Almaniya tarixi



Yüklə 275,32 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix03.06.2022
ölçüsü275,32 Kb.
#88597
1   2   3   4   5
Almaniya tarixi — Vikipediya

Wehrmacht
böyük uğurlar əldə etdi. Vermaxt çox
qısa bir müddətdə Polşanı (1939), 
Norveçi
 (1940), Belçika (1940), Hollandiya (1940), Fransanı
(1940) işğal etdi. Yalnız Fransanın işğalı zamanı almanlar 30.000 nəfər əsgər itki verdi. Fransa
tərəfdən isə ölən əsgərlərin sayı 360.000, əsir düşənlərin sayı isə 2 milyon idi. Xüsusilə
Fransanın işğal olunması Almaniyaya çox böyük ərazilər qazandırdı, belə ki Fransanın bütün
müstəmləkələri Almaniyanın nəzarəti altına keçdi. Almaniya 
Böyük Britaniya
ilə sülhə girməyə
çalışsa da, həmin vaxt almanlara qarşı dərin nifrət bəsləyən Britaniyanın baş naziri 
Vinston
Çörçillin
 barışmaz mövqedə durması hər iki ölkəni bir-birinə qarşı muharibəyə sürüklədi.
Fransanın tutulmasından az sonra Almaniya Britaniyaya qarşı hava hücumuna keçdi.
Almanların planı Britaniya adalarını ağır bombardman etdikdən sonra desant qoşunları
vasitəsilə bütün adaları tutmaq idi.
İkinci dünya müharibəsi illərində
Benito Mussolini
 və 
Adolf Hitler
 
Yuqoslaviyada
.


Britaniya səmasında 3 ay davam edən döyüşlərdə alman hərbi hava qüvvələri məğlubiyyətə
uğradı, alman quru qoşunları isə heç vaxt Britaniya ərazisinə daxil ola bilmədilər. Bu
Almaniyanın müharibədə ilk ciddi məğlubiyyəti oldu. Bu uğursuzluqdan sonra almanlar
britaniyalılara qarşı 
Atlantik okeanında
müharibə etmək taktikasına keçsələr də, burada da
ciddi bir uğur əldə etmək mümkün olmadı. 
1941
-ci ilin başlanğıcında alman ordusu 
Şimali
Afrikaya
 yeridildi. Burada almanlar ingilis ordusunu dalbadal bir neçə məğlubiyyətə uğradaraq
onları 
Misirin
içərilərinə kimi sıxışdırdı. Həmin ilin aprel ayında isə almanların Balkan
Yarımadasına hücumu başladı. Burada 
Bolqarıstan
 və 
Rumıniya
Almaniyanın müttəfiqləri
oldular. 
Yunanıstan
 və 
Yuqoslaviya
 isə qısa müddət ərzində almanlar tərəfindən tutuldu.
Bunun ardınca isə Almaniya Avropadakı bütün müttəfiqləri ilə birlikdə 
SSRİyə
hücuma keçdi.
Almanlar SSRİ-yə qarşı müharibənin qısa olacağını təxmin edirdi, onlar 1941-ci ilin Dekabr
ayına kimi 
Həştərxan
 və 
Arxangelsk
şəhərləri arasındakı xəttə qədər olan bütün əraziləri
tutmağı planlaşdırırdı. Hitlerin çıxışında dediyi kimi
Bizə yalnız qapını döyməyimiz lazımdı, bunun ardınca isə ev özü dərhal
dağılacaq
.
Hitler bu sözləri ilə Sovet imperiyasının yüzlərlə xalqı zorla əsarət altında saxlamasını nəzərdə
tuturdu. Alman ordusu ilk günlərdəcə böyük uğurlara imza atdı. Sentyabrda 
Kiyev

Minsk

Baltikyanı ərazilər tutuldu, 
Leninqrad
şəhəri mühasirəyə alındı. Yeni tutulmuş ərazilərdə
yaşayan əhali almanları xilaskar kimi qarşıladı. Sovet ordusunda zorla döyüşməyə məcbur
edilən və ruslar tərəfindən çox pis rəftara məruz qalan sovet ordusunun qeyri-rus əsgərləri
kütləvi şəkildə alman ordusunun tərəfinə keçirdilər. Müxtəlif hesablamalara görə 1-1.5 milyon
sovet əsgəri alman ordusunun tərəfinə keçmişdi. Lakin almanların hücumları 
Moskva
ətrafındakı döyüşdə dayandırıldı. Bu döyüşdə almanların məğlubiyyətinin əsas səbəblərindən
biri kəskin soyuq hava olsa da, digər bir səbəb 
ABŞ
və Böyük Britaniyanın SSRİ-yə çox böyük
miqdarda hərbi-texniki və ərzaq cəhətdən yardım etməsi oldu.
[4]


1941-ci ilin sonunda həmin dövrdə dünyada ən güclü iqtisadiyyata malik ölkə olan ABŞ-ın
Almaniya və Yaponiyaya qarşı müharibə elan etməsi almanların vəziyyətini bir qədər də
çətinləşdirdi. Lakin 
1942
-ci ilin əvvəlində alman ordusu yenidən rusları bir neçə döyüşdə ağır
məğlubiyyətə uğradaraq Rusiyanın cənubuna və 
Qafqaza
 doğru irəliləməyə başladı. Lakin
həmin dövrdə almanların 
Şimali Afrikada
baş verən 
El Alameyn döyüşündə
ingilis ordusuna
məğlub olmaqları onların vəziyyətini daha da çətinləşdirdi. Bu döyüşün ardınca Rusiyanın
cənubunda Stalinqrad və Qafqaz uğrunda gedən döyüşlərdə məğlub olan almanlar getdikcə
qazandıqları əraziləri itirməyə başladılar. 
1943
-cü ildə Almaniyanın yaxın müttəfiqi İtaliya
düşmən tərəflə razılığa gələrək almanlara qarşı müharibə elan etdi. 
1945
-ci ildə Almaniya qəti
olaraq məğlubiyyətə uğradı. İkinci dünya müharibəsi Almaniyaya baha başa gəldi. 12 milyon
nəfər alman bu müharibədə öldürüldü, ölkə iqtisadiyyatı tamamilə dağıdıldı. Xüsusilə Sovet
ordusunun əsgərləri işğal etdiyi Şərqi Almaniyada böyük dağıntılar törədir, dinc əhalini qırır,
alman qadınlarını kütləvi şəkildə zorlayırdı. Şərqi Almaniya həmin dövrdə məruz qaldığı
dağıntılardan indiyə kimi tam özünə gələ bilməmişdir.
Müharibə
 milyonlarla almanın ölümünə səbəb oldu, çox böyük ərazilər 
Almaniyadan
qoparıldı,
təxminən 15 milyon alman qonşu ölkələrdən qovuldu. Demək olar ki, bütün şəhərlər və iri
sənaye müəssisələri dağdıdıldı. 
Almaniyanın
 yerdə qalan əraziləri işğalçı 4 ölkə (
ABŞ

Böyük
Britaniya

Fransa
 və 
SSRİ
) arasında hərbi ərazilərə bölündü. Buna uyğun olaraq 
Berlin şəhəri
də həmçinin 4 işğalçı ölkələr arasında uyğun zonalara ayrıldı. 
ABŞ

Böyük Britaniya
 və 
Fransa
tərəfindən nəzarət olunan 3 qərbi ərazi 
1949
-cu il Mayın 23-də vahid dövlətdə birləşdirildi.
İşğal zonalarına bölünmüş 
Almaniya
.
Müharibədən sonrakı Almaniya



Yüklə 275,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə