2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   ...   8   9   10   11   12   13   14   15   16

53

•        Dayanıqlı inkişaf və korporativ sosial 

məsuliyyət mövzusunda konfrans (Bakı, 

Azərbaycan) – sponsor dəstəyi;

•        Bakıda İtaliya həftəsi (Bakı, Azərbaycan) – 

sponsor dəstəyi;

•        Muğam festivalı (Bakı, Azərbaycan) – 

sponsor dəstəyi;

•        P World şirkətinin təşkilatçılığı ilə insan 

resursları sahəsində təcrübə mövzusunda tədbir 

(Bakı, Azərbaycan) – təşkilat və sponsor dəstəyi;

•        ABŞ-Azərbaycan Ticarət Palatasının 

təşkilatçılığı ilə Azərbaycanda ticarət missiyası – 

təşkilat və sponsor dəstəyi;

•        “BakıTel” beynəlxalq telekommunikasiya 

və informasiya texnologiyaları sərgisi (Bakı, 

Azərbaycan) – iştirak;

•        İxracın stimullaşdırılması mövzusunda 

seminar (Bakı, Azərbaycan) – təşkilat dəstəyi;

•        Bakı əcnəbilər icmasının üzvləri üçün milad 

bazarı – sponsor dəstəyi.

PAŞA Bank 2015-ci ilin İllik Hesabatı



54

DƏSTƏKLƏYİCİ BÖLMƏLƏR

Factoring

2015-ci ildə “PAŞA Bank” ASC Azərbaycanda 

faktorinq xidmətlərini göstərən ilk maliyyə 

təsisatı oldu. Hazırda bank ölkədaxili faktorinq, 

güzəştli hesab-fakturalar, təchizat zəncirinin 

maliyyələşməsi, ixrac və idxal üzrə faktorinq 

daxil olmaqla bütün növ faktorinq xidmətlərini/

məhsullarını təklif edir.

2015-ci ildə “PAŞA Bank” ASC Beynəlxalq 

Faktorlar Assosiasiyasının (Factors Chain 

International, FCI) Azərbaycandan yeganə üzvü 

olan bank idi. FCI dünyanın aparıcı faktorinq 

şirkətlərinin qlobal şəbəkəsidir. Bunun sayəsində 

“PAŞA Bank” ASC 90 ölkədə 400-dən çox 

faktorinq xidməti/məhsulu təminatçısına çıxış 

əldə edib.

Faktorinqə dair əsas tələblər 

aşağıdakılardan ibarətdir:

•        satıcı (təchizatçı) və alıcı (borclu) arasında 

müqavilə;

•        satıcı (təchizatçı) və alıcı (borclu) arasında 

müəyyən vaxtı əhatə edən kommersiya 

münasibətlərinin təsdiqi;

•        satıcı (təchizatçı) və alıcı (borclu) arasında 

mallar və xidmətlərin təchizatını təsdiqləyən 

təslim-təhvil aktı;

•        müqavilə ilə tələb edilən bütün hesab-

fakturaların, həmçinin digər köməkçi 

(müşayiətedici) sənədlərin banka təqdim 

edilməsi.

Faktorinqin üstünlükləri aşağıdakılardır:

•        kreditə (sonradan ödəmək şərtilə) satış 

məbləğinin 90%-dək nisbətini dərhal almaq 

imkanı;


•        dövriyyə vəsaitinin münasib maliyyələşmə 

şərtləri hesabına artırılması;

•        təyin edilmiş maliyyə vəsaiti və 

uzunmüddətli ödəniş şərtləri;

•        alınacaqlar və ödənişlər üzərində artırılmış 

kredit nəzarəti;

•        təchizatçı və alıcı arasında etibara əsaslanan 

münasibətlərin dəstəklənməsi.

Faktorinq xidmətləri/məhsulları 

Azərbaycanda fəaliyyət göstərən kiçik və orta 

müəssisələr üçün çox uyğundur, onlar üçün 

girov əsaslı ənənəvi kreditləşmə ilə müqaysədə 

daha münasib şərtlərlə maliyyə vəsaitinə çıxışı 

təmin edir. “PAŞA Bank” ASC bu istiqamətdə 

fəaliyyətinin yaxın illərdə artmağa davam 

etməsini gözləyir.

İnformasiya texnologiyaları

“PAŞA Bank” ASC fəaliyyətinin istənilən 

tərəfi baxımından göstərdiyi xidmətlərin 

sürətini və keyfiyyətini yüksəldəcək üstün 

texnologiyalarla işləyir ki, müştəri və işçi 

məmnunluğu maksimum səviyyədə təmin edilsin. 

 “PAŞA Bank” ASC-nin İnformasiya 

Texnologiyaları Departamenti bankdakı 

sistemlər, rabitə xətləri, təhlükəsizlik və proqram 

təminatı infrastrukturuna görə cavabdehdir. 

Departamentə həmçinin “PAŞA Bank” ASC 

sisteminin infrastrukturuna əlavə edilmiş vahid 

tətbiqi bank proqramının həftənin yeddi günü, 

günün 24 saaatı ərzində qüsursuz, sürətli, 

yoxlanılan, genişlənən və daima nəzarət edilən 

fəaliyyətini təmin etmək tapşırığı verilib. 

2015-ci il ərzində “PAŞA Bank” ASC həyata 

keçirdiyi biznes proseslərinin beynəlxalq 

standartlara cavab verməsinə şərait yaratmaq 

məqsədilə müxtəlif səylər göstərməklə 

texnologiyalarını təkmilləşdirməyə və yeniləməyə 

davam etmişdir. Həmin il departamentin 

layihələri aşağıdakılardan ibarət olmuşdur: 

2015-ci ildə “PAŞA Bank” ASC Beynəlxalq Faktorlar Assosiasi-

yasının (Factors Chain International) Azərbaycandan ilk və 

yeganə üzvü olan bank idi. Ölkədaxili bazar mühitini faktorinq 

xidmətləri üçün yetişmiş hesab edən “PAŞA Bank” ASC bu 

aparıcı sahədə fəaliyyətini artırmaq niyyətindədir.



55

•        “PAŞA Bank” ASC-nin fəaliyyətinin 

arasıkəsilməzliyini təmin etmək məqsədilə 

Bakının iki fərqli məkanında yerləşəcək, biri 

qəza ilə üzləşdikdə belə ikincisi işinə davam 

edəcək iki məlumat mərkəzindən ibarət olan 

Stretched Data Center (səpələnmiş məlumat 

mərkəzi) layihəsi vasitəsilə yeni, olduqca 

əlçatan informasiya texnologiyaları sistem 

infrastukturunun yaradılması;

•        Bütün sistemlərin müntəzəm qaydada 

yaradılan surətinin (dublikatının) işlənilməsinin 

tamamlanması;

•        Bütün tətbiqi internet proqramlarının 

daha rahat və təhlükəsiz sayılan https rabitə 

formatına keçirilməsi.

Təsis edildiyi tarixdən “PAŞA Bank” 

ASC Azərbaycan bank sahəsində texnoloji 

dönüşlərdən innovativ məhsul və xidmətlərədək 

müxtəlif yenilikləri tətbiq edib. 2015-ci ildə “PAŞA 

Bank” ASC Vergilər Nazirliyi kimi müxtəlif dövlət/

hökumət qurumlarından daxil olan əmrlərin/

tapşırıqların işlənilməsini tam avtomatlaşdıra 

bilmiş ilk Azərbaycan bankı oldu.

“PAŞA Bank” ASC-nin informasiya 

texnologiyaları heyəti həmçinin əsas bank işi 

sistemində əmək haqqı modulu (Salary Module) 

kimi bankın əsas proseslərini avtomatlaşdırılmaq 

və onlara sərf edilən vaxtı azaltmaq məqsədini 

daşıyan bir neçə irimiqyaslı layihəni işləyib və 

gercəkləşdirib. Bu səylər resursların daha da 

optimallaşdırılması və əlaqəli biznes proseslərin 

yeni səmərəlilik səviyyəsinədək artırılması ilə 

nəticələndi.

Müştərilərinə bütün platformalardan 

arasıkəsilməz, hərtərəfli xidmətlərin 

göstərilməsinə sadiq qalan “PAŞA Bank” ASC 

2015-ci ildə bank xidmətlərinə internet və 

mobil bankçılıq vasitəsilə məsafədən qoşulmaq 

imkanının yaradılmasında vacib irəliləyişə nail 

olmuşdur. Həmin il “PAŞA Bank” ASC korporativ 

müştərilərə işçilərinin əmək haqqı ödənişlərini 

Azərbaycan bank sektorunda ilk dəfə olaraq 

internet bankçılıq xidmətini göstərən filialdan 

rəsmiləşdirmək imkanını yaratmış internet 

bankçılıq funksiyasını işə salmışdır.

Mobil platformalar vasitəsilə müştəriyə 

daha yaxın olmaq istiqamətində sürətlə inkiaf 

edən “PAŞA Bank” ASC loro (sifarişli müxbir) 

hesabdan kart hesabına bankdaxili ödənişlərin 

və onlayn pul köçürmələrinin edilməsinə 

şərait yaradan bağlantı proqramını (interface) 

işləmişdir. Bununla müştərilər ölkədaxili 

ödəniş formasını doldurmaq tələbindən azad 

edilmişdirlər, ödənişlərin işlənilməsi müddəti isə 

qısaldılmışdır.

2015-ci ildə “PAŞA Bank ASC müştərilərinə 

kredit kartları üzrə faktiki qalıq məbləğini 

internet bankçılıq xidmətini göstərən filialdan 

müraciət əsasında öyrənmək imkanını təmin 

etdi.

Üzərimizə gələn il “PAŞA Bank” ASC 



rəqəmsal, xüsusilə mobil bankçılığın vüsət 

tapdığı bazar şəraitində texnologiyalar və 

innovasiyalar sahəsində səylərini artırmağı 

planlaşdırır.



2015-ci il ərzində “PAŞA Bank” ASC həyata keçirdiyi biznes 

proseslərinin beynəlxalq standartlara cavab verməsinə şərait 

yaratmaq məqsədilə müxtəlif səylər göstərməklə texnologi-

yalarını təkmilləşdirməyə və yeniləməyə davam etmişdir. Bank 

texnologiyaları və innovasiyaları strateji vəzifə kimi qəbul edir.

PAŞA Bank 2015-ci ilin İllik Hesabatı


Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə