Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə36/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

146                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
misilsizdir və həddi aşanlara, günahkarlara verilə bilən 
ən yaxşı “dərs”, bəzən də ən tutarlı cəza, həm də onları 
cilovlayan amildir. Bütün bu – ədavət, düşmənçilik və 
kin-küdurətlərə son qoymaq kimi təsirli xassələrinə 
görə, İslam onu əlverişli metod sanır. Məsələn, Qurani-
Kərimdə buyurulur:
 ٌﻢﻴِﻤَﺣ ﱞ ِﱄَو ُﻪﱠﻧَﺄَﻛ ٌةَواَﺪَﻋ ُﻪَﻨْﻴَﺑَو َﻚَﻨْﻴَﺑ يِﺬﱠﻟا اَذِﺈَﻓ ُﻦ َﺴْﺣَأ  َﻲِﻫ ﻲِﺘﱠﻟﺎِﺑ ْﻊَﻓْدا}
{ ٍﻢﻴِﻈَﻋ ﱟﻆَﺣ وُذ  ﱠﻻِإ ﺎَﻫﺎﱠﻘَﻠُﻳ ﺎَﻣَو اوُ َﱪ َﺻ َﻦﻳِﺬﱠﻟا  ﱠﻻِإ ﺎَﻫﺎﱠﻘَﻠُﻳ ﺎَﻣَو
“Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda, aranızda 
düşmənçilik olan şəxsi, sanki, səmimi dost görərsən. 
Buna (bu məqama) yalnız səbir edənlər yiyələnər və 
yalnız böyük bəhrə (iman və  təqva) sahibləri nail 
olarlar!”
1
Birinci ayədə pisliyi yaxşılıqla ödəməyin qəribə 
təsirindən, onun sayəsində düşmənin səmimi və yaxın 
dosta çevrilməsindən, sonrakı ayədə isə bu dərəcəyə 
yalnız iman, təqva,  əxlaq və  fəzilət sahibləri, nəfsani 
istəklər müqabilində  səbir edib, dözənlərin nail ola 
bilməsindən söz açılır ki, bunların hər ikisi inkaredilməz 
bir həqiqətdir. Pisliyi yaxşılıqla ödəməyin qəribə təsiri 
haqda bunu demək olar ki, adətən, həddi aşanlar 
qarşı tərəfin nahiyəsindən qisas intizarını çəkir və çox 
güman ki, vicdanında bunu özünə layiq bilirlər. Lakin 
onların (qarşı tərəfdən gözlənilən) cəza intizarına əks 
olaraq pisliyi yaxşılıqla verildikdə, yatmış vicdanları 
oyanır, daxillərində  dərin iz buraxır. Belə hallarda 
onlar qarşı tərəfi günahsız, özlərini isə günahkar hesab 
edərək, tutduqları  işdən bərk peşman olurlar. Bəzən 
1 . “Fussilət” surəsi, ayə 34-35.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   147
bu təzyiq o qədər  şiddətli olur ki, kimsə ona davam 
gətirib,  ədavət hissindən dönməyə bilmir. Buna görə 
də, bəzən insanın düşməni belə tutduğu yolu dəyişir, 
təsirlənir.
Peyğəmbəri-Əkrəm (s) və haqq imamlarından nəql 
olunan dərin ifadələrdə bu səciyyə  ən yüksək insani 
sifət kimi göstərilir.
1. Peyğəmbəri-Əkrəm (s) buyurur:
  ُﻞ ِﺼَﺗ َو ،َﻚَﻤَﻠَﻇ ْﻦﱠﻤَﻋ ُﻮْﻔَﻌْﻟَا ؟ِةَﺮِﺧ ْﻵا َو ﺎﻴْﻧﱡﺪﻟا  ِﻖِﺋﻼَﺧ ِ ْيرَﺨِﺑ ْﻢُﻛُ ِﱪْﺧُا ﻻَا
َﻚَﻣَﺮَﺣ ْﻦَﻣ ُءﺎﻄْﻋِاَو ،َﻚْﻴَﻟِا َءﺎﺳَا ْﻦَﻣ ﱃِا ُنﺎﺴْﺣِ ْﻻاَو ،َﻚَﻌَﻄَﻗ ْﻦَﻣ
“Sizə dünya və axirətin xeyrindən xəbər verimmi? – 
Sənə zülm edəni bağışla, səninlə  əlaqəni qıranla  əlaqəni 
kəsmə, sənə pislik edənə yaxşılıq et və səni məhrum edənə də 
bəxşiş et!”
1
Peyğəmbəri-Əkrəmin (s) müsəlmanlara buyurduğu 
bu hədisə əsasən, dünya və axirəti təmin edən ən yaxşı 
əxlaq güzəşt və pisliyə qarşı yaxşılıqdır. Hədisdə qeyd 
olunan dörd buyruqdan üçü pisliyi yaxşılıqla ödəməyə, 
biri isə əfv və güzəştə aiddir.
2. İmam Baqirdən (ə) belə nəql olunur:
 ،ُﻪَﻤَﻠَﻇ ْﻦﱠﻤَﻋ ُﺢْﻔ ﱠﺼﻟا :ًاّﺰِﻋ  ّﻻِا َﻢِﻠ ْﺴُﻤْﻟا َءْﺮَﻤْﻟا ﱠﻦِﻬِﺑ ُﻪﻠﻟا ُﺪﻳِﺰَﻳ ﻻ  ٌثﻼَﺛ
 ُﻪَﻌَﻄَﻗ ْﻦَﻤِﻟ ُﺔَﻠ ﱢﺼﻟاَو ،ُﻪَﻣَﺮَﺣ ْﻦَﻣ ُءﺎﻄْﻋِاَو
“Üç  şey müsəlmana yalnız izzət və başıucalıq gətirər: 
Ona zülm edəni bağışlamaq, onu məhrum edəndən 
bəxşişi  əsirgəməmək və onunla əlaqəsini qıranla  əlaqəni 
pozmamaqdır.”
2
1 . “Biharul-ənvar”, 71-ci cild, səh.399.
2 . “Biharul-ənvar”, 71-ci cild, səh.403.


148                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Bu hədisdə də üç şey bəndənin izzətini artıranların 
sırasında göstərilir və onun ikisi pisliyə yaxşılıqla cavab 
verməyə, biri isə əfv və güzəştə aiddir. Əlbəttə, zülmkar 
düşmənin müqabilində əfv və güzəştin mənası yoxdur. 
Burada təslim olmaq gücsüzlük, şəxsiyyətsizlik, zillət 
və  bədbəxtlik, güzəşt isə başıucalıq və  şəxsiyyət 
nişanəsidir.  Əfv və güzəşt ictimai-hüquqi məsələlərə 
deyil, fərdin  şəxsi mülkiyyət və hüdudlarına aiddir. 
Amma şəxsi məsələ və fərdi hüquqlarda güzəşt qarşı 
tərəfin cürətini artırarsa, belə hallarda güzəştə yer 
yoxdur.
4. Sərtliyi tərk etmək
İctimai aləmdə, xüsusilə, beynəlxalq problemlərin 
həllində  sərtliyə  əl atmağın ağır zərərləri, belə 
çəkişmələrin təhlükəli və acı  nəticələri hamıya məlum 
məsələdir. Bunlar ürəklərdə  ədavət və kin-küdurət 
hissini oyadır, intiqam atəşini şölələndirir. Sərtlik nəinki 
böhran və  çətinlikləri azaltmır,  əksinə, çox vaxt onları 
şiddətləndirir, artırır və bir çox gərginliklər elə oradan 
qaynaqlanır. Onun xeyrindən çox zərəri vardır və belələri 
ona görə həmişə ağır cərimələr ödəməli olurlar. Lakin bu 
əməlin bütün nöqsan, təhlükələri və acınacaqlı aqibətini 
anladığımız halda çoxlarımız hər hansı  çətinliyi aradan 
qaldırmaq üçün onu ilkin yol görürük. Deməliyik ki, 
sülhməramlı yollardan istifadə və sərtlikdən uzaqlaşma 
şüurun, sərtlik isə hiss və  həyəcanın  əlamətlərindəndir. 
Bunu da bilirik ki, şüurun inkişafı insani təkamülün 
son mərhələsi, hiss və  həyəcanın dövranı isə ondan 
çox geridir. Həqiqətdə insanların  əksəriyyəti hiss və 
duyğular içində yaşayır və həmişə onun təsirinə məruz 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   149
qalırlar. Uşaqlıq çağları duyğuların inkişaf dövrü olsa da
mövcud insanın üzərində aparılan sosioloji araşdırmalar 
göstərir ki, (yuxarıda qeyd olunduğu kimi) onların çoxu 
psixoloji baxımdan uşaqlıq dövrünü ötüb keçə bilmir 
və çox vaxt böyüklərin sərtlik, zor və həddiaşma halları 
həmin çatışmazlığın  əlamətləridir.  İlk baxışda çoxları 
belə halları təbii, məqsədəuyğun saysa da, problemlərin 
həlli baxımından onların dəyər və yeri tam arxa plana 
düşür və insanın üzünə hər bir ağıllı məsləhət və üsulun 
bağlandığı  təqdirdə, həmin reaksiyalara icazə verilir. 
Bildirməliyik ki, yenilməz  şəxs, yaxud xalq isə ictimai 
problemlərini aradan qaldırmaq üçün hər yerdə sərtliyə 
zərurət görmür. Onların çoxunu sülh yolu, məsləhət və 
götür-qoyla həll etmək mümkündür.
İslam bu məsələyə yüksək əhəmiyyət verərək bəşərin 
həyatında sülh, dostluq və mehribanlığın rolu barədə 
faydalı təkliflər irəli sürür, ardıcıllarını da həmin ideya 
uğrunda yaşamağa çağırır. Hədislərdə sülh və dostluğa 
dair tövsiyələr ayrıca bir fəsli təşkil edir və bu məsələ ilə 
bağlı İslamın nəzərini bilmək üçün bir neçə hədisi qeyd 
edirik:
1. Peyğəmbəri-Əkrəm (s) buyurur:
َ ْيرَﺨْﻟا ُمَﺮْﺤُﻳ  َﻖْﻓﱢﺮﻟا ُمَﺮْﺤُﻳ ْﻦَﻣَو َﺔَﻛَ َﱪْﻟاَو َةَدﺎﻳﱢﺰﻟا  ِﻖْﻓﱢﺮﻟا  ِﰲ ﱠنِا
“Dostluq və mehribanlıqda vüsət və  bərəkət vardır. 
Ondan məhrum olan isə xeyirdən məhrumdur.”
1
Bu hədisdə açıq-aydın deyilir ki, xeyir-bərəkət 
dostluq və mehribanlıqdadır və onsuz xeyir-bərəkət 
də çəkilir.
2. Peyğəmbəri-Əkrəm (s) buyurur:
1 . “Biharul-ənvar”, 75-ci cild, səh.60.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə