2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   ...   8   9   10   11   12   13   14   15   16

39

PAŞA Bank 2015-ci ilin İllik Hesabatı


40

İNVEST


İ

S

İ



YA BANKÇILIĞI

2015-ci ilin dördüncü rübündə təsis 

edilməsinə baxmayaraq İnvestisiya Bankçılığı 

Departamenti geniş çeşiddə məhsul və xidmət 

göstərir. Bu dəstə aşağıdakılar daxildir:

•        Təsbit gəlirli məhsullar: istiqrazların yerli və 

beynəlxalq bazarlarda alışı və satışı;

•        Brokerlik: broker xidmətlərinə çıxış, repo 

(əks alış) və aktiv əsaslı kreditləşmə vasitəsilə 

borc (kredit) vəsaitinə arxalanma, hesabların 

aparılması, əqdləşmələr üzrə hesablaşmalar, 

alınacaq vəsaitin (debitor borcunun) yığılması və 

əlaqədar məsləhət xidmətləri;

•        Qapalı (özəl) səhm payında iştirak: “PAŞA 

Kapital” QSC* regiondan olan müxtəlif şirkətlərə 

səhmdar kapitalın təmin edilməsi məsələlərində 

məsləhət verir; 

•        Tədqiqat: “PAŞA Kapital” QSC-nin işçi heyəti 

qlobal və ölkədaxili kapital bazarlarındakı əsas 

hadisələri əhatə edən həftəlik şərhi hesabat 

hazırlayır;

•        Məsləhət xidmətləri: digər məsələlərlə 

yanaşı kapital strukturunun optimallaşdırılması, 

reytinqin müəyyən edilməsi, səhmdar kapitalın 

və borc vəsaitinin maliyyələşdirilməsinə dair 

institusional müştərilərə məsləhətin verilməsi.

 

İnvestisiya bankçılığı heyəti aşağıdakılarla 



birlikdə 2015-ci ildə yeni məhsul və xidmətlərə 

başlamışdır:

•        Kapitalla təmin edilmiş əmtəə əsaslı borc 

vərəqəsi;

•        Təməl istiqraz portfelinə bağlı xarici valyuta 

ilə forvard (gələcək tarixli) əməliyyatı;

•        Avroda zəmanət verilmiş gəliri olan istiqraz 

portfelinin kredit (borc vəsaiti) hesabına alın-

ması.

“PAŞA Kapital” QSC son iki il Bakı Fond 



Birjasında dövriyyə həcmi baxımından ən böyük 

broker olmuşdur. 2015-ci ildə “PAŞA Kapital” QSC 

ticarət həcminin cəmi 1,593,418,183.50 manat 

göstərmişdir. Şirkət elektron ticarət platforması 

vasitəsilə fond birjası və Milli Depozit Mərkəzinə 

birbaşa çıxışa malikdir.

Azərbaycan iqtisadiyyatı böyüdükcə və 

şaxələndikcə “PAŞA Bank” ASC-nin investisi-

ya bank xidmətləri və məhsullarını tələb edən 

layihələri də artacaq. Bankın möhkəm nüfuzu və 

olduqca bacarıqlı peşəkar heyəti onun bu strateji 

sahədə yaxşı mövqe tutmasının təminatıdır.



2015-ci ildə “PAŞA Bank” ASC-nin investisiya bankçılığı heyə-

ti yeni investisiya məhsullarını və xidmətlərini tətbiq etmişdir. 

Azərbaycan iqtisadiyyatı böyüdükcə və şaxələndikcə bank 

gələcək artım imkanlarını məhz bu sahədə görür.

*Azərbaycan qanunvericiliyinə əsasən banklar müştərilərə 

broker və investisiya xidmətlərini göstərə bilməzlər. Beləliklə, 

“PAŞA Kapital” QSC “PAŞA Holdinq” MMC-nin törəmə qurumu 

kimi müştərilərə investisiya və əlaqədar məsləhət xidmətlərini 

göstərir.




41

XƏZ


İ

NƏDARLIQ


2015-ci ilin sonuna olan vəziyyətə əsasən “PAŞA Bank” ASC-ə 

məxsus olan ümumi aktivlərin 56.7%-i təşkil edən 1,299.4 milyon 

manat məbləğində vəsaiti xəzinədarlıq idarə edirdi.

Maliyyə bazarlarındakı məzənnə dəy-

işmələrini yaxından izləyən “PAŞA Bank” ASC-nin 

Xəzinədarlıq Departamenti 2015-ci ildə alter-

nativ investisiya alətlərindən istifadə etməklə 

riskləri minimuma endirmək və yüksək gəlirə 

nail olmağa çalışmışdır. Aktivlərin keyfiyyətini 

yaxşılaşdırmaqla department “PAŞA Bank” ASC-

nin mənfəət göstəricisinin 2015-ci ilin hədəflərinə 

uyğun gəlməsində böyük xidmət göstərmişdir.

Ölkədaxili və qlobal işgüzar mühitdə baş 

verən son hadisələr əsnasında Xəzinədarlıq 

Departamenti müvafiq vaxt seçimi və alternativ 

investisiya imkanlarından yararlanaraq bankın 

balans göstəriciləri strukturunun möhkəmlən-

məsinə yardım etmişdir. Xərc amillərini yaxından 

izləməklə department ona həvalə edilmiş portfe-

lin şaxələnməsinə davam etmişdir.

2015-ci ilin sonuna olan vəziyyətə əsasən 

“PAŞA Bank” ASC-ə məxsus olan ümumi aktiv-

lərin 56.7%-i təşkil edən 1,299.4 milyon manat 

məbləğində vəsaiti xəzinədarlıq idarə edirdi. Bu 

aktivlərə 51.9 milyon manatlıq qiymətli kağızlar 

portfeli, həmçinin 1,021.3 milyon manat mə-

bləğində nağd pul vəsaiti və onun ekvivalentləri 

və kredit təsisatlarından ödənilməli 225.8 milyon 

manatlıq debitor borc daxildir. Hesabat ilində 

“PAŞA Bank” ASC-nin faiz gəlirinin 22.2%-i (22.3 

milyon manat) xəzinədarlığın portfeli təmin 

etmişdir.

2015-ci ildə “PAŞA Bank” ASC müvəffəqi-

yyətlə emissiya edilmiş və ümumi məbləği 10 

milyon manat təşkil edən istiqrazlarlar üzrə son 

təminatçı kimi çıxış etmiş, əlavə olaraq Unibank 

(iki buraxılış), Finca, AG Bank, Bakcell, Access-

Bank üçün gündəlik likvid vəsait təminatçısı 

olmuşdur və bazarı formalaşdıran qismində ilk 

dəfə ipoteka istiqrazlarının buraxılışını təşkil 

etmişdir.

Üzərimizə gələn il daha çox sayda kor-

porativ müştərinin kapital bazarlara çıxması 

səbəbindən “PAŞA Bank” ASC bu sahənin 

böyüməsini gözləyir.



42

İNST


İ

TUS


İ

ONAL BANKÇILIQ

Ticarətin maliyyələşdirilməsi

“PAŞA Bank” ASC müştərilərinə ticarətin 

maliyyələşdirilməsi üzrə genişçeşidli məhsul və 

xidmətlər göstərir. Bu cür ixtisaslaşmış məhsul 

və xidmətlərə yerli və beynəlxalq bank zəmanəti, 

zəmanətli akkreditiv, sənəd (malın yüklənmə-

si) üzrə akkreditiv, fakt əsaslı qısa-, orta- və 

uzunmüddətli maliyyələşmə və ixrac özü mali-

yyələşmə daxildir. Bank müştərilərinə ticarətin 

maliyyələşdirilməsi ilə əlaqədar konsultasiya və 

məsləhət xidmətlərini də göstərir, ticarətin mali-

yyələşdirilməsi məhsullarını və xidmətlərini milli, 

həmçinin xarici valyutada təklif edir.

Xariclə əqdləşmələrin qısamüddətli (24 

ayadək) maliyyələşdirilməsi məqsədilə “PAŞA 

Bank” ASC təmiz ticarətin vasitəsiz maliyyələşdi-

rilməsi xətləri vasitəsilə qlobal miqyaslı beynəlx-

alq tərəfdaş bank şəbəkəsi çərçivəsində müvafiq 

xidmətlərdən istifadə edir.

Əsasən istehsalatla bağlı mal və xid-

mətlərin idxalına dair xariclə əqdləşmələrin orta- 

və uzunmüddətli (24 aydan çox) maliyyələşdi-

rilməsinə gəldikdə “PAŞA Bank” ASC-nin ixracın 

kreditləşdirilməsi üzrə Euler Hermes, SACE və 

OeKB kimi dünyanın aparıcı agentlikləri ilə uzun-

müddətli əməkdaşlıq təcrübəsi vardır.

Bank, ümumi qaydada qəbul edilən 

beynəlxalq standartlara hər zaman cavab 

vermək məqsədilə ticarətin maliyyələşdirilməsi 

sahəsində qlobal təmayülləri yaxından izləyir və 

müvafiq məhsul və xidmətlərinin çeşidini daima 

yeniləşdirir.

“PAŞA Bank” ASC ticarətin maliyyələşdi-

rilməsi sahəsində Azərbaycanın aparıcı 

banklarından biridir. 2015-ci ilin 31 dekabr tarixinə 

olan vəziyyətə əsasən ölkənin özəl kommersi-

ya bankları arasında ən böyük ticarətin mali-

yyələşdirilməsi portfeli “PAŞA Bank” ASC-ə məx-

sus idi ki, bunun da həcmi 263.8 milyon manat 

idi. Bank bu fəaliyyət sahəsində Azərbaycanın 

böyüyən iqtisadiyyatı ilə birlikdə yüksəlmək bax-

ımından yaxşı mövqeyə malikdir.

Beynəlxalq maliyyə təsisatları ilə əmək-

daşlıq


2015-ci ildə “PAŞA Bank” ASC müxbir bank 

şəbəkəsinin genişləndirilməsi üzərində fəal 

iş aparmışdır. Bank ardıcıl olaraq üç il SIBOS 

(İsveçrə Beynəlxalq Bank Əməliyyatları Seminarı) 

tədbirində iştirak etmişdir və bunun sayəsində 

müxbir bank tərəfdaşlarının sayını artırmağa 

müvəffəq olmuşdur. İl ərzində “PAŞA Bank” ASC 

10 maliyyə təsisatını bu şəbəkəyə əlavə etmiş, 

nağd pul vəsaitini idarəetmə, ticarəti mali-

yyələşdirmə, pul bazarları və xarici valyutada 

məhsullar baxımından bacarıq və qabiliyyətlərini 

artırmışdır.

Ölkədaxili və beynəlxalq maliyyə təsisat-

ları ilə ərsəyə gətirilmiş möhkəm münasibətlər 

nəticəsində “PAŞA Bank” ASC yerli özəl və dövlət 

mülkiyyətində olan maliyyə təsisatlarından 52 

milyon manatlıq, beynəlxalq maliyyə təsisat-

larından isə 30 milyon manatlıq əmanət cəlb edə 

bilmişdir. Bundan başqa, Azərbaycanda kənd 

təsərrüfatının inkişafı üçün Dünya Bankından 

4 milyon ABŞ dolları həcmində kredit xəttinin 

açılması təmin edilmişdir.



“PAŞA Bank” ASC ticarətin maliyyələşdirilməsi sahəsində Azər-

baycanın aparıcı banklarından biridir. 2015-ci ilin sonuna olan 

vəziyyətə əsasən ölkənin özəl kommersiya bankları arasında ən 

böyük ticarətin maliyyələşdirilməsi portfeli “PAŞA Bank” ASC-ə 

məxsus idi ki, bunun da həcmi 263.8 milyon manat idi. Bank 

bu fəaliyyət sahəsində Azərbaycanın böyüyən iqtisadiyyatı ilə 

birlikdə yüksəlmək baxımından yaxşı mövqeyə malikdir. 


Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə