Kreditlər üzrə faktiki illik faiz dərəcəsi
Maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunması üçün qabaqcıl beynəlxalq praktikada
istifadə edilən alətlərdən biri də kreditlər üzrə faktiki illik faiz dərəcəsinin (FİFD) potensial
borcalanlara əvvəlcədən bildirilməsidir. FIFD-nin əsas məqsədi banklar tərəfindən kreditlərin
verilməsi zamani borcalanlara tətbiq olunan əlavə xərclərin məcmu şəkildə illik faiz dərəcəsi ilə
göstərilmiş vahid indikator ilə ifadə olunmasıdır.
Həmçinin, FlFD-nin tətbiqi müştərilərə bank məhsulları və xidmətləri təklif edən banklar
arasında rəqabətli seçim şəraiti yaradır ki, bu də əhalinin bank sektoruna etimadının atmasına və
kredit risklərinin minimallaşdırılmasın, habelə bazarda sağlam rəqabət münasibətlərin inkişafına
müsbət təsir edəcəkdir.
Bu nöqteyi nəzərdən əsasən korporativ (hüquqi şəxslər) sektora xidmət göstərən “PAŞA Bank”
öz qabaqcıl mövqelərini qoruyub saxlayır. Yarandığı ilk gündən Bank əsasən müştərilərinə
təqdim etdiyi məhsul və xidmətlər üzrə minimal komisyon haqları alır. Misal üçün, məbləğ,
müddət, faizlər və digər şərtlərdən asılı olmayaraq, Bankın bütün müddətli kreditlərin verilməsi
üzrə standart və dəyişilməz komisyon haqqı cəmi 0,2 %, sənədli əməliyyatlar üzrə isə 0.3 %
təşkil edir. Daha riskli hesab edilən kredit xəttləri üzrə komisyon haqq 1 % təşkil edir.
Bu komisyon haqqın tətbiq olunması şərti ilə bank tərəfindən təqdim olunan kreditlər üzrə FİFD
aşağıdakı Cədvəldəki kimi ola bilər.
Öz fəaliyyətində ən əsas 3 prinsipdən biri sayılan şəffaflıq prinsipini rəhbər tutan “PAŞA Bank”
ASC bu Cədvəlin dərc olunması vasitəsi ilə bankın FİFD göstəricilərinin bank bazarında ən aşağı
olduğunu və onların nominal faiz göstəricilərindən kəskin şəkildə fərqli olmadığını bir də hər
kəsə bəyan edir.
FİFD hesablanması cədvəli
Kreditin
növü
Kredit məhsulunun
minimum məbləği
Nominal faiz
dərəcələri (min -
max)
Komisyon
haqq**
Müddət
FİFD (min -
max)
Müddətli
kredit
AZN 30.000*
16-18 %
0.20%
12 ay
16.3840% -
18.3858 %
24 ay
16.2052 % -
18.2069%
36 ay
16.1426% -
18.1443 %
Kredit xətti
AZN 30.000
16-19 %
1%
12 ay
17.0950 % -
20.1123 %
24 ay
16.5910 % -
19.6058%
Sənədli
əməliyyat
AZN 50.000
3%
0.30%
3 ay
4.21%
6 ay
3.61%
9 ay
3.41%
12 ay
3.31%
* ”PAŞA Bank” tərəfindən ayrılan kreditlərin minimum məbləği. Digər şərtlər (müddət və % dərəcələri)
bankın ortalama statistik göstəricilərindən götürülüb. Komisyon haqları şərtlərdən asılı olaraq vahiddir və
dəyişilmir.
** FİFD hesablanması zamanı müştərilərin təqdim etdikləri təminatlar üzrə sığorta və qiymətləndirmə
xərcləri də nəzərə alınmalıdır.