Art – Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Microsoft Office Word 2019 proqramı



Yüklə 2,05 Mb.
səhifə2/22
tarix31.01.2023
ölçüsü2,05 Mb.
#99859
1   2   3   4   5   6   7   8   9   ...   22
Microsoft Word 2019

( Home - Главная) menyusuna daxil olan əmrlər yaradılmış sənədin mətni üzərində müxtəlif redaktə, formatlaşdırma, strukturlaşdırma və s. əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Həmin əmrlər sənəddə şriftin seçilməsini, ölçüsünün, üslubunun, rənginin dəyişdirilməsini, abzaslarla və siyahılarla iş aparılmasını, sənəddə fraqmentin axtarılmasını, əvəz edilməsini, mətnin və ya onun fraqmentinin qeyd edilməsini, köçürülməsini, silinməsini, başqa yerə daşınmasını, mübadilə buferində saxlanılmasını, istifadəsini və digər funksiyaları yerinə yetirir. (Şəkil:6)
(İnsert - Вставка) menyusuna daxil olan əmrlər Word sənədlərinə yeni obyekt, o cümlədən cədvəl, şəkil, diaqram, simvol, düstur daxil etmək, həmçinin mətnin səhifələrinin nömrələnməsi, səhifələrə sərlövhələrin əlavə edilməsi və s. əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. (Şəkil:7)

Şəkil:7
(Layout - Разметка страницы) menyusuna səhifənin parametrlərinin tənzimlənməsi, o cümlədən vərəqin kənarlarından məsafənin qoyulması, vərəqin ölçüsünün və istiqamətinin seçilməsi, mətnin sütunlara bölünməsi, səhifənin fonunun və sərhədinin, abzasların parametrlərinin tənzimlənməsi və s. əməliyyatlar daxildir. (Şəkil:8)


Şəkil:8
(References – Ссылки) menyusuna daxil olan əmrlər mündəricatın, predmet göstəricinin, haşiyənin, istinadların qoyulması və digər əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. (Şəkil:9)


Şəkil:9


(Mailings - Рассылки) menyusuna daxil olan əmrlər konvert, yarlıq, etiket formalarının yaradılması, sənədlərin birləşdirilməsi və s. əmrləri yerinə yetirir. (Şəkil:10)

Şəkil:10
(Review - Рецензирование) menyusuna daxil olan əmrlər mətnlərin orfoqrafik yoxlanılması, qeydlərin qoyulması, səhvlərin düzəldilməsi və s. kimi əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. (Şəkil:11)


Şəkil:11


(View - Вид) menyusuna daxil olan əmrlər redaktorun əsas pəncərəsinin görünüşünün tənzimlənməsi, müxtəlif baxış rejimlərinin keçirilməsi, miqyasın dəyişdirilməsi, makrosların yaradılması, p əncərələrin yaradılması üçün nəzərdə tutulmuşdur. (Şəkil:12)

Şəkil:12


Hər hansı bir menyunu açmaq üçün mausun oxunu menyu adı üzərinə gətirib sol düyməni sıxmaq lazımdır. Bu zaman həmin menyuya daxil olan bölmələr tərkibindəki əmrlərlə ekranda əks olunacaqdır.
Fayl (Файл – File) menyusunun açılışı digər menyulardan fərqlidir. (Şəkil:13)

Şəkil:13


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə