Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   34   35   36   37   38   39   40   41   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   167
diqqətlə dinləyirmişlər.
3.  Qarşı  tərəfin  fikirləri ilə tanış olmağa rəğbət 
göstərmək və onlardan söz açmağın özü (ona) xoş təsir 
qoymaqda böyük rola malikdir. Peyğəmbəri-Əkrəmin 
(s) xüsusiyyətlərindən biri də bu idi ki, səhabələri ilə tək 
olduqda, onların ailə vəziyyəti, həyat yoldaşı, övladları, 
ümumiyyətlə, onların istədikləri ilə maraqlanarmış.
4. Yeri gəldikcə, qarşı tərəfin müsbət fikirlərini qeyd 
etmək lazımdır ki, nöqsan və  səhvlərini qəbul etmək 
üçün ruhi hazırlığı olsun.
5.  Həqiqi mənada ürəkyandırma. Başqalarının 
diqqəti və rəğbətini cəlb etməkdə ən təsirli amillərdən 
biri həqiqətən ürəkyananlıq göstərməkdir. Adətən, 
insan bir kəsin doğrudan da ürək yandırdığını 
müşahidə etsə, hətta onun çox da tutarlı olmayan dəlil 
və sübutlarını  qəbul edib, öz fikirlərindən danışacaq. 
Məsələn, o zaman müsəlmanların Peyğəmbəri-
Əkrəmin (s) hər sözünə  şübhəsiz inanmasının səbəbi 
o həzrətin bütün vücudu ilə ürəkyandırması idi. Hətta 
bəzilərinin haqdan üz döndərməsi onu (s) hədsiz qəm-
qüssəyə salardı. Qurani-Kərimdə bu haqda buyurulur:
{ﺎًﻔ َﺳَأ  ِﺚﻳِﺪَﺤْﻟا اَﺬَﻬِﺑ اﻮُﻨِﻣْﺆُﻳ ْﻢﱠﻟ نِإ ْﻢِﻫِرﺎَﺛآ  َﲆَﻋ َﻚ َﺴْﻔﱠﻧ ٌﻊِﺧﺎَﺑ َﻚﱠﻠَﻌَﻠَﻓ}
“(Ya Rəsulum!) Yoxsa bu kəlama iman gətirməsələr
onlardan ötrü özünü qəm-qüssədən həlakmı 
edəcəksən?”
1
Həzrət Peyğəmbəri-Əkrəmə (s) xas rəftarlardan biri 
də budur:
ِﻪِﺘَﺟﺎﺣ  ِﰲ ُﻪَﻌَﻣ َمﺎﻗ  ّﻻِا ٌﺔَﻣَا ْوَا ٌﺪْﺒَﻋ ْوَا ﱞﺮُﺣ ٌﺪَﺣَا ِﻪﻴِﺗﺄَﻳ ﻻَو
1 . “Kəhf” surəsi, ayə 6.


168                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
“Hər kəs – istər azad, istər qul və kəniz – onun yanına 
gəlsəydi, işinə bir əlac edərdi.”
1
6. Müqabil tərəfin səhvlərini elə qeyd etmək lazımdır 
ki, danışıqda şəxsi mənafe hiss olunmasın, yaxud fərd 
təhqir edilməsin. Məsələn, böyük səhv və xətaları dolayı 
yolla demək daha yaxşıdır. Tarixdə nəql olunur ki, imam 
Həsənlə  (ə) imam Hüseyn (ə) qoca bir kişiyə özləri 
dəstəmaz alaraq onun düzgün qaydasını öyrətdilər 
və bu həmin üslubun aydın nümunələrindən biridir. 
Bunlar “Sizin fikrinizcə belə olsa, necədir?” və yaxud 
“Belə desək, yaxşı olmazmı?”, yaxud da “Mənə elə 
gəlir ki, bu daha düzgündür!” kimi qarşı tərəfə səhv və 
xətalarını bildirən üstüörtülü ifadələrdir ki, daha gözəl 
nəticə verə bilər.
7.  Heç vaxt qarşı  tərəfdə yersiz inadkarlıq hissini 
təhrik etməməliyik. Məsələn, biri mövzudan kənar 
məsələyə toxunarsa, yaxud ona irad tutursa, müxalifət 
etmədən doğru sözlərinə haqq qazandırmaq lazımdır 
ki, içi boşalsın və  hər hansı  fikri dinləməyə imkan 
yaransın. Bəzən birinə  İslamdan danışarkən, onun 
müsəlmanlar haqda mənfi fikirdə olduğu məlum olur 
və bunu bir sıra dəlillərlə gözəl  əsaslandıra bilir. O 
zaman biz də yerli-yersiz özümüzü müdafiə etməməli, 
əksinə, doğru fikir və iradlarını qəbul edərək şübhələri 
aradan qaldırmalıyıq ki, deyilənlərin nəticəsi olsun.
ç) Deyilənlərə inam: “Ürəkdən çıxan söz ürəyə 
yatar!” məsəli bizə sözün təsirinin sirlərindən xəbər 
verir və bunu özümüzə örnək seçməliyik. Bildiyimiz 
kimi, insanın əqidə və fikirləri dilinin arxasında yerləşib 
və bunu da bilirik ki, yürüdülən  fikirlərin qiyməti 
1 . “Biharul-ənvar”, 16-cı cild, səh.226.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   169
danışanın özünün onlara bəslədiyi etiqadla ölçülür. 
Belə ki, bir mütəfəkkirin müəyyən məsələyə güclü 
etiqadı  həmin məsələnin  əsaslı  və köklü olduğunu, 
dəlil və sübutlara söykəndiyini göstərir. Beləliklə
istər-istəməz danışanın dediyinə inamı ilə dinləyənin 
ona inamı arasında yaxın əlaqə yaranacaqdır. Məsələn, 
etiqadsız və ya inamsız söylənilən çox gözəl bir fikir 
heç vaxt dinləyicini lazımınca qane etməyəcək, yaxud 
da onda şübhə doğuracaqdır. Lakin buna əks olaraq, 
zahirən elə  də  dərin olmayan bir məsələ  zəkalı bir 
insanın dilindən qətiyyətlə çıxdıqda, hamının diqqətini 
özünə cəlb edir və çoxlarında müsbət fikir oyadır. Bu da 
məlumdur ki, insan özü inanmadığı bir məsələni saxta 
sözlərlə tamamilə ört-basdır edə bilməz. Məxsusən, 
nitq və danışıq elə bir şeydir ki, şəxsin daxili aləmi bir 
zaman istər-istəməz onun arasından özünü büruzə 
verir.  Əgər bir şəxsin sözündəki təsiri öz dediklərinə 
əməl etdiyi təqdirdə görürüksə, bunun səbəbi əməlin 
daxili xasiyyəti üzündəndir. Çünki çox vaxt söz insanın 
əsl əqidəsini açıqlamasa da, əməl, adətən, onun əqidə 
və düşüncəsini bildirən nişanədir.
d) Danışanın təqvası: “Danışanın özünə yox, sözünə 
fikir ver!”  məsəlinə tam əməl etmək mümkün deyil. 
Çünki hər söz, danışanın varlığından doğur: maddi 
forması (səs) iradə qüvvəsinin vasitəsilə səs tellərindən 
xaric olaraq, özü ilə  bərabər tərbiyə  və düşüncəsinin 
məhsulu olan mənəvi formasını da ötürür. Beləliklə, hər 
söz onun sahibinin bir sıra müsbət və ya mənfi sifət və 
xüsusiyyətlərini də özü ilə birgə daşıyır. Buna görə də, 
pak, sağlam və təqvalı şəxslərin sözləri insanın ruhuna 
çökür. Buna əks olaraq, yaramaz və günahkarların 


170                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
sözləri isə dinləyicini ixtiyarsız reaksiyaya vadar edir 
və mənən ondan üz döndərir.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə