56
PASHA Bank. Annual Report.2014
“PAŞA Bank” ASC 2015-ci ildə ənənəvi
korporativ sosial məsuliyyət modelindən
maraqlı tərəflərin fəal cəlb edilməsindən
ibarət daha müasir yanaşmaya keçmişdir.
Bununla bank öz səylərini Azərbaycan
xalqının güzəranını artırmaq məqsədilə
sahibkarlıq, insan kapitalı, layiqli idarəçilik
və potensialın gücləndirilməsi üzərində
cəmləşdirəcək.
57
PASHA Bank. Annual Report.2014
KORPORATİV SOSİAL
MƏSULİYYƏT
58
KORPORATİV SOSİAL MƏSULİYYƏT
Nümunəvi korporativ vətəndaş amalına
sadiq qalan “PAŞA Bank” ASC sosial məsuliyyətə
yüksək önəm verir və fəaliyyət göstərdiyi
cəmiyyətin bir hissəsi olmağa xüsusi diqqət
yetirir. Təsis edildiyi tarixdən “PAŞA Bank” ASC
cəmiyyətdə vəziyyəti önləyən, əməkdaşlıq və
birgə iş naminə vəzifələr icra edib, Azərbaycan
xalqının rifahının təmin edilməsini və ölkənin
yaşamaq və işgüzar fəaliyyətlə məşğul
olmaq üçün daha yaxşı məkana çevrilməsini
dəstəkləmək məqsədinə qulluq edib.
Bugünkü dəyişkən və sürətlə qloballaşan
dünyada hər-hansı müəssisə və ona aid olan
maraq dairələri uzunmüddətli artımı təmin
etmək məqsədilə eyni yolla addımlamalıdırlar.
Bunun üçün “PAŞA Bank” ASC 2015-ci ildə
ənənəvi korporativ sosial məsuliyyət modelindən
maraqlı tərəflərin fəal cəlb edilməsindən ibarət
daha müasir yanaşmaya keçmişdir. Bununla
bankın Azərbaycan xalqının güzəranının
yaxşılaşdırılması dəstixəttinindən kənara
çıxmaması təmin ediləcək.
“PAŞA Bank” ASC-nin yeni korporativ
sosial məsuliyyət yanaşmasının hər bir cəhəti
aşağıdakı üç istiqamətdən qaynaqlanır:
• Sahibkarlığı səlahiyyətləndiririk.
• İnsan kapitalını səlahiyyətləndiririk.
• Keyfiyyətli idarəçiliyi və potensialın
gücləndirilməsini səlahiyyətləndiririk.
Sahibkarlığı səlahiyyətləndiririk
Bu istiqamət, hazırki müştərilərə
effektiv xidmət göstərməklə və müştəri
bazasını genişləndirməklə KOSsektorunu
dəstəkləməkməqsədini daşıyır. “PAŞA Bank”
ASC iştirak haqqını ödəyə bilməyən və ya işçi
heyət üzvlərini potensialın gücləndirilməsi və
bacarıqların artırılması mövzusunda müxtəlif
təlimlərə göndərə bilməyən KOS sektorundan
olan müştəriləri üçün seminarlar təşkil edir.
Bankın “Məsuliyyətli biznes: inkişaf üçün
yerli potensialın yaradılması” seminarları yerli
peşəkar təlimçilər tərəfindən Biznesə Dəstək
Mərkəzlərində və ya “Barama” İnnovasiya və
Sahibkarlıq Mərkəzində aparılır. Bu tədbirlər
“PAŞA Bank” brendi üzrə bəyan edilmiş
müştərilərlə birgə yeni zirvələri fəth etmək
vədinə həmçinin uyğun gəlir.
Layihələr portfeli
Müəssisənin Dayanıqlı İnkişafı Proqramı
(SEDP):
“Azərbaycan Gənclərinin Nailiyyəti”
ictimai birliklə əməkdaşlıq çərçivəsində 2014-
cü ildə başlamış bu proqram potensialın
gücləndirilməsi və əlverişli mühitin yaradılması
vasitəsilə gənc nəsil arasında kiçik və orta
müəssisə təsis etmək mədəniyyətinə rəvac
vermək və bu müəssisələrin səmərəliliyini
artırmaq məqsədini daşıyır. Proqram Gəncə və
Zaqatalada həyata keçirilib.
“Ideya Qazandi”:
Realiti şou və ölkədə ilk
59
belə televiziya layihəsi olan “İdeya Qazandı”
yerli miqyasda yayımlanır. 10 seriya davam edən
şouda gənc sahibkarlar “PAŞA Bank” ASC və
uğurlu biznes sahibləri kimi böyük şirkətləri və
maliyyə təsisatlarını təmsil edən investorlar
qrupundan mənbə kapitalını təmin etmək üçün
müvafiq ideyalarını ortaya qoyurlar. “İdeya
Qazandı” işgüzar fəaliyyət sahəsində nou-hau
səviyyəsini və gənclər arasında etik davranış
mədəniyyətini artırmaqla sahibkarlıq, kiçik və
orta müəssisələri inkişaf etdirmək məqsədinə
qulluq edir.
“Barama” İnnovasiya və Sahibkarlıq
Mərkəzi:
2015-ci ildən “PAŞA Bank” ASC
Azərbaycanda sahibkarlıq fəaliyyətinə təkan
vermək məqsədilə “Azercell Telekom” MMC
tərəfindən 2009-cu ildə işə başlamış biznes
inkubator layihəsi, “Barama” İnnovasiya və
Sahibkarlıq Mərkəzini dəstəkləyir. Layihə üzrə
başlıca olaraq İT sahəsində fəaliyyət göstərən
kiçik bizneslərə törəmə (start-up) dövründə
texniki və məsləhət yardımı göstərilir.
Biznes klass layihəsi:
Bu layihənin əsas
məqsədi yüksək səriştəli sahə peşəkarlarının
apardığı maarifləndirici seminarlar vasitəsilə
qeyri-neft sektorunda fəaliyyət göstərən kiçik
və orta müəssisələrin işgüzarlıq qabiliyyətinin və
bacarıqlarının artırılmasıdır.
İnsan kapitalına güc veririk
Bu istiqamətdə məqsəd ölkənin ən
yaxşı tələbələrini banka iş praktikasına və
ya işçi qismində cəlb etmək üçün seçmək və
təlimləndirməkdən ibarətdir.
Layihələr portfeli
Ümumazərbaycan biznes klass müsabiqəsi
(ABCC):
İllik tədbir olan ABCC ölkənin əsas
universitetlərini təmsil edən komandaları
müxtəlif biznes sahələri üzrə biliklərini
tətbiq etməklə həqiqətən baş vermiş biznes
problemlərini verilmiş vaxt ərzində həll etmək
üçün bir araya gətirir. Maliyyə, marketinq,
mühasibatlıq, texnologiyalar və idarəetmə bilikləri
olan iştirakçılar qənaətə gəldikləri çıxış yollarını
Azərbaycanın müxtəlif biznes qurumlarını təmsil
edən “hakimlər heyətinə” təqdim edirlər.
Canlı Bank:
Bu innovativ tədbir peşəkar
inkişaf mövzusunda təlim proqramına uyğun,
lakin bank sektorunun əsaslarına xüsusi
diqqət yetirməklə ərsəyə gətirilib. Bu təşəbbüs
çərçivəsində iştirakçılar yalnız bank sənayesi
ilə bağlı təlimlənmirlər, həmçinin daha yaxşı
vətəndaş və daha zirək istehlakçı olmağa
həvəsləndirilirlər.
İnşa Yazılışı Müsabiqəsi:
Britaniya Şurası
ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu
layihə, yüksək pilləli təhsil verən təsisatların
tələbələrini inşa yazılışı müsabiqəsinə cəlb
etməklə iqtisadi artım və inkişaf məsələlərinin
həlli məqsədilə tərtib edilib. Layihənin
vəzifəsi tələbələri ölkənin gələcək iqtisadi
inkişafında fəal iştirak etməyə həvəsləndirmək
və dəstəkləməkdən ibarətdir. Müsabiqə
qalibləri Londonun tanınmış King’s College
universistetində yay biznes məktəbinə getmək
kimi cəzbedici imkan qazanırlar.
Tələbə Təqaüdü proqramı:
2012-ci ildən
“PAŞA Bank” ASC Tələbə Gənclər Təşkilatları
İttifaqı ilə tərəfdaşlıq çərçivəsində tələbə
təqaüdü proqramını həyata keçirir. Proqram
yerli universitetlərdə istedadlı və cəmiyyət
qarşısında məsuliyyətli tələbələri, həmçinin özəl
və dövlət sektorları üçün gələcəyin liderlərini
yetişdirmək məqsədilə tərtib edilib. Bu təşəbbüslə
təhsildə fərqlənən, liderlik potensialı və cəmiyyət
qarşısında məsuliyyətini nümayiş etdirən
tələbələr dəstəklənirlər.
Layiqli idarəçilik və işgüzarlığın artımına
güc veririk
Bu istiqamət məlumatlılığın artırılmasına
dair müxtəlif təşəbbüs və tədbirlər vasitəsilə
bankın nüfuzunu dəstəkləmək məqsədini daşıyır.
PAŞA Bank 2015-ci ilin İllik Hesabatı
60
KORPORATİV SOSİAL MƏSULİYYƏT
Layihələr portfeli
Biznes jurnalistika:
Layihənin
məqsədi seçilmiş 11 jurnalistin ehtiyaclarını
cavablandırmaq üçün hazırlanmış xüsusi təlim
proqramı vasitəsilə milli KİV-lərin peşəkar səriştə
və bacarıqlarını gücləndirməklə Azərbaycanda
biznes xəbərlərinin yazılması standartlarını
artırmaqdan ibarətdir. Layihə, Avropanın nəhəng
KİV təşkilatlarından biri, Thomson Foundation
ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və
jurnalistlər üçün Reuters, BBC, Guardian və digər
aparıcı KİV qurumlarından təcrübə toplamaq
imkanının gerçəkləşməsinə qulluq edir.
Orta ümumtəhsil məktəb şagirdləri və
universitet tələbələri üçün maliyyə savadlılığı:
“PAŞA Bank” ASC əhalinin qiymətli kağızlar
bazarına dair ümumi məlumatlılıq səviyyəsini
artırmaq və cəmiyyəti kapital bazarları
mövzusunda maarifləndirmək məqsədilə
Azərbaycan Respublikasının Mərkəzi Bankı və
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (hazırda
Maliyyə Bazarlarına Nəzarət Palatası və ya
MBNP) ilə sıx əməkdaşlıq edir. Eyni zamanda
bank tələbələrin bilik və bacarıqlarının inkişafına
yönəlmiş təşəbbüsləri də dəstəkləyir. Bankın
məktəblilər üçün təşkil etdiyi “Açıq qapı günü” bu
qəbildən olan maarifləndirici tədbirdir.
“PAŞA Bank” ASC Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin (hazırda Maliyyə Bazarlarına
Nəzarət Palatası və ya MBNP) həyata keçirdiyi
aşağıdakı layihələri həmçinin dəstəkləyir:
Gəncədə “Breyn Rinq” yarışması, Azərbaycan
Dövlət İqtisad Universitetində “Kapital bazarları”
müsabiqəsi və “Üç ideya” müsabiqəsi. Bu
tədbirlər iqtisadiyyat sahəsində savadı olan
gəncləri və tələbələri sözügedən mövzulara
cəlb etmək, beləliklə ölkə iqtisadiyyatında baş
verən və nəticədə bəhrələnəcəkləri dəyişmələri
mənimsəmək məqsədilə işlənib hazırlanır.
61
PAŞA Bank 2015-ci ilin İllik Hesabatı
62
Bazarın zəif olduğu bir dövrdə sabit
mövqeyini qorumaqla və müştəri
ehtiyaclarını yerinə yetirməyə davam
etməklə “PAŞA Bank” ASC müştərilərlə
son illər inkişaf etdirdiyi münasibətlərdən
bəhrələnmişdir. Nəticə etibarilə, 2015-ci
ilin sonunda bank cəlb etdiyi əmanətlərin
cəmini 1,373,113 min manat (881,181 min
ABŞ dolları) həcmində bildirmişdir.
63
PASHA Bank. Annual Report.2014
MALİYYƏ HESABATLARININ
İCMALI
64
MALİYYƏ HESABATLARININ İCMALI
Bankların bağlanması nəticəsində olduqca
qəlizləşmiş bazar şəraitində “PAŞA Bank”
ASC sabitliyin dayağı mövqeyini itirməmişdir.
Bank il ərzində möhkəm kapital göstəricilərini
saxlayaraq müsbət nəticələr hasil etmişdir.
“PAŞA Bank” ASC, onun Gürcüstandakı PAŞA
Bank Georgia və Türkiyədəki PASHA Yatırım
Bankası A.Ş. törəmə bankları üzrə 2014-ci ilin 31
dekabr tarixində bitmiş il üzrə əsas göstəricilər
və fəaliyyət nəticələrinin seçiliş hissəsi aşağıda
verilib.
2015-ci ildə “PAŞA Bank” ASC toplam
səhmdar kapital baxımından Azərbaycanın ən
böyük bankı mövqeyini qorumuşdur. Həmin
ilin sonunda bankın bildirdiyi toplam səhmdar
kapitalın həcmi 432,489 min manat (277,343
min ABŞ dolları
1
) təşkil etmişdir ki, 2014-cü ilin
sonunda sözügedən göstərici 323,706 min manat
(412,680 min ABŞ dolları
3
) olmuşdur.
2015-ci ilin 31 dekabr tarixinə olan vəziyyətə
əsasən “PAŞA Bank” ASC aktivlərinin cəmini
2,292,739 min manat (1,470,270 min ABŞ dolları
1
)
həcmində göstərmişdir ki, bu da əvvəlki ilin
1,273,258 min manat (1,623,225 min ABŞ dolları
3
)
səviyyəsindən 80% yüksək idi. (Milli valyutanın
2015-ci ildə iki dəfə devalvasiyaya uğraması
nəticəsində xarici valyutada ifadə edilmiş
aktivlərin dəyəri 497,081 min manat artmışdır;
beləliklə, mütləq artım göstəricisi 41% təşkil
etmişdir.)
2015-ci ilin sonuna dəlalət edən vəziyyətə
əsasən “PAŞA Bank” ASC-nin aktivləri aşağıdakı
kimi təsnif edilmişdir:
• Nağd pul vəsaiti və onun ekvivalentləri –
45%
• Müştərilərə verilmiş kreditlər – 39%
• Qiymətli kağızlar portfeli – 6%
• Kredit təsisatlarından alınacaqlar – 6%
• Digər (cari və cari olmayan) aktivlər – 4%
2015-ci ildə güclü kredit artımına nail
olunmuşdur. Bankın ümumi kredit portfeli
əvvəlki illə müqayisədə (573,642 min manat və ya
731,313 min ABŞ dolları
3
) 66% artaraq 949,848 min
manat (609,111min ABŞ dolları
1
) təşkil etmişdir.
(Milli valyutanın 2015-ci ildə devalvasiyaya
uğraması nəticəsində xarici valyutada ifadə
edilmiş kreditlərin dəyəri 118,250 min manat
artmışdır; beləliklə, mütləq artım göstəricisi 45%
təşkil etmişdir.)
Kredit portfelinin itkilərinə qarşı effektiv
ehtiyat dərəcəsi 5.0% (2014-cü ildə isə 6.1%) idi.
2015-ci ildə “PAŞA Bank” ASC-nin qeyri-işlək
kredit portfelinin nisbi çəkisi BMHS və riskləri
idarəetmə sahəsində qabaqcıl təcrübələrə
əsasən 2014-cü ilin 10.76% səviyyəsindən
3.82%-dək aşağı düşmüşdür. Lakin bank, Kredit
Komitəsinin və İdarə Heyətinin dərindən izlədiyi
qeyri-işlək kreditlər baxımından ölkədaxili
tənzimləmə və nəzarət qaydalarına uyğun
olan, bununla belə daha mühafizəkar daxili
metodologiyanı və yanaşmanı tətbiq edir.
Sözügedən daxili yanaşmaya əsasən “PAŞA
Bank” ASC-nin qeyri-işlək kredit portfelinin
nisbi çəkisi ölkə-daxili bazar şəraitinin gərginliyi
nəticəsində 2014-cü ilin sonuna olan 5.84%-dən
2015-ci ilin sonunda 8.68%-dək artmışdır.
Bazarın zəif olduğu bir dövrdə sabit
mövqeyini qorumaqla və müştəri ehtiyaclarını
yerinə yetirməyə davam etməklə “PAŞA Bank”
ASC müştərilərlə son illər inkişaf etdirdiyi
münasibətlərdən bəhrələnmişdir. Nəticə
etibarilə, 2015-ci ilin sonunda bank cəlb
etdiyi əmanətlərin cəmini 1,373,113 min manat
(881,181 min ABŞ dolları) həcmində bildirmişdir.
Müştərilərdən cəlb edilmiş müddətli və
müddətsiz əmanətlərin nisbi çəkisi müvafiq
olaraq 66% və 34% (2014-cü ildə isə 79% və 21%)
təşkil etmişdir.
65
2014-cü ildə 2,796 min manat (3,565 min
ABŞ dolları
4
) itkiyə məruz qalmış “PAŞA Bank”
ASC 2015-ci ilin yekunlarına əsasən 14,383 min
manat (13,984 min ABŞ dolları
2
) həcmində xalis
mənfəət əldə etdiyini bildirmişdir. 2015-ci ilin
yekunlarına əsasən cəmi əməliyyat gəliri əvvəlki
illə müqayisədə (60,205 min manat və ya 76,753
min ABŞ dolları
4
) 93% artaraq 116,253 min manat
(113,032 min ABŞ dolları
2
) təşkil etmişdir.
“PAŞA Bank” ASC 2015-ci ildə faiz gəlirini
100,280 min manat (97,501 min ABŞ dolları
2
),
qeyri-faiz gəlirini isə 40,308 min manat (39,191
min ABŞ dolları
2
) həcmində bildirmişdir. Qeyri-
faiz gəlirinin əməliyyat gəlirinin cəminə nisbəti
35% olmuşdur.
2015-ci ildə “PAŞA Bank” ASC korporativ
müştərilərini effektiv maliyyə alətləri (məsələn
törəmə valyuta alətləri) ilə təmin edirdi.
Genişlənən korporativ müştəri bazası və artan
mədaxil 2015-ci ilin ticari mənfəətinə müsbət
töhfə vermişdir. Xarici valyuta alışı və satışı
üzrə gəlirin əldə edilməsi “PAŞA Bank” ASC-ə
müxtəlif müştəri tələblərini qarşılamaq üçün
törəmə alətləri təklif etməklə mənfəət artımına
nail olmaq şəraitini yaratmışdır. Həmin il bankın
ticari mənfəəti 5,467 min manat (5,316 min ABŞ
dolları) həcmində bildirilmişdir.
“PAŞA Bank” ASC 1-ci dərəcəli kapital üzrə
çatarlılıq əmsalını Azərbaycan Respublikasının
Mərkəzi Bankının müvafiq kapital tələbini xeyli
üstələyən 17% (2014-cü ildə isə 33%) səviyəsində
bildirmişdir. Bazel II və Bazel III sazişləri ölkədə
tətbiq olunduqda tələb edilən kapital çatarlılığı
səviyyələrinə uyğun gəlmək öhdəliyinə sadiq
qalırıq. Həmçinin səhmdarlarımız üçün kapitalları
müqabilində möhkəm gəlir normasını hasil
etməyə sadiq qalırıq.
PAŞA Bank 2015-ci ilin İllik Hesabatı
*Bütün göstəricilər digər tarix bildirilmədikdə 2015-ci ilin
31 dekabrına təsadüf edir və audit edilmiş məcmu maliyyə
hesabatlarına əsaslanır.
* Məbləğləri manatdan ABŞ dollarına çevirmək üçün aşağıdakı
məzənnələrdən istifadə edilir:
1
2015-ci il üzrə balans cədvəlinin müvafiq bəndləri: 1.5594
(2015-ci ilin 31 dekabr tarixinə olan valyuta məzənnəsi)
2
2015-ci il üzrə M/Z hesabatının müvafiq bəndləri: 1.0285
(2015-ci il üzrə orta valyuta məzənnəsi)
3
2 014-cü il üzrə balans cədvəlinin müvafiq bəndləri: 0.7844
(2014-cü ilin 31 dekabr tarixinə olan valyuta məzənnəsi)
4
2014-cü il üzrə M/Z hesabatının müvafiq bəndləri: 0.7844
(2014-cü il üzrə orta valyuta məzənnəsi)
66
PASHA Bank. Annual Report.2014
PASHA Bank.Annual Report.2015
PASHA Bank. Annual Report.2014
67
PAŞA Bank
13, Yusif Məmmədəliyev küç.
Bakı, AZ1005, Azərbaycan
T: (+994 12) 496 50 00
F: (+994 12) 496 50 10
E: office@pashabank.az
www.pashabank.az
Dostları ilə paylaş: |