Амин Бабайев, Вцгар Бабайев



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə14/150
tarix02.12.2017
ölçüsü5,08 Kb.
#13528
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   150

 
33
Onun  əsasını süni yaradılmış, bir qayda olaraq növlərlə kasadlaşmış canlı 
orqanizmlərin biotik qruplaşmaları  təşkil edir. Kənd təsərrüfatı  məhsulu almaq 
üçün bu qruplaşmaları insanlar formalaşdırır və  tənzimləyir. Aqroekosistemlər 
yüksək bioloji məhsuldarlığı  və seçilmiş bir və ya bir neçə bitki yaxud heyvan 
növlərinin (sort, cins) dominantlığı ilə  fərqlənir. Becərilən bitki və yetişdirilən 
heyvanlar təbii deyil, süni seçməyə məruz qalır. Ekoloji sistem kimi aqroekosis-
temlər davamlı deyil: onlarda özünütənzimləmə zəif təzahür edir, insanın köməyi 
(nəzarəti) olmadan onlar tez parçalanır, yabanılaşır və  təbii biogeosenozlara 
transformasiya olunur (məsələn, meliorasiya olunmuş torpaqlar bataqlığa, süni 
meşə əkini meşəyə çevrilir). 
Taxıl bitkilərindən ibarət aqroekosistemlər bir ildən artıq olmayaraq çoxillik 
otlar 3-5 il, meyvə bitkiləri 20-40 il yaşayır, sonra pozulur (dağılır) və məhv olur. 
Bozqır (və ya yarımsəhra) zonasında salınmış meşə zolaqları aqroekosistemin 
elementi olaraq 30-50 ildən çox ömür sürür. İnsanın köməyi (xidməti qırıntı, əlavə 
əkin) olmadan onlar tədricən «yabanılaşır», təbii ekosistemə çevrilir və ya məhv 
olur. Ekosistemlərin  əksəriyyəti müxtəlif növlərin süni fıtosenozlarıdır: mədəni-
ləşdirilmiş (planlı istismar olunan çəmən və otlaqlar); yarımmədəniləşdirilmiş 
(davamsız nizamlanan süni meşə  əkinləri, çoxillik çəmənliklər); mədəni (daim 
təmizlənən, xidmət göstərilən çoxillik ağaclıqlar, bostan bitkiləri); intensiv 
mədəni (parnik və oranjereya bitkiləri, hidroponika, aeroponika və b. – bunlar 
xüsusi torpaq, su və hava şəraiti yaradılmasını tələb edir).  
 
 
 
 
       
        
  
         Toxum 
 
                 Əlavə yem 
 
                Yemə kimyəvi 
                      əlavə 
 
                  Yanacaq 
 
              Kənd təsərrüfatı  
                     texnikası 
 
                    Gübrələr 
 
                  Pestisidlər 
 
 
 
Şəkil 7. Aqroekosistemlərin fəaliyyət sxemi (Mirkin, Qazıəhmədov, 1995) 
 
 
 
 
Birkiç
ilik v
ə heyvandarl
ıq m
əhsullar
ı 
Günəş enerjisi 
Mədəni bitkilərin 
yerüstü biosenozu 
Çəmən 
ekosistemi 
Çəmən 
ekosistemi 
Kənd 
təsərrüfatı 
heyvanları
Antropogen 


 
34
1.4.2. Aqroekosistemin tipləri 
 
Məlum olduğu kimi, təbii ekosistemlər və aqroekosistemlər avtotrofluğa görə 
oxşardır. Lakin təbii ekosistemlərdə qida elementləri və ilkin məhsul qapalı 
tsikldə olur, yəni maddələr axını əsasən sistem daxilində həyata keçirilir, onların 
çıxarılması isə demək olar ki, baş vermir. Aqroekosistemlər isə əksər halda məh-
sulun sistemdən çıxarılması üçün yaradılır, hətta bəzən məhsul formalaşan mənbə-
dən min kilometrlərlə uzağa aparılır. 
Aqroekosistemlər bir tərəfdən istehsalın təbii-maddi mənbəyi, digər tərəfdən 
isə insan fəaliyyətinin məqsədyönlü obyekti və nəticəsidir.  
Aqroekosistemlər də təbii ekosistemlər kimi bir-birilə qarşılıqlı əlaqədə olan 
bir çox bioloji, fiziki və kimyəvi komponentlərdən ibarətdir. Bir-birilə funksional 
(fəaliyyət)  əlaqəsi müəyyən edilən istənilən komponentlər qrupu sistem əmələ 
gətirir. 
Aqroekosistemin ümumi qəbul olunmuş təsnifatı olmadığından FAO tərəfin-
dən istifadə edilən əkinçilik strukturunun təsnifatı aparılmışdır. Bu təsnifata uyğun 
olaraq torpaqdan istifadənin beş növü ayrılır, hər bir növ üzrə aqroekosistemlərin 
təsnifatı verilir: 
1.  Əkinçilik aqroekosistemi  və ya tarla, torpaqdan istifadə – dəmyə, suvarılan 
aqroekosistemləri (taxıl, paxlalılar, yem, tərəvəz, bostan, texniki və  dərman 
bitkiləri) rotasiyası. 
2.  Plantasiya – bağ kimi torpaqdan istifadə – plantasiya aqroekosistemləri (çay 
kolları, kakao ağacı, kofe ağacı, şəkər qamışı), bağ ekosistemləri (meyvə bağları, 
giləmeyvəlik, üzümlük). 
3.  Otlaq kimi torpaqdan istifadə  – otlaq aqroekosistemi (köçürmə otlaqları: 
tundra, səhra, dağ; meşə otlaqları; yaxşılaşdırılmış otlaqlar; biçənəklər; 
mədəniləşdirilmiş çəmənlər). 
4. Torpaqdan qarışıq istifadə – qarışıq aqroekosistemlər, torpaqdan istifadənin bir 
neçə növünün eyni nisbətdə  və uyğun (əlaqəli) istifadəsi, həmçinin, həm birinci 
(ilkin), həm də ikinci (təkrar) bioloji məhsulun alınması proseslərini 
səciyyələndirir. 
5. İkinci (təkrar) bioloji məhsulun istehsalı məqsədilə torpaqdan istifadə – aqro-
sənaye aqroekosistemi: süd, ət, yumurta və digər məhsulların intensiv «sənayeləş-
dirilmiş» istehsal əraziləri. 
Enerji daxil etmək üzrə insan və heyvanın  əzələ gücü şəklində enerji əlavə 
etməklə  sənayedə  əvvəlki aqroekosistemlər ayrılır. Bu aqroekosistem tipi, bir 
qayda olaraq, təbii ekosistemlərlə harmoniya yaradaraq Asiya, Afrika və Cənubi 
Amerika ölkələrində geniş  əkin (şum) torpaq ərazilərini  əhatə edir. Sənayedən 
əvvəl aqroekosistem tipinə  hər il 2·109C/ha, inkişaf etmiş ölkələrdə intensiv 
mexanikləşdirilmiş aqroekosistemlərə isə 20,1010 C/ha əlavə enerji daxil olur. 
B.M.Mirkin tərəfindən hazırlanmış, R.M.Qazıəhmədov və L.Q.Naumova 
(1996) tərəfındən dəyişdirilmiş aqroekosistemlərin əsas tiplərinin xarakteristikası 
3 saylı cədvəldə verilir. 
Aqrosistem törəmələrinin (tiplərinin) formalaşması, inkişafı və istismarı pro-
sesində torpağın münbitliyi və onun bərpasının nəzərə alınması vacibdir. Aqro-


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə