2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   ...   8   9   10   11   12   13   14   15   16

45

“PAŞA Bank” ASC kredit risklərinin effek-

tiv idarə edilməsini təmin etmək üçün müvafiq 

prosedurları daima təkmilləşdirməklə və ye-

niləşdirməklə kredit riskləri modelinin yaradıl-

masında, təsdiqində, sənədləşdirilməsində və 

tətbiqində dünya səviyyəli standartları qəbul 

edib. 


Bankda risk mövqeyini müntəzəm qa-

ydada qiymətləndirmək üçün bir sıra dövri 

daxili hesabatdan istifadə edilir. Tam avtomat-

laşdırılmış, real rejimdə fəaliyyət göstərən və bir 

neçə proqram təminatını dəstəkləyən hesabat 

sisteminin əməli şəklə salınması istiqamətində 

iş aparılır. Yeni sistem mövqe üzrə son hədlərə 

(limitlərə) nəzarət vasitələri və bu hədlərə səbəb 

olan hadisələr, həssaslıq və stres testlər, erkən 

xəbərdalıq mezanizmi və digər xüsusiyyətlərlə 

səciyyələnəcək. 

Departamentin dünya səviyyəli standatlara 

nail olmaq seçiminin bariz nümunəsi bank daxili 

yaradılmış və icra edilmiş İnsidentləri İdarəetmə 

Sistemidir. Bu təşəbbüs, bankın riskləri idarəet-

mə sahəsində boşluqları ayırd etmək, çatışma-

zlıqları aradan qaldırmaq və daima təkmilləşmək 

yanaşmasını tətbiq etmək məsələlərini diqqət 

mərkəzində saxlamasında həmçinin əks etdirilir.

2015-ci ildə “PAŞA Bank” ASC-də riskləri 

idarəetmə sahələrinin hər birində potensialın 

gücləndirilməsi baş tutmuşdur. Bununla belə, 

üstün qlobal təcrübələrə əsaslanan, Azərbaycan 

bazarına və bankın fəaliyyət xüsusiyyətlərinə 

uyğunlaşdırılmış daxili alətlərin yaradılması-

na, kredit riskləri üzrə potensial itkilərin daha 

səmərəli qaydada hesablanması praktikasının 

təkmilləşdirilməsinə və kreditlərin işlənilməsi 

yanaşmasının icrasına xüsusilə diqqət yetirilm-

işdir. COSO qaydalarına əsaslanan metodologi-

yanı tətbiq etməklə “PAŞA Bank” ASC-də risklərin 

yetişkənliyi səviyyəsinin bankdaxili ölçülməsi 

cari müntəzəm qaydada təkmilləşən yetişkən-

lik səviyyəsinin 5 ballıq şkala üzrə 3-cü pillədə 

qərarlaşmasından xəbər verir. Nəticə etibarilə, 

risklərin yetişkənliyi baxımından daha yüksək 

səviyyəyə çatmaq məqsədilə “PAŞA Bank” ASC 

bütün fəaliyyət istiqamətlərini əhatə edən 

müəssisədə riskləri idarəetmə (ERM) sisteminin 

yaradılması üzrə düzgün iş aparır.

Riskləri idarəetmə istiqamətində görülən 

tədbirlərin ən son nəticələrinə əsaslanaraq 

“PAŞA Bank” ASC bu sahədə transformasiya 

mərhələsinə başlayıb. Bankın riskləri idarəetmə 

sahəsində 2016-cı ilin əməli planında yaşanan 

çətin bazar mühitində yer tapan risk xüsusi-

yyətlərinin daha da təkmilləşdirilməsinə dair 

yeni imkanlar ayırd edilib. Riskləri idarəetmə 

sahəsində bacarıq və qabiliyyətlərini artıraraq 

“PAŞA Bank” ASC üstün praktikaları mənimsəyən 

və yerli bazarda gerçəkləşdirən öndər kimi kor-

porativ əhatə dairəsini artırmağa hədəfləyir. 



PAŞA Bank 2015-ci ilin İllik Hesabatı


46

TAIB bankı satın almaqla “PAŞA Bank” 

ASC dünyanın ən nəhəng 20 iqtisadi-

yyatından biri olan qonşu Türkiyədə 

fəaliyyətini cəmləşdirmiş korporativ 

müştəriləri hədəfə almağı düşünür.




47

PASHA Bank. Annual Report.2014

BEYNƏLXALQ FƏALİYYƏT




48

ÖLKƏDAX


İ

L

İ



 VƏ BEYNƏLXALQ 

İ

NK



İ

ŞAF


Şəffaf biznes praktikası və etik yanaşma 

ilə müşayiətdə korporativ, kommersiya və 

investisiya bank xidmətlərini göstərməklə “PAŞA 

Bank” ASC regionun artan ticarət və investisiya 

axınlarının astanasında qərarlaşmaqdadır. 

Azərbaycan, Türkiyə və Gürcüstan arasında 

genişlənən iqtisadi fəaliyyəti nəzərə almaqla 

bankın Müşahidə Şurası müştərilərimizin cari 

və mümkün bank ehtiyaclarını qarşılamaq üçün 

bu bazarlara çıxmasının onların mənafeyinə ən 

yaxşı qaydada cavab verməsi   qərarına gəlmişdir.

“PAŞA Bank” ASC 2013-cü ilin fevral 

ayında ilk törəmə bankını Tiflisdə (Gürcüstan) 

açmışdır. Beləliklə, iki ölkə arasında artan ticarət 

həcmi, həmçinin bu ölkələrin strateji regional 

layihələrdə birgə iştirakı daxil olmaqla bir sıra 

səbəbdən bankın xaricdə fəaliyyətə başlaması 

baxımından ilk ölkə kimi Gürcüstan seçilmişdir. 

Hazırda “PAŞA Bank” ASC-nin müştəriləri ilə 

yanaşı bir çox Azərbaycan şirkəti Gürcüstanda 

fəaliyyət göstərir. Bankın Gürcüstandakı 

törəmə qurumu mövcud müştərilərə daha 

yaxşı xidmət göstərmək, həmçinin müştəri 

bazasını genişləndirmək üçün daha rahat şərait 

təmin edir. Bu təşəbbüsdən irəli gələn digər 

başlıca məqsəd Azərbaycan və Gürcüstan 

iqtisadiyyatının inkişafına töhfə verməkdir.

Dünyanın ən nəhəng 20 iqtisadiyyatından 

biri olan Türkiyə bazarına çıxış imkanlarının 

hamısını diqqətlə nəzərdən keçirdikdən sonra 

“PAŞA Bank” ASC-nin Müşahidə Şurası TAIB 

bankında nəzarətedici sahib pay almaq və 

Aksoy Holdinq şirkəti ilə tərəfdaş olmaq 

qərarına gəlmişdir. Aksoy Holdinq şirkəti 




49

və bank arasında uzunmüddətli, etibara 

əsaslanan işlək münasibətlərin olmasından bu 

əqdləşmə mövcud tərəfdaşlığın təbii qaydada 

genişlənməsinə dəlalət edirdi. Beləliklə, 

“PAŞA Bank” ASC və Aksoy Holdinq etibarlı 

tərəfdaşlıqdan yararlanaraq, həmçinin hazırda 

mövcud olan fəaliyyət göstərmək səriştəsi və 

bazar kapitalının əsasında daha da böyümək 

baxımından birdəfəlik və bənzərsiz imkanı 

qaçırmadılar.

2014-cü ilin dekabr ayında Türkiyə 

Bankların Tənzimlənməsi və Banklara Nəzarət 

Agentliyi (BRSA) TAIB bankında nəzarətedici 

sahib payı Aksoy Holdinq şirkətindən almış 

“PAŞA Bank” ASC-ə Türkiyə bazarına çıxmaq 

icazəsini verdi. Bu satınalma ilə “PAŞA Bank” 

ASC Türkiyədə fəaliyyətini cəmləşdirmiş 

korporativ müştəriləri hədəfə almağı düşünür. 

Türkiyə bazarında Azərbaycan, Gürcüstan və 

bölgənin digər ölkələrinə sərmayə qoyuluşu 

imkanlarının axtarışında olan kiçik və orta 

müəssisələr üçün böyük potensial vardır. Bundan 

başqa, bank Azərbaycandan olan sərmayə 

axınını Türkiyəyə yönəldərək yerli layihələrin 

yaratdığı hədsiz potensialı daha dolğun qaydada 

gerçəkləşdirməyə çalışır.

“PAŞA Bank” ASC Türkiyə iqtisadiyyatına 

yeni birbaşa xarici investisiyanın xüsusilə 

Azərbaycandan cəlb edilməsinin hər iki ölkənin 

iqtisadiyyatına bəhrə verəcəyinə inanır. Bu 

həmçinin bankın böyüməsi, fəaliyyətinin cari və 

mümkün müştərilərinin ehtiyaclarını qarşılamaq 

üçün genişləndirilməsi baxımından əla imkan 

yaradacaq.

PAŞA Bank 2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə