Ake met indd



Yüklə 35,99 Mb.
Pdf görüntüsü
səhifə20/296
tarix31.10.2018
ölçüsü35,99 Mb.
#77394
1   ...   16   17   18   19   20   21   22   23   ...   296

  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

42

mışdır. BDU-nun Kitabxanaşünaslıq 



ka fedrasında laborant (1988 – 1990), 

müəllim (1993-1994), baş müəllim 

(1994 – 2006) işləmişdir. K.Aslan 2004-

cü ildə  “Şəxsiyyə  n  formalaşmasında 

bədii  ədəbiyya  n rolu (Azərbaycan ki-

tabxanalarının materialları  əsasında)” 

mövzusunda namizədlik dissertasiyası 

müdafi ə edərək pedaqoji elmlər nami zədi 

(pedaqogika üzrə fəlsəfə doktoru) alimlik 

dərəcəsi almışdır. 2006-2012-ci illərdə 

BDU-nun Kitabxanaşünaslıq kafedrasının 

dosen    olmuş, 2012-ci ilin yanvarında 

BDU-nun Kitabşünaslıq və  nəşriyyat 

işi kafedrasının müdiri seçilmişdir, ha-

zırda həmin vəzi fədə çalışır. 2012-ci 

ildən fakültə  Tədris-Metodik  Şurasının 

sədridir. 1970-ci illərdən Gürcüstan 

və Azərbaycan kütləvi informasiya va-

sitələrində çıxış edir. “Bakı Universite  ”, 

“Azərbaycan gəncləri”, “Mübarizə”, 

“Mü hakimə”, “Azərbaycan ordusu”, 

“Respublika”, “Borçalı”, “Elturan” (“Milli 

Məsələlər”), “Xəzər xəbər” və başqa 

qəzet və jurnallarda müxbir, redaktor və 

baş redaktor işləmişdir. 1992–1994-cü 

illərdə Azərbaycan Respublikası Müda-

fi ə Nazirliyi sistemində “Azərbaycan 

or dusu”  qəze  nin  şöbə redaktoru və 

“Hərbi nəşriyyat“ın re 

daktoru kimi ön 

cəbhələrdə işğalçı Er mənistanla apa rı lan 

döyüşlərin iş  rakçısı olmuşdur. Qarabağ 

müharibəsi veteranıdır (1998). Hazırda 

“Kitabxanaşünaslıq və informasiya” 

elmi-nəzəri və prak  ki  jur nalının baş 

redaktor müavini, “Kitab 

xanaşünaslıq 

və biblioqrafi ya”  elmi-nəzəri və  təcrübi 

jurnalının məsul  re  daktoru,  “Kitabxana.az” 

müstəqil elmi, mеtоdik və təcrübi jurnalının, 

re dak toru,  “Göyqurşağı” rəngli uşaq jur-

nalının, “Borçalı” qəze   nin və jurnalının 

və digər mətbu orqanların redaktorudur. 

Çoxsaylı elmi-nəzəri, elmi-kütləvi, ədəbi-

publisistik mə qalələrin, 5 monoqrafi ya-

nın, 30-dan artıq kitabın müəllifidir. Bir 

çox elmi, publisis  k və ədəbi-bədli kita-

bın, o cümlədən monoqrafiya, dərslik 

və dərs vəsaitlərinin ön sözünün müəlli fi , 

rəyçisi, redaktoru və elmi redaktorudur. 

Şeirlərinin bir hissəsi rus, ingilis və 

alman dillərinə  tərcümə olunmuşdur. 

Nizami Gəncəvi (1982, 1983), Həsən 

bəy Zərdabi (1994), Şəhriyar (1995), 

“Qızıl saz” (2002), “Qızıl kitab” (2004), 

“Peşəkar jurnalist” (2005), Abdulla 

Şaiq (2007), “Qızıl qələm” (2008), “İlin 

alimi” (2011), Qabaqcıl təhsil işçisi 

(2012), “Reytinqli jurnalist” (2012) və 

başqa mükafatlarla təltif edilmişdir. 

Bir sıra beynəlxalq və respublika elmi 

konfrans, seminar və simpoziumlarda 

(Azərbaycan (1995–2013), Rusiya (2001), 

(ABŞ (2011), Gürcüstan (2011), Ukrayna 

(2013) və s.) iş  rak  etmişdir.  Əsərləri: 

Şəxsiyyə  n  formalaşmasında bədii  ədə-

biyya  n rolu (Monoqrafi ya). B., 2005; 

Azərbaycanda təhsil sisteminə kitаb-

хаnа xidmə    (Dərs vəsai  ). B., 2007; 

Dünyа kitаbхаnаlаrı tarixi (XVII əsrin 

or talarından XXI əsrin  əvvəllərinədək) 

(Dərs vəsаi  ). B., 2010; Qədim və  оrtа 

əsrlər dünyа kitаbхаnаlаrı (Ən qədim za-

manlardan XVII əsrin ortalarınadək) (Dərs 

vəsаi   ). B., 2011; B., 2011; Kitabşünaslığın 

və  nəşriyyat işinin aktual problemləri 

(Monoqrafi ya). B., 2013; Kitabşünaslıq və 

nəşriyyat işi kafedrasının tarixi və inkişaf 

perspek  vləri // Kitаbxanaşünаslıq və 

informasiya, 2012, №3 (9) və s.

АSSURİYА KİTАBХАNАLАRI (AK) – Şərqin 

еrkən quldаrlıq dövlətlərindən biri olan 




  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

43

Аssuriyа  İkiçayarasının  şimal hissəsində 



(indiki 

İraqın 


ərazisində) mövcud 

olmuşdur. Həm “Aşşur” şəhərinin, həm də 

ondan yaradılan “Assuriya” ölkəsinin adı 

Allah adından alınmışdır. E.ə. III minilliyin 

sonu – e.ə. II minilliyin əvvəlində  Aşşur 

şəhər-dövlə     carə  n  və  Şumer-Akkad 

mədəniyyə  nin məkəzi idi. Bu şəhər e.ə. II 

minilliyin ortalarında Аssuriyа dövlə  nin 

paytax    olmuşdur. Aşşur  şəhərinin 

izləri 1821-ci ildə  İraqdakı  Qələt-Şərqət 

xarabalığı  ərazisində aparılmış arxeoloji 

qazın  lar  zamanı tapılmışdır. Buradan 

bütün dövrlərə aid çoxlu memarlıq 

abidəsi, kitabə, qədim mixi, o cümlədən 

he    yazıları olan böyük kitabxana 

tapılmışdır. Eradan əvvəl XIV-XIII əsrlərdə 

tər  b  edilmiş Assuriya qanunları top-

lusu zəmanəmizədək gəlib çatmışdır. 

Assuriya hüququ cəza qaydalarının 

amansızlığı, kasıbların müdafi əsizliyi və 

qadınların hüquqsuzluğu ilə seçilirdi. 

Şumеr mədəniyyə  nin  vаrisi sаyılаn 

АK-ı hаqqındа elm аləminə dаhа dоlğun 

məlumаt bəllidir. Bu ölkənin mədəni 

sərvətlərindən birini zəngin kitаbхаnаlаr 

təşkil  еdirdi. Çох  vаxt kitаbхаnа-

lаr pаdşаhlаrın sаrаylаrındа, mərkəzi 

və  əyаlət  şəhərlərinin məbədlərində 

yеrləşirdi. Kаlхu və Аşşur şəhərlərindəki 

kitаbхаnаlаr böyük şöhrət qаzаnmışdı. 

Gеniş  yаyılmış mirzə  məktəblərində 

kiçik kitаbхаnаlаr fəaliyyət göstərirdi. 

Оnlаrın fоndundа lüğətlər, sinоnimlərin 

siyаhılаrı, üçsütunlu əli   аlаrın siyаhı-

lаrı, miхi  şəkilli (pаzа, mismаrа  охşаr) 

işаrələrin siyаhılаrı, hеyvаnlаrı, bitkiləri, 

mеtаl məmulаtlаrı bildirən hаllаndırmа 

və  təsrifl əşdirmə (dəyişmə) cədvəlləri

vurmа  cədvəlləri, kvаdrаt rəqəmlər 

cədvəlləri, dərs vəsаitləri vаr idi. 

Mirzələr təkcə Аssuriyа dilini dеyil, həm 

də  çохlu  ədəbi  аbidələrin yаzıldığı ölü 

Şumеr dilini öyrədirdilər. Е.ə. XVIII əsrdə 

tər  b еdilmiş ilk miхi yаzılı dərs vəsаitləri 

dəyişdirilmədən çохlu nüsхələrlə məşhur 

Nеynəvа Kitаbхаnаsının yаrаdıcısı 

Аşşurbаnipаlın pаdşаhlığı dövrünə qədər 

gəlib çıхmışdır.



ASTARA RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ 

KİTABXANA SİSTEMİ  (Astara rayon 

MKS) – 1978-ci ildə yaradılmışdır. MKS 1 

Mərkəzi (MK) və 55 kənd kitabxana fi lialını 

özündə birləşdirir. MK 1939-cu ildən 

fəaliyyətə başlamışdır. Kitabxanaların 

avtomatlaşdırılması, elektron kitabxana, 

elektron kataloq yaradılması üçün MK-

da müasir texnologiyalara əsaslanan 

avtomatlaşdırılmış kitabxana informasiya 

proqramları  tətbiq edilmişdir. MKS-in 

kitab fondu 392 min nüsxə, oxucuların 

sayı 31 min nəfərdir. MKS-nin işçilərin 

sayı 167 nəfərdir (2014). MKS-in İnternet 

ünvanı: astara.cls.az.



АŞŞURBАNİPALIN (NEYNƏVA) KİTAB-

XANASI (AK) – Hakimiyyə    dövründə 

bir çox ölkələri işğal etmiş  Аşşurbаnipаl 

(e.ə. 669-635/627) özündən  əvvəlki 



Yüklə 35,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə