Амин Бабайев, Вцгар Бабайев



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə9/150
tarix02.12.2017
ölçüsü5,08 Kb.
#13528
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   150

 
20
Ekosistemdə daxili və xarici əlaqələrin  əsasında enerjinin alınması (üzvi 
maddələrin sintezi) və qida zəncirləri (maddələr mübadiləsi) dayanır. 
Ekosistemin daxili və xarici (mühitlə) əlaqələrini təşkil edir: 
•  enerji mübadiləsi
•  maddələr mübadiləsi; 
•  informasiya mübadiləsi. 
Ekosistem qapalı-açıq fəaliyyət göstərir. Hər ekosistemin özünəməxsus daxili 
əlaqələrinin olması onun qapalılığını, ətraf mühitlə arasıkəsilməyən daimi enerji, 
maddələr və informasiya mübadiləsi isə açıq olmasını səciyyələndirir.  
Ekosistemin formalaşmış daxili və xarici əlaqələri onun sabitliyini və 
dayanıqlığını təmin edir. Bu dayanıqlıq hər hansı bir xarici təsirə qarşı davamlılıq 
həddi ilə  səciyyələnir. Xarici təsir davamılılq həddini keçdikdə ekosistemin 
sabitliyi pozulur və nəticədə o, deqradasiyaya uğrayaraq sıradan çıxır.  
Təbiətdən istifadə ekosistemlərin ayrı-ayrı komponentlərinin «istismarı» ilə 
bağlıdır. Antropogen təsir nəticəsində  ətraf mühit çirklənir və ekosistemin tərki-
bində canlıların yaşayış şəraiti - biotop yararsız hala düşür. Hər iki halda ekosis-
temin davamlılıq həddi nəzərə alınmalıdır.  
Ekosistemin özünütənzimləmə, yeniləşmə  və  bərpaedici qabiliyyəti nəzərə 
alınmadan həyata keçirilən «istismarı» və  ətraf mühitin normativdən (qəbul 
olunmuş həddən) artıq çirkləndirilməsi dönməz dəyişikliklərə səbəb olur.  
Ekosistemlər yalnız  ətraf mühitlə deyil, həm də bir-biri ilə qarşılıqlı  sıx 
əlaqədə olub birgə  fəaliyyət göstərir və inkişaf edir. Həmin  əlaqələr maddələr
enerji və informasiya mübadiləsi nəticəsində ya birbaşa (ekosistem-ekosistem), ya 
da ətraf mühitin amilləri vasitəsi ilə (ekosistem-mühit amilləri-ekosistem) yaranır.  
Ekosistem biosferin əsas və ilkin struktur vahidi olub, birləşərək nisbətən 
yüksək səviyyədə təşkil olunmuş sistemlər əmələ gətirir. Ekosistemlər cəmləşərək 
təbii landşaftlar və  təbii komplekslər yaradır, sonuncular isə biosferin müasir 
görkəmini formalaşdırır.  
Beləliklə, qlobal ekosistem olan biosfer ekosistemlər sistemidir.  
Ekosistemin bioloji məhsuldarlığı dedikdə, ilk növbədə, fitosenozun üzvi 
maddə sintezetmə qabiliyyəti və  həm də  həmin üzvi maddənin miqdarı  nəzərdə 
tutulur. Bu tərifdən bioloji məhsuldarlığın, ilk növbədə, biotopdan asılı olması 
nəzərə çarpır. Lakin bioloji məhsuldarlıq ekosistemin fitosenozun özünü tənzim-
ləmə, bərpaetmə  və çoxalma qabiliyyətlərinin nəticəsi olaraq formalaşır. 
Beləliklə, canlı orqanizmi xatırladan ekosistemin bioloji məhsuldarlığı fitosenoz 
və biotopun birgə ahəngdar funksiyası nəticəsində yaranır.  
Ekologiya elmində biosferin struktur vahidi kimi ekosistemlə yanaşı, 
biogeosenoz da geniş istifadə tapır. «Biogeosenoz» terminini (bio-həyat, canlı;   
geo - yer; senoz - məcmu, cəmiyyət) rus alimi V.N.Sukaçev (1880-1967) təklif 
etmiş və o, biogeosenologiya təlimini yaratmışdır.  
V.N.Sukaçevə görə,  biogeosenoz – Yer səthində mühit şəraiti eyni olan 
müəyyən  ərazidə  məskunlaşmış orqanizmlər məcmusu olub bir-birinə  təsir 
göstərir.  
«Ekosistem» və «biogeosenoz» terminləri bir-birinə mahiyyət etibarı ilə 
yaxındırsa da, sinonim deyildir. Terminin mənasından və  tərifdən göründüyü 


 
21
kimi, biogeosenoz sırf yerüstü (quruda, biosferdə) sistemləri əhatə etməklə onların 
sərhədlərinin müəyyən edilməsini qarşıya qoyur (yəni müəyyən edilmiş ərazidə). 
Ekosistemin təyin olunması onun ölçüsünə (böyüklüyünə), yerləşməsinə  və 
hüdudlarına heç bir məhdudiyyət gətirmir.  
Ekosistem anlayışı daha genişdir, nəinki biogeosenoz, ekosistem bir neçə 
biogeosenozu  əhatə edə bilər.  İstənilən biogeosenoz ekosistemdir, lakin hər 
ekosistem biogeosenoz deyil.  
Biogeosenoz da ekosistem kimi, analoji olaraq, iki tərkib komponentdən 
ibarətdir: ekotop  və biosenozdan (şəkil 5). 
Ekotop – biosenozun əhatə etdiyi müəyyən ərazinin abiotik amillərin məcmu-
sudur. Ekotop öz növbəsində iqlim (klimatop) və torpaq-qrunt (edafotop) amillə-
rindən ibarətdir.  
Biosenoz – canlı aləmin birləşməsi olub, bitki (fitosenoz), heyvanlar 
(zoosenoz) və mikroorqanizmlərin (mikrobosenozun) məcmusudur.  
Biogeosenozun başlıca xassəsi onu təşkil edən bütün komponentlərin (canlı 
və cansız) qarşılıqlı  əlaqəsi və asılılığıdır. Ekosistemdən fərqli olaraq, 
biogeosenozun struktur sxemindən həmin asılılıqları daha asan izləmək olur (şəkil 
3 və 4). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3. Ekosistemin strukturu və əlaqələri 
 
 
 
Enerji 
mübadi-
ləsi 
       
      İnformasiya            
mübadiləsi 
 
Maddələr    
mübadiləsi
Biosenoz 
 
 
 
 
 
Biotop  


 
22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4. Biogeosenozun strukturu və komponentləri
 
 
Biogeosenozun ayrı-ayrı komponentləri arasında informasiya ötürən kanallar 
aydın görünür.  
Biosferdə maddələr mübadiləsi və enerji axını,  əsasən, biogeosenoz 
səviyyəsində baş verir. Biogeosenoz biosferin elementar struktur vahididir.  
Ekologiya sahəsində mütəxəssis üçün təbiət yox, biogeosenoz və ya 
biogeosenozlar məcmusu (biosfer) mövcuddur.  
İnsanın təsərrüfat fəaliyyəti (antropogen təsir) təbiətlə deyil, biogeosenozla 
bağlıdır:  
   
 
      meşəni 
                                               məhv edir      
           İnsan      ətraf mühiti       yox, biogeosenozu         çirkləndirir             
    
 
       təbiəti  
 
 
 
           dəyişdirir
 
 
Biosfer yüksək səviyyədə  təşkil olunmuş mürəkkəb quruluşa malik olub öz 
daxili qanunauyğunluqları  əsasında inkişaf edir. Biosferin struktur vahidi olan 
ekosistemin və biogeosenozun nə hüdudlarını təyin etmək, nə də onların daxili və 
xarici  əlaqələrini görmək mümkün deyil. Yalnız qırıldıqda (itirildikdə) həmin 
əlaqələr üzə çıxaraq qabarıq şəkildə özlərini büruzə verir.  
 
Enerji 
mübadi- 
ləsi 
      
İnformasiya 
mübadiləsi 
 
Maddələr 
mübadiləsi  
 
 
 
               
Biosenoz 
 
 
 
Ekotop  
 
 Fitosenoz 
  Mikrobio- 
senoz 
 
 Zoosenoz 
Klimatop 
 
Trofotop


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə