Амин Бабайев, Вцгар Бабайев



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə8/150
tarix02.12.2017
ölçüsü5,08 Kb.
#13528
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   150

 
18
İnsanın təsərrüfat fəaliyyəti (antropogen təsir) biosferin tərkibində öz təsiri 
və nəticələrinə görə yalnız geoloji proseslə müqayisə edilə bilər. Antropogen təsir 
atmosferin, hidrosferin və litosferin kimyəvi xassələrini və fiziki parametrlərini 
dəyişdirir, insan canlı orqanizmlərin növ tərkibinə müdaxilə edir. Maddələrin 
bəşəriyyət tərəfindən hərəkətə  gətirilən kütləsi yalnız onların təbii axınları ilə 
müqayisə edilə bilər.  
Biosferdə  cəmiyyətin fəaliyyətinin geoloji mahiyyət kəsb etməsi ideyası 
V.İ.Vernadskiyə məxsusdur. Bu fikir onun tərəfindən 1920-ci ildə elmi dairələrə 
təqdim olunmuşdur. Həmin dövrdə artıq insanın və təbiətin vəhdəti, cəmiyyət və 
təbiətin qarşılıqlı  əlaqələri və  təsiri barədə müəyyən elmi fikir formalaşmışdı. 
Lakin bir tərəfdən canlı və cansız aləmi, digər tərəfdən isə insan cəmiyyətini əhatə 
edən, əlaqələndirən elmi nəzəriyyə hələ yox idi.  
V.İ.Vernadskinin noosfer haqqında təlimi Kainatın vahid bütöv təsvirini 
vermək üçün əlaqələndirici bənd oldu. Həyatı kosmik hadisə kimi qəbul edən 
V.İ.Vernadski özünün «Biokimya» adlı  əsərində biosferin yarandığı gündən 
təkamülünü təsvir etmişdir.  
Kosmik cisim olan Yerin görkəmi (təbii landşaftlar, dəniz suyunun tərkibi, 
atmosferin strukturu) canlı həyatın inkişafının nəticəsidir.  
V.İ.Vernadski canlı varlığın biosferin inkişafında rolunu sistemli tədqiq 
edərək canlı aləmi kosmos və Yer kürəsi arasında bufer adlandırmışdır. Həmin 
bufer kosmik enerjini planetar maddəyə çevirməyə qadirdir. Beləliklə, 
V.İ.Vernadskiyə görə «canlı maddə» planetar inkişafın katalizatorudur.  
Yer kürəsi kosmosda bir sistem təşkil edir. Canlı aləm Yerdə baş verən 
prosesləri kosmik mənşəli proseslərlə  əlaqələndirərək vahid prosesə çevirir. 
Günəş enerjisi hesabına geokimyəvi tsikllər və ya təbiətdə maddələr dövranı 
yaranmışdır. Həmin maddələr çöküntü təbəqələri  əmələ  gətirərək geoloji və 
geokimyəvi proseslər nəticəsində çevrilmələrə məruz qalır.  
Antropogen dövrü insanın sürətli təkamül inkişafı - antropogenezlə  səciy-
yələnir. Antropogenezə  təkan verən başlıca qüvvə  qədim (ibtidai) insanların 
ictimai əmək fəaliyyətinə başlaması idi. İctimai istehsal formalarının peyda olması 
şüur və nitqin inkişafına və əlin işçi orqana çevrilməsinə səbəb olmuşdur. Qeyd 
olunan faktlar onu göstərir ki, insan cəmiyyəti ona xas olan bütün xüsusiyyətləri 
ilə birgə Yer kürəsində  həyatın ardıcıl inkişaf mərhələlərindən biri olmaqla 
biogenezin tərkib hissəsidir.  
İnsan cəmiyyəti inkişaf edərək  şüurlu, məqsədyönlü, qanunauyğun və dön-
məz şəkildə ətraf mühiti dəyişdirən güclü bir təbii qüvvəyə çevrilmişdir. 
Təbii olaraq bu gün aktuallıq kəsb edən bir sual ortaya çıxır: 
•  cəmiyyətin və biosferin inkişafı, bütövlüklə, bundan sonra hansı yolla 
gedəcək? 
•  antropogen təsirin dönməz nəticələrindən hansı vasitələrlə yaxa qurtarmaq 
mümkündür? 
•  biosferin deqradasiyaya uğramasının qarşısını necə almaq olar?    
Ətraf mühitə antropogen təsirin qarşısının tam alınması cəmiyyətdə sosial və 
elmi texniki tərəqqinin qarşısının alınması deməkdir. Noosfer haqqında təlimin 
əsasını  bəşəriyyətin Yerdəki proseslərdə  qıcıqlandırıcı (katalizator) kimi əvəzsiz 


 
19
rolu, Yerin fəal təbəqəsinin - biosferin inkişafında geoloji yaradıcı amil kimi çıxış 
etməsi və nəhayət, planeti kökündən dəyişdirməyə qadir olan qüvvəyə çevrilməsi 
təşkil edir.  
Noosfer biosferin ən yüksək inkişaf mərhələsi - dərrakə (ağıl) sferasıdır, Yer 
kürəsində  dərrakəli insanın (Homo sapiens) güclü təsiri nəticəsində biosferin 
keçid formasıdır. 
Noosfer təliminin məntiqi nəticəsi olaraq V.İ.Vernadski müasir zamanda 
qarşılaşdığımız qlobal ekoloji problemlərin həlli yollarını göstərmişdir:  
•  birgə yaşayış; 
•  birgə fəaliyyət; 
•  birgə təkamül. 
Noosfer dövründə biosferin və insan cəmiyyətinin birgə  təkamülü bəşəriy-
yətin təsərrüfat fəaliyyətinin reqlamentləşdirilməsini (məhdudlaşdırılmasını) tələb 
edir. Biosferin insan dərrakəsi hökmran olan noosfer inkişaf mərhələsi insanın da 
təbiətin ayrılmaz tərkib hissəsi olduğunu tam dərk edərək təbiətin qanunlarına 
tabe olmağa, onlara əks çıxmamağa əsaslanmalıdır. Təbiəti qoruyub saxlamadan 
insan nəsli davam edə bilməz. 
 
1.2.3.
 
Ekosistem və biogeosenoz        
 
Biosferin struktur vahidi kimi ekosistem və biogeosenoz  çıxış edir.  
Ekosistem birgə yaşayan canlı aləmin və onların yaşayış yerinin bir-biri ilə 
qanunauyğun  əlaqədə olan vəhdətidir. Ekosistemə misal olaraq meşəni, çəməni, 
su hövzəsini və s. göstərmək olar. A.Tenslinin (1935) verdiyi tərifə görə, 
ekosistem canlı  və cansız komponentlərin dayanıqlı (sabit) sistemi olub, burada 
daxili və xarici enerji və maddələr dövranı baş verir. Tensliyə görə, ekosistem 
ölçüsüzdür, buna görə  də öz mikroorqanizmlər aləmi olan bir damla suya da
dibçəkdə bitən çiçəyə də, meşədə çürüməkdə olan kötüyə də, qarışqa yuvasına da 
və s. ekosistem kimi baxıla bilər.  
Yuxarıda verilən tərifdən göründüyü kimi, ekosistemin tərkib hissəsi olaraq 
canlı-biosenoz (yunanca «bios»-həyat, canlı  və «senoz»-birgə) və cansız-biotop 
(yunanca «topos»-yer) çıxış edir (şəkil 3).  
Biosenoz ekosistemin tərkibində birgə yaşayan müxtəlif növ orqanizmlərin 
məcmusudur. Biotop isə eyni (oxşar) mühitdə yaşamağa uyğunlaşan və biosenozu 
təşkil edən müxtəlif növdən olan orqanizmlərin yaşayış yeridir.  
Ekosistemlərin başlıca əlaməti: 
•  qapalı olması; 
•  digər ekosistemlərlə qarşılıqlı əlaqəsi; 
•  bioloji məhsuldarlığı.  
Ekosistemlərin qapalı olması heç də onun ətraf mühitlə və başqa ekosistem-
lərlə əlaqəsinin olmaması demək deyil. Hər bir ekosistemin özünəməxsus tərkibi 
olan canlı ilə cansız çoxlu sayda əlaqə yaradaraq sistem qurur. Həmin sistemin 
ətraf mühitlə və digər ekosistemlərlə bir çox görünməyən əlaqəsi mövcuddur.  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə