Art – Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Microsoft Office Word 2019 proqramı



Yüklə 2,05 Mb.
səhifə4/22
tarix31.01.2023
ölçüsü2,05 Mb.
#99859
1   2   3   4   5   6   7   8   9   ...   22
Microsoft Word 2019

(Outline - Cтруктура). Struktur rejimdən istifadə edən zaman sənədin yalnız mətn hissəsi ekranda görünür.
Hər bir sənəd başlıqları ilə seçilən hissələrdən, bu hissələr öz növbəsində kiçik hissələrdən ibarət olur.
(Draft - Черновик). Qaralama rejimi mətn üzərində formatlaşdırma əməliyyatlarını tez yerinə yetirməyə imkan verir. Lakin bu rejimdə sənədin bəzi elementləri görünmür.
(Status bar - Настройка строки состояния). İnformasiya sətrindəki məlumatları əks etdirmək və yaxud da gizlətmək üçün panelinin kontekst menyusundan istifadə edilir.
Qeyd: Ekranın müəyyən hissəsində mausun sağ düyməsini bir dəfə basdıqda həmin hissəyə aid olan əmrlərdən ibarət kontekst meny açılır. Kontekst menydan icra olunacaq əməliyyatları surətləndirmək məqsədi ilə istifadə olunur.
Windows sistemində işləyən bir çox proqramlarda, o cümlədən Word də eyni vaxtda bir neçə faylı açıb birindən digərinə məlumatları köçürmək, daşımaq və ayrı-ayrı faylların məzmununu müqayisə etmək mümkündür.
Bunun üçün həmin sənədlər açılmalı, yəni aktiv olmalıdır. Sənədin birindən digərinə keçmək, informasiya mübadiləsi etmək üçün (View- Вид ) menyusunun (Window -Окно) bölməsindəki əmrlərdən istifadə olunur. (Şəkil:20)

Şəkil:20
Hazırlanmış hər bir yeni sənədin və ya açılmış hər bir faylın öz işçi pəncərəsi olur. Bu pəncərənin başlıq hissəsin də faylın və ya sənədin adı yazılır. Bir pəncərədən digərinə keçmək , açıq pəncərələri nizamlamaq və digər əməliyyatları yerinə yetirmək üçün (View - Вид) menyusunun əmrlərindən istifadə edilir. (View - Вид) menyusundan (New Window - Новое Окно) əmri seçildikdə aktiv pəncərədən biri də açılır. Əgər bir neçəsi ardıcıl açılacaqsa onda bunlar ardıcıl olaraq 1.2.3. 4.5..... nömrələnir.


İki və ya daha artıq fayl pəncərəsi açıldıqda onları müxtəlif formada nizamlamaq üçün (View - Вид) menyusundan (Arrange All - Упорядочить все) əmri seçilir. Bu zaman pəncərələr üfiqi və ya şaquli vəziyyət də yan-yana yerləşir.
Eyni bir sənədin müxtəlif hissələrində yerləşmiş mətnləri müqayisəli şəkildə gözdən keçirmək üçün həmin pəncərənin işçi sahəsini iki hissəyə ayırmaq olar. Bunun üçün (View - Вид) menyusunun (Split - Разделить) əmri seçilir. Pəncərənin işçi sahəsi ayırma çubuğu ilə iki sahəyə ayrılır. Mausun oxu ayırma çubuğu üzərinə gətirildikdə iki istiqamətli ox formasını alır. Bu halda mausun sol düyməsini sıxılı saxlayaraq uyğun istiqamətdə sürüşdür- məklə sahələrin ölçüsünü dəyişmək olar. Bu sahələrin ətrafındakı sürüşdürmə çubuqları vasitəsilə onların ekranını sürüşdürərək müxtəlif yerlərdəki mətnləri müqayisəli şəkildə gözdən keçirmək olar. Əməliyyatdan imtina etmək üçün (View - Вид) menyusundan (Remove Split - Снять разделение) əmri seçilir.
Ekranda eyni vaxtda iki sənədlə işləmək üçün (View - Вид) menyusundan (View Side by Side - Рядом ) əmri seçilir.

Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə