Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   2   3   4   5   6   7   8   9   ...   14

K
afasso öz səmimiliyi ilə Covanninin qəlbini qa-
zandı.
– Haralısan? – Covannidən soruşdu.
– Bekkidənəm. Mənim adım Covannidir. Mən də
keşiş olmaq istəyirəm və əminəm ki, Allah mənə
kömək edəcək. Siz də əylənmək üçün mənimlə mey-
dana gəlin!
– Yox, Covanni, mənim üçün kilsənin mərasimləri
əyləncədir…
– Mənim də kilsənin mərasimlərindən xoşum gəlir,
amma yarmarkaya da getmək olar…
– 
Əziz Covanni, kim ki özünü tamamilə Allaha həsr
edir, ona artıq dünyanın əyləncəsi maraqsızdır…
22


İ
kinci keşiş, Allah tərəfindən göndərilən don Kalosso idi.
O, bir axşam Buttilyieridən piyada qayıdarkən onu gördü.
Ay oğlan, keşişin messada danışdıqlarından yadında nə
qalıb? – don Kalosso soruşdu.
– Sizə dünənki, yoxsa bu günki sözləri təkrar edim?
– Hansını istəyirsən seç, amma dünənki söhbətdən dörd
cümlə mənə desən, sənə dörd manat verəcəm.
– Keşiş danışırdı ki, biz Allahın dostları olmalıyıq və öz
həyatımızı dəyişdirməyi gecikdirməməliyik. Bu fikri üç ad-
dımda başa saldı: kim öz həyatını dəyişdirməyi gecikdirsə,
bəlkə də, vaxtı çatmayacaq, ya Allahın lütfünü tapmaya-
caq, ya da ki, onun istəyi yerinə yetməyəcək.
– Ay oğlan, sabah mənim yanıma gəl danışaq.
23


E
rtəsi gün Covanni Bosko don Kalossoya qonaq getdi.
– Ay oğul, oxumaq istəyərdin?
– 
Əlbəttə, bu mənim arzumdur.
– Niyə oxumaq istəyirsən?
– Keşiş olmaq üçün. Həyatımı gənclərə həsr edərdim.
– Yaxşı. Görürəm ki, sənin yaddaşın çox yaxş-
ıdır və nə oxuduğunu yaxşı başa düşürsən.
Mən sənə latın dilini öyrədərəm.
– Mən çox istəyirəm, amma bilmirəm evd-
əkilər nə deyəcəklər?
– Mən həll edərəm. Anan ilə danışaram.
24


Ö
gey qardaşı Antonio bu barədə heç nə eşitmək
istəmədi:
– Bəyzadə oxumaq istəyir! Biz isə səhərdən-axşama
qədər belimizi əyib yer qazırıq... Buna heç vaxt icazə
verməyəcəm!
– Onun yerinə mən işləyərəm... – Marqarita ana sakitcə
dedi.
– Burda ağa kimdir? Qərarı mən verirəm və nəhayət ki,
açığını deyəcəm: O işə yaramazı evimdə istəmirəm. Ki-
tab oxumamışamsa da güclü və böyüyəm. 
Covanni bu sözlərə cavab verdi: 
– Sən düz demirsən. Bax bizim eşşəyimiz də məktəbə
getməyib amma səndən də güclü və böyükdür. Ona
paxıllıq edirsən?
25


G
ərgin söhbət gündən-günə güclənirdi. Antonionun
kobud sözləri Covanni və anasını incidirdi. Evdə sakitçi-
lik olsun deyə anası Covanniyə bir gün dedi:
– Oğlum, mənim üçün əzablıdır, amma sən özün gö-
rürsən ki, Antonionun gözünə tikan kimi görünürsən.
n yaxşısı bir fermada iş tapasan. 
Əgər yaxında tapa
bilməsən, Monkukkoya Molia ailəsinə get. Molia yaxşı
və varlı fermerdir. O, səni qəbul edəcək.
Səhər anası ona bir qədər paltar verdi və o, kitablarını
götürüb yola düşdü. O vaxt onun on üç yaşı var idi.
26


M
olia əvvəlcə bəhanə axtardı:
– Nə danışırsan, elə bu vaxtlar iş tapmaq çətindir. Get
yazda martın sonunda gəl! Bəs sən kimlərdənsən, haral-
ısan?
– Atam vəfat edib, anam – Marqarita Okkiena isə mənə
sizin yanınıza gəlməyimi dedi. Qardaşım məni döyür və
mənə söyüş söyür, ona görə də anam məni buraya gön-
dərdi. Xahiş edirəm, məni qəbul edin! 
Fermer nə edəcəyini bilmədi. Amma onun arvadı Co-
vanni üçün ərinə xahiş etdi:
– Bir neçə gün onu yoxlayaq. 
Onlar peşman olmadılar da. Covanni başqa işçilərə çox
yaxşı nümunə oldu.
27


C
ovanni orada iki il işlədi. Hamı onu sevirdi və
ondan razı idi. Gündüzlər işləyirdi, gecələr isə
oxuyurdu. 
Covanninin əmisi onun necə məqsədyönlü ol-
duğunu görüb Don Kalossodan xahiş etdi ki, onu
evinə aparıb öyrətsin. 
Don Kalosso təqaütçü idi və sevinə-sevinə on beş
yaşlı gənci qəbul etdi.
„Don Kalosso mənim mələyim idi“, – don Bosko
xatırlayırdı. – „Onu atam kimi sevirdim. Həmişə
onun üçün dua edirdim və ona xidmət etməyi çox
sevirdim. Onun yanında bir gündə öyrəndiyim
təlimi evdə bir həftəyə öyrənirdim.“
28


O
nun xoşbəxtliyi çox çəkmədi. 1830-cu ilin noya-
brında don Kalosso iflic oldu. O hər şeyi başa düşür,
amma danışa bilmirdi. Bir şkafın açarını Covanniyə
verdi və göstərdi ki, şkafın içindəki hər şey onundur.
– Don Kalosso, don Kalosso, məni tərk etməyin…! 
Amma bu yaxşı keşiş bir az sonra öldü.
Şkafda 6000 lir var idi, o vaxt bu çox
pul idi. Pul o qədər çox idi ki,
Covanninin təhsilinə tamamilə
çatardı. O isə pullara əl vur-
madı, don Kalossonun qohu-
mlarına verdi.
29


D
on Kalossonun ölümündən sonra Covan-
ni evə qayıtdı. Marqarita ana yeni çətinli-
klərdən qorxmadı və Covanninin Kastel-
nuovoda təhsilini davam etdirməsini istədi.
Beləliklə, o, hər gün on iki kilometr yol qət
edirdi, çox vaxt ayaqqabısız gedirdi. (qışda
geymək üçün).
Bir gecə doqquz yaşında gördüyü yuxunu
yenidən gördü. Yenə də o gözəl qadın ona böyük qoyun
sürüsünü göstərdi.
– Qorxma, sənə kömək edəcəm! – ona dedi.
Artıq Covanninin şübhəsi yox idi. Bilirdi ki, təvazökar,
cəsarətli və güclü olmalıdır, çünki bir gün bu sürünün ba-
şında duracaq, keşiş olacaq.
30


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə