoruyaq?

Buyurdu: "Onlari yaxşı işlərə sövq edib, pis işlərdən uzaqlaşdırmaqla (cəhənnəm odundan qoruyun)."

- Onları yaxşı işlərə sövq edib, pis işlərdən uzaqlaşdırırıq, amma bizi dinləmək istəmirlər.

- "Siz onlari yaxşı işlərə sövq edib, pis işlərdən uzaqlaşdırmaqla öz vəzifənizi yerinə yetirmiş olursunuz."3



396. "Əz-Zöhd": Hüseyn ibn Səid rəvayət edir: İmam Sadiqdən (ə) Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." soruşdum: Özümü qoruyq bilərəm, amma ailəmi oddan necə qoruyum?

Buyurdu: "Onlara Allahın buyurduqlarına əməl etmələrini əmr et və Onun qadağan etdiyi işlərdən uzaqlaşmalarına göstəriş ver. Sənə itaət etsələr, onları oddan qorumusan. Amma itaətsizlik göstərsələr, sən artıq öz vəzifəni yerinə yetirmisən. (Günahkar sən deyil, onlar özləridirlər.)"1



397. İmam Kazim (ə): Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", soruşulduqda, belə buyurduğunu rəvayət edir ki; Onlara Allahın buyurduqlarına əməl etmələrini əmr edin və Onun qadağan etdiyi işlərdən uzaqlaşmalarına göstəriş verin. Sizə itaət etsələr, onları oddan qorumusan. Amma itaətsizlik göstərsələr, siz artıq öz vəzifəni yerinə yetirmisizniz. (Günahkar siz deyil, onlar özləridir.)2

398. "Əl-Kafi": Süleyman ibn Xalid rəvayət edir: İmam Sadiqə (ə) dedim: Ailəm mənim göstərişlərimə riayət edir. Onları da imana dəvət edimmi?

Buyurdu: "Bəli, Allah-təala müqəddəs kitabında buyurur: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun."3



399. İmam Sadiq (ə): Bir kişi atamın hüzuruna gəldi və dedi: "Allah səndən razı olsun! Ailəmə də hədis söyləyə bilərəmmi?

Buyurdu: " Bəli, Allah-təala buyurur: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." Başqa bir ayədə də, buyurur: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz).1" 2

3\3

Ailəni namaz qılmağa və zəkat verməyə həvəsləndirmək


- وَ أْمُرْ أَهْلَكَ بِالصَّلاةِ وَ اصْطَبِرْ عَلَيْها لا نَسْئَلُكَ رِزْقاً نَحْنُ نَرْزُقُكَ وَ الْعاقِبَةُ لِلتَّقْوى (*)

- وَ اذْكُرْ فِي الْكِتابِ إِسْماعيلَ إِنَّهُ كانَ صادِقَ الْوَعْدِ وَ كانَ رَسُولاً نَبِيًّا (*)



وَ كانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلاةِ وَ الزَّكاةِ وَ كانَ عِنْدَ رَبِّهِ مَرْضِيًّا

Qurani-kərim: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!"3

"(Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi. O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmailin əməli Allah dərgahında bəyənilmişdi)."1

Hədislər:

400. İmam Əli (ə): Allahın rəsuluna (s) behişt müjdəsi verildikdən sonra, yenə də, (namaz və ibadətlərlə) özünü əziyyətə salırdı. Çünki Allah-təala ona buyurmuşdu: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et." Elə bu səbəbdən Peyğəmbər (s) ailəsinə namaz qılmağı əmr edirdi və özü də, ona səbirlə davam edirdi.2

401. Allahın rəsulu (s): Ailənizin yanına qayıdın. Onların yanında qalın, onlara elm öyrədin və əmrlər verin... Mənim namz qıldığım kimi, namaz qılın. Siz mənim necə namaz qıldığımı görürsünüz. Namaz vaxtı gəlib-çatdıqda sizlərdən bir nəfər azan desin və ən yaşlı olanınız pişnamaz (imam) olsun.3

402. Allahın rəsulu (s): Kim gecə yuxudan ayağa qalxsa, ailəsini də, oyatsa və hər ikisi birlikdə namaz qılsa, onlar, Allahı daha çox yad edən qadın və kişilərin sırasına daxil ediləcəklər.4

403. Allahın rəsulu (s): Allah, gecə yarısı ayağa qalxıb, namaz qılan kişidən razı olsun! Sonra ailəsini də, oyatsın və o da, namaz qılsın. Allah, gecə yarısı ayağa qalxıb, namaz qılan qadından razı olsun! Sonra həyat yoldaşını da, oyatsın və o da, namaz qılsın.1

404. İmam Sadiq (ə): Yaqub ibn Salimin, gecənin sonunda ayağa qalxıb, uca səslə Quran oxuyan kişi haqqında olan sualına cavab verərkən, buyurdu: "Kişi gecə namazına qıldığı zaman, elə səslə qılsın ki, ailəsi də onun namaz qıldığını eşitsin. Əgər ailəsi gecə namazı qılanlardandırsa, ayağa qalxıb, o da, namaz qıla bilsin. Yox, gecə namazı qılan deyilsə, (bu səs, ya əməl) ona da bir tərpəniş (ya həvəs) verə bilsin.2"3
4\3

Namaz qımağın həyatın çətinliklərini dəf etməkdə olan rolu


يا أَيُّهَا الَّذينَ آمَنُوا اسْتَعينُوا بِالصَّبْرِ وَ الصَّلاةِ إِنَّ اللَّهَ مَعَ الصَّابِرينَ

Qurani-kərim: "Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbir edənlərlədir (onların dostudur)."4

Hədislər:

405. "Məkarimül-əxlaq": Peyğəmbərin (s) ailəsi kasıblığa və aclığa düçar olduğu zaman, onlara belə buyurardı: "Ey mənim ailəm! Namaz qılın! Namaz qılın!1

406. "Əl-Möcəmül-əvsət": Abdullah ibn Salam rəvayət edir: Peyğəmbərin (s) ( adəti belə idi ki,) ailəsi çətinliyə düşəndə, onlara namaz qılmağı əmr edirdi. Sonra bu ayəni oxuyurdu: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et2"3

407. İmam Sadiq (ə): Hər zaman Əli (ə), nədənsə qorxsaydı, namaza pənah aparardı. Sona bu ayəni oxuyardı: "Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin."4

408. İmam Sadiq (ə): Nə üçün dünya qəmlərindən biri sizə üz gətirdikdə dəstəmaz almırsınız? Sonra məscidə gedib, iki rükət namaz qılmırsınız? Bu iki rükət namazla İlahi dərgahına dua etmirsiniz? Eşitməmisiniz ki, Allah-təala buyurur: "Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin."5

5\3

Duanın həyatın çətinliklərini dəf etməkdə olan rolu



409. İmam Sadiq (ə): Atam hər zaman qəm-qüssəyə düçar olduqda, qadın və uşaqları bir yerə toplayır və dua edirdi. Onlar da, "amin" –deyirdilər.1

410. İmam Sadiq (ə): Evində məscid düzəlt (namaz qılmaq üçün bir yer ayır). Bir şeydən qorxduğun zaman, iki ən qalın paltarını geyin və namaz qıl. Dizlərin üstə çöküb, Tanrının dərgahına ahu-zar et. Ondan behişt dilə və qorxduğun hər bir şeydən Allaha pənah apar. Ehtiyatlı ol ki, dilinə xoşagəlməz bir kəlmə gətirməyəsən, hətta bu kəlmə özünün və tayfanın xoşuna gəlsə də belə.2
6\3

Ailəni gözəl elm və əxlaqla tərbiyə etmək



411. Allahın rəsulu (s): Övladlarınızı üç xüsusiyyətlə tərbiyə edin: Peyğəmbərinizi sevsin, Peyğəmbərin Əhli-beytini sevsin və Quran oxusun.3

412. İmam Əli (ə): Kömeyl ibn Ziyada müraciətlə: Ey Komeyl! Ey Kumeyl! Ailəni gündüz gözəl xasiyyətlər əldə etməyin arxasınca getməyə, gecə isə yuxuda olan kəsin hacət və istəyinin dalınca getməyə vadar et.4

413. İmam Əli (ə): Övladlarınızı elm öyrənməyə vadar edin.5

414. İmam Əli (ə): Ədəb ən gözəl mirasdır.2

415. İmam Sadiq (ə): Mömin bəndə, ailəsi üçün elm və gözəl tərbiyəni miras qoyar. Belə ki, onların hamısının behiştə getməsinə bais olar. Ailəsinin kiçiyi, böyüyü, xidmətçisi və qonşusunu da, (verdiyi dəyərli tərbiyə nəticəsində) behiştdə tapar. Amma günahkar bəndə, ailəsi üçün pis tərbiyə miras qoyar. Bununla da, onları cəhənnəmə sürükləyər. Ailəsinin kiçiyi, böyüyü, xidmətçisi və qonşusunu da, (verdiyi pis tərbiyə nəticəsində) cəhənnəmdə tapar.3

416. Allahın rəsulu (s): Heç bir ata öz övladına gözəl əxlaqdan, tərbiyədən daha da dəyərli hədiyyə bağışlamamışdır.4

417. Allahın rəsulu (s): Kişinin övladının tərbiyəsi ilə məşğul olması, bir birsək (qızıl-gümüş) sədəqə verməsindən daha üstündür.5

418. Allahın rəsulu (s): Öz övladlarınıza hörmət edin, onları yaxşı tərbiyə edin ki, (günahlarınız) bağışlansın.6


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə