Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   2   3   4   5   6   7   8   9   ...   14

O
nlar tək qalanda Komollo ona dedi: 
– Dostum, sənin gücünə heyranam, amma məncə Allah
onu sənə verməyib ki, sən sinif yoldaşlarını döyəsən. 
– Səni qorumalıydım axı, – deyərək Bosko bəhanə gətir-
məyə başladı.
– Sənə çox minnətdaram, amma Allah istəyir ki, biz bir-
birimizi sevək, bağışlayaq və bizə pislik eləyən adamla-
ra yaxşılıq edək.
Bu əhvalatdan sonra Komollo və Bosko, fərqli xasi-
yyətdə olmalarına baxmayaraq, bir-birinə çox bağlı do-
st oldular. Allaha sevgi, oxumaq istəyi, bakirə Məryəmə
hörmət, başqalara kömək və hamının yaxşılığı arzula-
maq onları bir-birinə bağlayan cəhət idi.
40


L
itseyi qurtaranda, Bosko axırıncı tətilini qohumlarının
yanında keçirtdi. Payızda o, Kieridəki din institutuna qəbul
olmalıydı.
– Bosko, biz eşitmişik ki, payızda din institutuna gedirsən.
Bu düzdür? – onun dostları qonaq gələndə soruşurdular.
– Bəli, cavanlara kömək etmək üçün keşiş olmaq istəyirəm.
Başqa keşişlərdən fərqli olacağam, cavanlara öz qəlbimi,
sevgimi bəxş etmək istəyirəm. Kieridə mənə qonaq ol-
sanız, çox şad olaram. Axı Kieri dünyanın o başında deyil.
Dostlar söz verdilər, amma onu da bilirdilər ki, onlar üçün
çox çətin olacaq, çünki nəqliyyat vasitələri o vaxtlar bu
günki kimi deyildi.
41


O
vaxtlar adətə görə keşiş olmaq istəyən tələbələr ke-
şişliyə başlayanda xüsusi mərasimdən keçirdilər. O
mərasimdə onlar birinci dəfə keşiş paltarları geyinir-
dilər. Margita ananın isə öz oğluna belə paltar almağa
pulu yox idi. Amma yaxşı qonşuları onlara kömək el-
ədilər. Bəziləri paltar, bəziləri ayaqqabı və bəziləri isə
lazım olan əşyaları aldılar.
1835-ci il oktyabrın iyirmi beşi Covanninin mərasim gü-
nü idi. Mərasim Kastelnuovodakı kilsədə idi. Covanni
adi paltarı soyunub, keşiş paltarı geyindi. Kəndli keşiş
ona xeyir-dua verdi. Bir neçə gündən sonra doğma evi
ilə xüdahafizləşdi və Kieriyə, din institutuna yollandı.
42


T
ələbə Covanni Bosko hər şeydə nümunəvi idi. O, din-
dar, ağıllı, şən... idi. Amma onun həyatında müdriyyətin
xoşuna gəlməyəcək bir şey var idi. Onu gənclərlə çox oy-
nadığına görə danlayırdılar.
– Qoy kiçik dünyalarında onlar özləri yaşasınlar... Sən isə
vaxtını daha vacib işlərə sərf et! – bir dəfə bir professor
ona dedi. 
Bosko onunla heç cür razılaşa bilmirdi, ona görə də daha
çox dua edirdi:
„Allahım, sən bilirsən ki, yaxşı keşiş olmaq istəyirəm. Həm
də bilirsən ki, sən göstərdiyin kimi ucalmaq istəyirəm. Sən
istəyirsən ki, mən sürünün başçısı olum... Mən
təmənnasız gənclərin keşişi olmaq istəyirəm. Bu tapşırığı
düzgün formada yerinə yetirmək üçün mənə yol göstər.”
43


B
ir il keçdi. Boskonun yaxın dostu Komollo da din in-
stitutuna daxil oldu. İkisi tez-tez universitetin yanındakı
kilsədə görünürdülər.
Niyə ora gedirdilər? O vaxtlar institutlarda yansenizmin
çox ciddi qaydaları var idi. Yansenizm bir dini-siyasi
hərəkat idi. Onun belə bir ideyası var idi ki, hər gün Ev-
xaristiyanı qəbul etmək lazım deyil. Ona görə ki, onu
daha tez-tez qəbul etmək istəyən tələbələr şəhərin baş
kilsəsinə getməliydilər. Buna görə də səhər yeməyi
yemək üçün vaxt qalmırdı.
Bosko və Komollo qəbul edənlərin sırasında idilər. Evxa-
ristiyanı qəbul etmək onlar üçün səhər yeməyindən da-
ha vacib idi.
44


Z
aman keçdikcə Boskonun dostları yanına qonaq
gəlməyə başladılar. Müdriyyət əvvəlcə narazı olmasına
baxmayaraq, axırda icazə verdi. Demək lazımdır ki, do-
stların gəlişi müdriyyətin xoşuna gəlməsə də, məcbur
qalıb göz yumurdular.
Oğlanların Covanni ilə geniş həyətdə doyunca oynama-
ları çox xoşlarına gəlirdi. Evə getməmişdən əvvəl həmişə
dua etmək üçün kilsəyə gedirdilər. 
Bu cür keçirilmiş vaxtdan sonra daha rahat şəkildə, daha
çox öyrənmək və itaət etmək istəyi ilə evə gedirdilər. On-
lar ümid edirdilər ki, yenidən öz dostu ilə görüşəcəklər.
45


B
ekki və Kastelnuovodan da artıq böyüyüb gənc
oğlanlar olmuş dostları Covanninin yanına gəlirdilər və
hərdənbir özləri ilə yeni dostlar gətirirdilər. Təzə
gələnlər də tez bir zamanda Covanninin dostu olurdu.
– Mən çox şadam ki, sizinlə tanış oldum, çünki keşişlərlə
yaxşı münasibətim yoxdur! – Bir gün böyük oğlanlardan
biri Boskoya dedi.
– Amma inanıram ki, mənimlə yaxşı münasibətin olacaq.
– Niyə?
– Çünki mən hələ keşiş deyiləm. Keşiş olanda isə bir yol
taparam ki, bizim dostluğumuzu saxlayım.
46


B
osko böyük oğlanlarla onların yaşında baş qaldıran
həyat tufanlarını necə təmiz ürəklə keçə bilmələri
haqqında söhbət edirdi.
Onlarla söhbət etdikdən sonra isə birlikdə kilsəyə gedib
bakirə Məryəm ilə dua edirdilər ki, Allah onları hər pi-
slikdən qorusun, şad və təmiz həyat yollarını birgə gedə
bilsinlər.
Boskoya isə bu cür görüşlər həmişə böyük sevinc gətirir-
di və ona bütün çətinlikləri keçməsinə kömək edirdi ki,
gələcəkdə həyatını ancaq gənclərə həsr edən keşiş olsun.
Bu barədə Boskonun sinif yoldaşı çox gözəl sözlər deyib:
„Vaxt keçdikcə daha çox inanırıq ki, Bosko ancaq
gənclərə görə yaşayır.”
47


K
ieridəki tələbələrin uzun tətili var idi, təxminən dörd
aya qədər davam edirdi. Bosko tətili müxtəlif yerlərdə
keçirirdi. Bir müddət anası ilə yaşadı, sonra qardaşının
evinə yollandı. O həm də xidmət etdiyi Molio ailəsinin
yanına getdi. Amma ən çox vaxtını Kastelnuovodakı pri-
xodda keçirdi. Onu hər yerdə sevirdilər. 
O isə özünü daha çox gənclərin arasında yaxşı hiss edir-
di. Onları sevirdi. Bilirdi ki, Allah onu gənclər üçün ya-
şamağa çağırırdı. Onun qədər heç kim olanlara şəfqət
göstərmirdi və o, bacardığı qədər onlara kömək eləyir-
di. O, əmin idi ki, onlar üçün dünyaya gəlib.
Cavanlar onun böyük məhəbbətinə vəfa və etibarla ca-
vab verirdilər.
48


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə