3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)


Sabit, dəyişən, ümumi və orta xərclərin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   79

231 
 
Sabit, dəyişən, ümumi və orta xərclərin 
müəssisədə (şirkətdə) formalaşması. 
 
Məhsul 
buraxılışı 
(ədədlə) 
Ümumi xərclər (mln. manatla) 
Orta xərclər (manatla) 
Sabit 
Dəyişən 
Ümumi 
Sabit 
Dəyişən 
Ümumi 

100 

100 
100.000 

100.000 
100 
100 
120 
220 
1.000 
1.200 
2.200 
200 
100 
240 
340 
500 
1.200 
1.700 
300 
100 
360 
460 
333 
1.200 
1.533 
400 
100 
490 
590 
250 
1.225 
1.475 
500 
100 
640 
740 
200 
1.280 
1.480 
600 
100 
810 
910 
167 
1.350 
1.517 
          
Cədvəldən aydın olur ki, müəyyən bir məhsulun (çö-
rək, ehtiyat hissəsi, sement, parça, ayaqqabı) istehsalı art-
dıqca, orta istehsal xərcləri, yəni hər məhsul vahidinə sərf 
olunan  xərclər  azalmağa  doğru  meyl  edir.  Eyni  zamanda 
orta  və  ümumi  xərclər  məhsul  buraxılışı  həcmi  ilə  əlaqə-
dar müxtəlif səviyyələrdə ola bilər. Bu cədvəldəki rəqəm-
lərin  təhlilindən  aydın  olur  ki,  orta  istehsal  xərcləri  100-
300 ədəd məhsul buraxılışı həcmində demək olar ki, eyni-
dir. Lakin sonrakı istehsalın genişləndirilməsi nəticəsində  
bu  xərclər  artır.  Deməli,  bu  konkret  misalda  optimal  va-
riant  kimi  orta  istehsal  xərcləri    400  ədəd  məhsul  buraxı-
lışına qədər aşağı düşür, 400 ədəddən yuxarı məhsul bura-
xıldıqda isə həmin xərclər artır. 
İqtisadi  nəzəriyyədə,  son  hədd  xərcləri,  alternativ 
xərclər və transaksion  xərclər anlayışlarına da rast gəli-
rik. 
Son  hədd  xərcləri  –  növbəti  əlavə  məhsul  istehsalı 
(məsələn 1000 ədəddən çox paltar, 10 tondan artıq çörək, 
100  min  metrdən  çox  parça)  ilə  bağlı  ümumi  xərclərin 


232 
 
artan  kəmiyyətini  göstərir.  Bu  xərclərin  öyrənilməsi, 
müəssisə  və  şirkətin  təsərrüfat  fəaliyyəti  üçün  mühüm 
əhəmiyyət  kəsb  edərək,  hər  hansı  bir  istehsalın  optimal, 
səmərəli variantını müəyyən edir. Müəssisənin və şirkətin 
konkret  məhsul  buraxılışı  ilə  onun  müxtəlif,  xərcləri 
arasındakı  asılılığı,  habelə  son  hədd  xərcləri  ilə  bazarda 
formalaşan  qiymətləri  aşağıda  verilən  cədvəldən  görmək 
olar: 
Məhsul buraxılışı ilə müxtəlif xərclər  
arasındakı asılılıq 
 
Məhsul 
bura-
xılışı 
(ədədlə) 
Sabit 
xərclər 
Dəyi-
şən 
xərclər 
Ümumi 
xərclər 
Orta 
xərclər 
Sabit 
orta 
xərc-
lər 
Dəyi-
şən 
orta 
xərclər 
Son 
hədd 
xərc-
ləri 
Qiy-
mət 

6.000 

6.000 





100 
6.000 
4.000 
10.000 
100 
60 
40 
40 
40 
200 
6.000 
7.000 
13.000 
65 
30 
35 
30 
40 
300 
6.000 
9.000 
15.000 
50 
20 
30 
20 
40 
400 
6.000 
10.000 
16.000 
40 
15 
25 
10 
40 
500 
6.000 
14.000 
20.000 
40 
12 
28 
40 
40 
600 
6.000 
18.000 
24.000 
40 
10 
30 
40 
40 
700 
600 
23.400 
29.400 
42 
8,6 
33,4 
54 
40 
 
Cədvəldə  verilən  rəqəmlərdən  aydın  olur  ki,  son 
hədd  xərcləri  rəqabət  şəraitində  bazarda  formalaşmış  qiy-
mətlərdən aşağı olduqda, şübhəsiz istehsalın həcmini artır-
maq  mümkündür.  Verilmiş  konkret  misalda  bu  son  hədd 
400  ədəd  (vahid)  həddidir.  Əgər  son  hədd  xərcləri  bazar 
qiymətindən yüksək olarsa, şübhəsiz istehsal səmərəsiz iş-
ləyəcək,  mənfəət  olmayacaqdır.  Belə  halda  istehsalı  da-
vam  etdirmək  iqtisadi  baxımdan  faydalı  olmayacaq  və 
müəssisəyə (şirkətə), habelə sahibkara ziyan vuracaqdır. 


233 
 
İstehsalın dəyişən müxtəlif amillərinin hazır  məhsu-
lun  həcminə  nisbətən  daha  sürətlə  artması,  yeni  texnika-
texnologiyanın  tətbiqi,  əmək  məhsuldarlığının  yüksəldil-
məsi, sahibkarlıq bacarığı, reklam fəaliyyəti kimi müxtəlif 
şərtlərlə əlaqədardır. Bütün bu obyektiv-subyektiv amillər 
diqqətlə öyrənilib və təhlil olunub elə əməli, praktik məs-
ləhətlər  verilməlidir  ki,  müxtəlif  istehsal  sahələrinin  ən 
optimal iş rejimi müəyyənləsdirilərək, həyata keçirilsin. 
İstehsalın  alternativ  xərcləri  -  təsərrüfat  həyatının 
hansı  sahələrindən  eyni  xərclərlə  daha  səmərəli  iqtisadi 
fəaliyyət  göstərilməsinin  iqtisadi  cəhətdən  əlverişli  seçi-
mini müəyyənləşdirməyə imkan verir. Konkret bir təsərrü-
fat sahəsinə çəkilmiş xərclər, həmin məbləğin başqa sahə-
lərə yönəldilərsə verdiyi səmərə, yaxud itkilərlə müqayisə 
olunmalıdır.  Məsələn,  kimya  və  neft  sənayesinə  yönəldi-
lən sərmayələrin kənd  təsərrüfatına və balıqçılığın inkişa-
fına  qoyulması,  yaxud  bu  problemin  ətraf  mühitə,  ekolo-
giyaya  təsiri  alternativ  xərclər  prinsipi  əsasında  öyrənilib, 
həyata keçirilməlidir. 
Transaksion  xərclər  –  bazar  subyektləri  (agentlə-
ri)  arasındakı  alqı  -  satqı  sövdələşmələrinə  sərf  olunmuş 
xərclərin  məbləğidir.  Geniş  mənada  bu  xərclər  hər  bir 
iqtisadi sistemin əlavə  xərcləri, dar  mənada isə bazar isti-
rakçılarının  öz  aralarındakı  münasibətləri  tənzimləyib  yo-
luna qoymaq üçün çəkdikləri müəyyən konkret xərclərdir. 
Bu  xərclər  bazar  münasibətləri  iqtisadi  sisteminin  qeyri-
kamilliyi, nöqsanları,  obyektiv-subyektiv xarakterli  çətin-
likləri  ilə  bağlı  olub,  şirkətlərin  son  hədd  xərclərinə  aid 
edilir. 
c) Mürəkkəb və ziddiyyətli inkişaf  yolu keçən bazar 
münasibətləri iqtisadi sisteminin formalaşıb  müasir səviy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə