Art – Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Microsoft Office Word 2019 proqramı



Yüklə 2,05 Mb.
səhifə3/22
tarix31.01.2023
ölçüsü2,05 Mb.
#99859
1   2   3   4   5   6   7   8   9   ...   22
Microsoft Word 2019

Məlumat (İnformation - Сведения) pəncərəsi açılır. Pəncərənin sol hissəsində cari faylın adı, sağ hissədə isə fayl haqqında məlumatlar əks olunur.
Xətkeşlər - mətn sahəsinin yuxarı və sol tərəfində yerləşərək, səhifə kənarlarının tənzimlənməsinə və abzasın qoyulmasına xidmət edir.
X ətkeşlərin boz rəngdə olan hissələri vərəqin yazı ya- zılmayacaq hissələrini, ağ rəngdə olan hissələr isə yazı yazılacaq hissəsini göstərir. (Şəkil:14)

Şəkil:14
Xətkeşləri ekrana gətirmək və ya götürmək üçün (View - Вид) menyusundan (Ruler -Линейка) əmri seçilir.


Tor rejimini seçmək üçün (View - Вид) menyusundan (Gridlines - Сетка) əmri seçilir.
Sürüşdürmə çubuqları mətn ekrana tam yerləmədikdə şaquli və ya üfiqi istiqamətdə onun yerini dəyişməyə imkan verir.
(Status Bar - Настройка строки состояния) pəncərənin aşağı hissəsində yerləşərək redaktə edilən sənəddə işin gedişatı prosesində əhəmiyyətli məlumatları əks etdirir.(Şəkil:15)

  • Sənədin ekrandakı səhifəsinin sıra nömrəsini;

  • Fəslin nömrəsini;

  • Səhifələrin ümumi sayını;

  • Kursorun neçənci sətirdə olmasını;

  • Mətnın yazılma dilini və.s. əks etdirir.

Şəkil:15
Burada (Sol tərəfdə):



  • 30 sənəddəki səhifələrin sayını;

  • 5 aktiv səhifəni;

  • 8.603 sənəddəki sözlərin sayını göstərir.

Sağ tərəfdə mövcud müxtəlif görünüşlər üçün qısa yollar var. Hər bir görünüş sənədi fərqli şəkildə göstərir və müxtəlif tapşırıqları daha səmərəli yerinə yetirməyə imkan verir.
(Print Layout - Разметка страницы) Bu rejim mürəkkəb formatlaşdırma əməliyyatlarını yerinə yetirir. Bu rejimdə sənəd çap zamanı görünən forma da olur. (Şəkil:16)

Şəkil:16
(Read Mode - Режим чтения) Sənəd oxunmaq üçün kitab çəklində açılır. Oxuma rejimi adlanır. Bu rejim sənədlərin ekranda oxunuşunu asanlaşdırmağa xidmət edir. (Şəkil:17)


Şəkil:17
(Web Layout – Веб документ). Web görünüş rejimi sənədin veb səhifədə oldugu kimi görünüşünü təsvir edir. (Şəkil:18)


Şəkil:18
Sənədin görünüş miqyasını dəyişir. Standart görünüşə qayıtmaq üçün güncdəki sağ düymədən istifadə edilir. (Şəkil:19)


Şəkil:19


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə