Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə25/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

 
64 
 
üçün əlavə su mənbəyi və əlavə suvarılan torpaq sahələrini təmin edə və müsbət dəyişiklik formalaşa 
bilər.  
 
KSES-in fəaliyyəti üçün yaradılan çay kənraı hovuzlar torpağın yuyulmasını şərtləndirə və eroziyanın 
artmasına  səbəb  ola  bilər.  Bu  baxımdan  kəskin  eroziyaya  məruz  qalan  ərazilərin  nəzərə  alınması  və 
layihələndirmə öncəsi bu istiqamətdə tədqiqatların aparılması məqsədəuyğundur.  
 
Bununla yanaşı, KSES-lər relyef formasından asılı olaraq, texnoloji seçim az və ya çox torpaq sahəsi 
tələb  edə  bilər.  KSES-lərin  layihələndirilməsi  zamanı  tikinti  sahəsi  üçün  meşə  torpaqları,  yaxud  çay 
kənarı birki örtüyü ilə zəngin ərazilər tələb oluna bilər. Bu halda tikinti düşərgəsi və KSES qurğuları 
və  binası,  habelə  texniki  avadanlıqların  müvəqqəti  yerləşdirilməsi  üçün  məhsuldar  qatın  və  bitki 
örtüyünün mühafizəsi tələblərinin gözlənilməsi zəruridir.  Xüsusilə, eroziyaya məruz qalan, antrpogen 
təsirlərlə  təzyiqlərin  çox  olduğu  torpaq  sahələrində  yüklənməni  artıra  və  eroziya  və  ya  səhralaşma 
proseslərini  güclənə  bilər.  Qalan  bütün  hallarda  su  elektrik  stansiyaları  vasitəsilə  enerji  alınarkən 
torpağın ekologiyasında nəzərə çarpacaq dəyişiklik baş vermir.  
 
Biokütlə 
İlk növbədə bioqazın alınması qalıq tullantıların ətrafda ətraf mühitdə toplanması və təsirlərdən, eləcə 
də məişət və kənd təsərrüfatında istehsal və emal zamanı yaranan tullantılardan azad olmasına səbəb 
olacaqdır. Eyni zamanda, heyvandarlığın kompleks inkişafı sahələrində bioqazların istifadəsinin təşviq 
edilməsi  və  nəticədə  formalaşan  üzvi-mineral  gübrənin  kompost  kimi  əkinaltı  torpaqlarda  istifadə 
edilməsi, torpaqların münbitliyində əvəzsiz rol oynaya bilər. Belə ki, hazırda Azərbaycanda hər il orta 
hesabla 3,5 mln ton bitki və heyvan mənşəli tullantı alınır, bu halda həmin kütlənin 65 % qədərində  
kompost  əldə etmək olar ki, bu 250 min hektar əkinaltı torpaqlarda münbitliyi 1.5 dəfə artıra bilər.  
Geotermal  
Bu  mənbədən  istifadənin  torpağa  təsirlər  istehsal  zamanı  yaranan  işlənmiş  suların  bu  və  ya  digər 
dərəcədə  minerallaşdığına  görə  onların  duzsuzlaşdırılmadan  torpaq  sahələrinə  axıdılması  təsirlərə 
səbəb ola bilər. İstifadə edilən suların təkrar laya vurulması təmin olunan qapalı sistemlərdə bu təsirlər 
az əhəmiyyətli hesab edilir. Geotermal Stansiyaların tikinti və layihələndirmə mərhələsində torpaq və 
bitki  örtüyünün  mühafizəsi  tədbirləri  ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  aparılmaqla, 
layihələndirmə mərhələsində təyin edilməlidir.  
 
Ümumiyyətlə, gələcək planlaşdırma çərçivəsində hibrid stansiyaların yaradılması əsas prioritet oldğu 
üçün kumulyativ təsirlərin formalaşması labüddür. Bütün komponentlər üzrə təsirlər torpağa birlikdə 
əhəmiyyətli  təsir  edə  bilər.  Bu  baxımdan  sonrakı  planlaşdırma  mərhələsində  bu  faktorun  nəzərə 
alınması  və  qeyd  olunan  mənbələrin  istifadəsi  üzrə  yer  seçiminin  torpağın  xüsusiyyətləri  və  təyinatı 
nəzərə  alınaraq,  müəyyən  edilməsi  zəruri  hesab  edilir.  Bütün  təsirlərin  qiymətləndirilməsinin  və 
yumşaldılma tədbirləri aşağıdakı cədvəldə təsvir edilmiş və təkliflər irəli sürülmüşdür: 
 
 
 


 
65 
 
SEQ üzrə 
mövzu 
Gözlənilən təsirlər 
Təsirlərin 
əhəmiyyətliliy
i, dərəcəsi, 
davamlılığı 
İmkanlar və təkliflər
Yumşaldılma tədbirləri 
                             
T
or
p
aq
 
 

lək
 
 e
n
er
jisi
 
 
 

 
Torpağa təsirlər layihələndirmə mərhələsində ağır 
texnika  və  avadanlıqların  hərəkəti  zamanı  bitki 
örtüyünün  məhv  edilməsi,  torpağın  kipləşməsi  ilə 
müşahidə oluna bilər 
 
Zəif,  
qisamüddətli, 
mənfi 

 
Layihələndirmə  mərhələsində  torpağın  üst  münbit  qatının 
mühafizəsinin  nəzərdə  tutulması    və  yerli  təbii  mühit 
xüsusiyyətləri  nəzərə  alınaraq,  yumşaldılma  tədbirlərinin 
təklif edilməsi.  

Zəngin  flora  və  fauna  təmsil  olunan  ərazilərdə 
layihələndirmədən imtina; 

Ağır  texnika  və  qurğuları  daşıyan  avadanlıqların 
müəyyən olunmuş mövcud marşurutlar üzrə hərəkəti,  

Bünövrə qazıntısı zamanı çıxarılmış üst münbit qatın 
kənarda  təcrid  olunmuş  qaydada  saxlanılması  və  bərpa 
edilməsi. 

n
əş
 
 
 

 
Günəş  enerjisi  üçün  lazım  olan  qurğular  və 
binaların  inşası  üçün  yaxşı  keyfiyyətə  malik  olan  böyük 
ərazilər tələb oluna bilər

 
Günəş  enerji  istehsalı  üçün  avadanlıqların 
quraşdırılması və tikinti işləri yer səthinin təmizlənməsini 
tələb  edə  bilər,  bu  isə  yerin    üst  münbit  qatına  təsir  edə 
bilər; 

 
Günəş  panellərinin  yuyulması  zamanı  kimyəvi 
yuyucu vasitələrdən istifadə torpağın çirklənməsinə səbəb 
ola bilər; 
 
 
Mənfi,az 
əhəmiyyətli, 
uzunmüddətli 
 
 

 
Bərpa  olunan  enerji  mənbələrinin  inkişafı  üçün  meşə  və 
münbit sahələrdən istifadədən yayınmaq; 

 
Binaların damlarında günəş panellərinin dəstəklənməsi

 
Qurğular şərti yararsız torpaq sahələrində yaradılması; 
Məsələn,  tərk  edilmiş  mədən  sahələri,  istifadədə  olan 
mövcud istismardan çıxmış sahələr, aşağı keyfiyyətli torpaq 
sahələri 

 
Quru  təmizləmə  metodundan  istifadə  və  ya  zərərli  kimyəvi 
yuyucu vasitələrinin 
          istifadəsindən yayınmaq, tullantı sularının idarəolunmasını 
təmin etmək; 
 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə