2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə10/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

34

2015-ci ildə “PAŞA Bank” ASC strateji 

diqqətin yönəldiyi rəqəmsal bank xid-

mətlərinin keyfiyyətini artırmaq üçün 

müvafiq səylərə davam etmişdir.



35

PASHA Bank. Annual Report.2014

2015-ci İLDƏ FƏALİYYƏT




36

ƏSAS BANK SEQMENTLƏRİ

Dayrekt bankçılıq

“PAŞA Bank” ASC-nin rəqabət gücü qlobal 

təmayüllərə uyğun gələn innovativ, dünya səvi-

yyəli məhsul və xidmətləri yaratmaq baxışından 

qaynaqlanır. Təsis edildiyi tarixdən “PAŞA Bank” 

ASC Azərbaycan bank sahəsində bir sıra inno-

vasiyanı tətbiq edib. 2015-ci ildə bank, strateji 

diqqətin yönəldiyi rəqəmsal bank xidmətlərin-

in keyfiyyətini artırmaq üçün müvafiq səylərə 

davam edib. Bankın gələcək artımı və uğuru 

texnologiya və innovasiyalardan yararlanmaq, 

genişlənən, texnologiya bilicisi olan müştəri ba-

zasına daha yaxşı xidmət göstərmək və xərcləri 

azaltmaqdan asılıdır. Bu məqsədə çatmaq üçün 

“PAŞA Bank” ASC 2015-ci ildə aşağıdakı layihələri 

yerinə yetirmişdir:

•    Millikart sistemi ilə qovşaqdan-qovşağa 

(H2H) bağlantı:

2015-ci ilin aprel ayında “Millikart”, kredit 

kart əməliyyatlarının işlənilməsi üzrə ölkənin 

ikinci şirkəti ilə bankın system infrastrukturuna 

dəstək olan birbaşa bağlantı yaradıldı. Bununla 

“PAŞA Bank” ASC ölkədaxili nağdsız ödənişlər 

şəbəkəsinin bir hissəsi olmaq imkanını qazandı. 

Əlavə olaraq, layihə nəticəsində əməliyyat 

xərcləri azaldı və bankın müştərilərinə dəyişən 

tarifləri təklif etmək imkanı yarandı.

•    3D formatında elektron ticarət (alqı-

satqı):

 Onlayn ticarət aparanları birləşdirən, 



müştərilər üçün onlayn ödənişlərin qəbulunu 

təmin edən təhlükəsiz (etibarlı) onlayn ödəniş 

platforması vasitə Tieto Card Suite rəqəmsal 

bank strategiyasının bir hissəsi kimi 2015-ci ilin 

avqust ayında işə başladı. Artıq bir çox müştəri 

dünyanın müxtəlif yerlərindən ödəniş qəbul et-

mək üçün bu platformadan yararlanır.

•    Visa payWave kartları:

2015-ci ilin fevral ayında bank Visa Interna-

tional şirkəti ilə vasitəsiz (fiziki əlaqə olmadan) 

ödənişlər strategiyasının icrasında yekun mərhələ 

olan bir layihəni həyata keçirmişdir. Bundan sonra 

müştərilər Visa payWave kartlarından istifadə et-

məklə sürət və təhlükəsizliyi təmin edən vasitəsiz 

ödənişdən yararlana bilərlər.

•   Fırıldaqçılıqla Mübarizə layihəsi:

(2015-ci ildə başlayıb, 2016-cı ilin mart ayında 

tamamlanması gözlənilir): onlayn ticarət aparan-

lar üçün onlayn kart ödənişlərini qəbul etmək 

imkanını yaradan elektron ticarət xidməti işə 

başladıqdan sonra “PAŞA Bank” ASC onlayn və 

digər ödənişlərin ticarət aparanlar baxımından 

təhlükəsizliyini prioritetləşdirdi. Ticarətin alış 

hissəsində mümkün fırıldaqçılıq halını aşkar etmək 

və onun qarşısını almaq məqsədilə fırıldaqçılıq-

la mübarizə sistemi tətbiq edilmişdir. Sahə üzrə 

üstün praktikalara və bankın xüsusi fəaliyyət 

qaydalarına əsaslanaraq bu sistem hər bir ödənişin 

təhlükəsizliyini təmin etmək məqsədilə əqdləşmə 

axınlarını onlayn və oflayn rejimdə monitorinq 

edir.

İnternet bankçılığı



2015-ci ildə “PAŞA Bank” ASC rəqəmsal 

bankçılığı strateji prioritet sahələrindən biri kimi 

ayırd etmişdir. İl ərzində bank fəal onlayn bank 

xidmətləri istifadəçilərinin sayını ikiqat artırmışdır. 

Bundan başa, kağızla aparılan əməliyyatlarla 

müqayisə edildikdə onlayn əqdləşmələrin nisbi 

26%-dən 47%-dək artmışdır. Əmək haqqı (maaş) 

ödənişlərini tam avtomatlaşdırmaq və bank-

daxili və banklararası ödənişləri arasıkəsilməz 

qaydada (24/7 əsasında) icra etmək bacarığı kimi 

yeni məhsul və xidmətlər müştərilərin rahatlıq 

və səmərəlilik səviyyəsinin yüksəlməsinə töhfə 

vermişdir.

Üzümüzə gələn ildə “PAŞA Bank” ASC 

böyüyən internet və mobil bankçılıq sahələrində 

məhsul və xidmətlərin göstərilməsinə olan 

tələbatı qarşılamaq üçün müvafiq nəticələrini 

gücləndirməyi planlaşdırır.




37

Təchizatın maliyyələşdirilməsi

“PAŞA Bank” ASC-i rəqiblərindən 

fərqləndirən cəhət müştərilərlə nəinki yax-

ından əməkdaşlıq etmək, həmçinin onların 

biznes artımı imkanlarını möhkəmləndirməkdən 

ibarətdir. Bu məqsədlə bank 2015-ci ildə təchi-

zatın maliyyələşdirilməsi iqtiqamətində yeni 

proqrama başlamışdır. Proqram “PAŞA Bank” 

ASC-nin müştərilərinin məhsul və xidmətlərinin 

son istifadıçiləri üçün maliyyə təminatını nəzərdə 

tutur. Bu qəbildən olan kredit çərçivəsində bank

müştərinin satış həcmini artırmaq məqsədilə 

sifarişçi (təchizatçı) ilə tərəfdaşlıq yaradır. “PAŞA 

Bank” ASC təchizatın maliyyələşdirilməsi pro-

qramına ilk dəfə İKT sahəsindən olan korporativ 

müştərilərlə başlayıb, hazırda is bu proqramın 

digər sahələrdən olan şirkətlərlə əməkdaşlıq 

sazişləri vasitəsilə genişləndirilməsi istiqamətində 

iş aparılır.



PAŞA Bank 2015-ci ilin İllik Hesabatı


38

KORPORAT


İ

V VƏ KOMMERS

İ

YA 


BANKÇILIĞI

“PAŞA Bank” ASC, müştərilərlə fərdi 

münasibət üzrə sadiq menecerlər heyətini, 

hərtərəfli məhsul çeşidini və səmərəli biznes 

prosesləri səfərbər etməklə eyniliklə böyük 

müəssisələr və kiçik sahibkarlıq subyektləri üçün 

ehtiyaclara uyğun müəyyən edilmiş məhsul-

larını və xidmətlərini təmin edir. Azərbaycanın 

rifahı və yüksəlişinə tərəfdar olan “PAŞA Bank” 

ASC yüksək artımla inkişaf edən iqtisadiyyat 

sahələrində dərin səriştəyə yiyələnib. Orta sa-

hibkarlıq subyektlərinin böyüməsinə genişçeşidli 

maliyyə xidmətləri və bank məhsulları vasitəsilə 

dəstək verməklə “PAŞA Bank” ASC ölkə iqtisadi-

yyatının həmçinin şaxələnməsinə töhfə verir.

Layihələri maliyyələşdirmə

2015-ci ildə “PAŞA Bank” ASC isteh-

salata təkan verən, məşğulluğu artıran və 

yüksək səviyyədə əlavə dəyər yaradan layi-

hələri maliyyələşdirmə sahəsində böyük fəallıq 

göstərmişdir. Bank müştərilərinin çox sayda 

müxtəlif layihələri üzrə marketinq və iqtisadi 

əsaslandırmanı, həmçinin texniki və fiskal təhlil-

ləri aparmağa davam etmişdir. Nəticədə “PAŞA 

Bank” ASC Azərbaycanın sənaye inkişafına töhfə 

verən investisiya layihələri üçün maliyyələşmə 

imkanlarını təmin etmişdir.

Layihələri maliyyələşdirmə yaxın gələcək-

də “PAŞA Bank” ASC-nin mühüm fəaliyyət 

istiqamətlərindən biri kimi qalacaq. Bank, real 

sektora zəruri olan vəsaiti ötürməklə ölkə iq-

tisadiyyatı üçün taleyüklü sahələrdə layihələri 

maliyyələşdirmə baxımından aparıcı mövqeyini 

qorumaq niyyətindədir. 



2015-ci ildə “PAŞA Bank” ASC istehsalata təkan verən, məşğul-

luğu artıran və yüksək səviyyədə əlavə dəyər yaradan layihələri 

maliyyələşdirmə sahəsində böyük fəallıq göstərmişdir. Bank 

istənilən bazar şəraitində Azərbaycan iqtisadiyyatının artımına 

və inkişafına dəstək verən əsas qüvvələrdəndir.


Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə