Амин Бабайев, Вцгар Бабайев



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə6/150
tarix02.12.2017
ölçüsü5,08 Kb.
#13528
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   150

 
14
ekoloji prinsiplərə keçməyi tələb edir. Bu isə  təbiətlə münasibətdə ekoloji 
maraqların prioritet təşkil etməsi, üstün götürülməsi deməkdir. 
Təbiətdən istifadə  cəmiyyətin  ətraf mühitlə bağlı bütün münasibətlərinin 
cəmini  əhatə edir. Təbiətdən istifadə ilə bağlı yaranan münasibətlər xüsusi 
münasibət forması - ictimai - ekoloji münasibətləri təşkil edir (şəkil 1). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İctimai-ekoloji münasibətlərin səciyyəvi xüsusiyyətləri: 
1. Bu 
münasibətlər iradəvi xarakter daşıyır. Onların yaranmasını, dəyişdiril-
məsini və dayandırılmasını insanın iradəsi təyin edir. Məsələn, nəfəs almaq 
havadan istifadəni təşkil etmir, çünki insanın iradəsindən asılı deyil. Bundan 
fərqli olaraq, hava hövzəsinə (atmosferə) çirkləndirici maddələrin buraxıl-
ması isə ictimai - ekoloji münasibət olub, insan iradəsi ilə yaradılır, dəyiş-
dirilə və aradan qaldırıla bilər.  
«Hər kəsin sağlam  ətraf mühitdə yaşamaq hüququ vardır»  (Azərbaycan 
Respublikasının Konstitusiyası. Maddə 39, 1-ci bənd).  Təbiət-cəmiyyət 
münasibətlərinin insanın yaşaması  və normal həyat fəaliyyəti üçün zəruri 
sağlam ətraf mühit amilləri ilə təmin olunması başlıca vəzifəsidir. Beləliklə, 
sağlam mühitdə yaşamaq, təmiz havadan, sudan, torpaqdan və s. istifadə 
etmək ictimai-ekoloji münasibət deyil, sadəcə olaraq hər bir vətəndaşın 
konstitusiya hüququdur. Təbiətdən istifadə münasibətləri isə  həmin hüququ 
əldə rəhbər tutaraq onun təmin olunmasına xidmət etməlidir. 
2.   Bu münasibətlər müxtəlif ekoloji sistemləri təşkil edən komponentlər və ya 
ətraf mühitin təbii obyektləri üzərində qurulur. Məsələn, vəhşi heyvanların 
ovlanması təbiətdən istifadəni təşkil etdiyi halda, onların zooparkda saxlan-
ması  təbiətdən istifadəni təşkil etmir. Birinci halda vəhşi heyvanlar təbii 
mühitlə ekosistemlə  əlaqədə olduğu halda, ikinci halda həmin  əlaqələr 
kəsilmişdir. 
Təbiət-cəmiyyət münasibətləri  
İctimai-ekoloji münasibətləri 
İradəvi 
xarakter 
daşıyır  
Ekosistemin 
komponentləri 
üzərində qurulur 
«İstismar» 
məqsədindən başqa 
digər maraqların da  
olması  
Xüsusi subyekt 
kimi dövlət 
çıxış edir 
Ətraf mühitin mühafizəsi  
Ekoloji tarazlığın təmin olunması  
Sərvətlərin bərpası və artırılması  
Şəkil 1. Təbiət-cəmiyyət münasibətlərinin mahiyyəti
 


 
15
Təbiətdən istifadə münasibətləri yalnız ətraf mühitlə  əlaqədə olan obyektlər 
üzərində qurulur. Bu əlaqələr həmin obyektlərin yaranmasının və mövcud-
luğunun spesifik xüsusiyyətləri nəzərə alınmaqla qurulur. Təbii obyektdən 
müxtəlif məqsədlər üçün suyun götürülməsini mətbəxdəki krandan su götür-
məklə müqayisə etsək, birinci halda təbiətdən istifadə, ikincidə isə sadəcə 
olaraq məişətdə sudan istifadə təşkil etmiş olar. 
3. Bu 
münasibətlərə xüsusi subyekt tərkibinin olması xasdır. Belə ki, bütün icti-
mai-ekoloji münasibətlərdə bir subyekt kimi dövlət iştirak edir. Həmin müna-
sibətlərdə dövlət xalqın adından çıxış edərək onun maraqlarını təmsil edir.  
4.   Sırf «istismar» məqsədi ilə yanaşı, aşağıdakı  məsələlərin həlli də qarşıda 
durur: 
•  istifadə ilə yanaşı, ətraf mühitin mühafizəsinin həyata keçirilməsi; 
•  ekosistemlərdə və təbii komplekslərdə ekoloji balansın (tarazlığın) təmin 
olunması; 
•  istifadə ilə yanaşı, təbii sərvətlərin bərpasının və artırılmasının təmin 
olunması. 
Təbii ehtiyatlar (sərvətlər) anlayışına bütün təbii maddələr və enerji, əlverişli 
iqlim şəraiti, torpaq, bitki və heyvanlar aləmi su, mineral və yanacaq xammal və s. 
aiddir.  
Təbii sərvətlərdən səmərəli istifadə  cəmiyyətin tələbatını  və istehsal qüvvə-
lərinin inkişafını  təmin etmək məqsədi ilə ekosistemlərin və digər təbii obyekt-
lərin istifadəsinin davamlı inkişaf konsepsiyası prinsipləri  əsasında - indiki və 
gələcək nəsillərin maraqları naminə  həyata keçirilməsini nəzərdə tutur. Bu 
konsepsiyaya əsasən səmərəli istifadənin ayrılmaz tərkib hissəsi kimi ekosistem-
lərin mühafizəsi, bərpası və yaxşılaşdırılması çıxış edir.  
Yer üzərində  əhalinin sayının az, təbii sərvətlərin isə bol olduğu dövrlərdə 
cəmiyyət-təbiət münasibətlərinin təbiətə  təsiri də  zəif idi və bir o qədər nəzərə 
çarpmırdı. Təbiətdən istifadə yalnız təbii sərvətlərin istismarı istiqamətində, 
təbiətdən nəyisə «qoparmaq», əvəzində ona heç nə qaytarmamaq prinsipi əsasında 
həyata keçirilmişdir. Belə münasibət XX əsrin ortalarına kimi davam etmişdir.  
XX  əsrin ikinci yarısında  əhalinin sayının durmadan artması demoqrafik 
partlayışla, Elmi-Texniki Tərəqqi isə texniki inqilabla nəticələndi. İstehsal vasitə-
lərinin sürətlə inkişafı  və onların böyük texniki (dağıdıcı) qüvvəyə çevrilməsi 
təbiətdən istifadəni təhlükəli bir həddə gətirib çıxardı.  
Bu gün qarşılaşdığımız təhlükənin reallığı ondan ibarətdir ki, Yer kürəsində 
antropogen amillərin təsiri nəticəsində ekoloji tarazlığı pozulmamış guşə qalma-
mışdır. Təbii sərvətlərdən istifadə elə sürət almışdır ki, onların tükənməsi gözlə-
nildiyindən daha tez baş verə bilər.  
 
1.2. Təbiətə sistemli yanaşma və biosfer haqqında təlim 
 
Təbii sərvətlərdən səmərəli istifadənin  əsasını sistemli dərketmə  təşkil edir. 
Həmin dərketmənin vacibliyi ondan irəli gəlir ki, təbiətdə baş verən bütün 
hadisələr, mövcud biotik və abiotik amillər qarşılıqlı  sıx  əlaqədə olub, birgə 
inkişaf nəticəsində bir-birinə və ətraf mühitə təsir göstərir.  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə