3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)


ç) Kapital üçün fasiləsiz hərəkətdə olmaq, öz konkret  formasını  pul,  məhsuldar,  əmtəə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   79

237 
 
ç) Kapital üçün fasiləsiz hərəkətdə olmaq, öz konkret 
formasını  pul,  məhsuldar,  əmtəə  şəklində  dəyişərək, 
müxtəlif  ardıcıl  mərhələlərdən  keçmək,  təbii  və  zəruri  bir 
prosesdir.  Kapital  həm  istehsal,  həm  də  tədavül  (alqı-sat-
qı)  dairəsində  hərəkətini  davam  etdirərkən  3  mərhələdən 
keçir: 
 
 
 
 
  II mərhələ --------------- İP ------- 
  III mərhələ -------------- Ə′ – P′ 
 
Burada,  P  –  pul  vəsaiti;  Ə  -  əmtəə,  İV  –  istehsal 
vasitələri; İQ – iş qüvvəsi; İP – istehsal prosesi;  Ə′ - satış 
üçün  hazır  məhsul;  P′  -  məhsul  satışından  əldə  olunmuş 
pul. 
  Müəyyən bir kapitalın ardıcıl mərhələlərlə, pul for-
masından məhsuldar formaya və əmtəəyə çevrilərək satışa 
çıxarılması, nəhayət yenidən pul formasını alması prosesi, 
vahid bir proses kimi belə baş verir: 
 
 
        
 
Kapitalın  ardıcıl  surətdə  bir  formadan  digərinə  çev-
rilməsinə  və  3  mərhələni  əhatə  edən  hərəkəti,  kapitalın 
dövranı  adlanır. Bu  mərhələlərin  hər  biri  məntiqi  ardıcıl-
lıqla sıx əlaqədə olub, qarşılıqlı təsir gücünə malikdir. Ka-
pitalın  dövranı  yalnız  o  halda  normal  proses  sayılır  ki, 
göstərilən  mərhələlər  bir-birinə  ardıcıllıqla  keçərək  isteh-
sal  tədavül dairələrinin vəhdətini yaradır. 
Kapitalın  dövranının  birdəfəlik  proses  (əməliyyat) 
I mərhələ P - Ə
 
İV 
İQ 
P - Ə
 
İV 
İQ 
... İP ...Ə

 
- P

 


238 
 
kimi deyil, fasiləsiz bərpa olunan və təkrar edilən axın ha-
lında dövranı, kapitalın dövriyyəsi adlanır. 
Müxtəlif  təyinatlı  əmtəələrin  hazırlanması  və  xid-
mətlərin göstərilməsi prosesi onların istehsalı, habelə təda-
vülü müddətinin uzunluğu, yaxud qısalığından asılı ola-
raq, ayrı-ayrı istehsal-xidmət sahələrində kapitalın dövriy-
yə  sürəti  xeyli  fərqlənir.  Biznes  və  sahibkarlıq  fəaliyyəti 
kapitalın dövretmə sürətinə laqeyd olmayıb, bu işin da-
ha intensiv surətdə həyata keçirilməsi və son nəticə etiba-
rilə yüksək mənfəət təmin etməsində maraqlıdır. 
Kapitalın dövriyyəsi vaxtı, istehsal və dövriyyə vax-
tı kimi 2 hissəyə ayrılır. İstehsal vaxtı – kapitalın bilava-
sitə istehsal dairəsində olduğu müddətdir. İstehsal vaxtının 
mühüm  hissəsini  iş  dövrü  təşkil  edir  və  istehsal  yaxud 
emal edilən məhsul bu zaman əməyin birbaşa təsiri altında 
olur. İş dövrü istehsal – xidmət dairəsinin ümumi xarakte-
rindən,  sahənin  özünəməxsus  xüsusiyyətlərindən,  texniki-
texnoloji  vasitələrin  səviyyəsindən,  işçilərin  peşəkarlığın-
dan,  istehsalın  təşkili  mədəniyyətindən  asılıdır.  Məsələn, 
pambıq  və  yundan  iplik  hazırlamağa,  yaxud  çörək  və 
xörək bişirməyə nisbətən az bir vaxt sərf olunduğu halda, 
sərnişin  gəmisinin  yaxud  kosmik  raketin  istehsalına  daha 
uzun  bir  vaxt  tələb  edilir.  Eyni  zamanda  istehsal  vaxtı 
adətən  iş  dövründən  uzun  olur.  Lakin  istehsalın  maddi-
texniki  bazası  təkmilləşdikcə,  əmtəələrin  istehsalına  və 
xidmətlərin göstərilməsinə lazım olan vaxt (iş dövrü) təd-
ricən qısalmağa doğru meyl edir. 
  Tədavül  vaxtı  –  kapitalın  pul  formasının  məhsul-
dar formaya və əmtəə formasının pul formasına çevrildiyi 
vaxtdır. Bu  müddət bir sıra şərtlərdən, o cümlədən bazar-
dakı  tələb-təklifdən,  rəqabət  mübarizəsindən,  qiymətlərin 


239 
 
səviyyəsindən, satış bazarının  yaxın-uzaqlığından, nəqliy-
yat  və  rabitə  vasitələrinin  inkişafından,  reklam  işinin  təş-
kilindən asılıdır. 
d)  İstehsal  prosesində  iştirakına  və  dəyərini  hazır 
məhsulun  üzərinə  keçirməsi  üsulun  görə  kapital  əsas  və 
dövriyyə kapitalına ayrılır. Kapitalın bu bölgüsü, onun tər-
kib hissələrinin dövretmə xarakterindəki müxtəliflikdən və 
öz  dəyərlərini  konkret  məhsulun  üzərinə  keçirməsi  xüsu-
siyyətindən  irəli  gəlir.  Əsas  kapital  məhsuldar  kapitalın  o 
hissəsinə  deyilir  ki,  istehsal  prosesində  iştirak  edərək,  öz 
dəyərini  məhsulun  üzərinə  birdən-birə  deyil,  hissələrlə, 
yəni bir sıra istehsal dövrləri (müddətləri) ərzində keçirir. 
Əsas  kapitala  müxtəlif  əmək  vasitələri  –  binalar  və  dəz-
gahlar,  qurğular  və  avadanlıqlar  daxildir.  Məsələn,  çilin-
gərin istehsal prosesində istifadə etdiyi dəzgah, yaxud mü-
hərrik 10 il işləyə bilirsə, o zaman həmin avadanlığın də-
yərinin  onda  bir  hissəsi  hər  il  istehsal  olunmuş  hazır  əm-
təənin üzərinə keçir. 
Əsas kapitalın müxtəlif ünsürləri istehsala bir neçə il 
ərzində  xidmət  etdiyindən,  tədricən  aşınaraq  sıradan  çıxır 
ki, buna avadanlığın fiziki aşınması deyilir. Əsas kapitalın 
aşınmış  hissəsinin  ödənilməsinə  ayrılan  amortizasiya  ayır-
maları  bu  məqsəd  üçün  nəzərdə  tutulan  fond  toplanılır. 
Amortizasiya  -  əsas  kapitalın  aşınmasına  uyğun,  vaxtaşırı 
ayırmalar yolu ilə onun dəyərinin pul formasında ödənilmə-
si  olub,  yığım  kimi  saxlanılır.  Müəyyən  olunmuş  amorti-
zasiya norması əsasında toplanmış bu vəsaitdən, aşınmış 
bina  və  avadanlıqların  təmiri,  habelə  təzələnməsində  isti-
fadə  olunur.  Əsas  fondların  mənəvi  aşınması  köhnə  ava-
danlıqların daha məhsuldarla əvəz olunması, yenilərin ya-
radılması,  habelə  əmək  vasitələrindən  satış  qiymətlərinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə