2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   ...   8   9   10   11   12   13   14   15   16

50

DAYANIQLI 

İ

QT

İ



SAD

İ

 



İ

NK

İ



ŞAFA 

DƏSTƏK


Qiymətli Kaqızlar üzrə Dövlət Komitəsi 

(hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası 

və ya MBNP) ilə tərəfdaşlıq çərçivəsində “PAŞA 

Bank” ASC Azərbaycanda maliyyə xidmətləri və 

qiymətli kağızlar bazarının yaxşılaşmasına və 

inkişafına qulluq edən proqramlar həyata keçirir. 

Bu səylərin məqsədi Azərbaycanı beynəlxalq 

kapital bazarlarına daha dərin inteqrasiya 

etməkdir.

2015-ci ildə “PAŞA Bank” ASC “Bakı və 

Londonda kapitalın cəlb edilməsi: yeni imkanlar” 

mövzusunda konfrans keçirmək üçün tərəfdaş 

kimi KPMG beynəlxalq peşəkar xidmətlər 

şirkətini seçmişdir. Tədbir fond birjalarında 

səhmlərin açıq yerləşdirilməsi və formalaşan 

bazarlarda kapitalın cəlb edilməsi imkanları ilə 

bağlı son təmayüllər üzərində cəmləşmişdir. 

Məruzəçilər London Fond Birjasından, Bakı Fond 

Birjasından, KPMG-dən nümayəndələr və kapital 

bazarları üzrə digər ekspertlərdən ibarət idilər.

“PAŞA Bank” ASC və Azərbaycan 

Respublikası Sahibkarlar Təşkilatları Milli 

Konfederasiyası birləşərək formalaşan 

bazarlarda dalğalanma (qeyri-sabitlik) dövrünün 

yaratdığı imkanlar mövzusunda seminar təşkil 

etmişdirlər. Zamanında keçirilmiş tədbir qlobal 

və regional iqtisadiyyatda son hadisələr və 

işgüzar fəaliyyətin dayanıqlı əsasda aparılması 

mərhələləri üzərində cəmləşmişdir, digər 

iştirakçılarla yanaşı yerli işgüzar dairələr, 

araşdırma mərkəzlərinin nümayəndələri, KİV 

üzvləri tərəfindən alqışla qarşılanmışdır. Milli 

Məclis, İqtisadiyyat və Sənaye Nazirliyi (hazırda 

İqtisadiyyat Nazirliyi), Strateji Araşdırmalar 

Mərkəzi və digər təsisatların nümayəndələri 

iqtisadiyyatın dalğalandığı dövrlərlə bağlı 

fikirlərini bildirmişdirlər, irəliyə aparan yolları 

müzakirə etmışdirlər.

KOS-larda maliyyə savadlılığı

Azərbaycan iqtisadiyyatına dəstək olaraq 

“PAŞA Bank” ASC KOS-ların institusional 

inkişafına və maliyyə savadlığına töhfə verir.

Bank, yerli və beynəlxalq təşkilatların, o 

cümlədən Beynəlxalq Maliyyə Korporasiyasının 

(BMK), Azərbaycan Respublikası Sahibkarlar 

Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan 

Respublikasının Mərkəzi Bankının istirakı ilə 

müxtəlif sənayerlərdən olan KOS-lar üçün 

seminarlar keçirir.

The Economist jurnalı ilə birgə tədbirlər

2013-cü ildən “PAŞA Bank” ASC tərəfdaşları 

ilə birlikdə sənaye ekspertlərinin iştirakı ilə 

plenar müzakirələr vasitəsilə iqtisadi riskləri 

və vəziyyətin inkişaf ehtimallarını (ssenariləri) 

təhlil etmək məqsədilə dəvətnamə əsaslı 

tədbirlər təşkil edir. Bu tədbirlər, Azərbaycan 

və Xəzər bölgəsində fəaliyyət göstərən biznes 

rəhbərlərinin üzləşdikləri strateji qərarlar 

qarşısındakı qlobal risklər və hadisələr əsnasında 

inkişaf perspektivləri üzərində cəmləşir.

2014-cü və 2015-ci ildə “PAŞA Bank” ASC 

bir sıra ölkədən olan qərarverən, investor və 

qeyri-hökumət təşkilatının bir araya gələrək 

Azərbaycanın iqtisadi artımını sürətləndirmək 

imkanlarını müzakirə etdikləri Azərbaycan 

İnvestisiya Sammitini təşkil etmək üçün tərəfdaş 

kimi dünya şöhrətli Economist Group şirkətini 

seçmişdir.



Ölkənin artan iqtisadiyyatına dəstək olaraq “PAŞA Bank” ASC 

KOS-ların institusional inkişafına və maliyyə savadlığına töhfə 

verir. Bank ölkə iqtisadiyyatının artımına təkan verəcək əsas 

qüvvə kimi KOS-ları görür və onlarla birgə böyümək yollarının 

axtarışındadır.


51

PAŞA Bank 2015-ci ilin İllik Hesabatı


52

BEYNƏLXALQ NÜFUZ

Kredit reytinqləri

2015-ci ildə bazar mühiti bir çox çağırışların 

baş verməsindən dəyişkən şəkildə olsa da “PAŞA 

Bank” ASC beynəlxalq agentliklər tərəfindən 

etiraf edilən krediti ödəmə qabiliyyətini qoruya 

bilmişdir.

2015-ci ildə Standard & Poor’s reytinq 

agentlizi “PAŞA Bank” ASC-ə stabil perspektivli 

BB-’ uzunmüddətli və ‘B’ qısamüddətli qarşı 

tərəf kredit reytinqi dərəcəsini təyin etmişdir. 

Həmin ilin noyabr ayında Fitch Ratings bankın 

uzunmüddətli xarici valyuta üzrə emitentin 

defolt reytinqini (IDR) ‘B+’ dərəcəsindən ‘BB-’ 

dərəcəsinədək artırmışdır, qısamüddətli IDR-i 

isə ‘B’ dərəcəsində təyin etmişdir. Bu, 100% 

yerli kapitalla işləyən Azərbaycan kommersiya 

bankları arasında ən yüksək, ölkənin özəl 

bankları arasında isə ikinci ən yüksək reytinq 

dərəcəsidir.

Mükafatlar, tədbirlər və sponsorluq

Ölkənin aparıcı maliyyə təsisatı qismində 

“PAŞA Bank” ASC qlobal maliyyə dairələrinin 

ən çox tanınmış bəzi üzvlərinin diqqətini cəlb 

etməkdədir. 2015-ci ildə bank, fəaliyyətinin üstün 

olmasının beynəlxalq miqyasda tanınması kimi 

bir sıra mötəbər mükafat almışdır:

•        Global Finance jurnalı “PAŞA Bank” ASC-i 

“Azərbaycanın ən yaxşı bankı” adı ilə təltif 

etmişdir;

•        EMEA Finance jurnalı “PAŞA Bank” ASC-i 

əvvəlki il olduğu kimi 2015-ci ildə Europe Banking 

Awards 2015 təltifi çərçivəsində “Azərbaycanın 

ən yaxşı bankı” adına layiq görmüşdür;

•        Azərbaycan Mikromaliyyə Assosiasiyası 

(AMFA) “PAŞA Bank” ASC-i “İlin iştirakçısı” və 

“Gender bərabərliyini təbliğ edən aparıcı şirkət” 

mükafatları ilə təltif etmişdir;

•        2015-ci ildə Marketing Kingdom Baku 

tədbirində “PAŞA Bank” ASC-nin insan resursları 

heyətini “İlin HR komandası” mükafatı ilə təltif 

etmişdir.

“PAŞA Bank” ASC beynəlxalq miqyasda 

nüfuzunu və tanınmasını artıran mühüm yerli və 

beynəlxalq tədbirlərin sponsorluğuna da davam 

etmişdir. Bu tədbirlərə aşağıdakılar daxil idi:

•        Azərbaycanın maliyyə bazarları 

mövzusunda seminar (London, Birləşmiş Krallıq, 

27 yanvar 2015-ci il) – təşkilat və sponsor dəstəyi;

•        Azərbaycan bank və maliyyə forumu (Bakı, 

Azərbaycan) – təşkilat və sponsor dəstəyi;

•        Xəzər enerji forumları (Bakı, Azərbaycan) - 

təşkilat və sponsor dəstəyi;

•        The Economist jurnalının təşkilatçılığı 

ilə Azərbaycan investisiya sammiti (Bakı, 

Azərbaycan) – təşkilat və sponsor dəstəyi;

•        “Böhran yeni imkanlar yaradır” mövzusunda 

seminar (Bakı, Azərbaycan) - təşkilat və sponsor 

dəstəyi;


•        P World şirkətinin təşkilatçılığı ilə 

Marketing Kingdom tədbiri (Bakı, Azərbaycan) – 

sponsor dəstəyi;

•        Asiya İnkişaf Bankının illik toplantısı – 

iştirak;

•        Avropa Yenidənqurma və İnkişaf Bankının 

illik toplantısı – iştirak;

•        ABŞ-Azərbaycan bank və maliyyə forumu 

(Nyu-York, ABŞ) – təşkilat və sponsor dəstəyi;

•        London Fond Birjasının Maliyyə bazarları 

forumu (Bakı, Azərbaycan) – təşkilat və sponsor 

dəstəyi;


•        Amerika Ticarət Palatasının və 

Britaniya Biznes Qrupunun Azərbaycandakı 

nümayəndəlikləri – rəsmi naharlarda 

təqdimatlar;

•        SIBOS sərgiləri – iştirak;

Dəyişkən il ərzində “PAŞA Bank” ASC beynəlxalq agentliklərinin 

möhkəm kredit reytinqi və stabil perspektivi ilə tanınan krediti 

ödəmə qabiliyyətini qoruya bilmişdir. Əlavə olaraq bank, fəal-

iyyətinin üstün olmasının beynəlxalq miqyasda tanınması kimi 

bir sıra mötəbər mükafatlar almışdır.



Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə