Art – Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Microsoft Office Word 2019 proqramı



Yüklə 2,05 Mb.
səhifə1/22
tarix31.01.2023
ölçüsü2,05 Mb.
#99859
  1   2   3   4   5   6   7   8   9   ...   22
Microsoft Word 2019


ART – Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı



Microsoft Office Word 2019 proqramı
haqqında ümumi məlumat.

Microsoft Office paketinin ən geniş yayılmış proqramlarından biri Word mətn redaktorudur. Word ingiliscədən tərcümə edildikdə söz mənasını verir. Mürəkkəb mətnlərin yıqılmasında, sənədlərin, məktub və hesabatların, cədvəllərin yaradılması və hazırlanmasında tətbiq olunur.


Microsoft Word proqramının ilk versiyası 1983-cü ildə o dövrdə ən populyar mətn prosessoru olan WordStar-a rəqib olaraq buraxıldı.
Microsoft Office proqramları Windows əməliyyat sistemi üzərində işləyir. Windows əməliyyat sistemi kompüterə yükləndikdə həm rus, həm də ingilis versiyalarından istifadə etmək mümkündür. Word 2019 proqramının interfeys dilini seçmək üçün aşağıdakı əmrlər ardıcıllığı yerinə yetirilir.
(Start - Пуск) - (All program- Все программы) - (Microsoft Office Tools - Средства Microsoft Office) - (Office Language Options - Языковые параметры Office).
Bu zaman ekrana açılmış (Microsoft Office Language Preferences - Языковые настройки Microsoft Office) pəncərəsindən tələb olunan dili seçmək mümkündür. (Şəkil:1)

Şəkil:1
Microsoft Word proqramının pəncərəsi.


Proqramı yükləmək üçün bir neçə variantdan istifadə etmək olar.

  • İşçi stoldan Word mətn prosessorunun piktoqramını (yarlığını) seçməklə;

  • Microsoft Office Word 2019 proqram paketindən Word mətn prosessorunun piktoqramını (yarlığını) seçməklə;

  • (Start - Пуск ) - (All programs Все программы) - Microsoft Office Word 2019 əmrləri ardıcıllığını seçməklə. (Şəkil:2)


Şəkil:2
Pəncərə menyulardan, işçi sahədən, sürüşdürmə çu buqlarından (pəncərənin aşağı və sağ hissəsində), xətkeşlərdən (pəncərənin yuxar və sol hissəsində) və informasiya sətrindən ibarətdir. Word proqramının standart açılışında işçi sahədə bir vərəq yerləşir. Mətni daxil edib, yazmağa davam etdikdə vərəqlərin sayı artır.
Pəncərə başlığında proqramın və redaktə edilən sənədin adı yazılır. (Şəkil:3)

Şəkil:3
Əgər sənəd yeni yaradılıbsa və yadda saxlanılmayıbsa, sistem tərəfindən avtomatik olaraq ona (Document1- Документ1) adı verilir.


Başlıq sətrinin sağ tərəfində pəncərənin idarəetmə düymələri (Lenti (menyunu) gizlətmə, açma və kömək düymələri) və pəncərənin ölçülərini dəyişən düymələr yerləşir . (Şəkil:4)

Şəkil:4
Birinci düymə (Minimize - Свернуть) açılmış pəncərəni ekrandan yığaraq məsələlər panelinə salmaq imkanı verir.
İkinci düymə (Maximize - Восстановить /развернуть) pəncərənin vəziyyətini dəyişir. Pəncərəni maksimum ölçüsü qədər açmaq və ya minimum ölçüsü qədər kiçiltmək olur.
Üçüncü düymə ilə (Close/Exit - Закрыть) pəncərəni bağlamaq/çıxmaq mümkündür.
Başlıq sətrinin sol küncündə isə Cəld müraciətetmə paneli (Customizing the Quick Access Toolbar - Настройка панели быстрого доступа) yerləşir. (Şəkil:5)

Şəkil:5


Cəld müraciətetmə panelində tez-tez istifadə olunan əmrlər yerləşir. Açılan menyudan istifadə edərək əmrlər fərdiləşdirilə bilər.
Qeyd: Nəzərə alın ki, Geri Al düyməsi (Redo/Repeat –Отменить/Вернуть) Cəld müraciətetmə panelindən başqa proqramın heç bir yerində yerləşmir.
Başlıq sətrinin altında Lent (menyu) onların hər birində qruplar şəklində təşkil edilmiş düymələr var. Sənəd də seçdiyiniz obyektdən asılı olaraq, həmin obyekt üçün əlavə formatlaşdırma seçimlərini təmin edən bir neçə kontekstli nişanlar görünə bilər. (Şəkil:6)

Şəkil:6


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə