Almaniya tarixi



Yüklə 275,32 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix03.06.2022
ölçüsü275,32 Kb.
#88597
1   2   3   4   5
Almaniya tarixi — Vikipediya

1871
-ci ilin yanvarın 18-i Versal Sarayında 
Almaniya İmperiyasının
 qurulması, ortada ağ hərbi fomada dayanmış 
Otto
fon Bismark
.


respublika hakimiyyəti qururldu. Yeni hökumət tələm-tələsik təslimçi sülh müqaviləsini
imzaladı. 
1919
-cu ilin İyun ayında imzalanan və 
Versal müqaviləsi
adlanan bu razılaşmaya
əsasən Almaniya böyük torpaqlar itirdi, həmçinin ölkə çox böyük təzminat ödəməyə məhkum
edildi. Almaniya həmin təzminatı tam olaraq yalnız 
2010
-cu ildə ödəyib bitirdi.
[3]
Razılaşma
Almaniyada "Müharibənin alçaldılmış formada davamı" kimi adlandırıldı. Versal
müqaviləsindəki ağır şərtlər Almaniyada milliyətçiliyin artmasına və sonradan 
İkinci dünya
müharibəsinə
 gətirib çıxardı.
Veymar Respublikası
Üçüncü Reyx
 dövründə Almaniyanın gerbi
1935
-ci il. 
Nürnberq
-də keçirilən reyxparad


Müharibə
 
Almaniya
bütün sosial ziddiyyətləri kəskinləşdirdi. 
1918
-ci ilin payızı üçün ölkənin
sosial-iqtisadi və sosial vəziyyəti partlayış ərəfəsində idi. Bunun üçün bəhanə komandanlığın
donanmanı on minlərlə dənizçinin qurban verilməsinə səbəb olacaq uğursuz döyüşə
göndərmək cəhdi oldu. Matroslar bu əmri yerinə yetirməkdən imtina etdilər. Eskadra 
Kil
limanına
 qayıtdıqdan sonra matroslara qarşı cəza tədbirləri görüldü. Buna cavab olaraq
matrosların etiraz çıxışları başlandı. Fəhlələr də onlara qoşuldular. Gəmilərdə və
kazarmalarda əsgər deputatları sovetləri yaradıldı. Matros və fəhlələrin çıxışları gəmilərin açıq
dənizə çıxmasına mane oldu. 
1918
-ci il noyabrın 7-də 
Münhendə
fəhlə və əsgərlərin güclü
nümayişi keçirildi. 
Bavariya
kralı 
Münhendən
qaçmalı oldu. 
Monarxiya
devrildi, kayzer könüllü
olaraq taxt-tacdan əl çəkdi. Noyabrın 9-da kansler 
Maks fon Baden
dinc yolla hakimiyyəti
demokrat 
Fridrix Ebertə
verdi. 
Almaniya
 
respublika
elan olundu. Noyabrın 10-da sosialistlərin
nümayəndələrindən ibarət Xalq Müvəkkilləri Şurası yaradıldı. 
Rusiyanın
təcrübəsindən nəticə
çıxaran alman sosial-demokratları ölkədə geniş vətəndaş 
müharibəsinin
baş verməsinə
imkan vermədilər.
Almaniyada
 
respublikanın
qurulması sabitliyi bərqərar etmədi. Nəticədə ölkədə bir sıra
qüvvələr 
hakimiyyəti
zorla ələ keçirməyə cəhd etdilər. 
Bavariyada
 kommunistlər 
inqilab
edərək orada 
hakimiyyəti
ələ keçirdilər. 
Bavariya Sovet Respublikası
 (
1918
-
1919
) cəmi bir il
mövcud olduqdan sonra mərkəzi qüvvələrin 
Münhenə
hücumu nəticəsində dağıdıldı. Bunun
ardından 
1919
-cu ilin avqust ayında 
Veymar Respublikası
quruldu. Avqustun 11-də prezident
Fridrix Ebert
Veymar Konstitutsiyasını
təsdiq etdi. Lakin bunlar ölkədə sabitlik yaranmasına
kömək etmədi. İqtisadi kriz, Versal müqaviləsinin ağır şərtləri ölkənin 
iqtisadiyyatının
dirçəlməsinə imkan vermirdi. Həmçinin ölkədə kommunistlərlə millətçilər arasında olan
düşmənçilik siyasi sabitliyin bərqərar olmasına imkan vermirdi.
1919-cu ilin fevralında 
Veymarda
açılan Müəssislər Məclisinə seçkilər keçirildi. Seçkilərdə
sosial-demokratlar qələbə qazandılar. Sosial-demokratlar partiyasının liderləri Fridrix Ebert
prezident, F.Şeydeman isə hökumətin başçısı oldular. Xalq Müvəkkillər Şurasının qərarı
əsasında 1919-cu il iyunun 31-də Veymar şəhərində Müəssislər Məclisi tarixdə 
Veymar
konstitusiyası
 kimi tanınan konstitusiyanı təsdiq etdi. Bu konstitusiya Almaniyanı federal
quruluşlu, parlanmentli prezident respublikası elan etdi. Veymarda konstitusiya qəbul edildiyi
vaxtdan 1933-cü ilə qədər olan dövrdə Almaniya 
Veymar Respublikası
adlandırılmışdır.
Konstitusiya ümumi səsvermə yolu ilə 7 il müddətinə seçilən prezidentin hüquqlarını
müəyyənləşdirdi. Bu konstitusiyaya görə Almaniyanın muxtar dövlətlərə, yəni əyalətlərə
bölünməsi saxlanıldı. Konstitusiyaya görə qanunvericilik reyxstaqa və landtaqlara məxsus idi.
Almaniya tarixinin ən əsas dönüş nöqtələrindən biri nasist partiyasının meydana gəlməsi və
hakimiyyəti ələ almasıdır. Almaniyada nasist partiyasının əsasını 1919-cu ilin yanvarında
Anton Dreksler
 qoymuşdur. Təşkilat əvvəllər Almaniya Fəhlə partiyası, sonralar isə 
Almaniya


nasional-sosialist fəhlə partiyası
 (NSDAP) adlanmışdı. Nasistlər sosial qrupları əməkdaşlığa
çağırır, irqçiliyi, sosial darvinizmi təbliğ edir, güclü totalitar və avtoritar dövlət yaratmaq
uğrunda mübarizə aparırdılar. Onların başlıca şüarları "millət, güclü dövlət və güclü rəhbər" idi.
Onlar 
marksizmin
 və 
sionizmin
 qatı düşmənləri idilər. Bununla yanaşı, sosializm ideyalarından
istifadə edərək özlərinə geniş sosial baza yaratmağa çalışırdılar. 1921-ci ildən bu partiyaya
Adolf Hitler
başçılıq etməyə başladı. Siyasi fəallığını artıran NSDAP 1923-cü ildə 
Pivə qiyamını
təşkil etdi. Lakin bu qiyam müvəffəqiyyətsizliyə uğradı. Hitler 5 il müddətinə həbsə məhkum
edildi. O, həbsdə 
Mənim mübarizəm
kitabını yazmışdı.
1929-1933-cü illər dünya iqtisadi böhranının baş verməsi ilə Almaniyada da sosial-iqtisadi və
siyasi vəziyyət gərginləşdi. Vergilər artırıldı, əmək haqqı azaldıldı. Ölkədə millətçilik meylləri
gücləndi, kütlələr arasında nasistləri nüfuzu artmağa başladı. Böhran dövründəki
çətinliklərdən istifadə edən nasistlər çıxışlar və vədlər ilə kütlələri öz tərəfinə çəkməyə
başladılar. Onlar nasist hakimiyyətinin qurulmasını 
Versal müqaviləsi
buxovlarından xilas
olmağın, böhrandan qurtulmağın yeganə yolu hesab edirdilər. Nasist təbliğatını dəstəkləyən
müxtəlif təbəqələr, həmçinin demokratiyadan yorulmuş gənclər də nasistlərin tərəfdarı idilər.
Belə bir zamanda Almaniyada iki əsas siyasi qüvvə yüksəlməyə başladı. Bunlar 
Adolf Hitlerin
başçılıq etdiyi 
Alman Nasional Sosialist Fəhlə Partiyası
 və 
Ernest Telmanın
başçılıq etdiyi
Almaniya Kommunist Partiyası
 idi. Hər iki partiya 
1932
-ci ildə keçirilmiş parlament seçkiləri
zamanı böyük səs çoxluğu yığaraq parlamentdə əksər yerləri əldə etsələr də, koalisiya
hökuməti qurmaq məsələsində bir razılığa gələ bilmədilər. Bir neçə dəfə onların qurduğu
nazirlər kabineti dağıldığına görə nəhayət 30 yanvar 
1933
-cü ildə prezident 
Paul fon
Hindenburq
 Adolf Hitleri reyxkansler elan etdi. Bununla da Almaniya və dünya tarixində dərin
iz qoymuş 
Üçüncü Reyx
hakimiyyəti başladı.
Hitlerin hakimiyyətinin ilk illərində Almaniya Birinci dünya müharibəsində itirdiyi torpaqları geri
əldə etməyə başladı. Belə ki, 
1935
-ci ildə 
Saarland

1936
-cı ildə isə Reyn vilayəti Fransadan
geri alındı. Almaniyanın iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı, ölkədə işsizlik durmadan
azalırdı, bununla paralel Almaniya qalib dövlətlərə ödəməli olduğu təzminat ödənilməsini
dayandırdı. Eyni zamanda Almaniya öz ordusunu sürətlə gücləndirirdi. 30-cu illərind axırı üçün
Almaniya dünya sənaye məhsulunun 15%-ni istehsal edirdi. Artıq 1939-cu ildə Almaniya
Avropanın ən güclü 
hərbi-sənaye kompleksinə
və müasit hərbi texnika ilə silahlanmış orduya
malik dövlətlərindən birinə çevrildi. Bunun ardınca 
1938
-ci ildə Avstriya
1939
-cu ildə isə
Çexoslovakiya
könüllü şəkildə Almaniyanın tərkibinə daxil oldu. Almaniya 1936-1939-cu
illərdə davam edən 
İspaniya vətəndaş müharibəsində
 birbaşa olaraq öz müttəfiqi 
Fransisko
Frankonun
 qoşunlarına dəstək verərək orada da faşist hakimiyyətinin qurulmasına yardım
Hitlerin hakimiyyətə gəlişi


etdi. 1936-cı ildə Almaniya və 
Yaponiya
 arasında 
Anti-Komintern paktı
imzalandı. Bu
razılaşmaya 1 ildən sonra 
İtaliya
 da qoşuldu. 
1939
-cu ildə isə Almaniya və 
SSRİ
arasında
Molotov-Ribbentrop paktı
imzalandı. Bu müqaviləyə əsasən Polşa və Baltikyanı ölkələr iki
imperialist dövlət arasında bölüşdürüldü. Həmçinin Almaniya və SSRİ 10 il arzində bir-birinə
hücum etməmək barədə öhdəlik götürdülər. 1939-cu il sentyabr ayının 1-də Almaniyanın
Polşaya hücumu ilə 
İkinci dünya müharibəsi
başladı. Ardınca SSRİ də Polşa və Baltikyanı
ölkələrə hücum edərək onları işğal etdi.
Müharibənin ilk günlərindəcə alman ordusu 

Yüklə 275,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə