Амин Бабайев, Вцгар Бабайев



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə7/150
tarix02.12.2017
ölçüsü5,08 Kb.
#13528
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   150

 
16
Ekologiyanın başlıca qanunu «hər  şey bir-biri ilə  əlaqəlidir» olub, onun 
məntiqi nəticəsi də orqanizm və mühitin dinamik vəhdət təşkil etməsidir.  
İlk növbədə, xaotik görünən təbiət mükəmməl təşkil olunmuş sistem şəklində 
fəaliyyət göstərir. Müxtəlif səviyyələrdə sistem daxilində özünütənzimləmə 
təbiətin bütövlüyünü təmin edir.  
Təbiətə sistemli yanaşmada qlobal sistem kimi biosfer çıxış edir. 
 
1.2.1.
 
Biosfer 
 
«Biosfer» termininə ilk dəfə XIX əsrin ikinci yarısında Avstriya alimi, 
geoloq E.Zyussun əsərlərində təsadüf edilir. E.Zyuss (1875) Yerin səthində «nazik 
həyat təbəqəsini» biosfer adlandırmışdır.  
Biosfer anlayışının dəqiq müəyyən edilməsi, onun təkamülü sahəsində 
fundamental tədqiqatların aparılması rus alimi V.İ.Vernadskinin (1863-1945) adı 
ilə bağlıdır. V.İ.Vernadski biosfer haqqında təlimin banisi sayılır.  
Biosfer dedikdə, yaşayış mühiti ilə birgə Yer kürəsinin canlı aləmi nəzərdə 
tutulur. Biosfer planetin həyat üçün yararlı  təbəqəsidir. Həmin təbəqə  təbiətdə 
mövcud olan canlı aləmin, üzvi və qeyri-üzvi maddələrin milyon illərdən bəri 
yaşama və dövretmə sahəsidir. Biosferin tərkibində canlı orqanizmlər ətraf mühitə 
güclü təsir göstərir, yayıldıqları əraziyə onların həyat fəaliyyəti qalıqları toplanır.  
V.İ.Vernadski  əsaslı olaraq müasir canlıların mövcud olduğu sərhədlərlə 
kifayətlənməyib biosferin tərkibinə Yerin geoloji dövrlərdə canlı aləmi olmuş 
sahələri də daxil etmişdir. V.İ.Vernadskiyə görə biosfer Yer kürəsində canlı 
aləmin təbəqəsi olub, orqanizmlərin birbaşa iştirakı sayəsində formalaşmışdır. 
Biosferin müasir görkəmi Yer kürəsində üç milyard il əvvəl yaranmış ilkin 
canlı aləmin bu günə  qədər təbiətdə icra etdiyi bioloji və fizioloji proseslərin 
nəticəsidir. Biosferin tərkib hissəsi olan Yerin digər üç təbəqəsi - litosfer, 
hidrosfer və atmosfer yalnız və yalnız canlı varlığın ağlasığmaz həcmdə gördüyü 
iş sayəsində indiki tərkibə malikdir. Canlı varlıq dünya okeanının suyunu milyon 
dəfə orqanizmlərindən keçirmiş, atmosferi oksigenlə zənginləşdirmiş, torpaq əmə-
ləgəlmə prosesində  fəal iştirak etmişdir; qalınlığı kilometrlə ölçülən çöküntü 
təbəqələri yaratmışdır. Təbiətdə mövcud olan üzvi və mineral çöküntülər, o 
cümlədən karbohidrogen yataqları  və enerji yanacaq sərvətləri canlı aləmin 
fəaliyyəti sayəsində yaranmışdır.  
Biosferdə  sərbəst enerji daşıyıcısı kimi canlı üzvi maddə  çıxış edir. Həmin 
canlı maddə hər üç təbəqədə (litosfer, hidrosfer və atmosfer) məskunlaşmışdır. 
Biosferin aşağı sərhədləri litosferdə 500 m-dən 3 km-ə qədər dərinlikləri, hidros-
ferdə dünya okeanının dib çöküntüləri səthinin bir neçə sm-dən 100 sm-ə  qədər 
aşağı olub, yuxarı sərhədi atmosferdə ozon təbəqəsi ilə müəyyən edilir. 
Dünya okeanının  ən dərin nöqtəsi Mariana çökəkliyi (10919 m) olmaqla, 
biosferin aşağı  sərhədi 11 km təşkil edir. Ozon ekranı qütblərdə Yer səthindən    
8-10 km, ekvatorial zonada isə 20-25 km məsafədə yerləşir. Biosferin yuxarı 
sərhəddi 12,5 km hündürlükdə müəyyən edilmişdir. Beləliklə, Yer kürəsində canlı 
varlıq yayılan təbəqə olaraq biosferin orta qalınlığı  20-25 km təşkil edir.  


 
17
Biosferin tərkibinə  biota, biogen maddə  və qeyri-üzvi maddələr daxildir 
(şəkil 2). Biota biosferdə məskunlaşmış bitki və heyvanlar aləminin məcmusudur. 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2. Biosferin canlı və cansız komponentləri 
 
Biotanın fəaliyyəti nəticəsində biosferdə toplanan bioloji mənşəli maddə 
biogen maddəni təşkil edir. Biogen maddə biotanın müxtəlif destruksiya, 
mineralizasiya dərəcəsində olan qalıqlardır.  
Biosferin tərkibində canlı aləmin bu və ya digər dərəcədə  təsirinə  məruz 
qalmış dağ və dağ çöküntü süxurları qeyri-üzvi maddəni təşkil edir.  
Biosferin canlı aləmlə  zəngin olan daha fəal hissəsi ekosfer (ekoloji sfera) 
adlanır. Ekosferdə  təqribən 1 mln. heyvan növü və 340 minə  qədər bitki növü 
yayılmışdır. Bitki və heyvan növünün 93%-ə qədəri quruda məskunlaşmışdır.  
Ekosferin biokütləsi milyon illər  ərzində sabit qalaraq, 2,5 trilyon ton 
(2,5x10
12
) üzvi quru maddə təşkil edir. Ümumi biokütlənin 99,87%-i litosferin və 
yalnız cüzi miqdarı – 0,13%-i Dünya okeanının payına düşür. Biosferdə əsas bio-
kütlə yaradan bitkilərdir, quruda onların payına 99,2%, okeanda isə 6,3% düşür.  
Arası  kəsilmədən davam edən iki təbii proses - üzvi maddələrin  sintezi  və 
parçalanması geoloji dövr kəsimində biosferin dayanıqlığını  təmin edir. Üzvi 
maddənin sintezi (fotosintez) və parçalanmasında (destruksiya) müxtəlif canlı 
orqanizmlər iştirak edir. Canlı növlər və onların məcmusu biosferin təkamül 
inkişafı  nəticəsində seçilərək «ixtisaslaşmışdır». «İxtisaslaşmış» məcmular tərə-
findən yaradılmış təbii ətraf mühitin abiotik amilləri müasir biosferi təşkil edir.  
 
1.2.2.
 
Noosfer 
 
İnsan cəmiyyətinin özü və onun təsərrüfat fəaliyyəti də biosferə daxildir. 
Yer kürəsində həyatın - biosferin yaranma tarixi 6 era və 17 dövrü əhatə etməklə 
yaşı 3,5 mlrd. ili əhatə edir. Yaşadığımız dövr Kaynazoy erasının Antropogen 
dövrü olub, insanın adı ilə bağlıdır (Antropos-insan). Antropogen dövr  (1,5 mln.  
il) insanın ətraf mühiti dəyişdirən güclü qüvvəyə çevrilməsi ilə səciyyələnir.  
Qeyri-üzvi maddə 
Biogen maddə 
Biota  
Biosfer  
Flora  
Fauna 
Qismən 
parçalanmış 
üzvi maddə 
Tam 
parçalanmış 
(destruksiya 
olmuş) üzvi 
maddə 
Dağ 
süxurları 
Çöküntü 
süxurları  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə