Almaniya tarixi



Yüklə 275,32 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix03.06.2022
ölçüsü275,32 Kb.
#88597
  1   2   3   4   5
Almaniya tarixi — Vikipediya



Almaniya tarixi
Almaniya tarixi
 (
alm.
 
Geschichte Deuchlands
) — 
Almaniyanın
tarixi.
Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-
cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi
Skandinaviya
və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa
başladılar. Bu prosesdə onlar baltik, irandilli, 
slavyan
 və 
yunan
xalqları ilə təmasda olmağa
başladılar. 
Roma imperiyasındakı
alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin
dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur.
İmperator 
Avqustun
 dövründə Roma İmperiyası Germaniyaya (romalılar 
Reyn
 çayı ilə 
Ural
dağları
 arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə
Publiy Kvintiliy Var
 başçılıq edirdi. Eramızın 
9
-cu ilində 
Tevtoburq meşəsindəki döyüşdə
Varın
başçılıq etdiyi 3 
Roma legionu
german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir
Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad
oldu. Təxminən 
100
-cü ildən başlayaraq german tayfaları Reyn və 
Dunay
çayları arasındakı
ərazilərə, 
Avstriyaya

Bavariya
ərazisinə, həmçinin bəzi Roma əyalətlərində məskunlaşmağa
başladılar. Roma imperiyasının parçalanmasının və dağılmasının əsas səbəblərdən biri də
german tayfalarının davamlı olaraq imperiyaya qarşı hücümları idi.
Alman xalqının formalaşması
Orta Əsrlər


Almanlar romalıların təsiri altında 
xristianlığı
 qəbul edirlər. Daha sonra yaranan 
Müqəddəs
Roma imperiyasında
 almanlar əsas rolu oynayan xalq olurlar. 11 və 12-ci əsrlərdə Müqəddəs
Roma imperiyası 
İtaliya
 və 
Burqundiyanı
 öz ərazisinə qatır. 12-ci əsrdən etibarən isə almanlar
Şərqi Avropada yaşayan slavyanları əsarət altına almağa başlayırlar. 
Ostsiedlung
adını alan bu
proses nəticəsində almanlar Şərqi Avropada çoxlu sayda koloniyalar yaratmağa başlayırlar.
16-cı əsrdə Almaniyada keşiş 
Martin Lüterin
 başçılığı altında 
reformasiya
hərəkatı başlanır.
Katolik kilsəsindən ayrılan 
Lüteran kilsəsi
 
1530
-cu ildən etibarən bir çox alman dövlətlərində
rəsmi dinə çevrilir. Əgər 1500-cü ildə Almaniya Avropanın həyatında aparıcı rol oynayırdısa,
artıq 1600-cü ildə bu ölkə gerilik və əyalətçilik əlamətləri nümayiş etdirirdi. Ədəbiyyat
tənəzzülə uğramışdı, dilin özü də barbarlaşmışdı və danışığa yatmırdı. Buradakı katoliklər də,
kalvinistlər də beynəlmiləl asılılığı qəbul etmişdilər, digər ölkələrdə yazılmış kitabları maraqla
oxuyurdular. Alman universitetləri əvvəlki illərə nisbətən daha az sayda tələbə cəlb edirdilər.
Heç yerdə Almaniyada olan dərəcədə xurafat yox idi, burada başqa yerlərdə olduğundan daha
çox cadugərlər tonqalda yandırılırdı. Təhsil alanların çoxu astrologiyaya və falçılığa aludə idi,
Cənubi Almaniya
 ilə 
Reynland
 arasındakı ticarət olduqca zəifləmişdi. Bu 
Atlantik okeanı
ölkələrindəki dəyişikliklərlə, həmçinin 
Reyn çayının
mənsəbində öz maraqları olan hollandların
nəzarəti ilə əlaqədar idi. Məzhəblərarası qarşıdurma 
30 İllik müharibəyə
(1618-1648) gətirib
çıxardı, bu müharibə Almaniyaya çox böyük ziyan vurdu, Almaniyanın əhalisi 30% azaldı.
[1]
Şəhərlər muzdlu əsgərlər tərəfindən müharibə zamanı qarət edildi, bu soyğunçuluğa onların
komandirləri də nəzarət edə bilmirdi. Komandirlər özləri də vətənlərindəki hökumətlərdən heç
bir təchizat almadıqlarından öz ordularını saxlamaq üçün bütün əraziləri soyğunçuluğa məruz
qoyurdular. 
Maqdeburq
 10 dəfə, 
Leypsiq
 isə beş dəfə mühasirə olunmuşdu. Hətta İkinci
dünya müharibəsi belə Almaniya üçün Otuz illik müharibə qədər viranedici olmamışdır.
Almaniya fiziki cəhətdən belə dağıdıldığı kimi siyasi cəhətdən də xırda hissələrə
parçalanmışdı, uzun müddətə Avropa işlərində hansısa bir iştirak etməsini dayandırmışdı.

Yüklə 275,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə