Art – Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Microsoft Office Word 2019 proqramı


Sənədin yaradılması və parametrlərinin sazlanması



Yüklə 2,05 Mb.
səhifə5/22
tarix31.01.2023
ölçüsü2,05 Mb.
#99859
1   2   3   4   5   6   7   8   9   ...   22
Microsoft Word 2019

Sənədin yaradılması və parametrlərinin sazlanması.
Word proqramında yaradılan hər bir sənəd *. docx tipli fayl şəklində saxlanılır. (2003 və ondan əvvəlki versiyalarda bu genişlənmə *.doc şəklində idi).
Word proqramında hazırlanmış faylın genişlənməsinə baxmaq üçün həmin faylın üzərində mausun sağ düyməsi ilə açılan siyahıdan (Properties - Свойства) əmri seçilir.
Proqram yüklənən zaman ekrana pəncərə açılır. Yeni sənəd yaratmaq üçün müxtəlif şablonlar verilmişdir. Şablonlardan istifadə etmək üçün internet aktiv vəziyyətdə olmalıdır.
Açılan pəncərədən (New document - Новый документ) düyməsi və yaxud da klaviaturadan (Ctrl+N) seçilir.
Kompüterin yaddaşında və ya informasiya daşıyıcısında əvvəlcədən hazırlanmış hər hansı bir Word faylını və ya digər mətn fayllarını açmaq üçün (Fayl - Файл) menyusundan (Open - Открыть) əmri seçilir. Bu zaman ekrana (Open - Открыть) pəncərəsi açılır. (Şəkil:21)

Şəkil:21

Pəncərə iki bölmədən ibarətdir. (Documents - Документы) və (Folders - Папки).
Açılan pəncərədən faylın yerləşdiyi disk və qovluq seçilib (Open - Открыть) və yaxud (Ctrl+O) düyməsi sıxılır. Sürətli işləmək üçün bir neçə faylı eyni anda açmaq mümkündür. Ardıcıl yerləşən faylları seçmək üçün Shift, müxtəlif istiqamətdə yerləşənləri seçmək üçün Ctrl düyməsindən və ya mausdan istifadə edilir. İşi tamamladıqdan sonra faylı bağlamaq lazımdır. Bunun üçün pəncərənin sağ tərəfində yerləşmiş (Закрыть – Close) əmri seçilir. Əgər faylda dəyişiklik etdikdən sonra yaddaşa verilməyibsə, onda dialoq pəncərə açılacaqdır. Dəyişikliklərin yaddaşa yazılması üçün (Yes - Da), əks halda (No - Нет) düyməsi sıxılır.
Məlumatı ilk dəfə yaddaşa yazmaq üçün (Save – Сохра -нить) əmri seçilir. Bu zaman ekrana (Save As - Сохранить как) pəncərəsi açılır. (Şəkil:22)

Şəkil:22


Buradan (Browse - Обзор) qovluğu seçilir. Açılan pəncərədə (File name - Имя файла) sətrində faylın adı, (Save as type - Тип файла) sətrində tipi qeyd edilıb (Save - Сохранить) düyməsi sıxılır.
Pəncərənin aşağı hissəsində yerləşən (Tools - Сервис) əmri vasitəsilə qeyd olunmuş faylı və qovluğu silmək, adını dəyişmək, qovluğu şəbəkə diskinə qoşmaq, fayla parol qoymaq və s. əməliyyatları yerinə yetirmək mümkündür.
Microsoft Word mətn redaktorunda sənəd susma prinsipinə görə boş maket kimi A4 formatında təqdim edilir.
Məsələn, B5 formatında hazırlanmış sənədi çap etmək üçün (əgər istifadəçinin uyğun printeri varsa) mütləq sənədə aid olan səhifələrin parametrlərinin sazlanması lazımdır.

Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə