Амин Бабайев, Вцгар Бабайев



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə4/150
tarix02.12.2017
ölçüsü5,08 Kb.
#13528
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   150

 
9
GİRİŞ 
 
Y
er kürəsinin mövcud olduğu 5 mlrd. ilə yaxın yaşı ərzində onu insan qədər 
intensiv dəyişdirən ikinci bir geoloji amil mövcud olmamışdır. İnsanın meydana 
gəldiyi və insan cəmiyyətinin inkişaf etdiyi son 1,5 mln. il ərzində təbiət-cəmiyyət 
münasibətlərinin düzgün qurulmaması çox acı  nəticələrə yol açmış  və  məhz bu 
səbəbdən insan sivilizasiyaları bir neçə dəfə məhvə düçar olmuşdur. 
Son ötən  əsr  ərzində  təbiət-cəmiyyət münasibətlərinin həddindən artıq 
gərginləşməsi və təbii tarazlığın tamamilə pozulması müasir insanı acınacaqlı fakt 
qarşısında qoymuşdur. Əgər onun təbiətə münasibəti belə davam edərsə, yaxın 40-
50 il ərzində müasir sivilizasiya sona yetər və insan nəslinin inkişafı dayana bilər. 
Bəs çıxış yolu nədədir? Vəziyyətdən çıxış yolu yalnız və yalnız Allah Təalanın və 
Təbiətin öz qanunlarına uyğun olaraq təbii ekosistemlərin müvazinətini pozmadan 
onların davamlılığını qorumaqdadır.  Bəs buna necə nail olmaq olar? Bu sualın 
cavabı BMT Baş Assambleyasının 1992-ci ilin iyulunda Rio-de-Janeyroda 
keçirilən «Ətraf Mühitin Mühafizəsi və  İnkişafı» Konfransında qəbul edilmiş 
«XXI  Əsrin Gündəliyi» sənədində verilmişdir. Bu, dünyamızın davamlı inkişafı 
konsepsiyasıdır. Konsepsiyada əsas yer tutan aspektlərdən biri dünya ölkələrində 
«Davamlı  kənd təsərrüfatı»nın bərqərar olunması  məsələsidir. Davamlı  kənd 
təsərrüfatı modelinin əsas qollarından biri isə  ekoloji    və ya bioloji yaxud üzvi  
kənd təsərrüfatıdır. 
Ekoloji kənd təsərrüfatı – torpağın, ekosistemin və insanların sağlamlığını 
dəstəkləyən bir istehsal sistemidir.  Ekoloji kənd təsərrüfatının  əsas məqsədi – 
ümumi evimiz olan ətraf mühiti qorumaq naminə ənənələri, yenilikləri və elmi bir 
arada birləşdirməklə  ədalətli münasibətlər və  həyat tərzinin keyfiyyətinin 
yüksəldilməsidir. Bu məqsədə nail olmaq üçün torpaqların münbitliyinin 
yüksəldilməsi və qorunması ardıcıl  şəkildə  həyata keçirilərək və landşaftın təbii 
imkanları bir sistem kimi qiymətləndirilərək ətraf mühitin və kənd təsərrüfatının 
bütün sferalarında keyfiyyət göstəriciləri daima yaxşılaşdırılır. 
Ekoloji təsərrüfatçılıq kənd təsərrüfatında alternativ bir sistem kimi növbəli 
əkin sisteminin tətbiqi yolu ilə torpaq münbitliyinin yüksəldilməsinə, bitkilərin 
xəstəliklərinə və zərərvericilərinə qarşı mübarizədə qeyri-kimyəvi üsulların tətbi-
qinə və məhsul artımı üçün tətbiq olunan gübrələrin, herbisidlərin, boy stimulya-
torlarının, yemə əlavə olunan qarışıqların azaldılması prinsiplərinə əsaslanır. 
Avropada ekoloji kənd təsərrüfatı istehsalı keçən əsrin 20-ci illərinin ortala-
rından başlanmışdır. Həmin dövr intensiv sənayeləşmə,  şəhər  əhalisinin sürətlə 
artması, işsizlik,  ətraf mühitin çirklənməsi və müxtəlif xəstəliklərin geniş yayıl-
ması kimi xüsusiyyətlərlə xarakterizə olunurdu. Bu dövrdə  kənd təsərrüfatında  
kimyəvi və texniki vasitələrin intensiv tətbiqi çox acınacaqlı ekoloji problemlərin 
yaranmasına  və xüsusilə  ərzaq məhsullarında toksiki qalıqların toplanmasına 
səbəb oldu. 
Pestisidlər və boy maddələrinin yaratdıqları  fəsadlar nəticədə istehlakçıları 
bunlara qarşı  mənfi fikirlərlə  çıxış etməyə vadar etdi və beləliklə, Avropada 
ekoloji (bioloji) kənd təsərrüfatı meyilləri sosial hərəkata çevrildi. 


 
10
Keçən  əsrin 90-cı illərinin  əvvəlində isə ekoloji kənd təsərrüfatı artıq adi 
(konvensional) kənd təsərrüfatı ilə müqayisədə alternativ istehsal sahəsi oldu. Bu 
gün  əksər inkişaf edən ölkələrin apardığı siyasətin  əsas məqsədi ekoloji kənd 
təsərrüfatı istehsalına qanunvericilik baxımından yanaşma və sertifikatlaşdırılmış 
ekoloji təmiz qida  məhsullarının ixracının inkişaf etdirilməsi hesabına yüksək 
gəlir mənbələrinin yaradılmasına yönəlmişdir. Hazırda dünyanın 54 ölkəsi ekoloji 
kənd təsərrüfatı istehsalı üzrə milli normativləri hazırlayaraq qəbul etmişdir. 
Avropa ölkələrində ekoloji kənd təsərrüfatı siyasətində dönüş yaradan iki 
amili xüsusilə qeyd etmək lazımdır: 
-  Avropa  İttifaqı  tərəfindən 1993-cü ilin yanvar ayında qəbul edilmiş 
2092/91 saylı Qətnaməyə (2007-2008-ci ildə həmin Qətnamə yenilənib və 
müvafiq olaraq 834/2008 və 889/2008 qəbul edilmişdir)  əsasən Avropa 
miqyasında ekoloji kənd təsərrüfatı istehsalının ümumi sertifikatlaşdırma 
sisteminin  yaradılması; 
-  Avropa İttifaqının kənd təsərrüfatı siyasətinin yeniləşdirilməsi məqsədilə 
1992-ci ildə qəbul edilmiş, 1994-cü ildən etibarən isə tətbiq edilən aqrar-
ekoloji proqramı. 
Qəbul olunmuş qətnamənin və aqrar-ekoloji proqramın reallaşması və ekoloji 
kənd təsərrüfatı istehsalına yardım məqsədilə 300 milyon avro ayrıldı ki, bu da 
son onilliklərdə Avropa kənd təsərrüfatı siyasətinin  ən mühüm yeniləşdirilməsi 
hesab olunur. 
1999-cu ilin dekabr ayında Avropa Şurasının Berlində qəbul etdiyi «2000-ci 
ilin Gündəliyi» direktivi Avropa ölkələrində ekoloji kənd təsərrüfatı istehsalının 
təkmilləşdirilərək davamlı olmasına, qida məhsullarının keyfiyyətinin yüksəl-
məsinə, ətraf mühitə neqativ təsirlərin azalmasına və istehsal olunan ekoloji təmiz 
məhsulların marketinq şəbəkəsinin inkişafına böyük dəstək verdi. 
2001-ci ilin iyun ayında kənd təsərrüfatı nazirləri ilə Avropa Şurası ekoloji 
kənd təsərrüfatı istehsalı üzrə müqavilə bağlayaraq ekoloji təmiz qida istehsalı 
haqqında tədbirlər planını Avropa Komissiyasına (CAP - Ümumi Kənd 
Təsərrüfatı Siyasəti) təqdim etmiş və həmin təkliflər toplusu 22 yanvar 2002-ci il 
tarixdə təsdiq edilmişdir. Bu sənəd sayəsində islahatların həyata keçirilməsi mənfi 
amillərin ləğv edilməsinə  və  kənd təsərrüfatının daha da davamlı    idarəolunma 
üsullarının stimullaşdırılmasına şərait yaratmışdır. 
Bütün bu tədbirlərin nəticəsidir ki, son 10 ildə inkişaf etmiş ölkələrdə istehsal 
olunan  ərzaq məhsullarının 20-25%-i ekoloji təmiz məhsulların payına düşür və 
2010-cu ilə qədər bu payın 15% artması nəzərdə tutulurdu. 
Avropa Birliyinə daxil olan bütün ölkələrdə ekoloji təsərrüfatçılıq dövlət 
siyasəti səviyyəsində  dəstəklənir və bu ölkələrin hamısı «Avropa Birliyinin 
Ümumi Kənd Təsərrüfatı Siyasəti» proqramına (Common Agricultural Policy of 
EC) qoşulub. 
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra BMT-nin nizamna-
məsinin prinsip və maddələrini rəhbər tutaraq və bir çox beynəlxalq saziş  və 
razılaşmalara qoşularaq ölkəmizdə siyasi və iqtisadi islahatları həyata keçirməkdə 
davam edir. Dünyada qloballaşma  şəraitində davamlı inkişafın  əsas prinsiplərini 
özündə  əks etdirən «Monreal protokolu» (Monreal, 1987), «Kioto protokolu» 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə